Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5818/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(005)- 1413/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə qarşı (SOCAR) işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(005)- 1413/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı vəkili apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-4077/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı qətnaməsindən 21 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(005)- 1413/2023 nömrəli qərardadı ilə iddiaçının 16 may 2023-cü il tarixli apellyasiya şikayəti geri qaytarılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1413/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1413/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsindən bddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə şikayət vemrişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(005)- 1413/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Kollegiya hesab edir ki, hazırki halda məhkəmənin 18 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(005)-1413/2023 nömrəli qərardadı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə tərəfindən mübahisələndirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilməsi qeyd edilmiş, qərardad 24 avqust 2023-cü il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirimiş, apellyasiya şikayəti mülki işlə birlikdə 25 avqust 2023-cü il tarixli məktub ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfin 22 avqust 2023-cü il tarixli məhkəmə qərardadını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 10 (on) günlük müddəti gözlənilmədən apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir ki, bu da hazırkı halda həmin apellyasiya şikayətinə baxılmasını prosessual baxımdan yolverilməz edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 22 avqust 2023-cü il tarixli məhkəmə qərardaddan şikayətin verilməsi müddətini gözləməli və bunun nəticəsindən aslı olaraq aellyasiya şikayətini baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(005)-1413/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(005)- 1413/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5818/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5818/2023
01.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver