Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5794/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 3194/2025 saylı qərardadından cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X8 nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin 11 fevral 2025-ci il tarixli 3-17- 6/3-4-24/2025 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsində aparıcı mütəxəssis vəzifəsinə işə bərpa olunması, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardımın göstərilməsi ilə bağlı İddiaçı tərəfindən çəkilmiş xərclər qismində 400 (dörd yüz) manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 3194/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X8 idarə heyətinin sədri Elnur Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3 17-6/3-4-24/2025 nömrəli əmri ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X9 Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Departamentinin monitorinq şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişləri cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə milli Observatoriya” X7 tutularaq İddiaçı ödənilməsi və hüquqi xidmətin göstərilməsi ilə bağlı EM-2713VK-20944/25 saylı müqavilə üzrə Ruslan Vəliyev və onun partnyorları Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaiti cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X7 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2(001) 3194/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3194/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ilə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(001)-3194/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli İş № e-2(001)- 3194/2025 saylı qətnaməsi Elektron Məhkəmə İnformasiya Sistemində xx.xx.2025-ci ildə yerləşdirilmişdir. Həmin qətnamədən apellyasiya şikayətinin verilməsinin son müddəti xx.xx.2025 tarixdə olmasına görə həmin tarix və ertəsi gün xx.xx.2025-ci ildə çoxsaylı cəhdlərinin olmasına baxmayaraq, Elektron Məhkəmə İnformasiya Sistemində nasazlıqlar müşayiət olunduğuna görə mümkün olmamışdır. 08.09 və 09.09 günlər ərzində Ədliyyə Nazırliyinin Məhkəmə Portalına gün ərzində çoxsaylı zənglərinə baxmayaraq, ancaq xx.xx.2025-ci ildə nasazlığın aradan qaldırılması mümkün olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(001) 3194/2025 saylı qərardadı ilə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, e-2(001) 3194/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, e-2(001)-3194/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 şikayət verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin verilməsinə dair prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini, əks halda şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli e-2(001)-3194/2025 saylı qətnaməsi Elektron Məhkəmə İnformasiya Sistemində xx.xx.2025-ci ildə yerləşdirilmişdir. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş son müddət 09 sentyabr 2025-ci il tarixdə 2024-cü ilin 09 sentyabr tarixində vəfat etmiş anasının ölümünün ildönümü olduğundan apellyasiya şıkayəti verə bilməmişdir. Mülki iş üzrə apellyasiya şikayəti ertəsi gün 10 sentyabr 2025-ci ildə verilmişdir. Göründüyü kimi, məhkəmə, apellyasiya şikayətinin bir ay iki gün sonra verilməsini qərardadda göstərməklə, səhv nəticəyə gəlmişdir, çünki hazırki iş üzrə qətnamədən apellyasiya verilməsi üçün bir aylıq qanunla nəzərdə tutulan müddətin axımı 08 avqustdan sonrakı gün 09 avqust tarixində başlayır və 09 sentyabr saat 00:00 bitmiş olur. Beləliklə, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət cəmi bir gün 09 sentyabr buraxılmış və onun üzürlü hesab edilməsinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilmişdir. Əlbətdə, 09 sentyabr günü 2024-cü ilin 09 sentyabr tarixində vəfat etmiş anasının ölümünün ildönümü olduğu ona məlum olmuşdur, lakin ondan əvvəlki gün 08 sentyabr tarixində apellyasiya şikayətinin Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilməsi cəhdləri Məhkəmə Portalında nasazlıqlar müşayiət olunduğuna görə üğursuz nəticələnmişdir (bunu həmin gün Elektron Məhkəmə İnformasiya Sistemi üzrə qaynar xətt – 880 nömrəsinə - gün ərzində edilmiş çoxsaylı zənglər təsdiq edir). Qeyd edilənlərdən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli İş № e-2(001)-3194/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq müddət 1 (bir) gün buraxılmışdır, müddətin üzürlü səbəbdən buraxıldığına görə bərpa edilməsi üçün məhkəməyə müvafiq sübutlar təqdim edilmişdir. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(001)-3194/2025 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayətinin verilməsinə dair prosessual müddətin bərpasına dair ərizə təmin edilməli, əks halda şikayət mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e-2(001) 3194/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı və cavabdeh tərəfindən ərizələr və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə Kollegiyası şikayəti iş materialları ilə araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti 1 ay 2 gün sonra, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmaqla verilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ərizədə göstərilən xüsusatlar ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab etmişdir ki, prosessual müddətin bərpası üçün isə yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, e-2(001)-3194/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsi, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 elektron kabinetinə yüklənilmiş, apellyasiya şikayəti isə 10 sentyabr 2025-ci il tarixdə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən elektron kabineti vasitəsilə verilmişdir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, qətnamə xx.xx.2025-ci il tarixdə qeyd edilən şəxslərin elektron kabinetinə yüklənildiyindən, qətnamədən apellyasiya şikayəti verilməsi üçün son gün 8 sentyabr 2025-ci il tarixə təsadüf edir, çünki apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından isə göründüyü kimi apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmaqla verilmişdir. Lakin qeyd edilməlidir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş son gün - 8 sentyabr 2025-ci il tarixdə apellyasiya şikayətinin Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilməsi cəhdləri Məhkəmə Portalında nasazlıqlar müşayiət olunduğuna görə uğursuz nəticələnmişdir. Həmçinin 9 sentyabr 2025-ci il tarix cavabdehin nümayəndəsi-vəkilinin anasının vəfatının ildönümünə təsadüf etmiş, ondan sonrakı tarixdə isə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə Kollegiyası qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Hazırda işin hallarından göründüyü kimi apellyasiya şikayətinin verilməsi üçün son gün olan 8 sentyabr 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində nasazlıq olmuşdur ki, sistemdə baş verən nasazlıqların nəticələri vətəndaşlara aid edilməməlidir. Həmçinin 9 sentyabr 2025-ci il tarix cavabdehin nümayəndəsi-vəkilinin anasının vəfat etməsinin ildönümünə təsadüf etdiyindən həmin hallar ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün əsas kimi qiymətləndirilməlidir. Göründüyü kimi formal prosedur maneələri səbəbindən şəxsin əsas hüququnun məhkəmə müdafiəsinin həyata keçirilməsinin qarşısının alınmaması lazımdır. Beləliklə, iş materiallarını araşdıraraq Məhkəmə Kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(001) 3194/2025 saylı qərardadı ləğv edilməli, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X8 nümayəndəsi-vəkili Nümayəndə3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3194/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddət bərpa edilməli və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Katibliyinə təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001) 3194/2025 saylı qərardadı ləğv edilsin. Cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X8 nümayəndəsi-vəkili Nümayəndə3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3194/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddət bərpa edilsin, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Katibliyinə təqdim edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5794/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5794/2025
27.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver