Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5819/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh* Ələsgər oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlər Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, ev *07A-da yerləşən 54 nömrəli mənzildən (bundan sonra – mənzil) çıxarılsın və mənzil iddiaçıya təhvil verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehlər mənzildən çıxarılsın və mənzil iddiaçıya təhvil verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı FHN-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Nuridə Əliyevə səhhətinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məlumat versə də, səhhətində problemin olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Qətnamədən cavabdehlərdən biri – Cavabdeh2 apellyasiya şikayəti verdiyinə görə qətanmənin əsaslılığı yalnız ona aid olan hissədə apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mənzil iddiaçı FHN-nin balansındadır. Cavabdeh* FHN ilə qulluq münasibətində olub, buna görə də FHN-nin 09.02.20*7-ci il tarixli *8/0*-002 nömrəli qərarı ilə mənzil Cavabdeh* xidməti yaşayış sahəsi kimi verilib. Cavabdeh2 Cavabdeh* keçmiş arvadıdır, onların nikahına xx.xx.2022-ci ildə xitam verilib. Fövqəladə hallar nazirinin *6.*0.20*7-ci il tarixli *38*/ş nömrəli əmri ilə Cavabdeh* tutduğu vəzifədən - FHN-nin Təhsil məsələləri üzrə sektorunda baş məsləhətçi vəzifəsindən azad olunub. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin *03.3-cü maddəsində qeyd olunub: “Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır”. Bu norma kirayəçinin ailə üzvlərinə, habelə keçmiş ailə üzvlərinə də şamil olunur. Ona görə birinci instansiya məhkəməsi Cavabdeh2 mənzildən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib. Apellyasiya şikayətinin dəlilləri, yəni mənzilin cavabdehlərin yeganə yaşayış yeri olması və mənzildə cavabdehlər tərəfindən təmir-bərpa işlərinin aparılması, qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Beləliklə, Cavabdeh2 apellyasiya şikayəti təmin oluna bilməz. Digər cavabdehlər apellyasiya şikayəti vermədiklərinə görə qətnamənin onlara aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5819/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5819/2024
18.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver