Məhkəmə qərarları › İş №2(103)-5797/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5797/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5797/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 Zülfüqar oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, 21 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət 2(004)-1857/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə qərardaddan verilmiş şikayətin forması konkret olaraq tənzimlənməsə də, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş forma məhz qərardaddan verilmiş şikayətlərə də şamil olunmalıdır. Belə ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Göründüyü kimi, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar