Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5808/2025 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı (X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı iddiası; İddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı iddiası üzrə mülki iş (Açar sözlər: «aktın etibarsız hesab edilməsi,borcun silinməsi, dəymiş ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, AKX-*******/**-**** saylı nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir
2. *************** nömrəli abonent saldosuna görə, İddiaçı 2023-ci ilin fevral ayının sonu üçün cəmi 19760.69 manat borc olduğu müəyyən edilir. Qeyd edilən borcun 1730.40 manat olan hissəsi 2020-ci ilin sonu üçün istehlakçıya hesablanmış sərfiyyat borcu, 1935.35 manat olan hissəsi 2021-ci ilin sonu üçün istelakçıya hesablanmış sərfiyyat borcu olduğu müəyyən edilir. Qeyd edilən borcun 743.40 manat olan hissəsi 2017-ci ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc, 2668.60 manat olan hissəsi 2018-ci ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc, 1558.80 manat olan hissəsi 2019-cu ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc, 1715 manat olan hissəsi 2020-ci ilin sonu üçün qalıq və aktlar üzrə borc, 6981.12 manat olan hissəsi 2021-ci ilin sonu üçün qalıq və aktlar üzrə borc, 2509.92 manat olan hissəsi isə 2022-ci ilin sonu üçün qalıq və aktlar üzrə hesablanmış borc məbləği olduğu müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə aktın etibarsız hesab edilməsi və borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı barəsində tərtib edilmiş cərimə aktları, borclar, müqavilə və digər sənədlərin etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
4. İddiada göstərilib ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin ünvanda təbii qazdan və digər kommunal xidmətlərdən o və ailəsi istifadə edir. Ancaq ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində deyil və heç vaxt da olmamışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində tərəfindən istifadə olunan təbii qazın həcminin ölçülməsi üçün olan qaz sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, ictimai istifadə ərazisi olan küçədə quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. Bir müddət əvvəl “ Azəriqaz” İstehsalat Birliyinin Sabunçu rayon Qaz İdarəsinin əməkdaşları tərəfindən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca müdaxilə olunduğu üçün 18.250,44 manat cərimə olunmağı və guya təbii qazdan istifadəyə görə 4.032,15 manat borcunun qaldığı ona bildirilmişdir. Sonradan ona təqdim olunan aktlardan da göründüyü kimi onun adı, soyadı, iştirakı və imzası həmin aktlarda yoxdur. Belə ki, vətəndaşlıq hüquqları pozularaq iştirakı olmadan əsassız olaraq akt tərtib edilmişdir. Cavabdeh aşağıda istinad olunan sənədlərin oxunması mümkün olan nüsxələrini və ya təsdiq olunmuş surətlərini ona verməmişdir. Ondan və ailəsindən gizlicə olaraq həmin cərimə və boc aktlrını tərtib etmişdir.
5. İddiaçı Cavabdeh İstehsalat Birliyi cavabdeh İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərtib olunmuş akt üzrə 16176,84 (on altı min yüz yetmiş altı manat səksən dörd qəpik) manat, təbii qazdan istifadəyə görə 3592.85 (üç min beş yüz doxsan iki manat səksən beş qəpik) manat və 149.95 (yüz qırx doqquz manat, doxsan beş qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 19919,64 (on doqquz min doqquz yüz on doqquz manat, altmış dörd qəpik) manat tutularaq iddiaçı Cavabdeh İstehsalat Birliyinin (Alan müştərinin adı: Azeriqaz İstehsalat Birliyi, İBAN: AZ50İBAZ38040039449955001922, Alan bank: Azerigaz şöbəsi, SWIFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ01350100000000002944, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
6. Bu iddiada göstərilib ki, iddiaçı Cavabdeh İstehsalat Birliyi ilə cavabdeh İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli AKX-*******/**-**** saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə Cavabdeh İstehsalat Birliyi tərəfindən *************** nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı *********** nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 1. ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 743.4 manat; 2. ##.##.2018ci il tarixli ******* saylı akt əsasında 1948.2 manat; 3. ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat; 4. ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 43.2 manat; 5. ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 36 manat; 6. ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 41.8 manat; 7. ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 86.4 manat; 8. ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 199.8 manat; 9. ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 21.6 manat; 10. ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 97.2 manat;
11. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142.2 manat; 12. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 97.2 manat; 13. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 185.4 manat; 14. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 185.4 manat; 15. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat; 16. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 46.8 manat; 17. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 46.8 manat; 18. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 46.8 manat; 19. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 46.8 manat; 20. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 46.8 manat; 21. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 185.4 manat; 22. ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 496.8 manat; 23. ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 712.8 manat; 24. ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 496.8 manat; 25. ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 280.8 manat; 26. ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 224.6 manat; 27. ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 4600.8 manat; 28. ##.##.2021ci il tarixli ******* saylıakt əsasında 540 manat; 29. ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 1840.32 manat; 30. ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat; 31. ##.##.2022- ci il tarxili ******* saylı akt əsasında 332.64 manat; 32. ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 436.32 manat; 33. ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat;
34. ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat; 35. ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 298.08 manat Cavabdeh İstehsalat Birliyinə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 16176,84 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 3592.85 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 19769,69 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ##### 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair ****-****/**** saylı mülki işlə birləşdirilmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddiaçı Cavabdeh İB-nin “tərtib olunmuş akt üzrə 16176,84 (on altı min yüz yetmiş altı manat səksən dörd qəpik) manat, təbii qazdan istifadəyə görə 3592.85 (üç min beş yüz doxsan iki manat səksən beş qəpik) manat və 149.95 (yüz qırx doqquz manat doxsan beş qəpik) manat dövlət rüsumunun” cavabdeh İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmasına dair iddia tələbinin təmin edilməməsi; iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh İB arasında bağlanmış ##.##.2022-ci il tarixli, AKX-*******/**-**** nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh İB tərəfindən ##.##.2017-ci il tarixli ******* saylı; ##.##.2018-ci il tarixli ******* saylı; ##.##.2018ci il tarixli ******* saylı; ##.##.2018-ci il tarixli ******* saylı; ##.##.2018-ci il tarixli ******* saylı; ##.##.2018-ci il tarixli ******* saylı; ##.##.2018-ci il tarixli ******* saylı; ##.##.2018-ci il tarixli ******* saylı; ##.##.2018-ci il tarixli ******* saylı; ##.##.2018-ci il tarixli ******* saylı; ##.##.2019cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2019-cu il tarixli ******* saylı; ##.##.2020-ci il tarixli ******* saylı; ##.##.2020-ci il tarixli ******* saylı; ##.##.2020-ci il tarixli ******* saylı; ##.##.2020-ci il tarixli ******* saylı; ##.##.2021ci il tarixli ******* saylı; ##.##.2021-ci il tarixli ******* saylı; ##.##.2021-ci il tarixli ******* saylı; ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2022-ci il tarxili ******* saylı; ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2022-ci il tarixli ******* saylı akt; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında İddiaçı cəmi 18250.04 (on səkkiz min iki yüz əlli manat dörd qəpik) manat hesablanmış cərimə borcları silinməsi, 110 (bir yüz on) manat ekspertiza xərci iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddiaçı İddiaçı dövlət rüsumu ödəmədiyindən cavabdeh Cavabdeh İstehsalat Birliyindən 138,53 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, məhkəmə Azəriqaz İB-nin, həmçinin İddiaçı iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verərək qeyd edir ki, hazırki mübahisənin yaranmasının səbəbi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qaz sərfiyyatından qanunsuz istifadəyə görə, bundan başqa sayğaca müdaxilə edilməsi, habelə qaz sərfiyyatından istifadə edilməsi lakin ödənişin olunmaması nəticəsində *************** nömrəli abonentə hesablanmış borc ilə bağlı olmuşdur. Hazırki mübahisə predmetinin tərəfi olan İddiaçı sözügedən ünvan ilə heç bir əlaqəsinin olmadığını, məhz həmin ünvana quraşdırılmış qaz sayğacına və sayğacdan kənar qanunsuz qoşulma ilə bağlı yaranmış cərimə borcları habelə sərfiyyat borcuna görə məsuliyyət daşımadığını irəli sürərək sözügedən aktların və onun əsasında istehlakçı kimi ona hesablanmış cərimə borclarının silinməsini xahiş etmişdir. Cavabdeh İB isə öz növbəsində sözügedən fərdi yaşayış evinin İddiaçı məxsus olduğunu məhz bu səbəbdəndə tərəflər arasında ##.##.2022-ci il tarixdə AKX-*******/**-**** nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” müqaviləsi bağlanmış olduğunu irəli sürmüş, sözügedən aktlara əsasən İddiaçı hesablanmış cərimənin, habelə qazdan istifadə nəticəsində hesablanmış sərfiyyat borcunun İddiaçı məcburi qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə mübahisənin həlli üçün tərəflər arasında öhdəliyin yaranmasına əsas olan ##.##.2022-ci il tarixli AKX-*******/**-**** nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsində İddiaçı tərəfindən icra olunmuş imzanın ona məxsus olub-olmaması halı müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertin rəyindən müəyyən edilmişdir ki, sözügedən müqavilədə istehlakçı kimi icra edilmiş imza İddiaçı tərəfindən icra edilməmişdir. Bundan başqa, Cavabdeh İB həmin ünvanla bağlı bağlanmış müqavilənin tarixindən əvvəlki tarixdə də sözügedən fərdi yaşayış evinin İddiaçı istifadəsində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdi. Belə olan halda, nə qədər ki, tərəflərin öhdəliyini müəyyən edən alqı-satqı müqaviləsi İddiaçı tərəfindən bağlanmamışdır, sözügedən müqavilə etibarsız hesab edilməli həmin müqavilə əsasında İddiaçı adına aktlar üzrə hesablanmış borclar silinməlidir, həmçinin sərfiyyat borcunun tutulmasına dair iddiaçı Azəriqaz İB-nin iddia tələbi təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edərək göstərib ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətlərinəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında ümumilikdə 19 919 manat 64 qəpik (qalıq və aktlara görə) manat ziyan hesablanmışdır. Məhkəmə qətnamə qəbul edərkən İddiaçı ümumi tələb edilən məbləğin 3592.85 manat hissəsinin debitor borc olduğunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
16. Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2(## #### 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (* nömrəli əlavə). Bənd 6.5 (## #### 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.5 (## #### 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, iddianın rədd, birləşdirilmiş iddianın isə təmin edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, İddiaçı iddiası təmin edildiyi, Cavabdeh İstehsalat Birliyinin iddiası isə təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23.Cavabdeh İstehsalat Birliyini iddiasının təmin edilmədiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, eləcə də İddiaçı iddiasının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə Cavabdeh İstehsalat Birliyinin iddiasının faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya əlamətləri ilə uzlaşmadığından, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından haqlı sayılmır, eləcə də İddiaçı iddiasının faktiki hallar dispozisiya əlamətləri ilə uzlaşdığından üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından haqlı sayılır.
25. Əvvəla, mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etdi ki, həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyindən mütəxəssis (ekspert) rəyi alınmalıdır.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2025ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialından alınmış *-**-*-*/*-****/**** saylı, ## ###### 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltan küçəsi ev 33 (abonent kodu ***************) nömrəli abonent kodu fərdi yaşayış evinə məxsusdur. 2,3,4,5 və 6-cı suallar üzrə: Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltan küçəsi ev 33( abonent kodu 100418003300000) qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulma iddiası 2017-2022-ci illəri əhatə etdiyindən, həmin dövrdə kənar xəttin olmasını müəyyən etmək mümkün deyil. Lakin iddiaçının qaz abonent saldosunun təhlili həmin illərdə qaz sayğacından kənar qazdan istifadə halını istisna etmir. Belə ki, 2017-ci il üzrə cəmi 49 AZN ödənilmişdir. 2018-2020-ci il ərzində G-6 smart tipli qaz sayğacı istismarda olmasına baxmayaraq sayğacın kartına heç bir vəsait ödənilməmişdir. ##.##.2020-ci il tarixində G-6 mexaniki tipli, zavod nömrəsi 28024080 olan qaz sayğacı quraşdırılmış, 2022-ci ilin iyun ayına qədər sayğacdan keçən qaz həcmi 22550 m3 olmuş və 3.665,75 AZN məbləğində qazdan istifadəyə görə ödəniş edilməmişdir. Qaz xətti üzərində ##.##.2022-ci il tarixində, Smart G-6 tipli, zavod nömrəsi 0189210430832 olan qaz sayğacı quraşdırılmış, 2023-cü ilin fevral ayı ərzində smart tipli qaz sayğacından istifadə edilmiş və sayğac kartına 470 AZN vəsait yüklənmişdir. ##.##.2023-cü il tarixdə G-6 mexaniki sonradan ödəniş tipli, zavod nömrəsi 22110507568 olan qaz sayğacı quraşdırılmış və 2025-ci ilin noyabr ayına qədər sayğacdan keçən qaz həcmi 25147 m3 olmuş, 6048.30 AZN məbləğində qazdan istifadəyə görə ödəniş edilməmişdir. 2025-ci ilin noyabr ayına qədər sayğacdan keçən qaz həcmi 25147 m3 olmuş, 6048.30 AZN məbləğində qazdan istifadəyə görə ödəniş edilməmişdir... ... Bu baxımdan 2017-ci ilin iyul ayından 2022-ci ilin iyun ayına qədər cavabdeh tərəfindən tərtib edilmiş 35 akt üzrə hesablanmış 16176.88 manat dəymiş ziyan məbləğinin düzgünlüyünə rəy vermək mümkün olmadı.
27. Bu rəydən sonra, məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı bir daha ünvan 3 ünvanının və orada yerləşdiyi iddia olunan fərdi yaşayış evinin ona heç bir aidiyyətinin olmadığını, həmin ünvana dair ona sayğacdan kənar istifadəyə görə cərimə və sayğac vasitəsi ilə hesablanan debitor borcun heç bir əsasının olmadığını bəyan etdi. 28.İddiaçı tərəfindən təqdim edilən sənədlərdən bəlli oldu ki, ünvan 7 ünvanda, 0.179370 ha. ölçüdə olan torpaq sahəsində yerləşən, sahəsi 175.50 kv. metr olan fərdi yaşayış evinin ½ hissəsi onun adına ##.##.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınıb, ½ hissəsinə isə X4 payının olduğu göstərilib.
29. Bununla əlaqədar, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli AKX-*******/**-**** saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltanəli küçəsi, ev 0021, mənzil 0001 təbii qazla təmin edilməsi razılaşdırılmışdır. Həmin fərdi yaşayış evinə (Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltanəli küçəsi, ev 0021) Cavabdeh İstehsalat Birliyi tərəfindən *************** nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində Zenner G-4T smart markalı ************* nömrəli qaz sayğacı quraşdırılmışdır (İddiaçı bu sübutları məhkəməyə təqdim edib).
30. Cavabdeh İstehsalat Birliyi isə məhkəməyə ünvanladığı məlumatda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltanəli küçəsi, ** saylı mənzilin abonent kodunun 100418000330000 deyil, hazırda Cavabdeh İstehsalat Birliyinin AGİS və GASPER proqram təmnatlarında 10041800021000 istehlakçı hesabı üzrə X2 deyil, X4 adına rəsmiləşdirildiyinin göründüyünü qeyd edib.
31. Göründüyü kimi, Cavabdeh İstehsalat Birliyi nədənsə ünvan 7 ünvanda, 0.179370 ha. ölçüdə yerləşən, sahəsi 175.50 kv. metr olan fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə X4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alındığını, həmin ünvanda X4 adına ************** nömrəli, İddiaçı adına isə *************** nömrəli abonent kodunun verildiyini və onlarla ayrıca müqavilə bağlandığı barədə məlumat vermək istəmirdi.
32. Bu cür vəziyyətdə, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında ##.##.2022-ci il tarixli AKX-*******/**-**** saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” ünvan 7-in təbii qazla təmin edilməsi barədə müqavilə bağlandığı, həmin ** nömrəli evin ½ hissəsinə dair ona *************** nömrəli abonent kodu verildiyi və qeyd olunan ünvanda qaz xəttinin üzərində Zenner G-4T smart markalı ************* nömrəli qaz sayğacı quraşdırıldığı halda, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltanəli küçəsindəki ** nömrəli fərdi yaşayış evinin İddiaçı hansı aidiyyəti olması, nəyə əsasən ** nömrəli ünvana dair onun adına 100418000330000 abonent kodu verilməsi aydın olmayan ziddiyyətli bir vəziyyət yaradırdı.
33. Təsadüfi deyil ki, İddiaçı ilə Cavabdeh İstehsalat Biriliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltanəli küçəsindəki ** nömrəli fərdi yaşayış evinə dair(100418000330000 abonent kodu) bağlandığı iddia olunan ##.##.2022-ci il tarixli, AKX- *******/**-**** nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsindəki imzanın məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı tərəfindən icra olunmadığı əsas götürülərək müqavilə etibarsız hesab edilib.
34. Ona görə də Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının *-**-*-*/*-****/**** saylı, ## ###### 2025-ci il tarixli rəyində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltan küçəsi ev 33-ün İddiaçı hansı aidiyyətin olduğu və həmin ünvana onun adına *************** nömrəli abonent kodu verilməsinin səbəbləri, eləcə də İddiaçı bu ünvan və abonent kodu üzrə həqiqətən sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində qazpaylayıcıya 16176,84 (on altı min yüz yetmiş altı manat səksən dörd qəpik) manat zərər vurduğu, təbii qazdan istifadəyə görə 3592.85 (üç min beş yüz doxsan iki manat səksən beş qəpik) manat debitor borcu yaranması səbəbləri aydınlaşdırılmamış qalırdı.
35. Məhz bu hallara aydınlıq gətirilmədən iş üzrə həqiqətin müəyyən edilməsi və düzgün nəticəyə gəlinməsi mümkün deyildi.
36. Ona görə də məhkəmə tərkibi təkrarən hesab etdi ki, yenidən iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranıb və buna görə də Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə ekspertiza təyin edilməli, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilməsi, eləcə də eyni məlumatların Cavabdeh İstehsalat Biriliyindən götürülməsi qərara alındı və mütəxəssis (ekspert) qarşısında aşağıdakı suallar qoyuldu: - Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltan küçəsindəki ** nömrəli fərdi yaşayış evi üzrə *************** nömrəli abonent kodunun İddiaçı adına verilməsinə əsas və səbəb nə olmuşdur (istinad olunan konkret sənəd təqdim edilsin)? - Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının *-**-*-*/*-****/**** saylı, ## ###### 2025-ci il tarixli rəyində göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltan küçəsi ev 33( abonent kodu 100418003300000) üzrə qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulma iddiası 2017- 2022-ci illəri əhatə etdiyindən, 2017-ci ildə həmin ünvanda hansı nömrəli qaz sayğacı istismarda olmuş və onun İddiaçı adına rəsmiləşdirilməsi hansı sənədlər əsasında olub(sənədlər təqdim edilsin), 2018-2020-ci il ərzində olan G-6 smart tipli qaz sayğacının nömrəsi neçə olub və onun İddiaçı adına rəsmiləşdirilməsi hansı sənədlər əsasında olub (sənədlər təqdim edilsin), ##.##.2020-ci il tarixində G-6 mexaniki tipli, zavod nömrəsi 28024080 olan qaz sayğacı İddiaçı adına rəsmiləşdirilməsi hansı sənədlər əsasında olub(sənədlər təqdim edilsin), qaz xətti üzərində ##.##.2022-ci il tarixində, Smart G-6 tipli, zavod nömrəsi 0189210430832 olan qaz sayğacı quraşdırılması və İddiaçı adına rəsmiləşdirilməsi hansı sənədlər əsasında olub(sənədlər təqdim edilsin), ##.##.2023-cü il tarixdə G-6 mexaniki sonradan ödəniş tipli, zavod nömrəsi 22110507568 olan qaz sayğacı quraşdırılması və İddiaçı adına rəsmiləşdirilməsi hansı sənədlər əsasında olub (sənədlər təqdim edilsin)? - Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltan küçəsindəki ** nömrəli fərdi yaşayış evi üzrə İddiaçı *************** nömrəli abonent kodu üzrə debitor borcu və sayğacdan kənar qazdan istifadə etdiyi(tərtib edilən aktlardan və abonent saldosunda göstərilənlərdən başqa) konkret hansı sübutlarla təsdiq edilir (istinad olunan konkret sənəd təqdim edilsin), əgər təsdiq edilirsə İddiaçı bu ünvan və abonent kodu üzrə həqiqətən sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində qazpaylayıcıya 16176,84 (on altı min yüz yetmiş altı manat səksən dörd qəpik) manat zərər vurmuşdurmu və təbii qazdan istifadəyə görə 3592.85 (üç min beş yüz doxsan iki manat səksən beş qəpik) manat debitor borcu yaranmışdırmı? - Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli AKX- *******/**-**** saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltanəli küçəsindəki ** nömrəli evin ½ hissəsinə İddiaçı adına *************** nömrəli abonent kodu verildiyi və qaz xəttinin üzərində Zenner G-4T smart markalı ************* nömrəli qaz sayğacı quraşdırıldığı və həmin ** nömrəli evin ½ hissəsinin mülkiyyətçisi X4 adına isə ayrıca 10041800021000 abonent kodu verildiyi və qaz xəttinin üzərində Smart G-4 İtron Gallus Pay markalı *********** nömrəli qaz sayğacı quraşdırıldığı halda Cavabdeh İstehsalat Birliyinin bu məlumatları açıqlamaq istəməməsinin səbəbləri nə ilə bağlıdır? - Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında ##.##.2022-ci il tarixli AKX-*******/**-**** saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ünvan 7-in təbii qazla təmin edilməsi barədə müqavilə bağlandığı, həmin ** nömrəli evin ½ hissəsinə dair ona *************** nömrəli abonent kodu verildiyi və qeyd olunan ünvanda qaz xəttinin üzərində Zenner G-4T smart markalı ************* nömrəli qaz sayğacı quraşdırıldığı halda, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltanəli küçəsindəki ** nömrəli fərdi yaşayış evinin İddiaçı hansı aidiyyəti olması, nəyə əsasən ** nömrəli ünvana dair onun adına 100418000330000 abonent kodu verilməsi aydın olmayan ziddiyyətli bir vəziyyət yaratdığından Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialı bu məsələləri araşdırıb dəqiq, qərəzsz və obyektiv rəy verməsini təmin etsin.
37. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının *-**-*-*/*-****/**** saylı, ## #### 2026-cı il tarixli rəyində qeyd edildi ki, 1-4 cü suallar üzrə: 2010-cu ildə İddiaçı adına olması iddia edilən ünvan 1 ünvanına Cavabdeh İstehsalat Birliyi tərəfindən *************** nömrəli qaz abonent kodu verilmişdir. Qeyd edilən abonent kodunun İddiaçı adına rəsmiləşdirilməsini təsdiq edən heç bir sənəd (qazlaşma haqqında vətəndaşın ərizəsi və s.) əldə etmək mümkün olmadı. İşçi qaydasında aparılan araşdırma zamanı həmin ünvanda yaşayan və qazdan faktiki istifadə edən X3 evin qaz abonent kodunun nəyə görə tanımadığı İddiaçı adına rəsmiləşdirildiyini bilmədiyini bildirdi. Sözügedən yaşayış evində 2011-ci ildən 2014-cü ilə qədər G-6 markalı GPG******** nömrəli, 2014 cü ildən 2020-ci ilin aprelinə qədər G-6 markalı GPG ******** nömrəli, 2020-ci ilin aprelindən 2022-ci ilin iyununa qədər G-6 markalı ******** nömrəli, 2022-ci ilin iyunundan 2023cü ilin fevralına qədər G-6 markalı ************* nömrəli, 2023-cü ilin fevralında indiyə qədər isə G-6 markalı *********** nömrəli qaz sayğaçında istifadə edilmişdir. Abonentin qaz xətti üzərində qaz sayğacı müvafiq akt əsasında quraşdırılır və aktın 1 nüsxəsi abonentə təhvil verilməlidir. Lakin yuxarıda sadalan qaz sayğaclarının quraşdırılma aktlarının heç birində İddiaçı imzası yoxdur. ##.##.2023-cü il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu" aktında isə abonent kimi Vəfa Əsgərovanın imzası vardır. Mövcud vəziyyətə aydınlıq gətirilməsi məqsədilə ##.##.2026 cı il tarixdə Cavabdeh İstehsalat Birliyi tərəfindən sözügedən ünvanın qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında habelə havalandırma və havadəyişmə xətlərinin müayinəsi keçirilmiş və həmin ünvanda Əsgərova Vəfa qızının qazdan faktiki istifədə etdiyi və evin İddiaçı heç bir aidiyyəti olmadığı müəyyən edilmişdir. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H. Soltan küçəsindəki ** nömrəli fərdi yaşayış evində İddiaçı *************** nömrəli abonent kodu üzrə qazdan istifadə faktı öz təsdiqini tapmamışdır. Bu baxımdan, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, 29103)-5808/2025 Qərardadına uyğun olaraq, (Qərardadda qazdan qanunsuz istifadə edildiyi faktı təstiq edildiyi halda dəymiş ziyanın hesabatının aparılması qeyd olunmuşdur) qazpaylayıcıya dəymiş ziyanın hesablanmasına zəruriyyət yaranmır.
38. Cavabdeh İstehsalat Birliyinin mühəndisi Elmir Baxşıyevin ## #### 2026-cı il tarixli MA-****-*-**-******* nömrəli Müayiənin nəticəsinə dair Aktda qeyd olunub ki, İddiaçı mübahisəli ünvandakı evlə heç bir əlaqəsi yoxdur.
39. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə yuxarıda qeyd olunan tam və hərtərəfli yoxlamalar və araşdırmalar nəticəsində apellyasiya şikayətinin dəlillərinin İddiaçı aid hissədə əsassız olduğu bir daha öz təsdiqini tapdı.
40. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i: Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.