Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5796/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon notariat kontorunun notariusu X14 qarşı “etibarnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestr qeydlərinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-14/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “etibarnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestr qeydlərinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı adından Cavabdeh2 verilmiş xx xxxxxx 2017-ci il tarixli, 965 reyestrli etibarnamənin verildiyi andan etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakların onun adından Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrinin qeydlərinin ləğv edilməklə həmin əmlak üzərində onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” QSC-nin İdarə Heyətinin sədri X10 bacısı qızıdır. Digər Cavabdeh2 isə “xxxx” QSC-nin İdarə Heyətinin sədri X10 işçisidir. Keçmiş əri Əkbərov Şücayət barəsində Azərbaycan Respublikası CM-nin 29,120.1.2, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 178.3.2, 228.3-cü maddələri ilə cinayət işi başlanılmış və barəsində xx xxxxxx 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs “xxxx” QSC-nin İdarə Heyətinin sədri X15r. Əkbərovla boşandıqdan sonra Alışanov Arif məcburetmə, aldatma və hədə-qorxu yolu ilə onun mülkiyyətində qalan əmlakları almağa yönələn hərəkətlər etmişdir. O, məcburən polisin inzibati binasına aparılmış, notarius vasitəsi ilə Arif Alışanovun işçisi olan və heç vaxt tanımadığı Cavabdeh2 adına xx xxxxxx 2017-ci il tarixdə baş etibarnamə verməyə məcbur edilmişdir. O, Cavabdeh2 tanımır, bildiyinə görə bu şəxs Arif Alışanovun işçisidir və Bakı şəhərində yaşayır. Etibarnamə təzyiq altında alınmışdır və onun verilməsi dair iradə ifadəsi olmamışdır. Həmin etibarnamə əsasında alqı-satqı müqavilələri bağlanmışdır. Birinci müqavilə xx xxxxxx 2017-ci il tarixdə bağlanmış və bu müqavilə əsasında Cavabdeh2 ona məxsus Şamaxı, Çuxuryurd kəndində yerləşən 6,5429 ha torpaq sahəsini guya 25.000 manata digər Cavabdeh1 satmışdır. Halbuki aldığı rəsmi rəydən görünür ki, bu torpaq sahəsinin dəyəri 65.000 manatdır. O, həmin müqavilə üzrə heç bir pul almamış və bu əmlakın satılmasına iradə ifadəsi olmamışdır. Müqavilə Şamaxı rayon notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İkinci müqavilə xx xxxxxx 2017-ci il tarixdə bağlanmışdır. Yenə də eyni şəxslər arasında bağlanan müqavilə əsasında Cavabdeh2 ona məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 194,4 kv.m. olan evi və 0.11 ha torpaq sahəsini 28.000 manata Arif Alışanovun bacısı qızı Cavabdeh1 adına keçirmişdir. Yenə aldığı rəydən məlum olur ki, bu evin dəyəri 130.000 manatdır. Qara bazarda isə bu əmlakın dəyəri rəydə göstərildiyindən ən azı 3-4 dəfə çoxdur. Bu baxımdan da tam təsdiq olunur ki, cavabdehlər əmlakları qəsdən, bilə-bilə dəyərindən qat-qat aşağı qiymətləndirmişlər. Ona tam mülkiyyət hüququ ilə məxsus olan Samux şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.246465 ha olan torpaq sahəsinin idarə olunmasına dair A.Alışanovun işçisi Cavabdeh2 adına etibarnamə alınmış, sonuncu ilə A.Alışanovun bacısı qızı Cavabdeh1 vəkalətnamə əsasında nümayəndəsi X7 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair AN-1 ******* nömrəli,xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq, müvafiq əmlak əvəzsiz olaraq Cavabdeh1 mülkiyyətinə verilmişdir. Bu qədər torpaq sahəsi cəmi 2.000 manat məbləğində qiymətləndirilmişdir. Halbuki orada bir sot torpaq sahəsi 2.000 manata satılır. Daha sonra yenə İddiaçı mülkiyyətində olan Samux şəhərinin Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair Alışanovun sadiq işçisi Cavabdeh2 ilə Elyasov Bəxtiyar arasında AN-10593312 nömrəli, xx xxxxxx 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair müqaviə bağlanmış və bu əmlak da əvəzsiz olaraq Cavabdeh1 mülkiyyətinə verilmişdir. Təxminən 200.000 manat dəyərində olan villa isə absurd bir qiymətə yəni, 12.000 manata qiymətləndirilmiş və guya bu qiymətə alqı-satqı olmuşdur. Hər dörd müqavilə formal olaraq bağlanmış və əslində əmlaklar əvəzsiz olaraq Arif Alışanovun mülkiyyətinə verilmişdir. Bir daha qeyd edir ki, əmlakları satmaq niyyəti olmamış, qeyd olunan alqı-satqı müqavilələri həqiqi iradə ifadəsi deyildir. Şamaxı rayon notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli Cavabdeh2 adına verilmiş etibarnamə və həmin etibarnamələr əsasında bağlanmış əqdlər üzrə onun iradə ifadəsi olmamışdır. Etibarnamə polis müdaxiləsi ilə məcburetmə, zorakılıq, hədə təsiri altında verilmiş, əmlaklarını Camal Nəbivev vasitəsi ilə satmaq niyyəti heç vaxt olmamışdır. Belə bir fikri olsaydı, Şamaxı da brokerlik fəaliyyəti ilə məşğul olan qaynı-Məhəmməd Əkbərov vasitəsi ilə müvafiq əmlakları satardı. Onun əmlakları həqiqi qiymətlərindən ən azı 10-15 dəfə aşağı qiymətə satılmışdır. Qeyd olunan səbəblərdən müvafiq etibarnamənin və onun əsasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrinin qeydlərinin ləğv edilməklə həmin əmlak üzərində onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon notariat kontorunun notariusu X11 müvafiq mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-14/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, çəkişmə prinsipini təmin etmədiyi, qanunları səhv təfsir etdiyi, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadığı irəli sürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq proses iştirakçıları (nümayəndələri) məhkəməyə gəlməyərək bunun səbəbləri barədə məlumat verməmiş, bu səbəblə də işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X8 bildirmişdir ki, İddiaçı övladıdır. Atası Sücayət 2017-ci ilin yanvar ayının 14-də həbs olunmuş və o, həbs olunduqdan 3-4 gün sonra anası Səlimə polislə polis idarəsinə aparılmış, aldatma və hədəqorxu yolu ilə etibarnaməyə imza etməyə məcbur etmişlər. Həmin etibarnamə əsasında alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilə əsasında Cavabdeh2 anasına məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 6, 5429 ha torpaq sahəsini guya Cavabdeh1 satmışdır. Anası zəng vuraraq Şamaxı rayonuna aparıldığını bildirmişdir. Əmisi və bibisi rayonda yaşadıqları üçün dərhal bu hadisə barədə onlara məlumat verib. Cavabdeh2 ilə bu hadisədən əvvəl heç bir tanışlığı olmamışdır. Anam həmin hadisədən əvvəl narkoloji və ruhi xəstəliyi ilə bağlı heç bir yerə müraciət etməyib. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X5 bildirmişdir ki, halhazırda Şamaxı rayonu, Göylər kəndində yaşayır. İddiaçı onun qardaşının keçmiş həyat yoldaşıdır. İddiaçı zor tətbiq olunması barədə qardaşının qızı X8 ona zəng vuraraq bildirmişdir. Həmin hadisə qardaşının tutulmasından 3-4 gün sonra baş vermişdir. Notariusun qarşısına çatanda görmüşdür ki, Səlimə ilə birlikdə orada polis geyimində olan şəxslər, habelə Dəyanət adlı şəxs və Cavabdeh2 var idi. İddiaçı öz maşınları ilə notariusa aparmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 bildirmişdir ki, iddiaçı onun qardaşının keçmiş həyat yoldaşıdır. O kənd təsərrüfatı ilə məşğuldur və eyni zamanda Seçki Komitəsinin sədridir. İddiaçı aldatma və hədə-qorxu yolu ilə etibarnaməyə imza etməyə məcbur etmişlər. Bu hadisə barədə qardaşının qızı zəng vuraraq anasının DİN Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şamaxı rayonuna gətirildiyini bildirmişdir. Notariat kontoruna gəlib kontorun dəhlizində Səliməni gözləmiş və oradan Səlimənin ağlayaraq çıxdığını görmüşdür. Cavabdeh2 2016-cı ildə özünü DİN Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinin əməkdaşları iddiaçını notariat kontoruna apararaq hədə-qorxu ilə etibarnaməni imzalatmışlar. Şamaxı rayon notariat kontoruna gəldikdən sonra İddiaçı artıq etibarnaməni hədə-qorxu əsasında imzaladığını bildirmişdir. Notariat kontorunda DİN Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinin 2-3 əməkdaşı və müstəntiq də orada olmuşdur. DİN Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsində həmin müstəntiqi görmüş və qəbulunda olmuşdur. Bu səbəbdən onu dərhal tanımışdır. Polis əməkdaşları mülki geyimdə olmuşlar. İddiaçı tutulduğunu eşidib, notariusun qarşısına bacısı X5 da gəlmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X17 bildirmişdir ki, iddiaçını həmyerlisi olduğu üçün tanıyır. Hadisə olan gün o da notariat kontorunda olmuşdur. Səliməni orada görmüşdür və Səlimə bildirmişdir ki, 4 nəfər hədə-qorxu ilə ona etibarnaməni imzalatmışlar. Həmin gün Şamaxıda notariusa getməyinin səbəbi odur ki, qardaşı torpaq işi ilə əlaqədar ona etbarnamə verirdi. Şəhadətnamədə qeyd olunan şəxslər iştirak etmədiyindən etibarnaməni həmin gün əldə etməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli, reyestrdə 7E-965 nömrə ilə qeyd edilmiş etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müvafiq etibarnamə ilə təmsil edilən İddiaçı etibar edilən Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipotekaya (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, postdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, post, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxslərə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarındanşikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla, bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə otuz il müddətinə verilmiş və xx xxxxxx 2047-ci ilədək qüvvədədir. İş materiallarına əlavə edilmiş Şamaxı Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən daxil olmuş notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 6, 5429 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə İddiaçı adında qeydiyyatda olmuşdur. Notariat işində olan xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 vasitəsilə mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 6, 5429 ha torpaq sahəsini Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı Cavabdeh1 isə müvafiq torpaq sahəsini 25.000 (iyirmi beş min) manata almışdır. xx xxxxxx 2017-ci il tarixli mədaxil orderi ilə 25.000 (iyirmi beş min) manat məbləğində pul “xxxxxxxxx” ASC-nin Şamaxı filialı vasitəsilə X7 (Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) tərəfindən Şamaxı rayon notariat kontorunun notariusu X11 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şamaxı Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən daxil olmuş notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 194,4 kv.m olan ev və 0.11 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə İddiaçı adında qeydiyyatda olmuşdur. Notariat işində olan xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 vasitəsilə mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 194,4 kv.m olan evi və 0.11 ha torpaq sahəsini Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı Cavabdeh1 isə müvafiq əmlakı 28.000 (iyirmi səkkiz min) manata almışdır. Həmin notariat işində olan xx xxxxxx 2017-ci il tarixli mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul “xxxxxxxxx” ASC-nin Şamaxı filialı vasitəsilə X7 (Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) tərəfindən Şamaxı rayon notariat kontorunun notariusu X11 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən daxil olmuş notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Samux şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.246465 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən daxil olmuş notariat işində olan Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Samux şəhəri, Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv.m olan fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata olmuşdur. Notariat işində olan xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 vasitəsilə mülkiyyətində olan Samux şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.246465 ha olan torpaq sahəsini Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı Cavabdeh1 isə müvafiq torpaq sahəsini 2.000 (iki min) manata almışdır. Həmin notariat işində olan İddiaçı adından Gəncə “ASAN” xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Ağcayev Zülfiqar Möhübbət oğluna ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Samux şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.246465 ha olan torpaq sahəsini X6 ilə nikahı pozulduqdan sonra əldə etmişdir və həmin əmlakı satır. Gələcəkdə həmin əmlakın satışı və onun təkrar nikaha girib-girməməyi ilə bağlı hər hansı mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. Ərizə İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin notariat işində olan İddiaçı tərəfindən Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Ağcayev Zülfiqar Möhübbət oğluna ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Samux şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.246465 ha olan torpaq sahəsini 2.000 (iki min) manata Cavabdeh1 nümayəndəsi X1. Göstərdiyi alqı-satqı məbləği həqiqi niyyətinə uyğundur. Ərizə İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən daxil olmuş 47-02-441 nömrəli notariat işində olan xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 mülkiyyətində olan Samux şəhəri, Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv.m olan fərdi yaşayış evini Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı Cavabdeh1 isə müvafiq əmlakı 12.000 (on iki min) manata almışdır. Həmin notariat işinə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Gəncə filialı ASAN şöbəsi vasitəsilə X7 (Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) tərəfindən 297 nömrəli alqı-satqı müqaviləsinə görə 12.000 (on iki min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şamaxı rayon notariat kontoru tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2017-ci il tarixli, 2/358 nömrəli məktubun surətindən görünür ki, Şamaxı rayon notariat kontorunda Cavabdeh2 verilmiş əmlakdan istifadə və onun üzərində sərəncam verilməsinə dair xx.xx.2017-ci il tarixli, 7E-965 reyestr nömrəli etibarnamə İddiaçı xx.xx.2017-ci il tarixli, 7E-4444 nömrəli reyestrlə təsdiq edilmiş ərizəsi ilə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli, reyestrdə 7E-1689 nömrə ilə qeyd edilmiş etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müvafiq etibarnamə ilə təmsil edilən Cavabdeh1 etibar edilən X4 Azərbaycan Respublikası ərazisində onun adına daşınmaz əmlak və torpaq sahəsi almağı, notariat kontorunda müvafiq müqavilə bağlamağı və imza etməyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində təmsil etməyi, sənədləri təhvil verib və almağı, çıxarışı, texniki pasportu və ona çatası bütün sənədləri götürməyi, lazımi rüsumları ödəməyi, həmin işlə əlaqədar ərizələr tərtib edib imzalamağı, təhvil verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, MB 10/572 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinin xx xxxxxx 2017-ci il tarixə olan ümumi bazar dəyəri 130.000 (bir yüz otuz min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, MB 10/580 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 6,5429 ha torpaq sahəsinin xx xxxxxx 2017-ci il tarixə hesablanmış bazar dəyəri 65.000 (altmış beş min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixli Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon notariat kontorunun notariusu X14 qarşı “etibarnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestr qeydlərinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-408/18 nömrəli hökmü qanuni qüvvəsini alanadək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-408/18 nömrəli hökmü qanuni qüvvəsini xx xxxxxx 2019-cu il tarixdə almışdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-408/18 nömrəli hökmünün surətindən görünür ki, X6 məhkəmə verdiyi ifadəsində bildirmişdir ki, 2014-cü ildə arvadı İddiaçı ilə boşanmış, hazırda ayrı-ayrı yaşayırlar. Şamaxı rayonu, Nağaraxana kəndindəki evinin çıxarışını xx.xx.2008-ci il tarixdə öz adına almış, xx.xx.2014-cü il tarixdə isə bağışlama müqaviləsi ilə Sumqayıt ASAN xidmətdə arvadı İddiaçı adına keçirmişdir. Həmin cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində bildirmişdir ki, İddiaçı ona Şamaxı rayon notariat kontorunda tam könüllü surətdə mülki etibarnamə vermiş və həmin vaxt notarius sonuncuya həmin hərəkətin nəticələrini izah etmişdir. İddiaçı hər hansı bir təsir göstərildikdə notarius qarşısında notarial qaydada ona etibarnamə verməkdən imtina etmək, həmin gün notariusa qayıdaraq etibarnaməni ləğv etmək və ya kiminsə hədə-qorxu gəlməsi ilə bağlı polis orqanlarına müraciət etmək imkanına malik olmuşdur. 2017-ci ilin dekabr ayında Arif Alışanov ona tapşırmışdır ki, aldığı torpaq sahələrinin və Səlimənin adına olan əmlakların rəsmiləşdirilməsi ilə maraqlansınlar. O, Səlimə ilə danışdıqdaSəlimə demişdir ki, qalan 42.000 (qırx iki min) manat pulu, həmçinin vaxtı ilə dəyəri onlar (Arif Alışanov) tərəfindən ödənilmiş və onun adına formal olaraq rəsmiləşdirilmiş Çuxuryurd kəndində yerləşən 6,5429 ha torpaq sahəsinin adından rəsmiləşdirilməsi üçün əlavə olaraq 25.000 (iyirmi beş min) manat versinlər. O da bunu Arif Alışanova demiş, Arif Alışanov da İddiaçı vermək üçün ona 67.000 (altmış yeddi min) manat vermiş, o da İddiaçı ilə Şamaxı rayonunda görüşərkən 67.000 (altmış yeddi min) manatı Səliməyə vermişdir. İddiaçı pulu aldıqdan sonra öz adından onun adına müvafiq etibarnamə vermişdir. O da həmin etibarnamədən istifadə edərək İddiaçı adına olan yuxarıda adı çəkilən əmlakları alqı-satqı müqavilələri əsasında Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmin cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 1996-cı ildən Şamaxı rayonunda fəaliyyət göstərən notariat kontorunda dövlət notariusu, 2013-cü ildən hazıra kimi isə Şamaxı rayonunun notariat kontorunun xüsusi notariusu vəzifəsində işləyir. Şücayət Əkbərov könüllü olaraq keçmiş arvadı İddiaçı mülki etibarnamə (əmlakdan istifadə etməyə və üzərində sərəncam verməyə hüquq verən etibarnamə) vermişdir. İddiaçı etibarnamə verilməsi Şücayət Əkbərovun öz xahişi ilə könüllü surətdə həyata keçirilmiş, bununla bağlı həmin vaxt Şücayət Əkbərova hər hansı bir şəxs tərəfindən təsir göstərilməsinin şahidi olmamış və ya Şücayət Əkbərov bu barədə ona bildirməmişdir. Həmin gün İddiaçı Şamaxı rayonu notariat kontoruna gələrək tanımadığı hansısa şəxsin adına mülki etibarnamə vermişdir. Həmin etibarnaməni imzalamamışdan əvvəl o, vəzifə borcunu yerinə yetirərək İddiaçı şəxsiyyətini, fəaliyyət qabiliyyətini yoxladıqdan sonra imzalamaq istədiyi etibarnamə ilə bağlı sonuncuya izahlar vermişdir. Həmin vaxt İddiaçı deməsindən başa düşmüşdür ki, sonuncu həmin etibarnamənin nəticələrini dərk edir. Bundan bir neçə gün keçəndən sonra İddiaçı etibarnamə verdiyi şəxs notariat kontoruna gələrək Səlimənin adına olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisindəki evi, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 6,5429 ha torpaq sahəsini, ola bilsin hər hansı bir ayrı əmlakı da kiminsə adına alqı-satqı ilə rəsmiləşdirmişdir. İddiaçı həmin etibarnaməni könüllü verməmişdirsə, özü tək gəlib həmin etibarnaməni ləğv edə bilərdi, lakin o, bunu bir neçə aydan sonra ona məlum olmayan səbəblərdən etmişdir. Həmin cinayət işi üzrə hökmdən görünür ki, şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, xx.xx.1989-cü il tarixdə X6 ilə rəsmi olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.1990-cı ildə Şixiyeva Səbinə, xx.xx.1991-ci il tarixdə isə Cəmilə dünyaya gəlmiş, Şücayət spirtli içkilər qəbul edib evə gec gəldiyinə görə xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində fəaliyyət göstərən ASAN xidmətdə boşanmış, lakin buna baxmayaraq bir ailə kimi Şücayətlə yaşamışdır. İş materiallarına əlavə edilmiş sözügedən məhkəmə hökmündən görünür ki, zərər çəkmiş Arif Alışanov tərəfindən alınaraq 2016-cı ilin avqust ayının 04-də 530.000 manat məbləğində pulu Şücayət Əkbərova verilməklə sənədləşməni özü ilə arvadı İddiaçı adına aparılması xahiş olunan Şamaxı rayonu Çuxuryurd kəndindəki “Dörd yol” deyilən ərazidə yerləşən 6.54 hektar və 5.066 hektar torpaq sahələrinin özlərinə məxsus olması, əmlaklarının zərər çəkmiş Arif Alışanov və onun yaxınları tərəfindən hədə-qorxu ilə ələrindən alınması və sair barədə xüsusatlar cinayət işi üzrə toplanmış və bir-birini əlaqəli surətdə tamamlayan çoxsaylı sübutlarla təkzib edildiyindən məhkəmə bu ifadələri ittihamı təkzib edən sübut qismində qəbul etməmişdir. Cinayət işində olan dəlillərlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində, “Dörd yol” deyilən ərazidə yerləşən 6.54 hektar Səlimənin adına və 5.06 hektar sahəsi Şücayətin adına rəsmiləşdirilsə də,onların dəyərini təşkil edən 530.000 manat Arif Alışanov tərəfindən ödənilməsi sübuta yetirildiyindən, qeyd edilən torpaq sahəsi ibtidai istintaq dövründə Arif Alışanovun verdiyi etibarnamələr əsasında yaxın qohumu olan Cavabdeh1 mülkiyyətinə keçirilmişdir. Belə olan halda da, həmin torpaq sahələrinin dəyəri cinayət işində iddia məbləğindən çıxılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-408/2018 nömrəli cavab məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-408/18 nömrəli hökmü Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş və xx xxxx 2019-cu il tarixdə icraya yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh2 adına xx xxxxxx 2017-ci il tarixli, 7E-965 reyestr nömrəli mülki etibarnamə (əmlakdan istifadə etməyə və üzərində sərəncam verməyə hüquq verən etibarnamə) vermiş, sonuncu müvafiq etibarnamə əsasında iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 6,5429 ha torpaq sahəsini, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 194,4 kv.m olan evi və 0.11 ha torpaq sahəsini, Samux şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.246465 ha olan torpaq sahəsini və Samux şəhəri, Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv.m olan fərdi yaşayış evini alqı-satqı müqavilələri əsasında İddiaçı keçmiş həyat yoldaşı X2 tanışı X10 bacısı qızı Cavabdeh1 satmışdır. Yuxarıda sadalanan daşınmaz əmlakların alqı-satqısına dair xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr Şamaxı rayon notariat kontorunun notariusu X18 tərəfindən, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr isə Gəncə “ASAN” xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Ağcayev Zülfiqar Möhübbət oğlu tərəfindən rəsmiləşdirilmişdir. Hazırda İddiaçı yuxarıda qeyd olunan etibarnamənin və müvafiq etibarnamə əsasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, habelə sadalanan daşınmaz əmlakların dövlət reyestr qeydlərinin ləğv edilməsini xahiş edir. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, onları bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud və müqavilələrin forması-məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların İddiaçı tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən daşınmaz əmlakların alqısatqısıbarədə müqavilələrin etibarsız hesab edilməsi üçün əsas deyildir. İddiaçı müvafiq etibarnamənin məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində verildiyini iddia etsə də, bu mülahizəsi onun tərəfində şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmır, əksinə şahid ifadələri arasında meydana çıxan ziddiyyət etibarnamənin zorakılıq və ya hədələmə təsiri altında verilməsinə dair şübhələri ortadan qaldıraraq, onunla bağlı hüquqi nəticələrin etibarlılığına təminat yaradır. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçı iddia tələbində qeyd olunduğu kimi zorakılıq və ya hədələmə təsiri altında məcburiyyət qarşısında qalaraq Cavabdeh2 etibarnamə vermiş olsa belə onun müvafiq etibarnaməni ləğv etmək üçün kifayət qədər vaxtı olmuş, buna baxmayaraq o, yalnız xx.xx.2017-ci il tarixdə qeyd olunan etibarnamənin ləğvinə dair ərizə ilə müraciət etmişdir. Bununla belə iddiaçı xx xxx 2017-ci il tarixdə notariusa həmin etibarnamənin ləğv edilməsi üçün müraciət etməsinin səbəbini nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində açıqlaya bilməmişdir. Kollegiya hemçinin qeyd edir ki, Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə məhkəmə üçün məcburidir. İstinad olunan qanunvericilyin bu müddəasının hazırki mülki işin faktiki hallarına tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, məhkəmə hökmü ilə hazırki iddia tələbi ilə mübahisələndirilən alqı-satqı müqavilələrindən birinin predmeti olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 6, 5429 ha torpaq sahəsinin hədə-qorxu ilə iddiaçının əlindən alınması məsələsinə hüquqi qiymət verilmiş və bu halın çoxsaylı sübutlarla təkzib edildiyi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya daşınmaz əmlakların həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müddəadan göründüyü kimi, alqı-satqının müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqısatqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-14/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5796/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5796/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver