Məhkəmə qərarları › İş №2(103)-5790/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5790/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5790/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X8 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Ərizəçi və maraqlı şəxslər X24 və X13 nümayəndəsi Vəkil2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 Saylı Notariat Ofisinin X23 maraqlı şəxs qismində cəlb edilməklə "buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 nömrəli işi üzrə 25.12.2019-cu il tarixli qətnaməsindən maraqlı şəxslər X24 və X25 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X2 miras qalmış Abşeron rayonu Göradil kəndi İ.Yusifov küçəsi 17 saylı evə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı ev tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlak əmlakın dövlət reyestrində 17.10.2019- cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır (iş.səh.3), JQ seriyalı 329889 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X6 ilə X14 17 yanvar 1987-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 yanvar 1987-ci ildə 65 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əsədullayev, arvada Əsədullayeva soyadı verilmişdir (səh.5), AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, Nuriyeva (Əsədullayeva) Kəmalə Vaqif qızı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X15 qeyd olunmuşdur (səh.6), Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 20 fevral 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 272765 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X7 22.06.1969-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.06.1969-cu il tarixdı 1143N ilə qeyd edilmişdir (səh.7), Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 14 iyul 2006-ci il tarixdə verilmiş AZ-İ seriyalı 201659 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X15 15.03.1991-ci il tarixdə vəfat etmiş (səh.8), Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 18 may 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 866989 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X10 25.09.1993-cü il tarixdə vəfat etmiş (səh.4), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 Saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanan məktubla mirasın qəbul müddətininin ötürüldüyündən müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir (səh.12). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 nömrəli işi üzrə 25.12.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və Ərizəçi nənəsi X2 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilmiş və həmin müddətin uzadılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; 01 mart 1965-ci ildən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532, 553, 552; 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1159.1.1, 1159.1.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 307.1, 307.2.9, 308, 311-ci maddələrinı istinadən qeyd edilmişdir ki, Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsində yerləşən 2 saylı ev X5 mülkiyyətində olmuşdur. Məryam Quliyevanın qızı (ərizəçinin anası) X15 15.03.1991 -ci il, Məryam Quliyeva isə 25.09.1993-cü il tarixdə vəfat etmişdir. Nənəsinin ölümündən sonra miras əmlak Ərizəçi tərəfindən faktiki qəbul edilərək idarə olunmuşdur. Ərizəçi mərhum X2 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxmış, lakin bu onun həmin evi faktiki olaraq qəbul etməsi və sənədləşməyə zərurətin olmasının bilməməsi səbəbindən olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddət üzürlü hesab edilməklə Ərizəçi nənəsi X2 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməklə həmin müddət bərpa edilməlidir . Maraqlı şəxslər X24 və X25 apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 nömrəli 25.12.2019-cu il tarixli, qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 82.3, 217.2, 385.1.1, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, ərizəçi isə, nənəsinin ölümündən 26 il sonra notariat orqanına ərizə ilə müraciət etmişdir, ərizəçi mirasın qəbulu müddətinin ötürülməsi savadsız olması ilə izah etmiş ərizəçi tələbin predmeti olan əmlakı heç vaxt faktiki olaraq qəbul etməmiş, orda bir gün də olsun yaşamamış, təsərrüfatı idarə etməmişdir. Həmin əmlak, X10 vəfat etdikdən sonra onun oğlu (ərizəçinin dayısı) X25 və nəvəsi (ərizəçinin dayısı oğlu) X24 tərəfindən miras kimi qəbul edilmiş, təsərrüfat onlar tərəfindən idarə edilmiş, cari təmir edilmiş, abadlaşdırılmış, kommunal və digər xərcləri ödənilmişdir. Bu gün də həmin əmlak bütünlüklə Sabir Quliyev və Baba Quliyevin sahibiliyindədir. Kəmalə Əsədullayeva isə həmin əmlakdan istifadə etməmiş, əmlaka sahibliyi həyata keçirməmiş, əmlakın abadlaşdırılması və cari təmir edilməsi ilə bağlı proseslərdə iştirak etməmişdir. Həmçinin, ərizəçi hazırki tələblə çıxış elmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş, 01.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Miras qoyan Məryam Quliyeva 25.09.1993-cü ildə vəfat etməsinə baxmayaraq, ərizəçi Kəmalə Əsədullayeva 26 il ərzində miras əmlakını faktiki surətdə idarə etməyə başlamamış və ya mirasa yiyələnməmiş, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. Halbuki, qanunla bu hərəkətlər üçün 6 ay vaxt müəyyən edilmişdir. Miras əmlak isə digər vərəsələr, X25 və X24 tərəfindən faktik olaraq qəbul edilmişdir. Bundan başqa, ərizəçi analoji tələblə məhkəməyə artıq müraciət etmişdir. Belə ki, Ərizəçi X25 və X20 qarşı “Abşeron rayonunun Görədil kəndində yerləşən və mərhum nənəsi X2 miras qalmış 0,07 ha torpaq sahəsinə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bölüşdürülməsi barədə'’ iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 09.08.2018-ci il tarixli 2(0120-3976/2018 saylı qətnaməsi iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli 2(105)466/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(1020-5036/2019 saylı qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli 2( 105)466/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Ərizəçi nənəsi Məryam Quliyevadan miras qalmış əmlaka vərəsəlik hüququnun olmadığı qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiqini tapmışdır . Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxslər X24 və X13 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iradə ifadəsinin video görüntü ilə təsdiq edilməsinin qanunvericiliyə uyğun olmadığını, iradə ifadəsinin notariusda təsdiq edilməli olduğunu, mübahisəli mənzilin ərizəçinin nənəsinə məxsus olduğunu, nənənin 1993-cü ildə vəfat etdiyini, bundan sonra hüquqlarını müdafiə etdiyi şəxlərin mirasa faktiki olaraq sahiblik etdiklərini, orada abadlıq işlərini həyata keçirdiklərini, miras əmlakın əldə edilməsi üçün müəyyən edilmiş müddətin ötürüldüyünü, mübahisə predmeti ilə bağlı Abşeron Rayon Məhkəməsinin qərarına əsasən iddianın rədd edilməsi barədə qətnamənin Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli qətnaməsi ilə ərizəçi tərəfindən verilmiş şikayətin qismən təmin edildiyini və iddia tələbinin rədd edildiyini və Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək, evin mülkiyyətçisinin nənəsi Məryəm olduğunu, onun 1969-cu ildən 1993-cü ildə vəfat edənə qədər onlarla yaşadığını, dayısı və dayısıoğlu ilə notariusun videogörüntü ilə danışıldığını və onların bölgüyə razı olduqlarını, 1996-cı ildə qardaşı da vəfat etdikdən sonra onu evdən məcburi qaydada çıxarıldığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 15 Saylı Notariat Ofisinin X17 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı təqdim edilmiş: 15 saylı notariusda aparılan vərəsəlik işinin təsdiq edilmiş surətində mövcud sənədlərə əsasən 22.02.2021-ci il tarixli şəhadətnamə təqdim edilmiş və şəhadətnamə ilə X3 miras əmlakdan 1/3 pay almalı olduğu bildirilmiş və miras əmlakın 2/3 hissəsinın açıq buraxılması qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********51-10301 saylı reyestr nömrəli 24.12.2019-cu il tarixli çıxarışa əsasən Abçeron rayon Göradil kəndi, İ.Yusifov küçəsi, ev 17 ünvanı X3 adına rəsmiləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 09.08.2018-ci il tarixli 2(0120-3976/2018 saylı qətnaməsi iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli 2(105)466/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir (burada birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi əsas gətirilmişdir). Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(1020-5036/2019 saylı qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli 2(105)- 466/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə və Mülki Məcəllənin 140,1243, 1248, 1262-1263,1272-1273-1; Mülki Prosessual Məcəlləsinin 372, 385, 386, 388, 390-cu maddələrinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən daşınmaz əmlak (üzrə hüquqlar) artıq müvafiq olaraq notarial qaydada vərəsəlik şəhadətnaməsi verilməklə dövlət reyestrində qeydiyyata alındığından birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Diqqətə çatdırılmalıdır ki, şikayət verənlərin özləri tərəfindən susaraq müvafiq notarial orqana və ya məhkəməyə öz ehtimal edilən vərəsəlik hüquqlarının təsdiq etməməsi onların bu hüquqlarının mövcudluğunu təsdiq etmir və hazırki tələb həddində bu hüquqların mövcudluğuna qiymət verilməsi ümumiyyətlə mümkün deyil. Bundan əlavə, mirası qismən qəbul edilmiş və bir hissəsi açıq saxlanılmışdır. Qeyd edilənlərə əsasən maraqlarına toxunan şəxslər mirasın qəbulu və vərəsəlik hüquqlarının təsdiq edilməsi, habelə hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsi üçün müvafiq notariata və ya məhkəməyə müraciət etmək hüquqları vardır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, kollegiya :q ə t e t d i Maraqlı şəxslər X24 və X13 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 nömrəli işi üzrə 25.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar