Məhkəmə qərarları › İş №2(103)-5802/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5802/2024

09.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5802/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3159/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh ASC-nin Əməliyyat idarəsinin kassa əməliyyatlarının təşkili şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə 14 nömrəli “Neftçilər” filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi, xx.xx.2019-cu il tarixdə Müştəri Xidmətləri Mərkəzinin kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi, xx.xx.2020-ci il tarixdə həmin şöbənin baş mütəxəssisi, xx.xx.2020-ci il tarixdə 3 nömrəli “Elmlər” filialının kassa əməliyyatları üzrə baş mütəxəssisi və xx.xx.2023-cü il tarixdə isə həmin şöbənin meneceri vəzifəsinə keçirilmişdir.

2. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 738/k nömrəli əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək məzuniyyətinin verilməsi əmr edilmişdir.

3. Cavabdeh ASC-nin Daxili Audit Xidmətinin xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində keçirilmiş (əhatə etdiyi dövr: xx.xx.2023 – xx.xx.2023) yoxlamaların nəticəsi olaraq tərtib edilmiş “Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması” ekspress yoxlamasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 17/2023 nömrəli Akt/Hesabata əsasən 2023-cü ildə X1 (bundan sonra ABS) mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən məqsədli olaraq ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və Müştəri Xidmətləri Mərkəzinin videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində pozuntular aşkar edilmişdir.

4. İddiaçı Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinə ünvanlamış xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, qeyd edilən əməliyyatlar onların filialında olmayıb. Günün sonunda vurulan əməliyyatlar günün sonunda filiala gələn müştərilər tərəfindən yerinə yetirilib. Müştərilərin günün sonunda kursların dəyişməsi ilə bağlı məlumatı haradan aldıqları ilə bağlı məlumatı yoxdur. Vaxtında vurulmayan alış əməliyyatları müştəri qeydiyyatına görə gecikdirilib. Bu səbəbə görə mübadilə əməliyyatı bir az gec daxil edilib. Bunu etməsində səbəb müştərilərin tələskənliyi və müştəri məmnuniyyətini qorumaq olub. Burada onun heç bir marağı olmayıb. Bundan sonra müştəri qeydiyyatı olmayan müştərilərə xidmət göstərməyəcək və bu halın bir də təkrarlanmamasına söz verir.

5. “Bank VTB (Azərbaycan) ASC”-nin xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Həmin əmrdən görünür ki, Vəzifə təlimatının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1 hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirilməməsi ilə əlaqədar, məhz bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət; kassanın fəaliyyətində və işində mövcud nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək; öz səlahiyyətləri daxilində banka dəyən zərərin qarşısının alınması, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməməsi (lazımi olaraq yerinə yetirilməməsi); habelə Azərbaycan Respubliaskının Əmək Məcəlləsinin 10 cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə görə Əməliyyat departamentinin 3 nömrəli "Elmlər" filialın Kassa əməliyyatları şöbəsinin meneceri İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Son iş günü xx.xx.2024-cü il tarixi hesab edilməklə, işçiyə xx.xx.2023-xx.xx.2024-cü iş ili hesabından istifadə edilməmiş 14 (on dörd) təqvim günü məzuniyyətə görə pul əvəzi ödənilməsi əmr edilmişdir.

6. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixində əmrlə tanış olmuş, lakin razı olmamasını qeyd etməklə əmri imzalamaqdan imtina etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 52/K əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh ASC-nin 3 nömrəli “Elmlər” filialının kassa əməliyyatları üzrə şöbənin meneceri vəzifəsinə işə bərpa olunması və xx.xx.2024cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur.

8. İddiaçı yuxarıda göstərilən işin hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, işdən azad edilməzdən təxminən 2 ay əvvəl cavabdeh X20 və İnsan resursları Departamentinin əməkdaşları tərəfindən izahatı alınmış və həmin izahatda da ona qarşı irəli sürülən tərəfindən edilmiş kassa əməliyyatları zamanı guya yol verdiyi nöqsanın olmadığını və əgər belə bir nöqsan varsa da səbəblərini qeyd etmişdir. İşdən azad edilməyi səbəbləri əmək müqaviləsinə xitam verilən günə qədər rəsmi qaydada ona bildirilməmişdir. Cavabdeh tərəfindən sözügedən əmrin verilməsinə əsas olan hər hansı hal (əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi) baş verməmişdir. Onun işdən azad edilməyi cavabdehin ona qarşı qərəzli münasibətindən irəli gəlmişdir. Əmrdə onun vəzifə təlimatlarının tələblərinin pozulması göstərilsə də, həmin vəzifə təlimatı ilə cavabdeh tərəfindən işlədiyi müddətdə tanış edilməmişdir. Ümumiyyətlə, vəzifə təlimatı üzrə konkret olaraq hansı nöqsan üzrə əmək müqaviləsinə xitam verilməsi əmrdə belə dəqiq qeyd edilməmişdir. Tərəfindən cavabdeh müəssisədə əmək və icra intizamının normal ahənginin pozulmasına və ya cavabdehin, habelə əmək kollektivinin hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulmasına səbəb olan hərəkət və ya hərəkətsizlik edilməmişdir. Bu baxımdan onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə xitam verilməsi tam qanunsuz olmuşdur. Eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmunu ilə bağlı Əmək Məcəlləsində müəyyən edilən tələbləri gözlənilməmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, hər bir işçi kimi iddiaçı da vəzifə təlimatı və Bankın metodik vəsaitləri ilə tanış edilmiş və həmin sənədlərlə tanış olması barədə təlimat və digər sənədlərə imza edərək razılığını bildirmişdir. İddiaçı vəzifə funksiyalarını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh ASC-nin Daxili Audit Xidmətinin xx.xx.2023-cü il tarixli, 17/2023 nömrəli “Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması” ekspress yoxlamasının nəticələrinə dair Akt/Hesabata əsasən 2023-cü ildə X1 mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən - məqsədli olaraq ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və Müştəri Xidmətləri Mərkəzinin videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində aşağıdakı pozuntular aşkar edilmişdir: - videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması halları qeydə alınmayıb; - elektron növbə sistemindən əldə edilən məlumatlar da yoxlanılan tarixdə “valyuta mübadiləsi əməliyyatları” üzrə əməliyyatların aparılmadığını təsdiq edir: - kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatları ABS-ə daxil edilmir/əks etdirilmir. Daxili Audit Xidməti tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir (2.2): -Sxem 1 - Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının günün ikinci yarısı ABS-ə daxil edilməsi. -Sxem 2 - Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi. -Sxem 3 - Maklerləri/şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması. Kassa işinin təşkili və nağd vəsaitlərlə kassa əməliyyatlarının aparılma (xüsusən, valyuta mübadiləsi əməliyyatları) qaydasını yoxlamaq məqsədilə DAX tərəfindən valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin ekspress yoxlaması aparılmışdır. ABS-də 2023-cü ildə mübadilə əməliyyatlarının reyestrləri təhlil edilmişdir. Yoxlayanlar tərəfindən rublun alış məzənnəsinin yüksəldiyi günlərdə artan məzənnələri müəyyən edildikdən dərhal sonra rubl alışı üzrə əməliyyatların ABS-ə daxil edilməsi tendensiyası müəyyən edilmişdir.(məzənnələrin dəyişməsi ilə və artmış məzənnə üzrə ilk əməliyyatın daxil edilməsi arasındakı zaman fərqi maksimum 5-6 dəqiqə təşkil edir). Yoxlama məqsədilə filialların və MXM-in videokamera görüntüləri, elektron növbə sistemindən reyestrlər tələb edilib. Filialların və MXM-in videokamera görüntülərinin, ABSə daxil edilmiş əməliyyatların, habelə elektron növbə sistemindən reyestrlərinin qeydlərinin təhlili nəticəsində aşağıdakı pozuntular aşkar edilib: Elmlər filialında əməliyyat günü ərzində ən az sayda əməliyyat aparıldığı üçün xx.xx.2023-cü il tarixdə 15:00-16:00 arası (rubl almaq üçün əməliyyatların ABS-ə daxil edilmə müddəti) sözügedən filialın videokamera görüntülərinə baxılıb. Aşağıda göstərilən müddətdə bu filialda rubl alışı əməliyyatları üçün ABS-dən qeydlər var. Video çəkilişlərə baxılarkən müəyyən edilmiş müddət ərzində aparılan əməliyyatların heç biri müəyyən edilməyib (mübadilə əməliyyatları aparmaq üçün kassaya yaxınlaşan müştərilər olmayıb). Elmlər filialında əməliyyat günü ərzində ən az sayda əməliyyat aparıldığı üçün xx.xx.2023-cü il tarixdə 15:00-16:00 arası (rubl alışı üzrə ABS-ə əməliyyatların daxil edilmə müddəti) adıgedən filialın videokamera görüntülərinə baxılıb. Aşağıda qeyd edilən müddətdə bu filialda rubl alışı əməliyyatları üzrə ABS-dən götürülmüş qeydlər verilib. Videokamera görüntülərinə baxılan zaman müəyyən edilmiş müddət ərzində hər hansı bir əməliyyatın aparılması müəyyən edilməyib (mübadilə əməliyyatları aparmaq üçün kassaya yaxınlaşan müştərilər olmayıb). Bundan əlavə, Elmlər filialından xx.xx.2023-cü il tarixinə olan videokamera görüntülərinin təhlili zamanı nağd valyuta mübadiləsi əməliyyatları üzrə əməliyyatların, daha dəqiq Bank tərəfindən ABŞ dollarının alınması (günün 10:00-14:00 arası müddətində baxılıb) ABS-ə daxil edilməməsi/əks olunmaması faktları əlavə olaraq aşkar edilmişdir ki, bu da tənzimləmə riskləri daşıyır və AR Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun cərimənin tətbiqini səbəb olur. xx.xx.2023-cü ii ərzində günün birinci yarısında dollar alışı üzrə 12 əməliyyat aparılsa da, ABS-də cəmi 190 ABŞ dolları məbləğində əməliyyat əks olunub. Bu fakt kassirlərin Bank müştərilərindən valyuta (ABŞ dolları) almaqda mümkün şəxsi marağından xəbər verir. Məlumat üçün bildirək ki, Elmlər filialı üzrə günün ilk mübadilə əməliyyatı yalnız saat 15:18- də ABS-ə daxil edilib. Ümumilikdə, xx.xx.2023-cü il ərzində günün birinci yarısında bütün filial və MXM üzrə ABS- də ABŞ dollarının alışı üzrə ümumi məbləği 6 352,44 ABŞ dolları olan 3 əməliyyat daxil edilmişdir. 23.10. 2023-cü il ərzində valyuta (xüsusilə, rublun alınması) rublun alış məzənnəsi artdıqdan sonra ABS-ə daxil edilib. Digər günlərdə də oxşar vəziyyət müşahidə olunub: -xx.xx.2023-cü il - günün birinci yarısında ABS-ə 70 ABŞ dolları və 10 min rublun alışı üzrə 2 (36 əməliyyatdan) əməliyyat daxil edilib. Bütün digər əməliyyatlar rublun alış məzənnəsi artdıqdan sonra daxil edilib (saat 16:00-dan sonra); -xx.xx.2023-cu il - günün birinci yarısında ABS-ə 504 ABŞ dolları və 10.600 avronun alışı üzrə 4 (54 əməliyyatdan) əməliyyat daxil edilib. Bütün digər əməliyyatlar rublun alış məzənnəsi artdıqdan sonra daxil edilib {saat 16:00-dan sonra). Bu faktı 2023-cü il ərzində Bankın dollar alqı-satqı əməliyyatlarının sayı və məbləği ilə bağlı ABS-ə daxil edilən statistik məlumatlarla təsdiqlənir - yoxlama haqqında məlumat açıqlandıqdan sonra noyabr ayından kəskin sıçrayış müşahidə edilir. DAX tərəfindən aparılan monitorinqlər zamanı kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir. Bankın kassirlərinin hərəkətləri nəticəsində valyuta mübadiləsi əməliyyatları üzrə 2023-cü ildə əldə edilməyən gəlir 372 min manata çata bilər. Audit rəyindən də göründüyü kimi Əməliyyat Departamentinin 3 nömrəli “Elmlər” filialında Kassa əməliyyatları şöbəsinin meneceri vəzifəsində çalışan X14 qanunvericilin tələblərini, vəzifə təlimatını və Bankın daxili qaydalarını qəsdən pozaraq vəzifələrini yerinə yetirməmişdir. Bununla bağlı müvafiq videogörüntülər və digər sənədlər Bankda saxlanılır. Odur ki, məhkəmədən İddiaçı X7 Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3159/2024 nömrəli qətnaməsi ilə (hakim H.N.Miriyeva) iddia təmin edilmiş, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin 3 nömrəli “Elmlər” filialının kassa əməliyyatları üzrə şöbənin meneceri vəzifəsi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli, 52/K əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

11. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə, həmçinin işçi tərəfindən yol verilmiş intizam pozuntusunu müəyyən edilmiş əsaslar çərçivəsində qiymətləndirməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir.

12. Belə ki, əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş vəzifə təlimatının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi, habelə AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərininin yerinə yetirilməməsi nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur.

13. Bundan əlavə, xx.xx.2023-cü il tarixli 17/2023 nömrəli akta əlavə edilmiş (əlavə 6) siyahıdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında valyuta əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsi ilə bağlı keçirilmiş audit yoxlaması nəticəsində nöqsanlara yol vermiş işçilərdən X3, X10, X8 İddiaçı ilə eyni vəzifədə - "xxxx" (Azərbaycan) ASC-nin filialları üzrə kassa əməliyyatları şöbələrinin menecerləri kimi fəaliyyət göstərmişlər.

14. Məhkəmə sorğuları əsasında təqdim edilmiş "xxxx" (Azərbaycan) ASC-nin 03 və 11 iyul 2024-cü il tarixli məktublarından və həmin məktublara əlavə edilmiş əmrlərin surətlərindən görünür ki, kassa əməliyyatları şöbələrinin menecerləri kimi X8, X3, X5 vəzifə təlimatlarının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissələrində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar, məhz bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət, kassanın fəliyyətində və işində mövcud nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək, öz səlahiyyətləri daxilində banka dəyən zərərin qarşısının alınması, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməməsi (lazımi olaraq yerinə yetirilməməsi) ilə əlaqədar olaraq həmin şəxslərə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət intizam tənbehi tətbiq edilmiş, onlarla eyni vəzifədə olan və eyni pozuntuya yol vermiş İddiaçı barəsində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funsksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) əmək müqaviləsinə xitam verilmişdir.

15. Qeyd edilməlidir ki, əmək hüquq münasibətləri baxımından işçi tərəfindən yol verilmiş əmək hüquq pozuntusuna görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi). Qeyd edildiyi kimi əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur.

16. Bundan başqa məhkəmə sorğusu əsasında təqdim edilmiş akt/hesabat sənədlərinin 6 saylı qoşmasında adıçəkilən əməkdaşların hər biri tərəfindən audit yoxlaması nəticəsində müəyyən edilmiş banka vurulmuş maddi ziyanın məbləği barədə siyahıya əsasən İddiaçı tərəfindən cavabdehə vurulmuş ziyanın məbləği digər işçilərin vurduğu zərərin məbləğindən kəskin fərqlənməklə 2000 manat (əməliyyat sayı 6) təşkil edir. Barələrində töhmət intizam tənbehi tətbiq edilmiş menecerlər - X5 8694,32 manat (əməliyyat sayı 58), X2 8983,55 manat (əməliyyat sayı 73) və X4 isə 5962,36 manat (əməliyyat sayı 54) məbləğində ziyan vurması müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, aktdan görünür ki, yoxlamanın aparıldığı müddət xx.xx.2023 xx.xx.2023-cü il tarixləri əhatə edir və iddiaçının menecer kimi işləməsi xx.xx.2023 xx.xx.2024-cü illərə təsadüf edir. Göründüyü kimi İddiaçı 11 aylıq yoxlama müddətinin yalnız 3 ayını müvafiq vəzifədə işləmişdir və sözügedən aktda yanvar 2023-oktyabr 2023cü ildə banka dəyən maliyyə zərərinin 250 min manat olması göstərilir ki, iddiaçının menecer olaraq işlədiyi dövr yalnız həmin müddətin 1 ayını əhatə edir. Bu da onu göstərir ki, banka külli miqdarda vurulmuş zərərin məbləğində iddiaçının çox cüzi payı vardır.

17. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə işəgötürən tərəfindən intizam təhnehi tətbiq olunarkən iddiaçının peşəkarlıq səviyyəsinin, habelə banka vurduğu zərərin məbləğinin az olmasının nəzərə alınmaması, bununla da pozuntunların xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin düzgün tətbiq olunmaması deməkdir. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir.

18. Eyni pozuntuya yol vermiş, hətta bu pozuntularla əlaqədar işəgötürənə daha çox maddi ziyan vuran digər menecerlərə töhmət tənbehi tətbiq edildiyi halda, habelə iddiaçının peşəkarlıq səviyyəsini, kollektivdəki nüfuzunu (iddiaçının uzun illər ərzində (9 illik fəaliyyəti dövründə) işlədiyi iş yerində barəsində hər hansı intizam tənbehinin tətbiq edilməməsi, ona rəhbərlik tərəfindən etimad göstərilərək bu illər ərzində bir neçə dəfə vəzifədə yüksəlişlərinin olması), banka vurduğu zərərin məbləğinin cüzi olmasını onun ailə vəziyyəti ilə (himayəsində azyaşlı uşaqlarının olması və onların mənafelərinin təmin olunması baxımından) əlaqəli şəkildə nəzərə alaraq işəgötürənin 186-cı maddədə sadalanan intizam tənbeh tədbirlərindən daha yüngül tədbiri tətbiq etmək imkanına malik olduğu halda iddiaçıya məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, 125, 129-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinə, Əmək Məcəlləsinin 12, 68, 70, 71, 300-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115.0.9, 119.1, 119.2, 124.1, 217.3, 217.4, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddiaya qarşı etiraza uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Əmək məcəlləsinin 12-ci maddəsində söhbət cinsindən asılı olmayaraq işçilərə qarşı eyni münasibətin göstərilməsindən gedir. Halbuki, hazırki mübahisə üzrə tətbiq edilən intizam tədbirləri demək olar ki, eyni cinsin nümayəndələrinə qarşı yönəlib. Həmin şəxslərin arasında bircə Dilarə Dövlətxanova xanım əməkdaşdır ki, o, araşdırma aparılmış dövrdə demək olar ki, xəstəliyi ilə əlaqədar olaraq işdə olmamış və onun vəzifə funksiyalarını X9 icra etmişdir. Həmçinin, burada işçilər tərəfindən xaraktercə bir-birinə yaxın olan pozuntular törədilsə də, həmin pozuntuları eyni pozuntu kateqoriyasına aid etmək olmaz. Həmin pozuntular fərqli şəraitlərdə, ayrı-ayrı yerlərdə və vaxtlarda törədildiyindən onları eyni pozuntu adlandırmaq düzgün deyildir. Burada ümumiyyətlə ayrı seçkilikdən söhbət gedə bilməz. Belə ki, valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin ekspress yoxlamasının nəticələrinə dair akt/hesabat və daxili auditin nəticələrinə əsasən müəyyən edilmiş pozuntuların ciddiliyi nəzərə alınaraq təkcə iddiaçının deyil, digər adları sadalanan şəxslər barəsində intizam tənbeh tədbiri görülmüşdür. Həmin şəxslərin siyahısı iş materiallarında mövcuddur. İş materiallarından görünür ki, audit rəyində sadalananlar iddiaçının vəzifə təlimatının müvafiq bəndlərinə əsasən bu vəzifə təlimatında nəzərdə tutulmuş xidməti vəzifələrin yerinə yetirilməməsi (düzgün yerinə yetirilməməsi) üçün məsuliyyət daşıdığı bəndlərdir. Belə ki, işin araşdırılmış halları ilə tam sübut olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Əmək Məcəlləsinin10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməmiş, əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Qeyd edilir ki, Bank VTB (Azərbaycan) ASC-də həmkarlar ittifaqı mövcud olmamışdır. Qanunda verilmiş anlayışda göründüyü kimi həmkarlar ittifaqı işçilərin könüllü olaraq birləşdiyi müstəqil təşkilatdır. Həmkarlar ittifaqının yaradılması işəgötürənin iradə ifadəsindən asılı olmayan bir addımdır. Əgər hansısa təşkilatda həmkarlar ittifaqı yaradılmayıbsa, yoxdursa, bu işəgötürənin məsuliyyəti deyil. İşçilər öz aralarında təşkilatlanaraq çalışdıqları müəssisədə həmkarlarlar ittifaqını təsis edə bilərlər. Belə olduğu təqdirdə işəgötürən həmkarlar ittifaqının üzvü olan işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla xitam verdiyi təqdirdə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bank VTB (Azərbaycan)ASC-də həmkarlar ittifaqı fəaliyyət göstərmədiyi üçün belə razılıq alınmamışdır. Burda da Məhkəmə hüquq normasını düzgün tətbiq etməmişdir. Yoxlama aparıldığı müddətdə sadalanan işçilərin ayrı-ayrı filiallarda menecer olaraq çalışmışlar. Uyğun olaraq da törətdikləri pozuntular eyni və bərabər ola bilməz. Buna mütənasib olaraq da onlar barəsində tətbiq edilmiş intizam tənbehləri fərqli olmuşdur. Digər diqqət çəkən məqam ondan ibarətdir ki, məhkəmə qətnaməsində yanlış olaraq belə qənaətə gəlmişdir ki, güya Bank iddiaçıya tətbiq edilmiş intizam tənbeh tədbirinin tətbiqini yalnız maddi ziyanın vurulması ilə əlaqələndirmişdir. Bu qətiyyən belə deyil. İddiaçının ilk öncə vəzifəsi menecer olaraq yoxlama və nəzarət funksiyasını həyata keçirtmək olmuşdur. Bu vəzifəni yerinə yetirmədiyi üçün ona qarşı bu formada intizam tənbehi tətbiq edilmişdir. Bank tərəfindən mülki işə əlavə edilmiş video diskdən də görsənir ki, iddiaçı “Elmlər” filialının meneceri olaraq yoxlama və nəzarət funksiyalarını yerinə yetirməmişdir. Məhkəmə burada iddiaçının hərəkətlərinə düzgün hüquqi qiymət verməmişdir. İddiaçının birbaşa olaraq əməliyyatların sistemə daxil edilməsində iştirakı cuzi olsa da onun əsas vəzifəsi kassada uçot-hesablaşma və əməliyyatların qaydasında aparılmasına nəzarət etmək olmuşdur. Məhz iddiaçı menecer olaraq kassada baş verən bütün hərəkətlər üçün məsuliyyət daşıyır. Menecer olaraq vəzifələrini düzgün yerinə yetirsəydi, iddiaçının nəzarət etməli olduğu İlqar Məmmədov da Audit Yoxlamasında göstərilmiş pozuntuları törətməzdi.

22. Daha sonra cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, məhkəmənin mövqeyi belə olmuşdur ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan şərtlər - iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Halbuki, məhkəmə sorğusu əsasında təqdim edilmiş akt/hesabat sənədlərinin 6 saylı qoşmasında audit yoxlaması nəticəsində müəyyən edilmiş banka vurulmuş maddi ziyanın məbləği barədə siyahıya əsasən, İddiaçı tərəfindən cavabdehə vurulmuş ziyanın məbləği 2.000 manat (əməliyyat sayı 6) təşkil etməklə, məhkəmə özü də qətnamədə qeyd edir ki, “banka külli miqdarda vurulmuş zərərin məbləğində iddiaçının çox cüzi payı vardır.” Məhkəmə bir halı da nəzərə almamışdır ki, eyni pozuntuya yol vermiş və töhmət verildiyinə görə fərqli intizam tənbeh tədbirinin tətbiq edildiyi iddia olunan digər işçilər hazırda Bankda işləmir və məlum audit yoxlamasından sonra bu və ya digər əsasla işdən azad edilmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsində adı çəkilən işçilərin işdən azadolunma barədə ərizələri və əmrləri əlavə edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, sözügedən “pozuntuları” aşkar edən yoxlama hər bir şəxs üçün eyni yoxlamanın təzahürlərini özündə əks elətdirir. Belə ki, məhkəmə cavabdehin mübahisələndiridiyi normaya istinad edərkən orada bütün növ ayrı seçkilikləri, o cümlədən, cinsi ayrı seçkiliyi vurğulaması heç də hərfi mənada başa düşülməməlidir. Burada təkcə cinsi ayrı seçkilik deyil, o cümlədən, bərabərlik hüququnun pozulmasına istinad edir. Belə ki, Normadan da göründüyü kimi, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri kimi təsbit olunmuşdur. Qətnamədə adları qeyd olunan şəxslərin hər biri eyni işi icra etmələrinə, eyni vəzifədə (menecer vəzifəsində) çalışmalarına və təcrübələrinin iddiaçıdan daha çox olmalarına və onların əməllərinin daha ağır nəticələrə səbəb olmasına baxmayaraq cavabdeh Qərəzli formada məsələyə yanaşaraq iddiaçıya məlum olmayan və işin faktiki hallarına uyğun olmayan, eyni zamanda pozuntuya adekvat olmayan tənbeh tədbiri tətbiq etməklə kobud pozuntuya yol vermişdir. Bu halın özü belə əmrin qanunsuz olduğu faktını bir daha sübut edir. Təqdim etdiyi hesabdan çıxarışa əsasən, hesabına xx.xx.2023-cü il tarixdə məzuniyyət pulu, xx.xx.2023-cü il tarixdə isə əmək haqqı keçirilmişdir. Bununla əlaqədar onu qeyd etmək istəyir ki, bankın, yəni cavabdehin iddia etdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə guya video görüntülərə baxılmış və onun həmin videoda olmadığını bilə-bilə pozuntunun guya onun tərəfindən törədildiyi qeyd olunmuşdur. Halbuki, sözügedən tarixlərdə o işdə olmamış, məzuniyyətdə olmuşdur. Belə olan halda, hansı pozuntudan və ya məsuliyyətdən söhbət gedə bilər?! Bank özü belə onun həmin tarixlərdə məzuniyyətdə olmağının fərqində olmadan belə bir pozuntuya yol vermişdir. Bundan başqa, video görüntülər 19, 23 və xx.xx.2023-cü il tarixləri özündə ehtiva edir ki, bu tarixlərin heç birində o işdə olmamış və məzuniyyətdə olduğuna görə onun vəzifə öhdəlikləri işçi olan (ikinci kassir vəzifəsində çalışan) İlqar Məmmədova həvalə edilmişdir. Bütün bu qeyd etdiyi faktlar isə bir daha apellyasiya şikayətinin əsassız və tamamilə formal mülahizələrə, uydurma iddialara söykəndiyini və heç bir tutarlı əsasın olmadığını bildirir.

24. Daha sonra iddiaçı ərizə ünvanlayaraq həmçinin bildirmişdir ki, məzuniyyətdə olmağı barədə məhkəməyə və cavabdehə məlumat verilmiş, məzuniyyətdə olmağını təsdiq edən müvafiq bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. Lakin məzuniyyətdə olmağı barədə əmr onda yoxdur, belə ki, bank heç vaxt bu əmri işçilərə təqdim etməmişdir. Bir daha qeyd edir ki, o, cavabdehin istinad etdiyi videogörüntülərin heç birində olmamış və qeyd olunan tarixlərdə işə gəlmə sənədinə imza atmamışdır, onun birbaşa öhdəliyində olan və işdə olduğu müddətdə onun tərəfindən imzalanan kassanın açılıb-bağlanma kitabında, eyni zamanda günün sonunda imzalanan xəzinə kitabında da məzuniyyətdə olduğu 16-29 oktyabr 2023-cü il tarixlərdə imzası mövcud deyildir. Bütün bu halları və faktları təsdiq edən sənədlər məhz bankın özündə saxlanılır və onun həmin sənədləri əldə etməyi mümkün deyildir. Bu səbəbdən ötən iki məhkəmə iclasında qeyd olunan sənədlərin bankdan tələb olunmasına baxmayaraq bank, yəni cavabdeh tərəf tamamilə əsassız olaraq bu sənədlərin təqdim etməkdən boyun qaçırır. Qeyd olunanları, o cümlədən cavabdehin apellyasiya şikayətinin tamamilə qanunsuz və əsassız olduğunu, həmçinin iddiaçının 1 ilə yaxındır ki, işsiz olduğunu və himayəsində 2 azyaşlı uşağının olmasını və cavabdeh tərəfindən heç bir addım atılmadığı üçün barışığın mümkün olmamasını nəzərə alaraq, əlavə müddət verilmədən apellyasiya şikayətinin rədd olunması və Nəsimi rayon məhkəməsinin mövcud qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi qətnamədə ziyanın müəyyən olunmadığını qeyd etsə də, eyni zamanda iddiaçı tərəfindən vurulmuş ziyanın məbləğ cuzi olmasını qeyd etmişdir. Məhkəmə qətnamədə iki ziddiyyətli ifadəyə yol vermişdir. Ümumiyyətlə isə ziyanın vurulması audit hesabatında öz əksini tapmışdır. İşçi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən çıxarıldıqda ondan izahat alınır. İddiaçı izahatında əməlləri törətmədiyini deyil, hansı səbəbdən törətdiyi barədə qeyd etmişdir. O, izahatında bildirir ki, bu yolla o, gecikmələri qarşısını almış və müştərinin məmnuniyyətini düşünərək onları gözlətməmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq ziyanın vurulmaması qənaətinə gəlmişdir. Eyni zamanda, araşdırılmamış məsələ ondan ibarətdir ki, iddiaçıdan başqa qətnamədə adı çəkilən digər üç şəxsin ikisi bu gün cavabdeh bankda işləmir. Onlar 68-ci maddənin tələblərinə uyğun olaraq öz ərizələri əsasında işdən çıxmışdırlar. Digər bir şəxs Səlimov Azər də keçən ayın sonlarında ərizə yazaraq işdən ayrılmasını arzu etdiyini bildirmişdir. 30 oktyabr tarixində onun da müqaviləsinə xitam veriləcək. Belə bir hal yarandıqdan sonra bankın əsas məqsədi bu əməkdaşlarla əmək münasibətlərini davam etdirməməkdir. Hansı şəxslər ki, öz ərizələri ilə işdən çıxmağa razı olduqlarını bildiriblər, həmin şəxslər eyni qaydada işdən öz ərizələri əsasında işdən çıxarılıblar. İddiaçı tərəfindən belə bir təklif ümumiyyətlə irəli sürülməmiş, işini davam etdirmək istiqamətində mövqe tutmuşdur. Belə olan halda yaranmış hal ilə bağlı qanunvericiliyin tələbləri əsasında 70-ci maddənin "xxxx" bəndinə əsasən işdən çıxartmışıq. Burada ayrı-seçkilikdən söhbət gedə bilməz. Digər iki şəxs Hüseynov Tahir həmin ilin mart ayında, Mustafayev Ramil isə iyul ayında işdən çıxıb. Bankın şəhər daxilində filialları azdır. Yoxlama bütün kassa əməliyyatları ilə bağlı aparılmışdır və əksər filiallarda pozuntu halı aşkar edilib. Birdən-birə bütün kassirləri işdən azad etmək bankın fəaliyyətini iflic edə bilərdi. Ona görə onlar mərhələli şəkildə öz ərizələri əsasında və ya bu formada azad ediblər. Ehtimal olunan ziyanın 2.000 manat hissəsi iddiaçının üzərinə düşür. Altı əməliyyat aparılıb. Mustafayev Ramildə ziyanın 8.684 manat, Hüseynov Tahirdə 8.983 manat, Səlimov Azərdə 5.962 manat hissəsi onların üzərinə düşür. İddiaçı menecer vəzifəsində işləyib. Digər üç şəxsin vurduğu ziyanın çox olma səbəbi isə onların birbaşa kassir olmasıdır. Onlar kassir olduqları üçün daha çox əməliyyat həyata keçirdə biliblər. Menecer o halda kassanın başına keçir ki, kassir nahar fasiləsində olsun və bu cür hallar yaransın. Ona görə əməliyyat sayı və ziyan iddiaçıda azdır. Həmin filialda kassirlərə töhmət verilmiş, eyni zamanda işdən də çıxarılanlar var. Bank hesabından çıxarışda məzuniyyət pulu yazılmağı iddiaçının həmin müddətdə məzuniyyətdə olması demək deyil. Kamera görüntülərinə baxış keçirilmiş və qeydlər aparılmışdır. Eyni saatda “Neftçilər” filialında 26 nəfər yaxınlaşmış və onlardan 24-ü əməliyyat aparmışdır. Lakin “Elmlər” filialında isə 8 nəfər yaxınlaşır, onlardan cəmi 4 nəfər əməliyyat aparmışdır. İddiaçıdan başqa qətnamədə adı çəkilən digər üç işçi ilə əmək münasibətlərinə xitam verilmişdir. Digər şəxslər öz səhvlərini etiraf etmiş, vaxtında ərizə yazmış və bank tərəfindən onlara humanistlik göstərilmişdir. Lakin iddiaçı tərəfindən belə bir ərizə ilə müraciət olunmamışdır.

26. İclasda iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsində, habelə iddiaçının iddia ərizəsində digər filialın əməkdaşları ilə müqayisədə digər əməkdaşların işdən çıxarılmaması, iddiaçının isə işdən çıxarılaraq ona qərəzəlilik göstərildiyi qeyd olunmuşdur. Bildirmək istəyir ki, digər əməkdaşlar “Neftçilər” filialında, iddiaçı isə “Elmlər” filialında işləmişdir. Digər filalda yoxlama aparılan zaman əməliyyatların gec icra olunmasının səbəbləri daha çox obyektiv amillər səbəbi ilə baş verdiyi müəyyən olunmuşdur. Belə ki, kamera görüntülərindən də müəyyən olunur ki, “Neftçilər” filialında müştəri həqiqətən çoxdur, kassir çatdıra bilmir və yubanır. Lakin “Elmlər” filialında isə kamera görüntülərindən müəyyən olunur ki, müştəri yoxdur və kassa boşdur, lakin əməliyyat gec icra olunur. Burada artıq subyektiv amillər səbəbi ilə baş verdiyi müəyyən olunmuşdur. İddiaçının vəzifə funksiyası ümumi il ərzində nəzarətin təşkilidir. Kamera görüntülərindən günün ikinci yarısı “Elmlər” filialında ümumiyyətlə müştərinin olmadığı müəyyən olunur. “Elmlər” filialından bir kassir və bir menecer işdən çıxarılıb. İddiaçı həmin vaxt məzuniyyətdə olmamışdır. İddiaçının məzuniyyətdə olduğunu bildirməsi ilə bağlı istinad etdiyi sənəd bank çıxarışıdır. Əmək haqqının ödənilməsi cədvəlində müvafiq olaraq hər ay əmək haqqı və məzuniyyət pulu qeyd olunur. Nəticələr 2023-cü ili bütünlükdə əhatə edir. İddaçı vəzifə funksiyalarını yerinə yetirməmiş və yoxlama və nəzarət etməmişdir. İddiaçını işdən çıxartmaqda səbəb olaraq vəzifə təlimatında qeyd olunmuş pozuntular əsas gətirilir, əmrdə də qeyd olunub.

27. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, cavabdeh bankda işləməyə davam etmək istəmir. Ona öz ərizəsilə işdən çıxmağı ilə bağlı heç bir təklif olunmayıb. O, qarşı tərəfə barışıqla bağlı təkliflər etmiş, lakin heç bir barışıq olmayacağını bildiriblər. Yanvar ayından işsizdir, işdən çıxarılma əsasına görə heç bir yerə işə düzələ bilmir. Hazırda xeyli müddətdir ki, maaş almır və ailəlidir, dolana bilmir. Yoxlama dövründə məzuniyyətdə olmuşdur və kitabda imzası yoxdur. Həmin dövrdə məzuniyyətdə olmağını ilk olaraq bank çıxarışı sübut edir. Eyni zamanda, kadrlar şöbəsinə e-mail göndərmişdir, əmr var. Kassanın açılıb-bağlanma kitabı var. Orada imzası yoxdur, ikinci işçi imzalamışdır. Çünki o, məzuniyyətdə olmuşdur. Günün sonunda xəzinə kitabı bağlanmalıdır. O, kitabda da olmadığı üçün ikinci işçi imzalamışdır. Həmin vaxta aid kamera görüntüləri var. Görüntülərdən də onun həmin tarixdə orada olmadığı müəyyən oluna bilər. Habelə işə gələndə iştirak kitabına imza atırlar. Orada da imzası yoxdur. O, məzuniyyət pulu almışdır. Səkkiz ildir ki, cavabdeh bankda işləyir və işlədiyi dövrdə heçvaxt ayın ortasında əmək haqqı verilməyib. Bonus sistemi var, lakin bonuslar da ayın sonunda verilir. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək məzuniyyətdə olmuşdur. Cavabdehin nümayəndəsinin bildirdiyi yoxlamanı audit və ya baş idarənin onlara nəzarət edən şöbəsi edir. Onlar kassanı saxlayırlar və sonda akt tərtib edirlər. O, mütəmadi yoxlama həyata keçirtsə də, menecerin təlimatında həmin yoxlamaları aktlaşdırma qeyd olunmayıb. Məhkəmə iclaslarında həmin dövrdə məzuniyyətdə olduğunu bildirsə də, qarşı tərəf işdə olduğunu iddia edirdi. Lakin təqdim etdikləri məzuniyyət barədə əmrdən sübut olunur ki, işdə olmamışdır. Məzuniyyətdə ola-ola və işi başqa işçi icra edirsə, o, necə məsuliyyət daşıya bilər.

28. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 12. “g”. Cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 70. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 79. İşəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin olundugundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

35. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh ASC xx.xx.2023-xx.xx.2023 tarixləri arasında valyuta əməliyyatlarının ABS-yə vaxtında daxil edilməsi ilə bağlı audit keçirmiş və audit nəticəsində bir sıra nöqsanlar aşkar edilmişdir.

36. Kollegiya hesab edir ki, işin faktiki hallarına əsasən iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğundan cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, bununla bağlı cavabdehin əmri əsaslandırılmışdır.

37. Belə ki, iddiaçının əmək funskiyasına bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət; kassanın fəaliyyətində və işində mövcud nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək; öz səlahiyyətləri daxilində banka dəyən zərərin qarşısının alınması və s.daxildir. Bununla bağlı vəzifə təlimatı ilə iddiaçı tanış olmuş və surətini imza etməklə təhvil almışdır (iş s. 48-50).

38. İddiaçı özü də izahatında valyuta əməliyyatlarının ABS-ə vaxtında daxil edilməməsini etiraf etmişdir (iş s. 51).

39. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, bankın fəaliyyət məqsədləri baxımından kassa-uçot əməliyyatlarının düzgün aparılması, yəni xəzinə açıldıqdan bağlanana qədər bütün əməliyyatların zamanında və lazımi formada bankın sisteminə daxil edilməsi böyük əhəmiyyət kəsb edir. Kassa əməliyyatlarına nəzarət edən, habelə həmin əməliyyatları icra edən işçilərin yol verdikləri pozuntular bankın mənafelərinə zərər vuran əməllərdir.

40. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, bankın filialları üzrə müştərilərin sayı, işin həcmi və s. fərqlənə bilər və bu amillər nəzərə alınaraq fərqli filiallarda işləyən işçilərin barəsində eyni pozuntuya görə işəgötürən tərəfindən tətbiq edilmiş fərqli intizam tənbehləri əmək qanunvericiliyinin tələblərinin pozulması hesab edilə bilməz.

41. Apellyasiya icraatı zamanı iddiaçı cavabdeh tərəfindən audit aparılan zaman məzuniyyətdə olduğunu bildirsə də, işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək məzuniyyətində olmuşdur. İşdə olan yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 17/2023 nömrəli Akt/Hesabatdan və ona əlavələrdən görünür ki, “Elmlər” filialında nöqsanlar xx.xx.2023-cü il tarixində də, yəni iddiaçının məzuniyyətdə olmadığı gün də aşkar edilmişdir (iş s. 107).

42. İddiaçı apellyasiya şikayətinə qarşı etirazında məzuniyətdə olması ilə bağlı bank hesabından çıxarışa istinad etsə də, həmin çıxarışdan görünür ki, “hesablanmış əmək və məzuniyyət haqqı” qeydi 2023-cü ilin yanvar ayından başlayaraq dekabr ayınadək hər ay üzrə qeyd edilmişdir. Həmin çıxarış nəzərə alınsa belə nəticəyə gəlinir ki, iddiaçı bütövlükdə 2023-cü il ərzində məzuniyyətdə olmuşdur. Bu isə ağlabatan deyil.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3159/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar