Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5788/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması X1 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2869/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2024-cü il tarixdə Cavabdehndə (bundan sonra cavabdeh) Yoluxucu xəstəliklər şöbəsinə həkim-infeksionist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə “Yoluxucu xəstəliklər” ixtisası üzrə sertifikasiya imtahanında iştirak etmiş, test tapşırıqları hissəsi üzrə keçid balı 40 olduğu halda 38 bal toplamaqla qeyri-məqbul nəticə əldə etmiş, qeyri-məqbul bal topladığı üçün iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış və cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdir.
2. Bundan sonra iddiaçının təkrar sertifikasiya imtahanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixə təyin edilmiş və həmin imtahanda iştirak üçün buraxılış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə onun çalışdığı tibb müəssisəsinə, yəni cavabdehə göndərilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (fərqli struktur qurumu olan İnsan resursları şöbəsi) tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə ünvanlanmış məktubda iddiaçının 6 ay müddətində təkrar sertifikasiyadan keçmədiyi üçün “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 6.2-ci bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğu bildirilmişdir.
3. Təkrar sertifikasiya üçün nəzərdə tutulmuş 6 aylıq müddət xx.xx.2025-ci il tarixdə bitdiyinə görə, cavabdehin xx.xx.2025-ci il tarixli, 18-1-91/3-1-455/2025 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə təkrar sertifikasiya imtahanında iştirak edərək məqbul nəticə əldə etmiş, həkimlərin sertifikasiyasından keçmiş və ona yoluxucu xəstəliklər ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin “əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2025-ci il tarixli, 18-1- 91/3-1-455/2025 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh Ə.Qarayev adına 2 nömrəli X8 X9 şöbəsində Həkim-infeksionist vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, iyirmi ildən artıq müddətdir ki, səhiyyə sahəsində fəaliyyət göstərir. İşlədiyi müddətdə o, müxtəlif konfranslarda iştirak edərək sertifikatlar əldə etmiş, heç bir intizam tənbehinə məruz qalmamışdır. Lakin onunla işəgötürən arasında bəzi mübahisələr meydana çıxmışdır. Belə ki, adı çəkilən xəstəxanada analiz qabı olmadığı üçün gecə vaxtı müraciət edən xəstədən analiz götürmək mümkün olmamışdır. O, haqlı olaraq bu məsələnin məsuliyyətinin xəstəxananın üzərinə düşdüyünü bildirdiyi halda, rəhbərlik tərəfindən ondan izahat tələb olunmuşdur. Buna baxmayaraq, bu məsələ onun xeyirinə həll olunmuşdur. Beləliklə, işəgötürənin ona qarşı qərəzli hərəkətləri başlamışdır. O, uzun müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, işəgötürən tərəfindən ona əsassız olaraq qərəzli şəkildə müddətli əmək müqaviləsi bağlamaq təklif edilmiş, müqavilə ilə razılaşmadığı təqdirdə onun əmək haqqını azaldacağı, hətta işdən çıxaracağı barədə hədələmişdir. O, haqlı olaraq bu təkliflə razılaşmamış, işəgötürəndən müddətsiz əmək müqaviləsi bağlanılmasını tələb etmişdir. İşəgötürən öz yaxınlarını müəssisəyə işə götürərkən əmək fəaliyyətlərinin az olmasına baxmayaraq, onlarla müddətsiz əmək müqaviləsi bağlamış və beləliklə, ayrı-seçkiliyə səbəb olmuşdur. Onun şəhadətnaməsinin vaxtı xx.xx.2024-cü il tarixdə bitmiş, elə həmin gün o, sertifikasiya imtahanına daxil olmuş, lakin müvəffəqiyyət əldə edə bilməmişdir. Buna baxmayaraq, qanunvericilik tərəfindən təkrar sertifikasiyadan keçmək üçün imkan yaradılmış və işçinin iş yeri saxlanılmaqla təkrar müraciət hüququ nəzərdə tutulmuşdur. Ə.Qarayev adına 2 nömrəli X8 X12 şöbəsində Həkim-infeksionist vəzifəsində işləyərkən, işlədiyi müəssisəyə onun “Virus hepatitləri və HİV infeksiyası” üzrə ixtisasartırma kursu keçməyi üçün Cavabdeh PHŞ-nin 134-K nömrəli, xx.xx.2024-cü il tarixli Əmri daxil olmuşdur. Həmin əmrə əsasən, o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdir. Müvafiq qanunvericiliyə uyğun olaraq təkrar sertifikasiyanın keçirilməsi üçün məlumatlandırmaq və müvafiq tədbirləri görmək işəgötürənin öhdəliyinə daxil olduğu halda işəgötürən bu məsələyə məsuliyyətsiz şəkildə yanaşmışdır. Belə ki, sertifikasiyanın keçirilməsinin son tarixinin xx.xx.2025-ci il tarixi olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə işəgötürən ona bilərəkdən sertifikasiya imtahanı tarixini hər gün sertifikasiya imtahanı keçirildiyi halda, xx.xx.2025-ci il tarixinə aldığını bildirmişdir. Bunun nəticəsində xx.xx.2025-ci il tarixdə altı aylıq təkrar sertifikasiyadan keçmə müddəti ötürülmüş və işəgötürən əsassız olaraq onun əmək müqaviləsinə xitam vermişdir. Lakin, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılarkən bu barədə işəgötürən əmri əsasında attestasiya komissiyası təşkil edilməli olduğu halda, belə bir tədbir görülməmiş və o, əsassız olaraq işdən çıxarılmışdır. Göstərilən hallar, onun əmək münasibətlərindən irəli gələn hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. İşəgötürən qərəzli olaraq onunla illərlə fəaliyyət göstərməsinə baxmayaraq, qərəzli şəkildə müddətli əmək müqaviləsi bağlamağa çalışmışdır. Bu da Əmək Məcəlləsinin 45.3-cü maddəsində qeyd olunan “müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz” müddəasına tamamilə ziddir. Bundan əlavə, həmin maddənin 4-cü hissəsində qeyd olunur ki, “əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Buna baxmayaraq, işəgötürən onu müddətli əmək müqaviləsi bağlamaq üçün qanunsuz yollara əl atmışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 48-ci maddəsində işçinin ixtisasının artırılması vəzifəsinin işəgötürənin üzərinə düşdüyü qeyd olunur. Eyni Qanunun 49-1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması üçün dövri olaraq beş ildən bir sertifikasiyaya cəlb olunmaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun eyni maddəsinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Onun adı çəkilən orqanın 134-K nömrəli əmrində göstərilən kursu müvəffəqiyyətlə keçməsinə baxmayaraq, işəgötürənin etinasız yanaşmasına görə onun sertifikasiya imtahanına daxil olma müddəti doğru tarixə alınmamış və bunun nəticəsində o, altı aylıq təkrar sertifikasiyadan keçmə müddətini ötürmüşdür. Halbuki, sertifikasiya imtahanları hər gün keçirilir və işəgötürən qəsdən imtahan tarixini onun təkrar sertifikasiya imtahanının son keçirilmə tarixindən sonrakı vaxta almışdır. İşəgötürənin əmrinə əsasən attestasiya komissiyası təşkil edilməli olsa da, işəgötürən bu məsələyə laqeyd yanaşmışdır.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında heç vaxt mübahisə olmamış, ona və digər işçilərə qarşı qərəzli münasibətə, hər hansı bir ayrıseçkiliyə yol verilməmişdir. Ona heç vaxt müddətli əmək müqaviləsi bağlamaq təklif edilməmiş, işlədiyi kollektivdə heç vaxt və heç kim tərəfindən hədə-qorxuya və təzyiqə məruz qalmamış, habelə işlədiyi xəstəxanada “analiz qabı olmadığı üçün gecə vaxtı müraciət edən xəstədən analiz götürmək mümkün olmamışdır. Haqlı olaraq bu məsələnin məsuliyyətinin xəstəxananın üzərinə düşdüyünü bildirdiyi halda rəhbərlik tərəfindən ondan izahat tələb olunmuşdur”- a dair iddiaları isə özünün ehtimalı və uydurmasından başqa heç nə deyildir. Bundan başqa, Mərkəzdə işə qəbulla əlaqədar heç vaxt hər hansı ayrıseçkiliyə yol verilməmiş və işə qəbul şəffaf qaydada, habelə, TƏBİB-in “İşə qəbul qaydaları”na əsasən həyata keçirilmişdir. Bundan başqa, Səhiyyə Nazirliyinin elektron məktubuna əsasən Cavabdeh PHŞ-in direktorunun xx.xx.2024-cü il tarixli, 18-1-91/3-1- 830/2024-cü il nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixində “Yolxucu xəstəliklər” ixtisası üzrə sertifikasiya imtahanında qeyri-məqbul bal topladığı üçün iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmışdır. Təkrar sertifikasıyadan keçmək üçün müraciət hüququ yalnız iddiaçının özünə məxsus olmuş və bu hüquq işəgötürənə həvalə edilməmişdir. Həmçinin, sertifikasiyanın keçirilməsinin son tarixinin xx.xx.2025-ci il tarixi olması maraqlı şəxs kimi iddiaçıya əvvəlcədən məlum olmuş və o, növbəti sertifikasiyadan keçməkdən düşünülmüş şəkildə yayınmışdır. İddia ərizəsində olan “xx.xx.2025-ci il tarixdə işəgötürən müvəkkilinə bilərəkdən sertifikasiya imtahanı tarixini hər gün sertifikasiya imtahanı keçirildiyi halda, xx.xx.2025-ci il tarixinə aldığını bildirmişdir” məzmunda qeydlər isə yalnız mülahizədir və özünü müdafiə xarakteri daşıyır. Həmin hallar heç vaxt baş verməmişdir. Cavabdeh PHŞ-in həmişə məqsədi və məramı sertifikasiya imtahanına cəlb olunanların müsbət və uğurlu nəticələr əldə etmələri olmuşdur. İddiaçı faktiki olaraq həmin vaxt praktik tibb fəaliyyəti ilə məşğul olduğundan onun attestasiyadan keçirilməsinə zərurət olmamışdır. Həm də iddiaçı sertifikasiya imtahanından keçmədiyi halda, onun attestasiyaya da cəlb olunması yolverilməzdir və qanunla qadağan olunur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26n xx.xx.2024- cü il tarixli əmri ilə Mərkəzin struktur və ştat cədvəli təsdiq edilmiş və işçilərin əmək münasibətləri həmin əmrə əsasən tənzimlənməklə Qarayev adına X17 “X27” X26n strukturundan Mərkəzə verilmişdir. İddiaçı da digər işçilər kimi ərizə yazaraq “X27” publik hüquqi şəxsdə olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə yazdığı ərizə əsasında X24 X5 Xəstəliklər şöbəsində həkim-infeksionist vəzifəsində xx.xx.2024-cü il tarixdən işə başlamışdır. İddiaçı işlədiyi müddətdə işə davamiyyətdə də məsuliyyətsizlik etmiş və heç vaxt səmimi olmamışdır. Belə ki, o, Mərkəzə barəsində xəstəlik vərəqəsi açıldığı məlumatını vermiş, lakin xəstəlik vərəqəsini dəfələrlə deyilməsinə baxmayaraq təqdim etməmişdir. Odur ki,iddiaçıya əmək qabiliyyətinin olmaması vərəqəsinin verilib-verilməməsi, verildiyi halda, buna əsas olan halların araşdırılması haqqında Cavabdeh PHŞ-in xx.xx.2024-cü il tarixli, 18-1/1- 17290/2024 nömrəli müraciətinə “TƏBİB” PHŞ-də baxılmış və sonuncunun xx.xx.2024-cü il tarixli, 18-1/2-9371/2024 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, əmək qabiliyyətinin olmaması vərəqəsini verən “X25” PHŞ-in məsul şəxsləri ilə əlaqə saxlanılmış, qeyd olunan məsələlər barəsində ətraflı məlumat alınmış, vətəndaşa məxsus TQS 025-in təqdim olunması xahiş olunmuşdur. Araşdırma zamanı ambulator tibbi kitabçada qeyd olunan tarixlərdə iddiaçının adına e-Təbib portalında heç bir qeydiyyatın aparılmadığı, xəstəlik vərəqəsinin müddətinin artırılması zamanı Həkim-Məsləhət Komissiyasının laborator və instrumental müayinələrə əsaslanmadığı müəyyən edilmişdir. Bununla yanaşı, İddiaçı müvafiq dövrlərdə işdə olmaması ilə bağlı qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi tövsiyə edilmişdir. Bundan başqa, Nazlirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 425 nömrəli “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” Qərarının icrası məqsədilə iddiaçının elektron kabinetində əmək müqaviləsinin elekron əmək müqaviləsinə keçirilməsi barədə məlumat göndərilmiş və ona SİMA imza ilə həmin müqaviləni imzalaması barədə informasiya verilməsinə baxmayaraq, əmək müqaviləsi müddətsiz bağlanmadığı halda, imza atmayacağını bildirmiş və əmək müqaviləsinə xitam verilən günədək elektron əmək müqaviləsinə keçməmişdir. Bu hallar iddiaçını məsuliyyətsiz və qeyri səmimi bir işçi kimi xarakterizə edir. Həm də müəyyən edilmişdir ki, Cavabdeh PHŞ-nin 134-K nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh PHŞ-ə ünvanlanmış xx.xx.2025ci il tarixli, 4/21/25 nömrəli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edirlər. İddiaçı isə 6 ay müddətində təkrar sertifikasiyadan keçmədiyi üçün həmin Qaydanın 6.2-ci bəndinə və 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Həmin məktubun məzmunundan da göründüyü kimi, iddiaçı növbəti imtahanlarda iştirak etmək üçün Səhiyyə Nazirliyinə müraciət etməli idi və həmin imtahanlarla bağlı bütün məlumatlar həmin Nazirliyin müvafiq internet resurslarında yerləşdirildiyindən hər hansı bir məlumatı operativ olaraq oradan almaq olardı. İddiaçı isə bütün bunları etməyək, düşünülmüş şəkildə (özünü xəstəliyə vuraraq) növbəti imtahanlarda iştirak etməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2869/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2025-ci il tarixli, 18-1-91/3-1-455/2025 nömrəli “əmək müqailəsinə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Cavabdeh Ə.Qarayev adına 2 nömrəli X8 Yoluxucu Xəstəliklər şöbəsində həkim-infeksionist vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim X21)
8. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanında iştirakı ixtisasartırma kursunu bitirdikdən sonra mümkündür və işçinin müvafiq ixtisas üzrə ixtisasartırma kursunda iştirak üçün qeydiyyatı tibb işçisinin çalışdığı tibb müəssisəsi tərəfindən həyata keçirilir. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2024cü il tarixdə keçirilən sertifikasiya imtahanında qeyri-məqbul nəticə əldə etdikdən sonra Cavabdeh PHŞ-nin əmri ilə iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış, daha sonra Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmiş, kursu bitirdikdən sonra xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Müəssisələrinin Akkreditasiyası və X10” X26 tərəfindən İddiaçı xx.xx.2025ci il tarixinə təyin edilmiş təkrar sertifikasiya imtahanında iştirak üçün buraxılış Cavabdeh PHŞ-yə göndərilmişdir. Cavabdeh PHŞ İddiaçı təkrar sertifikasiya imtahanının xx.xx.2025ci il tarixində olacağını bildiyi halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçının əmək müqaviləsinə ilkin sertifikasıya imtahanından sonra 6 (altı) aylıq müddətdə təkrar sertifikasıyadan keçmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermişdir. Həmin Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Cavabdeh PHŞ isə səlahiyyətli orqan tərəfindən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə müvafiq qərar qəbul edilmədən, sadəcə səlahiyyətli orqan tərəfindən göndərilmiş məktub əsasında İddiaçı əmək müqailəsinə xitam vermişdir.
9. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, işəgötürən Cavabdeh PHŞ sertifikasiya imtahanından keçməyən işçi İddiaçı 6 (altı) ay müddətində təkrar sertifikasıya imtahanından keçmədiyinə görə onun təkrar sertifikasiya imtahanının xx.xx.2025-ci il tarixdə olacağını xx.xx.2025-ci il tarixindən bildiyi halda, bununla bağlı heç bir tədbir görməmiş, əksinə Əmək Məcəlləsinin 70-ci maddəsinin dispozitiv norma olmasına baxmayaraq, imtahan nəticələrini gözləmədən xx.xx.2025-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermişdir. Məhkəmə hesab etmişdir ki, belə şəraitdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi işçinin əmək hüquqlarının pozulması, işçinin təqsiri olmadan əmək hüququndan məhrum edilməsi kimi qiymətləndirilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 45-ci, 67-ci, 70-ci, 83-cü, 292-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli və Azərbaycan Respublikası “Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı ixtisasartırma kursunu keçəndən sonra sertifikasiyanın keçirilməsinin son tarixinə, yəni xx.xx.2025-ci il tarixə kimi olan müddət 22 gün təşkil edir. Həmin müddətin çoxluğu kifayət edirdi ki, o, təkrar sertifikasiya olunmaq məqsədi ilə xx.xx.2025-ci il tarixə kimi təyin olunmuş müvafiq imtahanlarda iştirak etmək üçün Səhiyyə Nazirliyinə müraciət etsin. Lakin onun tərəfindən Səhiyyə Nazirliyinə və digər orqanlara belə bir məzmunda müraciət olunmamışdır. Bundan başqa, İddiaçı praktik tibb fəaliyyətindən uzaqlaşdırıldığı xx.xx.2024-cü il tarixdən başlayaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçməsinin vaxtının müəyyən edilməsi ilə bağlı işlədiyi xəstəxananın rəhbərliyi və Mərkəzin İnsan resursları şöbəsinin əməkdaşları tərəfindən ona edilmiş müraciətlərinə əksər hallarda cavab verməmiş, cavab verdiyi hallarda isə xəstə olduğu üçün özünü yaxşı hiss etmədiyindən və müalicədə olduğundan Mərkəzə və xəstəxanaya gələ bilməyəcəyini, habelə bu səbəblərdən də kursda iştirak edə bilməyəcəyini bildirmişdir. Həmçinin o, Mərkəzin əməkdaşlarına barəsində xəstəlik vərəqəsi açıldığı məlumatını vermiş, lakin dəfələrlə xahiş olunmasına baxmayaraq, xəstəlik vərəqəsini Mərkəzin İnsan resursları şöbəsinə təqdim etməmişdir. Nəhayət, uzun sürən danışıqlardan sonra onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçməsi müvafiq əmrlə təyin edilmiş və o, həmin kurslarda iştirak etmişdir. Nəticədə, İddiaçı növbəti sertifikasiyadan keçməkdən özü yayınmış və imtahanda iştirak etməməsinin səbəbləri barədə Səhiyyə Nazirliyini, həmçinin Mərkəzin aidiyyatı qurumlarını və işlədiyi tibb müəssisəsinin rəhbərliyini məlumatlandırmamışdır. Bundan başqa, İddiaçı və bu qəbildən olan digər tibb işçilərinin növbəti sertifikasiya imtahanında xx.xx.2025-ci il tarixində və yaxud digər tarixlərdə iştirakını Cavabdeh PHŞ-i müəyyən etmir, bu səlahiyyətlər qanunvericiliyin tələblərinə görə ona yox, yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə aiddir. Belə ki, İddiaçı sertifikasiya imtahanında xx.xx.2025-ci il tarixində iştirakına dair məlumat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sisteminin alt modulu olan X2 Sistemi vasitəsilə maraqlı şəxs kimi, həm də Aynurə Növruzovaya həmişə açıq olan mövcud sistemə yerləşdirilmiş və eyni zamanda bu barədə müvafiq bildiriş həmin sistem vasitəsilə Cavabdeh PHŞ-ə göndərilmişdir. Həmin bildiriş barədə Mərkəzin əməkdaşları tərəfindən telefon vasitəsilə Aynurə Növruzovaya məlumat verilmişdir. Nəticədə, o, həmin imtahanda iştirak etmişdir. Əgər yuxarıda adı çəkilən qurum tərəfindən İddiaçı sertifikasiya imtahanında xx.xx.2025-ci il tarixinə kimi hər hansı bir tarixdə iştirakına dair məlumat müvafiq sistemdə yerləşdirilsəydi, yenə də bu barədə o, mütləq qaydada məlumatlandırılacaqdı. Qətnamədə səhv olaraq qeyd olunmuşdur ki, guya Cavabdeh PHŞ səlahiyyətli orqan qərarı olmadan əmək müqaviləsinə xitam verib. Halbuki, sertifikasiya imtahanını təşkil edən və nəticəsini hüquqi qüvvəyə minmiş sənədlə rəsmiləşdirən məhz Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir. Cavabdeh PHŞ-in xx.xx.2024 tarixli əmri ilə İddiaçı 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış və təkrar sertifikasiyadan keçmək imkanı verilmişdir. Bu əmrin qüvvədə olduğu müddət ərzində iddiaçı xx.xx.2025-ci il tarixinədək imtahanda iştirak etməmiş, qanuni müddəti ötürmüşdür. Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 4/21/25 nömrəli məktubu isə bu hüquqi vəziyyəti təsdiq edir və Əmək Məcəlləsinin 67-1.5 və 70-ci maddələrinin tətbiqini tələb edir. Cavabdeh PHŞ-in direktoru yalnız Nazirliyin verdiyi müvafiq məktubla vermiş tapşırığı icra etmiş, özbaşına və müstəqil şəkildə qərar qəbul etməmişdir. Əgər məhkəmənin iddia etdiyi kimi, işəgötürən mütləq ayrıca “səlahiyyətli qərar” gözləməli olsaydı, bu, əmək münasibətlərində hüquqi qeyri-müəyyənlik yaradar və qanunvericiliyin məqsədinə zidd olardı. Bundan əlavə, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktın surəti mühüm əhəmiyyət kəsb edir. Həmin akt Cavabdeh PHŞ-in tabeliyində olan Ə.Qarayev adına 2 nömrəli X11 X12 şöbəsində keçirilmiş yoxlamanın nəticəsi kimi tərtib edilmişdir. Aktın məzmununa əsasən müəyyən olunmuşdur ki, həmin şöbənin həkimi – İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən işə çıxmır. Yəni, bir aydan artıq müddətdə əmək funksiyasını yerinə yetirməmişdir. Bu fakt təkcə rəhbərliyin müşahidəsi ilə deyil, həm də rəsmi komissiya üzvlərinin imzaları ilə təsdiq olunmuşdur. Davamiyyətsizlik faktı əmək intizamının ən ağır pozuntularından biri hesab olunur və Əmək Məcəlləsinin 72, 74 və 75ci maddələrinə uyğun olaraq işəgötürən üçün işçiyə qarşı intizam tənbeh tədbirləri görmək, hətta əmək müqaviləsinə xitam vermək üçün müstəqil əsasdır. Üstəlik, aktın tərtib olunduğu tarixdə – xx.xx.2024-cü il tarixdə – iddiaçı artıq həmin ilin iyul ayının əvvəlindən bəri işə gəlmədiyi üçün bu məsələ təsadüfi yoxlama deyil, uzunmüddətli davamiyyətsizliyin təsdiqi kimi hüquqi çəkiyə malikdir. İddiaçı əvvəlcə “X27” PHŞ-də çalışmış, struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2024 tarixli ərizəsi əsasında Cavabdeh PHŞ-yə keçirilmiş, xx.xx.2024 tarixdən həkim-infeksionist vəzifəsinə başlamışdır. Əmək müqaviləsi ƏMAS vasitəsilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1.7-ci maddəsinə əsasən praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlər hər 5 ildən bir sertifikasiyadan keçməlidirlər. Bu məqsədlə iddiaçı xx.xx.2024 tarixində sertifikasiya imtahanında iştirak etmiş, lakin 38 bal topladığına görə qeyri-məqbul nəticə göstərmişdir. Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli bildirişinə əsasən Cavabdeh PHŞ-in direktorunun xx.xx.2024 tarixli, 18-1-91/3-1-830/2024 nömrəli əmri ilə iddiaçı 6 ay müddətə (xx.xx.2024 – xx.xx.2025) praktik fəaliyyətdən uzaqlaşdırılmış, lakin iş yeri saxlanılmaqla ona təkrar sertifikasiyadan keçmək hüququ verilmişdir. İddiaçı yalnız xx.xx.2025 – xx.xx.2025 tarixlərində ixtisasartırma kursu keçmiş, lakin qanunla müəyyən edilən son tarixədək (xx.xx.2025) təkrar imtahana girməmişdir. Bu fakt Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 4/21/25 nömrəli məktubu ilə təsdiqlənir. İddiaçı xx.xx.2024-ci il tarixli imtahanda uğursuz nəticə göstərmiş, xx.xx.2025-ci il tarixədək (6 aylıq müddət ərzində) təkrar sertifikasiyadan keçməmişdir. Lakin birinci instansiya məhkəməsi bu müddətin hüquqi mahiyyətini düzgün qiymətləndirməmiş, imtahandan sonrakı nəticəni (xx.xx.2025) geriyə şamil edərək əmək müqaviləsinin xitamını əsassız hesab etmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1.7-ci maddəsi sertifikasiyadan keçməyən işçilərə yalnız müraciət hüququ verir. Yəni, işçi özü ixtisasartırma kursu keçərək təkrar sertifikasiyaya müraciət etməlidir. Birinci instansiya məhkəməsi təkrar imtahan müddətini gözləmək və təmin etmək öhdəliyini işəgötürənin üzərinə qoymuşdur. Halbuki, belə bir öhdəlik yalnız işçinin üzərinə düşür. İddiaçının xx.xx.2024-cü il tarixində sertifikasiya imtahanından kəsildiyini və qanunla nəzərdə tutulmuş 6 aylıq müddət (xx.xx.2025-ə qədər) ərzində təkrar sertifikasiyadan keçmədiyini – lazımi qaydada araşdırmamışdır. Bu halın mühüm əhəmiyyəti ondadır ki, Əmək Məcəlləsinin 67-1.5 və 70-ci maddələri və Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 108 nömrəli Qərarı açıq şəkildə belə hallarda əmək müqaviləsinə xitam verilməsini tələb edir. İddiaçının xx.xx.2025-ci il tarixində imtahanda iştirak etməsi hüquqi nəticələrə təsir etmir, çünki həmin vaxt əmək münasibətləri artıq xitam olunmuşdu. İş materiallarında iddiaçının əmək intizamına məsuliyyətsiz yanaşması, dəfələrlə onun işə davamiyyət qaydalarını pozması, xəstəlik vərəqəsini təqdim etməməsi barədə yazılı sübutlar təqdim edilmişdir. Lakin məhkəmə heç bir səbəb göstərmədən bu hallara hüquqi qiymət verməmişdir. Bu faktın mühüm əhəmiyyəti ondadır ki, əmək intizamının pozulması Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək münasibətlərinə xitam verilməsinə əlavə əsas ola bilər və işəgötürənin mövqeyini gücləndirir. İş materiallarından görünür ki, Nazirlər Kabinetinin xx.xx.2024 tarixli, 425 nömrəli Qərarına uyğun olaraq əmək müqavilələrinin elektron sistemə keçirilməsi tələb olunduğu halda, iddiaçı elektron imzadan imtina etmiş və əmək müqaviləsini rəsmiləşdirməmişdir. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki, onun mühüm əhəmiyyəti ondadır ki, işçinin əmək müqaviləsi ilə bağlı öhdəliklərini icra etməməsi, işəgötürənlə əmək münasibətlərini qeyri-sabit vəziyyətə salmışdır. Məhkəmə iddiaçının təkrar imtahan hüququnu həyata keçirməməsinin səbəblərini işəgötürənin üzərinə qoymuşdur. Halbuki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1.7-ci maddəsinə əsasən bu, yalnız işçinin şəxsi təşəbbüsündən asılı idi. Bu faktın mühüm əhəmiyyəti ondadır ki, məhkəmə işəgötürənin üzərinə qanunda nəzərdə tutulmayan öhdəlik yükləmişdir. Nəticə olaraq: Birinci instansiya məhkəməsi işin gedişində təqdim edilmiş bir sıra mühüm faktiki halları – sertifikasiyadan təkrar keçməmək, intizam pozuntuları və elektron müqavilədən yayınma hallarını – araşdırmamışdır. Bu faktlar məhkəmənin gəldiyi nəticəyə bilavasitə təsir edən, lakin nəzərdən kənarda qalan hallardır. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, guya işəgötürən imtahan tarixini bilərəkdən gec (xx.xx.2025) təyin etmiş və bununla iddiaçının qanuni 6 aylıq müddətini ötürməsinə səbəb olmuşdur. Halbuki, bu hal heç bir sübutla təsdiq edilməmişdir. Əksinə, iş materiallarında olan Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 4/21/25 nömrəli məktubu sübut edir ki, təkrar sertifikasiyadan keçmək üçün müraciət hüququ yalnız işçinin üzərinə məxsus idi və bu hüququ həyata keçirmək üçün müvafiq imtahan tarixlərini özü seçməli idi. Deməli, məhkəmənin bu nəticəsi yalnız iddiaçının subyektiv bəyanatına əsaslanmışdır, qanuni sübutlarla təsdiqlənməmişdir. Məhkəmə iddiaçının işdən çıxarılmasının əsassız olması barədə nəticəyə gəlmişdir. Lakin bu nəticə Əmək Məcəlləsinin 67-1.5 və 70-ci maddələri, həmçinin Nazirlər Kabinetinin 108 nömrəli Qərarı ilə ziddiyyət təşkil edir. Çünki iş materialları ilə sübut olunmuşdur ki, iddiaçı qanunla nəzərdə tutulmuş müddətdə sertifikasiyadan keçməmişdir. Beləliklə, məhkəmə hüquqi əsasları təsdiq edən yazılı sübutlara baxmayaraq, onları qiymətləndirməmiş və əsassız nəticəyə gəlmişdir. Qətnamədə iddiaçının işə bərpa olunması ilə yanaşı, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə də qərar verilmişdir. Lakin məhkəmə bu dövrdə iddiaçının real olaraq əmək qabiliyyətli olub-olmamasını, onun xəstəlik vərəqələrinin qanuni olubolmadığını araşdırmamışdır. Halbuki, iş materiallarında təqdim olunmuş müvafiq cavab məktubları sübut edir ki, iddiaçının xəstəlik vərəqələrinin verilməsində ciddi uyğunsuzluqlar olmuş, onlar qeyri-mötəbər hesab edilmişdir. Belə olan halda, əmək haqqının hesablanması qanunla tələb olunan mötəbər sübutlara əsaslanmamışdır. Məhkəmə iddiaçının iş intizamına sadiq olduğunu qəbul etmişdir. Lakin təqdim olunmuş yazılı sübutlarda (cavabdehin daxili arayışları və TƏBİB-in məktubları) göstərilmişdir ki, iddiaçı mütəmadi olaraq işə davamiyyət qaydalarını pozmuş, xəstəlik vərəqələrini təqdim etməmiş,əmək müqaviləsinin elektron qaydada rəsmiləşdirilməsindən yayınmışdır. Bu hallar məhkəmə tərəfindən araşdırılmamış və onlara heç bir hüquqi qiymət verilməmişdir. Nəticədə, məhkəmənin iş intizamı barədə qəbuletdiyi qənaət əsassızdır. Məhkəmə bu faktı əsas götürərək iddiaçının işə bərpası barədə qətnamə çıxarmışdır. Halbuki, həmin imtahanın nəticəsi onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra əldə edilmişdir və qanuni qüvvəyə malik deyildir. Bu hal hüquqi əsaslarla sübut olunmalı idi, lakin məhkəmə yalnız iddiaçının təkrar imtahanda iştirak faktını qiymətləndirmiş, onun hüquqi nəticələrə təsirini isə araşdırmamışdır. Məhkəmə qətnamədə göstərmişdir ki, işəgötürən iddiaçının xx.xx.2025 tarixində keçirilən imtahan nəticəsini gözləməli idi. Halbuki, qanunvericilikdə belə bir norma və ya öhdəlik nəzərdə tutulmamışdır. Əksinə, Əmək Məcəlləsinin 67-1.5-ci maddəsi və Nazirlər Kabinetinin 108 nömrəli Qərarının 6.2-ci bəndiaçıq şəkildə göstərir ki, işçi 6 ay ərzində təkrar sertifikasiyadan keçmədiyi halda, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməlidir. Deməli, məhkəmənin gəldiyi nəticə işin real hallarına və normativ tələblərə uyğun gəlmir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Lakin iş materialları ilə təsdiqlənmişdir ki, iddiaçı sertifikasiyadan kəsildikdən sonra 6 aylıq müddətdə təkrar imtahanda iştirak etməmişdir. Bu fakt işin halları ilə də sübuta yetirilmişdir, lakin məhkəmə onun hüquqi nəticəsini əsassız olaraq nəzərə almamışdır. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə faktiki hallara zidd olmuşdur. Məhkəmə qətnamədə iddiaçının iş intizamına riayət etdiyini qəbul etmişdir. Halbuki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar – işə davamiyyətin davamlı olaraq pozulması, xəstəlik vərəqəsinin təqdim edilməməsi, elektron əmək müqaviləsinin imzalanmasından yayınma halları – bunun əksini göstərir. Bu sübutların nəzərə alınmaması və onlara qiymət verilməməsi məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. İddiaçının məcburi işburaxma dövrünə görə əmək haqqı alması barədə nəticə - Məhkəmə qətnamədə iddiaçının işə bərpası ilə yanaşı, məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsinə qərar vermişdir. Halbuki, iş materialları ilə sübut olunmuşdur ki, həmin müddətdə iddiaçının əmək qabiliyyətinə dair təqdim olunmuş sənədlərdə uyğunsuzluqlar olmuş və bu halların qanuni əsaslarla təsdiqi mümkün olmamışdır. Deməli, məhkəmə sübutlarla təsdiqlənməyən vəziyyəti nəzərə alaraq yanlış nəticəyə gəlmişdir. Sonrakı imtahan nəticəsinin (xx.xx.2025) əmək münasibətlərinə təsir göstərməsi barədə nəticə - Məhkəmə qətnamədə göstərmişdir ki, iddiaçının xx.xx.2025-ci ildə imtahanda uğur qazanması onun işə bərpa olunmasına əsas verir. Halbuki, əmək müqaviləsinə xitam verilməsi qanuni əsaslarla xx.xx.2025-ci ildə verilmişdir və bundan sonrakı imtahan nəticələrinin geriyə şamil olunması hüquqicəhətdən mümkün deyildir. Beləliklə, məhkəmənin bu nəticəsi faktiki hallara və hüquqi tələblərə zidd olmuşdur
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, onun və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər; 67-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər; 67-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır; 67-1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya imtahanına cəlb edilən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir; 67-1-ci maddəsinin 3-cü hissəsinə əsasən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşəixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur; 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər; 67-1-ci maddəsinin 5-ci hissəsinə əsasən sertifikasiya imtahanından “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır; 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 70-ci maddənin qeyd hissəsinə əsasən bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir; 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
18. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6-cı maddəsinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdehndə Yoluxucu xəstəliklər şöbəsinə həkim-infeksionist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə “Yoluxucu xəstəliklər” ixtisası üzrə sertifikasiya imtahanında iştirak etmiş, test tapşırıqları hissəsi üzrə keçid balı 40 olduğu halda 38 bal toplamaqla qeyri-məqbul nəticə əldə etmiş, bu səbəbdən iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış və cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdir. Bundan sonra iddiaçının təkrar sertifikasiya imtahanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixə təyin edilmiş və həmin imtahanda iştirak üçün buraxılış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə onun çalışdığı tibb müəssisəsinə, yəni cavabdehə göndərilmişdir.
26. Buna baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (fərqli struktur qurumu olan İnsan resursları şöbəsi) tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə ünvanlanmış məktubda iddiaçının 6 ay müddətində təkrar sertifikasiyadan keçmədiyi üçün “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 6.2-ci bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğu bildirilmişdir. Təkrar sertifikasiya üçün nəzərdə tutulmuş 6 aylıq müddət xx.xx.2025ci il tarixdə bitdiyinə görə, cavabdehin xx.xx.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə təkrar sertifikasiya imtahanında iştirak edərək məqbul nəticə əldə etmiş, həkimlərin sertifikasiyasından keçmiş və ona yoluxucu xəstəliklər ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
27. İddiaçı da həmin hallara istinad edərək onun işdən azad edilməsi barədə əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb etmişdir. Cavabdeh isə iddianı qəbul etmir, iddiaçının təkrar sertifikasiya imtahanında iştirak etməsini gecikdirdiyinə, iştirakla bağlı onun müraciətinin olmasının zəruriliyinə, təkrar sertifikasiya imtahanının 6 aylıq müddətdən sonraya təyin edilməsində heç bir məsuliyyətinin olmadığına, işçinin işdən azad edilməsi ilə bağlı ayrıca əsaslandırılmış qərarın qəbul edilməsinə hər hansı zərurətin olmadığına, ümumiyyətlə işçinin tez-tez iş buraxmasına və xəstəlik kağızının açılmamasına istinad edir.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sertifikasiya imtahanından qeyri-məqbul nəticə göstərmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin 6 ay müddətinə iş yeri və vəzifə maaşı saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanında iştirak etməsi, habelə təkrar sertifikasiya imtahanından keçməyən işçilərlə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı müddəalar həm sahəvi qanunvericilik normalarında, həm də oxşar məzmunla əmək qanunvericilyində nəzərdə tutulmuşdur.
29. İddiaçı ilk imtahanda uğur qazana bilməmiş, iş yeri və vəzifə maaşı saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanında xx.xx.2025-ci il tarixdə iştirak edərək məqbul nəticə göstərmiş, buna baxmayaraq cavabdeh qurum bu tarixdən 12 gün əvvəl onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verərək, onu işdən azad etmişdir.
30. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyə istinadən qeyd edir ki, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçinin peşə hazırlığına cəlb edilməsi, habelə növbəti sertifikasiya imtahanında iştirakı onun öz iradəsi ilə baş tutmur. Belə ki, qanunverici işçinin ancaq təkrar sertifikasiyada iştirak etməklə bağlı təşəbbüs göstərə biləcəyini qeyd edir, lakin sertifikasiya imtahanının keçirilmə vaxtı, dövriliyi, həmin imtahanda iştirak edəcək şəxslərin siyahısı müvafiq icra hakimiyyəti, yəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. İddiaçının iştirak edəcəyi imtahanın vaxtı və iddiaçının həmin imtahanda iştirakının təmin edilməsi üçün buraxılış vərəqəsi məhz həmin qurum tərəfindən cavabdehə göndərilmiş və cavabdehdən iddiaçının həmin imtahanda iştirakının təmin edilməsi xahiş edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin bu qəbildən olan dəlillərini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir.
31. Məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsi əsası ilə bağlı qeyd edir ki, qanunvericilikdə işçinin təkrar sertifikasiya imtahanında iştirakı ilə bağlı möhlət verilməsi nəzərdə tutulmuş və onun 6 ay müddətinə peşə hazırlığına cəlb edilməklə təkrar sertifikasiya imtahanında iştirakına şərait yaradılmışdır. Məhz sonuncu imtahandan məqbul nəticə əldə etmədiyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə bu əsasla xitam verilməsi təsbit edilmişdir. Lakin təkrar sertifikasiya zamanı uğur qazanmadığı halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi nəzərdə tutulsa da, bu imtahandan 12 gün əvvəl ona verilmiş 6 aylıq müddətin bitməsi əsas gətirilərək, iddiaçı işdən azad edilmişdir.
32. Halbuki, cavabdeh təkrar sertifikasiya imtahahının vaxtı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xəbərdar edilmiş və xx.xx.2025-ci il tarixdə qeyd edilən əmri qəbul edərkən, təkrar imtahanın vaxtı barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin digər struktur qurumu olan İnsan resursları şöbəsinin “iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli məktubunu həmin tarixdə qəbul edən cavabdeh bu məsələni Nazirliklə aydınlaşdırmalı, o cümlədən təkrar sertifikasiya imtahanının təyin edilməsi barədə sonuncuya məlumat verməli idi. Belə ki, 2025-ci ilin fevral və mart aylarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçı barəsində cavabdehə məzmun və hüquqi nəticə etibarı ilə biri-birinə zidd olan iki müraciət edilmişdir ki, birincinin mövcudluğu artıq ikincinin icrasını qeyri-mümkün edir. Hər bir halda, 2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə keçiriləcək təkrar sertifikasiya imtahanı ilə bağlı buraxılış vərəqəsi göndərildikdən sonra, həmin qurum bu imtahan keçirilməzdən və imtahanın nəticələri elan edilməzdən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsi barədə cavabdehə müraciət göndərə bilməzdi (i.v. 67). Bu baxımdan Nazirliyin (başqa struktur qurumu olan İnsan resursları şöbəsinin) xx.xx.2025-ci il tarixli müraciəti cavabdeh tərəfindən mübahisəli əmrin qəbul edilməsi üçün əsas ola bilməzdi.
33. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçının 6 ay müddətinə iş yeri və vəzifə maaşı saxlanılmaqla peşə hazırlığına cəlb edilməsi, ümumiyyətlə qeyd edilən 6 aylıq müddətin qanunvericilikdə nəzərdə tutulması işçinin stimulllaşdırılmasına və yenidən peşə biliklərini artıraraq imtahanda iştirak edib məqbul nəticə əldə etməsinə xidmət edir. Belə olan halda, işçinin imtahanda təkrar iştirakını təmin etmədən (xüsusilə də müddət müəyyən edildiyi bir halda) və həmin imtahan üzrə onun nəticəsini gözləmədən 6 aylıq müddətin sona çatması əsası ilə əmək müqaviləsinə xitam verilməsi həmin müddətin formal olaraq nəzərdə tutulmasına gətirib çıxara bilər ki, bu da qanunvericiliyin bu münasibətlərin tənzimləməsi ilə bağlı qarşıya qoyduğu məqsədə uyğun gəlmir. Hər bir halda, nəzərə alınmalıdır ki, təkrar sertifikasiya imtahanının vaxtı səlahiyyətli qurum tərəfindən qeyd edilən müddətlər çərçivəsində, yəni xx.xx.2025-ci il tarixdə müəyyən edilmiş və xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Təkrar sertifikasiya imtahahı 6 aylıq müddət daxilində, lakin bu müddət bitdikdən sonrakı tarixə iddiaçı tərəfindən təyin edilməmişdir. İddiaçı ümumiyyətlə bu məsələdə hər hansı səlahiyyətə malik deyil, onun üzərinə düşən vəzifələri isə yerinə yetirmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının tez-tez iş buraxmasına və xəstəlik kağızları açmasına istinad etsə də, iddiaçını məhz həmin əsasla deyil, ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad etmişdir. Bu baxımdan da cavabdehin həmin dəlilləri də əsassızdır və təmin edilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2869/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.