Məhkəmə qərarları › İş №2(103)-5801/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5801/2023

12.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5801/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı6 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1359/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı5 qzının, İddiaçı3, X4, İddiaçı4, İddiaçı2 qzının və İddiaçı6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1359/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə müraciət edərək bildirmişdir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında eyni xarakterli mübahisə ilə bağlı eyni cavabdehlərə qarşı digər məhkəmə işi mövcuddur və həmin məhkəmə icraatı davam edir. Bu səbəbdən 2(103)-5801/2023 nömrəli mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3591/2023 nömrəli analoji işlə birləşdirilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı4 ayrı-ayrılıqda işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər iddiaçıların və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, birgə iddiaçılar X7, X1, X6, X3, X2 və X5 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X10 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi F.Qasımovun icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş əlaqəli olan birgə iddiaçılar X7, X1, X6, X3, X2 və X5 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X10 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair 2(103)-3591/2023 nömrəli mülki iş ilə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı5 qzının, İddiaçı3, X4, İddiaçı4, İddiaçı2 qzının və İddiaçı6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair 2(103)-5801/2023 saylı mülki iş, onunla əlaqəli olan X7, X1, X6, X3, X2 və X5 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X10 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair 2(103)-3591/2023 nömrəli mülki iş ilə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar