Məhkəmə qərarları › İş №2(103)-5824/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5824/2024

04.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5824/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, X5, Cavabdeh2 və Cavabdeh3 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:( mənzildən çıxarılma) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə*, cavabdehlər Cavabdeh* və onun nümayəndəsi vəkil X*, X5, Cavabdeh2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, X5, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2727/2024 saylı işi üzrə *7.07.2024-cü il tarixli qətnaməsindən Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: *.Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 43 nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh*, X5, Cavabdeh2, Cavabdeh3, X** və X6 çıxarılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2727/2024 saylı işi üzrə *7.07.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlər Cavabdeh*, X5, Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən, 43 nömrəli, iki otaqlı xidməti mənzildən çıxarılması və mənzilin iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh*, X5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 2.İddia ərizəsində qeyd edilmişdir ki, “Vəli Calal oğlu X*0 Nazirliyinin 27 aprel 2007-ci il tarixli, 289/ş nömrəli əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin 9 fevral 20*7-ci il tarixli, *8/0*-002 nömrəli Qərarı əsasında Cavabdeh* Nazirliyə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07A ünvanında yerləşən xidməti yaşayış sahəsində 43 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin 0* dekabr 2022-ci il tarixli, *908/ş nömrəli əmri ilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin sürücüsü (xüsusi rütbəli vəzifəsi hesabına) Cavabdeh* öz xahişi ilə 04 noyabr 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh* Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 43 nömrəli 2 otaqlı xidməti yaşayış sahəsinin boşaldılması tələb edilmiş, lakin Cavabdeh* həmin yaşayış sahəsini boşaltmaqdan imtina etmiş və hal-hazırda həmin yaşayış sahəsində yaşamaqdadır. Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmri ilə Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün bina Nazirliyin balansına götürülmüşdür”. 3.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının *3, 29; “ İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın *; Azərbaycan Respublikası Mülki Məcəlıləsinin *52.*, *52.2, *52.3, *52.5, *57.2, 329.*, 35*.*, 35*.2; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9*.*, 9*.*.*, 92, 98, 99.2, *03.3; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*0-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”-nın *.3, *.5, 3.5, 3.5.*; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 77,88, *07, **9, 2*7.3, 2*7.4; Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.2, 9.*, 9.*.*4, 9.*.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İşin hallarından görünür ki, hazırda cavabdehlərin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən 43 nömrəli mənzil Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansındadır. Cavabdeh* xx.xx.2007 - 04.**.2022-ci il tarixləri arasında Nazirliyin DYMX-nin texniki xidmət və təchizat dəstəsinin avtonəqliyyat hissəsinin sürücüsü işləmişdir. "Nazirliyin sistemində xidmət edən bəzi hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin xidməti yaşayış sahələri ilə təmin edilməsi haqqında” Nazirliyin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarı ilə Cavabdeh* Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən, Nazirliyə məxsus xidməti yaşayış sahəsində mənzillə təmin edilmişdir. O, hazırda ailə üzvləri olan digər cavabdehlərlə birlikdə həmin mənzildə yaşayır. İddiaçı Nazirlik isə cavabdehin 2022-ci ildən vəzifədən azad edilməsini nəzərə alaraq, onların mənzildən çıxarılmasını tələb edir. Göründüyü kimi, tərəflər arasında xüsusi təyinatlı (xidməti) yaşayış sahəsinin kirayə münasibətləri olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarından görünür ki, mübahisəli mənzil məhz xidməti fəaliyyətlə əlaqədar iddiaçı Nazirliyin həmin dövrdə əməkdaşı olan cavabdehə xidməti yaşayış sahəsi kimi verilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında olan əmək münasibətlərinə 04.**.2022-ci il tarixdən etibarən xitam verilmiş, cavabdeh müvafiq əmrlə həmin tarixdən işdən azad edilmişdir. Bununla da mənzilin cavabdehlərin sahiblik və istifadəsinə verilməsi üçün əsas olmuş hal aradan qalxmışdır. Belə olan halda iddiaçı Nazirlik cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdeh kimi göstərilmiş Sona Qarayeva və Ramal Qarayev *4 yaşına çatmamış uşaqlardır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayıldığından valideynləri ilə birlikdə onlar da mübahisəli mənzildən çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdehlərdən Cavabdeh* və Cavabdeh2 mülkiyyətində ümumi birgə torpaq sahəsi və fərdi yaşayış evi var. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 5-ci döngə ünvanında yerləşən 47 C nömrəli ev (ümumi birgə torpaq sahəsi və ev) onların mülkiyyətindədir. Bundan əlavə, "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Asif Quliyevin mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 26-cı Qaraçuxur, * -ci döngə, 82 ünvanında yerləşən 0.0224 ha torpaq sahəsi var. Belə olan halda, hazırkı iddianın təmin edilməsi cavabdehləri yeganə yaşayış yerindən məhrum etmədiyindən onların mənzildən çıxarılması iddiaçının qanunla qorunan maraqlarının müdafiəsinə mütənasibdir və cavabdehləri hədsiz məhrumiyyətlə üzləşdirmir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış 28.03.20*9-cu il tarixli, *99*202027*4 nömrəli məktubdan görünür ki, Cavabdeh* və Cavabdeh2 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 5-ci döngə ünvanında yerləşən 47 C nömrəli ev (ümumi birgə torpaq sahəsi) var; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 289/ş nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh* Azərbaycan Respublikası Fövqəlaqə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 22.05.20*5-ci il tarixli, 048 nömrəli əmrdən görünür ki, Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzllər üçün nəzərdə tutulan binalar Nazirliyin balansına götürülmüşdür. Balansa götürülən binaların siyahısında Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07 ünvanında yerləşən bina da qeyd edilmişdir;- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 0*.*2.2022-ci il tarixli, *908/ş nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh* Azərbaycan Respublikası Fövqəlaqə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin sürücüsü (xüsusi rütbəli vəzifəsi hesabına) tutduğu vəzifədən 04.**.2022-ci il tarixdə azad edilmişdir; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyası tərəfindən verilmiş 09.02.20*7-ci il tarixli, *8/0*-002 nömrəli qərardan görünür ki, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07 A və *07 B ünvanında yerləşən nazirliyə məxsus xidməti yaşayış sahələrində mənzillə təmin edilən şəxslərin siyahısında DYMX Texniki xidmət və təchizat dəstəsinin avtonəqliyyat hissəsinin sürücüsü Cavabdeh* Cəlal oğlunun adı qeyd edilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş *0.05.2024cü il tarixli, 3-*7-7/2-Q-2*358/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh* Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən orqanizm funksiyalarının 3*-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə görə aylıq *50 manat məbləğində sosial müavinət alır. Təyinatın bitmə tarixi: müddətsiz. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 5.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 2727/2024 saylı işi üzrə *7.07.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin *02.2; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may tarixli 86 saylı qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 286-cı maddələrinə istinadən qeyd edilmişdir ki, 04.**.2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar cavabdeh onu işdən azad etmişdir. Buna səbəb sürücü vəzifəsində işləyərkən orqanizim funksiyalarının 3*-60 faiz pozulması ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ayda *50 manat sosial müavinət alır. Faktiki olaraq o, peşə xəstəliyi ilə əlaqədar işdən azad olunmuş, ona görə də heç nədən şübhələnmədən ərizəyə imza atmışdır.İddiaçı onu xəstəliyi ilə əlaqədar işdən azad edərək o heç nədən şübhələnmədən onun göstərişi və diktəsi ilə ərizəsində guya öz xahişi ilə işdən azad olunduğunu qeyd etmişdir. Onun hüquqi biliyi olmadığı üçün o heç nədən şübhələnmədən həmin ərizəyə imza atmışdır.Cavabdeh bundan sonra həmin ərizəyə istinad edərkən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bimənalı nəzərə almaq lazımdır ki, görmə qabliyyətinin zəifləməsinə səbəb onun Nazirlikdə işlədiyi zaman sürücü işlədiyi dövrə təsadüf edir. *- ci instansiya məhkəməsi bu fakta heç bir hüquqi qiymət verməmişdir.Beləliklə, onun başqa yaşayış sahəsi yoxdur, 6 nəfər ailə üzvü küçədə qalmaq təhlükəsindədir. Faktiki olaraq cavabdeh onu aldatma yolu ilə mübahisəli yaşayış sahəsindən çıxarmaq istəyir. *-ci instansiya məhkəməsi heç bir rəsmi sənədə əsaslanmadan qətnamədə göstərilmişdir ki, guya onun oğlu Cavabdeh2 mülkiyyətində (qətnamədə soyad Quliyev göstərilmişdir) adına Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsi, 5-ci döngə ünvanında yerləşən 47 “C" saylı yaşayış evi vardır. (yeni qaydalarla Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, 33-cü Qaraçuxur küçəsi, giriş 29). Bildirir ki, həmin yaşayış sahəsi onun qardaşı X4 mülkiyyətindədir.*-ci instansiya məhkəməsi iddianı təmin edərkən bu faktı əsas götürmüşdür. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qarayev X7 Hallar Nazirliyinin yanğından mühafizəsi idarəsində sürücü işlədiyini və xidməti vəzifəsini yaxşı yeinə yetirdiyi üçün 20*3-cü ildə evin ona verildiyini, sonradan sağlamlığında müəyyən problemlər yaşandığını və 4 dəfə gözünü əməliyyat etdirdiyini, artıq gözündə yaranmış problemlə əlaqədar işləyə bilmədiyini, iddiaçı tərəfindən ona ərizəsini yazıb işdən çıxarılması və müavinat veriləcəyi ilə bağlı göstəriş verildiyini, ilkin olaraq ərizəsində əlilliyi ilə əlaqədar işdən azad olunduğunu yazdığını, lakin ona bu əsasla ərizə yazılmağına icazə verilmədiyini və öz arzusu ilə işdən azad edilməsini yazmalarını istəndiyini və məcbur qalıb o formada yazdığını, hal -hazırda da həmin mübahisəli mənzildən başqa yaşayış yerinin olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh* nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmadığını, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını, belə ki, cavabdehin xəstəliyi ilə əlaqədar işdən azad edildiyini, lakin rəhbərliyin ona öz xahişi ilə işdən azad edilməsini yazmalarını istədiyini, cavabdehin sağlamlığında olan problemlərin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən işçi birbaşa istehsalatla əlaqədar xəsarət aldığı zaman ona verilmiş xidməti mənzilin geri tələb olunmadığını, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə* apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin öz arzusu ilə 2022-ci ildə işdən azad edildiyini, həmçinin Mənzil məcəlləsinin tələblərinə əsasən əgər işəgötürənin təqsiri nəticəsində işçinin orqanizminin 6*-*00 faizinin pozulması baş verərsə, bu halda həmin şəxsin istifadəsinə verilmiş xidməti mənzildən başqa yaşayış yeri təyin edilmədən çıxarıla bilmədiyini,lakin hazırkı mübahisədə belə bir halın olmadığını, Cavabdeh* öz arzusu ilə işdən çıxdığını, mənzil məcəlləsinin *03.3-cü maddəsinin tələblərinə uyğun olaraq xidməti yaşayış sahəsinin əmək fəaliyyəti müddətini əhatə etdiyini, dediklərinin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini əsaslı hesab etdiyini, onların başqa yaşayış yerinin olmadığını, özlərinin də şikayət vermək istədiklərini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. *0. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Məmmədova Xanım apellyasiya şikayətini əsaslı hesab etdiyini və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. **. Məlumatlandırılması üçün qanunvericliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh3 məhəmə iclasında iştirak etməmişdir.

Apellyasiya baxışının hədləri: *2.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.20**-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Qeyd edilməlidir ki, cavabdehlərdən digərləri şikayət verməmiş, yalnız Cavabdeh* şikayət vermiş və bunu xidməti mənzilin məhz ona verilməsi ilə izah etmişdir. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: *3.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: *3.* Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. *3.2.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. *3.3.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29.* Hər kəsin mülkiyyət hüququ vardır. 29.2Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. *4.Mülki Məcəllənin tələblərinə əsasən:*52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.*52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.*52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. *5.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. *0*.*. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. *0*.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. *02.*. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin *0*.2-ci və *02.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. *02.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: *02.2.*. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; *02.2.2. yaşa görə pensiyaçılar; *02.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; *02.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 6*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 6*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 6*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. *03.*. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir.*03.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir:*03.2.*. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;*03.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən.*03.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. *6.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*0-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”na əsasən:*.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.2.*. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir.2.2. Kirayə müqaviləsi bu Qaydanın *.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir.2.3. Kirayə müqaviləsi yazılı formada bağlanılır. Kirayə müqaviləsinin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.2.4. Kirayə müqaviləsinə görə bir tərəf xidməti yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə — vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.2.5. Kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.2.6. Kirayə müqaviləsində müqavilənin predmeti, xidməti yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.2.7. Xidməti yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi mənzil sahəsinin ayrılma norması nəzərə alınmaqla verilir.2.8. Xidməti yaşayış sahəsi verilərkən ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstənin olması nəzərə alınır, həmçinin ər-arvad istisna olmaqla, ayrı cinslərdən olan 9 yaşından yuxarı şəxslərin bir otağa köçürülməsinə yol verilmir (ayrı cinslərdən olan yetkinlik yaşına çatmış şəxslərin bir otağa köçürülməsinə dair razılığı olduğu hallar istisna olmaqla).3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır:3.5.*. bu Qaydanın *.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı;3.5.2. xidməti yaşayış sahəsinin məhv olması;3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir).3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. *7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir *8.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, qeyd edilən normativlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili kimi onun əslində peşə xəstəliyi ilə əlaqədar işdən çıxması, sonradan aldadılaraq ərizəsində öz xahişi ilə işdən azad edilməsini istədiyini qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, habelə bu hal əmək münasibətlərindən irəli gələn xüsusatdır ki, belə bir tələb mövcud olmamışdır. Məhkəmələr isə yalnız verilmiş tələb həddində işə baxılmasında səlahiyyətlidirlər. Cavabdehin qeyd etdiyi hallar işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və ya peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 6*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə aiddir. Hazırda cavabdehin dəlilləri qeyd edilən halları əhatə etmir. Həmin mənzil iddiaçıya xüsusi xidməti fəaliyyəti ilə əlaqədar verildiyindən və iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri bitdyindən və cavabdeh öz xahişi ilə işdən azad edildiyindən məhkəmə kollegiyasının iddianı tam əsaslı hesab edir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün maddi və prosessual hüquqi əsaslar müəyyən etmir. *9.Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2727/2024 saylı işi üzrə *7.07.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar