Məhkəmə qərarları › İş №2(103)-579/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-579/2022

18.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-579/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi barədə ilkin, qarşılıqlı iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı qarşı “evin boşaldılması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1889/2021 saylı işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qızları xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Könül Əlişan qızına qarşı müvafiq olaraq qarşılıqlı iddia ərizəsi və müstəqil tələb ilə məhkəməyə müraciət edərək, ilk idianın rədd edilməsi İddiaçı məxsus olan evdə qalan əşyaları qonaq otağı mebeli qorka, stol, stullar, yataq mebeli - şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1377/2020 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 29 iyun 2011 -ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 614 nömrəli akt qeydli nikah pozulması, birgə nikahdan doğulmuş 10 iyul 2012-ci il təvəllüdlü X16, 26 dekabr 2015-cı il təvəllüdlü X10 və 01 sentyabr 2017-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında qalması, yetkinlik yaşına çatanadək saxlanmaları üçün 10 mart 2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulması qət edilmişdir; - Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 867 nömrəli sərəncamı ilə Zirə qəsəbəsi Ə.Babayev küçəsi döngə 4, ev 16 ünvanında yaşayan X11 Zirə qəsəbəsində 3-36 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 m2 torpaq sahəsinin ayrılması,evin tikintisinin təqdim edilmiş 145-00-129c tipli layihə əsasında aparılması qərara alınmışdır; - Xəzər rayonu Zirə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 9-78 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh adına Zirə bələdiyyəsində daşınmaz əmlak (torpaq sahəsi, mənzil bağ sahəsi) qeydiyyata alınmamışdır. Xəzər rayon İcra Hakimiyyəti başçısının 867 saylı xx.xx.1992-ci il tarixli sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün X11 ayrılmış 1200 m2 torpaq sahəsinə görə vergi borcu Cavabdeh tərəfindən ödənilmişdir (səh.6, 42, 53). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1889/2021 saylı işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh və üçüncü şəxs X7 iddiasının rədd edilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 11.2, 13.4, 14.2, 77.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı 2015-ci ildə Cavabdeh ilə nikaha girmiş və Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünvanda yerləşən özbaşına tikili olan evə əşyaları ilə birlikdə köçərək orada daimi və birgə təsərrüfat aparmaqla yaşamışdır. 2020-ci ilin yanvar ayından etibarən aralarında baş vermiş mübahisə nəticəsində evdən çıxmış, nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. İddiaçı hazırda valideynləri ilə yaşayır. Onun köçürülməsini tələb etdiyi ev dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Bundan başqa, Cavabdeh ilk iddiaya etirazının dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 -ci hissəsinə görə, "heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1 -ci və 2- ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İlkin iddia üzrə cavabdehin məhz ilkin iddiaçının köçürülməsini istədiyi ev (özbaşına tikili) üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların ilkin iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, ilkin iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Bu səbəbdən ilk iddia üzrə iddiaçının özbaşına inşa edilmiş həmin tikiliyə köçürülməsi üçün qanuni maneə yoxdur. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə ilkin iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, ilkin iddiaçının və onun uşaqlarının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünanda yerləşən evə köçürülməlidir. İlkin iddia tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, qarşılıqlı iddia tələbinin İddiaçı məxsus əmlakların (cehiz) həmin özbaşına tikilidən çıxarılması hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı evə köçürüldüyünə görə iddiaçının əşyalarının evdən çıxarılması qət oluna bilməz. Şəxs harada yaşayırsa onun əşyaları da orada olmalıdır. Odur ki, ilk iddianın təmin edilməsinin əsası qarşılıqlı iddianın bu hissədə rədd edilməsi üçün əsas sayılır. Yəni məhkəmə bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir.Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia tələbinə münasəbətdə məhkəmə qeyd edir ki, üçüncü şəxsin tələbi İddiaçı iddiasının rədd edilməsi və (üçüncü şəxsin) iddasının təmin edilərək, İddiaçı məxsus olan əşyaların qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebeli - şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılmasıdır. Tələbin əsası kimi Zirə qəsəbəsi Ə.Babayev küçəsi döngə 4 ev 16 ünvanında yaşayan X11 Zirə qəsəbəsində 3- 36 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 m2 torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 867 nömrəli sərəncamı olmuşdur. Mülki qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Lakin mülki işin araşdırılması zamanı X15 ilk iddia üzrə iddiaçının köçürülməli olduğunu iddia etdiyi Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə (Kanalüstü) ünvanda yerləşən evə dair və ya torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair və özbaşına tikilinin məhz Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 867 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin də ifadələrindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahda olduqları vaxtdan (29 iyun 2011 -ci il) 2020-ci ilin yanvar ayına kimi həmin mübahisəli evdə yaşamışdırlar.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 İddiaçı iddiasının rədd edilməsi və (üçüncü şəxsin) iddasının təmin edilərək, İddiaçı məxsus olan əşyaların qonaq otağının mebeli qorka, stol, stullar, yataq mebeli - şifoner, tumba çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair iddiası rədd edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 iyul 2021- ci il tarixli, 2(003)- 1889/2021 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 180.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, köçürülməsi tələb olunan evin yerləşdiyi torpaq sahəsi Xəzər rayon İcra hakimiyyəti başçısının 30 dekabr 1992- ci il tarixli, 867 saylı sərəncamına əsasən xalası X11 məxsusdur. Qeyd edilən sənədi Məhkəməyə təqdim etmişdir. Yəni, həmin sənəddən də görünür ki, Xəzər Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam verilərək, həmin torpaq sahəsinin xalası Gülzar Rzayevaya verilməsi qərara alınmışdır. Torpaq sahəsinin xalasına məxsus olmasını məhkəmə iclasında iddiaçının özü də təsdiq etmişdir. Göründüyü kimi, sərəncamda da qeyd edilir ki, torpaq sahəsi Gülzar Rzayevaya fərdi evin tikintisi üçün verilmişdir. Xəzər rayonu Zirə Bələdiyyəsinin xx.xx.2020- ci il tarixli, 9-78 saylı məktubu.Həmin məktubda qeyd edilir ki, Cavabdeh adına Zirə Bələdiyyəsində daşınmaz əmlak (torpaq sahəsi, mənzil bağ sahəsi) qeydə alınmamışdır. Bu sübut qarşı tərəfin təqdim etdiyi sübut olmuşdur. Həmin sübut onu təsdiq edir ki, ümumiyyətlə hazırda mübahisəsi gedən evin Cavabdeh heç bir aidiyyatı olmamışdır. Lakin vergi borcu Cavabdeh tərəfindən ödənilir. Qeyd edir ki, vergi borcunun Cavabdeh tərəfindən ödənilməsi evin və ya torpaq sahəsinin Cavabdeh məxsus olmasını təsdiq edən sənəd deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, mübahisəli ev onun bacısı Gülzarındır. Öz evində yer olmadığından Gülzarın təklifi ilə Könül və Pərviz onun evinə köçmüşlər. Sonradan Könül həmin evdə olan əşyaları götürüb aparmışdır. Həmin evdə yalnız mebelləri qalmışdır. Gülzar evi onun oğluna müvəqqəti olaraq ev nəzarətsiz qalmasın deyə yaşamasına icazə vermişdir.Göründüyü kimi, məhkəmə qətnaməsində şahidin ifadəsi nəzərə alınmışdır. Göründüyü kimi şahid ifadəsində evin Gülzar Rzayevaya məxsus olmasını təsdiq edir. Eyni zamanda həmin ifadədə məhkəmənin qiymət vermədiyi bir halı da iddiaçının evdən könüllü olaraq əşyalarını yığışdırıb getdiyini bildirmişdir. Məhkəmə iddiaçının evdən könüllü getməsinə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə şahidin ifadəsində sərəncamla fərdi evin tikilməsi üçün Gülzar Rzayevaya verilmiş torpaq sahəsində tikilmiş fərdi evi özbaşına tikili hesab etmişdir. Əgər sərəncamda qeyd edilirsə, fərdi ev tİkİlməsi üçün İcra hakimiyyətə Gülzar Rzayevaya torpaq sahəsi ayırırsa, hətta bununla bağlı 145-00-129c tipli layihə də mövcuddursa, bu evin özbaşına tikili olması nə ilə sübut edilir. Axı İcra Hakimiyyəti fərdi evin tikintisinə torpaq sahəsi verməklə yanaşı, həmin sərəncamda evin tikilməsinə niyyəti əks etdirən, fərdi evin tikilməsi üçün icazəsini vermişdir. Ona görə də məhkəmənin gəldiyi o qənaət ki, ev özbaşına tikilidir, bu tam əsassızdır, iş materiallarında olan sənədlərin sübutların heç birinə uyğunluq təşkil etmir.X3 təqdim edilmişdir. Həmin şahidin ifadəsində qeyd edilmişdir. İfadədə qeyd edilmişdir ki, mübahisəli ev onun baldızının hesabına tikilib, O da evin tikintisinə usta tutmaqla, müəyyən işlərin görülməsində yaxın qohumu kimi, ərinin olmadığını, tək qadın olmasını nəzərə alaraq, evin tikintisinə müəyyən köməkliklər göstərmişdir. Ev tikilərkən oğlu Pərviz əsgərlikdə olmuşdur. Daha sonra oğlu Pərviz evlənəndə xalası Gülzar evi ona müvəqqəti evə nəzarət etmək məqsədi ilə yaşamağa icazə vermişdir. Sonradan gəlin evdən könüllü çıxıb getmiş və nikahın pozulmasına dair iddia qaldırmışdır. Göründüyü kimi, bu ifadədədə evin xalanın vəsaiti hesabına tikilməsi, evə iddiaçının müvəqqəti yaşamaq üçün gəlməsi, könüllü olaraq evdən getməsi təsdiq edilir. Məhkəmə qətnaməsində nədənsə şahid ifadəsi tam olaraq, yəni gəlinin evdən könüllü getməsi qeyd edilməmişdir. Bunun özü də bir daha məhkəmənin işə qərəzli yanaşmasını, sübutları olduğu kimi araşdırmaması tam təsdiq edilir. Məhkəməyə tərəfimizdən şahid X19 təqdim edilmişdir. Həmin şahid məhkəmə iclasında ifadəsində qeyd etmişdir ki, Sahib Kazımovu və Cavabdeh qonşu kimi tanıyır. Mübahisəsi gedən ev Cavabdeh xalasının evidir. Həmin evin tikintisi xalası Gülzar Rzayevanın vəsaiti hesabına aparılmış və bir neçə ilə tikilmişdir. Müvəqqəti olaraq Cavabdeh evləndikdən sonra həmin evdə yaşamışdır. Qeyd: Şahidin ifadəsi məhkəmə qətnaməsində yer almamışdır. Məhkəməyə tərəfimizdən şahid X4 ifadəsində qeyd etmişdir ki, Cavabdeh bibisidir. Mübahisəli evin Gülzar Rzayevaya məxsus olmasını, evin Gülzar Rzayevanın vəsaiti hesabına tikilməsini, hərdən qardaşı Sahibin də həmin evin tikinsi üçün Gülzara müəyyən məsələlərdə məsləhət vermiş, usta tapmışdır, müəyyən mənada köməklik etmişdir. Lakin sonradan iddiaçı evdən könüllü olaraq çıxıb getmişdir. Dəfələrlə barışması üçün cəhd olunsa da, iddiaçı əksinə nikahın pozulmasına dair iddia qaldırmışdır. Qeyd:adları yuxarıda qeyd etdiyi şaidlər X2 və X9 ifadələri məhkəmə qətnaməsində öz əksini tapmamış, sanki məhkəmə qərəzli olaraq onların sübutları gizlətməyə çalışmışdır.İş üzrə müstəqil tələb irəli sürən 3- cü şəxs Gülzar Rzayeva iddia ərizəsi ilə Cavabdeh və İddiaçı qarşı mebellərin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Gülzar Rzayeva da əmlakın onun vəsaiti hesabına inşa edildiyini, cavabdehlərin heç birinin onun ailə üzvü olmadığını bildirirək, evdə olan mebellərin çıxarılmasını xahiş etmişdir.Eyni zamanda onun tərəfindən İddiaçı qarşı mebellərin çıxarlımasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edilmişdir. O, qarşılıqlı iddia ərizəsi ilə ona görə məhkəməyə müraciət etmiş ki, xalası Gülzar Rzayeva ondan evdə olan mebellerin çıxarılmasını tələb edir. O isə bu mebellerin ona məxsus olmadığına görə, iddiaçı ilə də nikah pozulduğuna görə onun hər hansı bir əşyasına onun olmadığından toxuna bilmir. Bu səbəbdən o da məcbur olub, ona qarşı ona məxsus olmayan evdən mebellerin çıxarılmasına dair qarşılıqlı iddia qaldırmaq məcburiyyətində qalıb. Məhkəmə iclasında cavabdehin vəkili özü də etiraf edərək bildirmişdir ki, o, subyekt deyil, evin sahibi deyil və ona görə də qarşılıqlı iddia qaldıra bilməz, əgər o, subyekt deyilsə, iddiaçı ona qarşı niyə iddia qaldırır, əgər məhkəmədə iddiaçının nümayəndəsi və vəkili onun subyekt olmadığını bildirirək, qarşılıqlı iddia vermək hüququnun olmadığını məhkəmədə bəyan edirsə, onda məhkəmə niyə ona subyekt qismində tanıyır? Onda niyə iddiaçının iddiası ona qarşı yönəlmişdir?iş materiallarında nikahın pozulmasına dair Xəzər rayon Məhkəməsinin 18 sentyabr 2020- ci il tarixli, 2(003)-1377/2020 saylı qətnaməsi vardır, həmin qətnamədən görünür ki, iddianı İddiaçı qaldırmış, Cavabdeh məhkəməyə gəlməmiş, 3 ay vaxt verildikdən sonra nikah 18 sentyabr 2020-ci ildə pozulmuşdur. Qeyd edilən iddia ərizəsində, nə də qətnamədə iddiaçının evdən qovularaq məcburən çıxıb getməsi heç yerdə öz əksini tapmamışdır. Bu da iddiaçının həqiqətən də könüllü olaraq evdən çıxıb getməsini tam təsdiq edən sübutlardan biridir. Cavabdeh apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 iyul 2021- ci il tarixli, 2(003)-1889/2021 saylı qətnaməsini ləğv edib, İddiaçınm iddiasının rədd edilməsinə, onun qarşılıqlı iddiasının isə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavədə bildirmişdir ki, qarşılıqlı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, iddiaçının mebellərinin evdən çıxarılmasını xahiş etmişdir.Apellyasiya şikayətində İddiaçı iddiasının rədd olunmasını xahiş etmişdir. Lakin öz iddiası ilə bağlı fikir bildirməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 iyul 2021- ci il tarixli, 2(003)- 1889/2021 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsinə onun iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, köçürülməsi tələb olunan evin yerləşdiyi torpaq sahəsi Xəzər rayon İcra hakimiyyəti başçısının 30 dekabr 1992- ci il tarixli, 867 saylı sərəncamına əsasən ona məxsusdur. Qeyd edilən sənədi o, məhkəməyə təqdim etmişdir. Yəni, həmin sənəddən də görünür ki, Xəzər Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam verilərək, həmin torpaq sahəsinin ona verilməsi qərara alınmışdır. Torpaq sahəsinin ona məxsus olmasını məhkəmə iclasında iddiaçının özü də təsdiq etmişdir. Göründüyü kimi, sərəncamda da qeyd edilir ki, torpaq sahəsi Gülzar Rzayevaya fərdi evin tikintisi üçün verilmişdir. Xəzər rayonu Zirə Bələdiyyəsinin xx.xx.2020- ci il tarixli, 9-78 saylı məktubda qeyd edilir ki, Cavabdeh adına Zirə Bələdiyyəsində daşınmaz əmlak (torpaq sahəsi, mənzil bağ sahəsi) qeydə alınmamışdır. Bu sübut qarşı tərəfin təqdim etdiyi sübut olmuşdur. Həmin sübut onu təsdiq edir ki, ümumiyyətlə hazırda mübahisəsi gedən evin Cavabdeh heç bir aidiyyatı olmamışdır.Lakin vergi borcu Cavabdeh tərəfindən ödənilir. Qeyd edir ki, tərəfindən ödənilməsi evin və ya torpaq olmasını təsdiq edən sənəd deyildir. Məhkəmə iclasında şahid qismində Fəttah qızı, Kazımov Sahib dindirilmiş Kazımova Təranə, X4, X20 ifadələrində göstərmişlər ki, mübahisəli ev onun evidir. Torpaq sahəsi ona verilmiş,ev onun vəsaiti hesabına tikilmişdir. Bacısı oğlu müvəqqəti olaraq orada məskunlaşmışdır. Sonradan İddiaçı evi tərk etmişdir, evdə yalnız mebelləri qalmışdır. Nəzarətsiz qalmasın deyə müvəqqəti oaraq bacı oğlu və onun ailəsinə həmin evdə yaşamağa icazə vermiş, fərdi evin tikilməsi üçün İcra hakimiyyətə Gülzar Rzayevaya torpaq sahəsi ayırırsa, hətta bununla bağlı 145-00-129c tipli layihə də mövcuddursa, bu evin özbaşına tikili olması nə ilə siibııt edilir. Axı İcra Hakimiyyəti fərdi evin tikintisinə torpaq sahəsi verməklə yanaşı, həmin sərəncamda evin tikilməsinə niyyəti əks etdirən, fərdi evin tikilməsi üçün icazəsini vermişdir. Ona görə də məhkəmənin gəldiyi o qənaət ki, ev özbaşına tikilidir, bu tam əsassızdır, iş materiallarında olan sənədlərin - sübutların heç birinə uyğunluq təşkil etmir. İddiaçı özü evi tərk etmiş və əşyalarını da götürüb aparmışdır. Yalnız mebelləri qalmışdır, hazırda iddiaçının mebellərinin evdən çıxarılmasını, evin boşaldılmasını istəyir, hüquqları kobud surətdə pozulub. Özünə məxsus torpaq sahəsindən, orada vəsaiti hesabına tikilən evdən istifadə edə bilmir. Məhkəmə düzgün hüquqi nəticəyə gəlməmişdir. İddiaçı onun ailə üzvü deyildir. Onun evinə köçürülməsinə dair iddiasının təmin edilməsi hüquqlarını köklü surətdə pozur . Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə təxminən 7085,0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və ümumi dəyəri qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Yataq otağı mebeli (taxt 2.10x1.60 m, tumbo 2 ədəd, kamod 0.60x1.65x1.1 Om, şkaf 2.65x0.80x1.10 m)- 1500 manat , Pərdə 1.30x2.90m-150 manat, naçnik-10 manat, Şamdan-30 manat, Qonaq otağı dəsti (kamod 2x0.60x2.04, 2m qapılı,şüşəli və balaca kamod şüşəli)-1500 manat, Stol stul (8 əd) dəsti- 400 manat, Qorka (1.80x0.65x2m Ölçülü, 10qapılı şüşəli-300 manat, Tv altlığı-150 manat, Divan künc-400 manat, Jurnal masası-100 manat, Pərdə (7.30x3.1 10 m dekorlu)-450 manat, Pərdə (1.80x3.10)-100 manat, Çilçıraq 5 şamdanlı-40 manat, Taxt (2x1 m)-300 manat, Şkaf (1.45x0.65x2m 8 qapılı)-250 manat, Yazı stolu (1.30x0.70x2m 3 qapılı)-100 manat, Çilçıraq 5 şamdanlı- 40 manat, Pərdə (1.30x3.1 m)-100 manat, Dəhliz şkafı (1.20x0.50x2m)-150 manat, Mətbəx mebeli (3.25x2.64x1.80m 29 qapılı)-650 manat, Künc divan-150 manat, Stol -stul (2 əd) dəsti-50 manat, Çilçıraq 3 şamdanlı-15 manat, Pərdə (1.30x2.20m)-140 manat cəmi 7085 manat müəyyən edilmişdir.Aparılmış tədqiqatın dəyəi 100 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətini müdfaiə edərək, uşaqların həm ata, həm də ana ilə görüşməsində heç bir maneə olmadığını, iddiaçının mənzili özünün tərk etdiyini, cavabdehin barışmaq üçün dəfələrlə cəhd etdiyini, lakin iddiaçının razılaşmadığını, mənzilin müstəqil tələb irəli sürən üçüncü şəxs X11 məxsus olduğunu və sərəncamın onun adına olduğunu,birinci instansiya məhkəməsinin icraatı zamanı dindirilmiş şahid ifadələrindən də mənzilin müstəqil tələb irəli sürən üçüncü şəxs X11 məxsus olmasının təsdiq edildiyini, mənzilin özbaşına tikili olmadığını, torpağa sərəncamın mənzil tikilməsi məqsədi ilə verildiyini, iddiaçının mübahisəli mənzilə müvəqqəti olaraq köçürürldüyünü,iddiaçının hal-hazırda həmin mənzilə deyil qaynanası və qaynatasına məxsus mənzilə köçürürülməsinin mümkün olduğunu ekspert rəyində qeyd edilən əşyaların çeşidləri ilə razı olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X15 apellyasiya şikayətini müdafiə edərək, mənzilin ona məxsus olduğunu və iddiaçının əşyalarının mənzildən çıxarılmasını xahiş etdiyini, ekspert rəyində qeyd edilən əşyaların çeşidləri ilə razı olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, mənzilin tikintisində iddiaçının ailə üzvlərinin köməklik etdiyini, iddiaçının hal-hazırda anasının yanında iki otaqlı mənzildə uşaqlarla birlikdə yaşadıqlarını, iddiaçının qaynatası və qaynatasının yanında yaşamasının mümkün olmadığını bildirmiş, ekspert rəyində qeyd edilən əşyaların adları və göstəricilərinə dair etiraz bildirməmişdir. İş materialları nəzərdən keçirilərkən birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməyən X22 və X6 şahid ifadələri ilə müəyyən edilmişdir ki: mübahisəli ev X11 məxsusdur. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Mənzil Məcəlləsinin 30; Mülki Məcəllənin 6, 11.1; 135-158, 180, 181, 185, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15, 50, 52, 76, 77, 80- 82, 106.2, 119, 217.4, 267, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, sahiblik və istifadə hüquqları olmuş digər şəxslərin hüquqları nəzərə alınmamış, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, anoloji mülki münasibətlər baxımından belə ilk iddianın təmin edilməsi üçün əsas olmamışdır. Qeyd edilənlərdən əlavə, əksinə şahid ifadələri ilə evin müstəqil tələb irəli sürən şəxsin vəsaiti hesabına tikilməsi, evə iddiaçının müvəqqəti yaşamaq üçün gəlməsi, könüllü olaraq evdən getməsi təsdiq edilmiş, ona məxsus torpaq sahənin isə fərqli ünvan olması və əşyaların ekspert rəyində qeyd edilən çeşidi isə mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk iddia əsassız olduğundan təmin edilməməlidir.İlk iddia üzrə iddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət ertməli, müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa məhkəməyə müraciət etməkdə haqlıdıır. Hazırki mülki hüquq münasibətlərində cavabdehlə nikah mövcud olmadığından və nikah münasibətlərinə daxil olma tarixi maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, ilk iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, hər hansı şəxsin mənzilə (yaşayış sahəsinə) köçürülməsi üçün, ilk növbədə qeyd edilən mənzil (yaşayış sahəsi) və ora köçmək istəyən şəxsin hüquqları mövcud olmalı və ya bu hüquqların tanınması üçün müraciət olmalıdır. Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12, 15 və 16-cı maddələrinə əsasən: Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən: Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Qeyd edilənlərə əsasən ilk iddianın təmin edilməsi üçün əsaslar olmadığından, bu mənada, qarşılıqlı iddianın və müstəqil tələbin təmin edilməməsi üçün əsaslar da müvafiq olaraq müəyyən edilmir. Belə ki, ilk iddia üzrə iddiaçıya məxsus əşyaların çeşidi və mübahisə edilən müstəqil tələb irəli sürən şəxsə məxsus sahədə yerləşən tikilidə yerləşməsi inkar edilməmişdir. Bununla belə qeyd edilməlidir ki, ilk iddia üzrə iddaçının mübahisə edilən tikilinin inşa edilməsi və ya birgə nikah dövründə əldə edilmiş digər əmlak hüquqlarının pozulması ilə bağlı fərqli tələblər irəli sürmək hüquqları məhdudlaşdırılmır. Mülki Məcəllənin 181.1, 181.2, 181.4, 181.7 və 185-ci maddələrinə əsasən diqqətə çatdırılmalıdır ki: Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa obyekt olan şəxs, əgər orada dəyəri əlli beş manatdan aşkar aşağı olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu öz mülkiyyətinə yönəltmək hüququna malikdir. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. İlk iddia əsassız olduğundan, qarşılıqlı iddia və müstəqil tələbin isə təmin edilməsi üçün əsaslar yarandığından, apellyasiya şikayətləri üzrə başqa tələb olmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia rədd, qarşılıqlı və müstəqil tələblər (apellyasiya şikayətləri) isə təmin edilməli, ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərci isə ilk iddia üzrə ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1889/2021 saylı işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi barədə ilk iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 İddiaçı qarşı müvafiq olaraq qarşılıqlı iddiası və müstəqil tələbi təmin edilsin. (Xəzər rayon İcra Hakimiyyəti başçısının 867 saylı xx.xx.1992-ci il tarixli sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün X11 ayrılmış Zirə qəsəbəsində 3-36 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 m2 torpaq sahəsində olan) tikilidə qalan ilk iddia üzrə İddiaçı məxsus olan əşyalar onun tərəfindən çıxarılmaqla “mənzil” boşaldılsın. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğində vəsait ilk iddia üzrə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar