Məhkəmə qərarları › İş №2(103)-5827/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5827/2020

28.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5827/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı ipoteka qoyanın tutma yönəldilmiş mənzildən məcburi qaydada çıxarılması, istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(009)-721/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı ipoteka qoyanın tutma yönəldilmiş mənzildən məcburi qaydada çıxarılması, istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2(009)-721/2020 saylı qətnaməsi ilə təmin edilərək, Cavabdeh Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən 17 saylı evin 60 kv.m. ümumi sahədən ibarət 36/37 saylı mənzilindən məcburi qaydada çıxarılması, onun istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması qət edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “xxxxxxxxxxx” MMC arasında xx.xx.2012-ci il tarixli 101344-1-3147 saylı Baş kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bir sıra digər əmlaklarla yanaşı, Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən 17 saylı evin 36/37 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun banka borcu qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-2142/2014 saylı qətnaməsi ilə 1461043,89 manat məbləğində pulun “xxxxxxxxxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması və digər əmlaklarla yanaşı, Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən 17 saylı evin 36/37 saylı mənzilinə tutma yönəldilməsi qət edilmiş, həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. «Daşınar və Daşınmaz Əmlakın Satışı X5» MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 04/05 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) İddiaçı ASC olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən mənzil üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları tanınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-721/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)- 721/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun yaşadığı evin satılmasından xəbəri olmamış, bu halı mübahisələndirsə də məhkəmə nəzərə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli2(011)-2142/2014 saylı qətnaməsindən görünür ki,“xxxxxxxxxxx” MMC-dən 1461043,89 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın ipotekaya qoyulmuş digər daşınmaz əmlaklarla yanaşı, Cavabdeh məxsus,ilkin satış qiyməti 229000 manat olan Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən 17 saylı evin 36/37 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsininxx xxx 2015-ci il tarixli2(103)- 532/2015 saylı qətnaməsindən görünür ki,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-2142/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli2(102)-4302/15 saylı qərarı iləsonuncu qətnamə də dəyişdirilmədən qüvvədə saxlanılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli2(011)-2142/2014 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli, 04/05 saylı hərrac protokoluna və «Hərracın yekunları üzrə alqı-satqı» müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən 17 saylı evin 36/37 saylı mənzili 194460 manata Bank «xxxxxxxxxxxxxx» ASC tərəfindən satın alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən 17 saylı evin 36/37 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 101344-1-3147 saylı Baş kredit müqaviləsinə əsasən öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən 17 saylı evin 36/37 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Göründüyü kimi bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini borcalana vermiş, lakin borcalan müqavilə üzrə öhdəliklərini icra etməməmiş, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılaraq iddiaçı bankın mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla biriikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərandə tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə)tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü ınaddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsi, 17 saylı evin 36/37 saylı mənzili xx.xx.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC tərəfindən alınmış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ xx xxxxxx 2016-cı il tarixdən qeydə alınmışdır. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, evin satılmasından məlumatı olmaması, bu halı məhkəmədə mübahisələndirməsi barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim etmədiyindən, şikayətdə göstərilənlər formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(009)-721/2020 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(009)-721/2020 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar