Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5787/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-118/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə 17.01.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 22.04.2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 56.121,49 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 19.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borc, ümumilikdə 88.957,84 ABŞ dolları kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi; tutmanın Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BANWBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi. avtomobilin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-118/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı tərəfindən verilmiş 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderinə əsasən aldığı 80.580 ABŞ dolları borcdan ödənilməmiş qalan 56.121,49 əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “İddiaçı” ASC-yə ödənilməsi, tutmanın - DİN BDYPİ tərəfindən verilmiş 22.08.2013-cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN- WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunacaq vəsait hesabına 56.121,49 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan “İddiaçı” ASC-yə ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 127 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən 21.05.2021-ci il tarixdə daxil olmuş məktubda, iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti ilə müraciət edildiyi bildirilmiş və apellyasiya şikayətinin məhkəməyə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-118/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5787/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5787/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver