Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5787/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsindən Salmanov Fizuli Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCyə ayrılmış torpaq sahəsində yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh1, həmçinin həmin mənzildə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 75 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 117-nin sökülməsi, mülkiyyətçi Cavabdeh7 ailə üzvü ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh7 xüsusi mülkiyyətinə verilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 114 kv.metr təmirli mənzil Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini dəqiqləşdirmək barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 110 kv.m mənzilin sökülməsi, mülkiyyətçi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.m. təmirli mənzilin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən sahəsi 110 kv.metr olan mənzilin sökülməsi, mülkiyyətçisi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamədən Salmanov Fizuli Həsən oğlu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-10183/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilmiş, həmin qətnamədən narazı qalan cavabdeh Salmanov Fizuli Həsən oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-2283/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10183/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərov 16 noyabr 2022-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsindən Salmanov Fizuli Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5787/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5787/2022
24.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver