Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5828/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4 və cavabdeh "Qədir" X3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan “Kredobank" ASC-nin cavabdehlər "Qədir" X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “Kredobank" ASC və cavabdeh "Qədir" X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı ləğv prosesində olan “Kredobank" ASC-nin cavabdehlər "Qədir" X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Qədir" X1 91878,95 manat əsas borc, müqavilə müddəti üçün hesablanan 38598,12 manat faiz borcu, 34269,70 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019- cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan 13627,68 manat borcu olmaqla cəmi 178374,45 manat məbləğində borcun,ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat rüsumun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması,tutmanın Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67.2 kv.m, yaşayış sahəsi 52.1 kv.m olan olan fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinə yönəldilməsi,həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X3 "xxxx" ASC-nə olan borcunun tutulması,həmin əmlak satıldıqdan sonra 1 ay müddətində Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-nə təhvil verilməsi,Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84.0 kv.m olan 9 nömrəli fərdi yaşayış evinə və 0,08 ha torpaq sahəsinə yönəldilməsi,həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X3 "xxxx" ASC-nə olan borcunun tutulması,həmin əmlak satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-nə təhvil verilməsi, Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 saylı evin 48 saylı mənzilinə həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X3 "xxxx" ASC-nə olan borcunun tutulması,satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 avqust 2011-ci il tarixli 14kt No-li kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 X4 illk 7%-lə 60 ay müddətinə 150000 manat məbləğində kredit verilib.Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67.2 kv.m, yaşayış sahəsi 52.1 kv.m olan olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb.Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84.0 kv.m olan 9 nömrəli fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notariat qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb.Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb. xx.xx.2019-cu il tarixədək Cavabdeh1 X3 xx.xx.2011- ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-nə 91878,95 manat əsas borcu, müqavilə müddəti üçün hesablanan 38598,12 manat faiz borcu, 34269,70 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan 13627,68 manat borcu, cəmi 178374,45 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinə yerinə yetirməkdən imtina edirlər. Bu səbəbdən qanunla müəyyən olunmuş müddətdə və qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilib.Ərizə həmin orqanda qeydə alınıb, müddət keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməyib.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 19 avqust 2011-ci il tarixli kredit müqaviləsinə əsasən "Qədir" X1 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcu, 3400 manat cərimə, cəmi 110237.11 manat borc məbləğində borc, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat rüsum və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus, bazar qiyməti 55000 manat, likvid qiyməti isə 46000 manat olan İmişli şəhəri, L.Vəliyev küçəsi 33 ünvanında yerləşən ümumi sahəsi 67,2 kv.m, yaşayış sahəsi 52,1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə (0,04 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla borcun həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosessində olan "xxxx" ASC-yə ödənilməsi, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılsın və hərracı udan şəxsə təhvil verilməsi; tutmanın Cavabdeh4 məxsus bazar qiyməti 80000 manat, likvid qiyməti isə 68000 manat olan, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84,0 kv.m sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinə (0,08 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla borcun həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesi olan "xxxx" ASC-yə ödənilsiməsi, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldıldılması və hərracı udan şəxsə təhvil verilməsi; tutmanın Cavabdeh6 məxsus, bazar qiyməti 72000 manat, likvid qiyməti isə 62000 manat ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka yönəldildilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla borcun həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın "Qədir" X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (Hakim: Fikrət Mirzəyev).
4. Həmin qətnamədən narazı qalan cavabdeh "Qədir" X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
5. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan “Kredobank" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
6. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Banklar haqqında qanunun 1.0.9 maddəsinə əsasən, bank krediti) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Yuxarıda qeyd edilən qanun normalarının dispoziyasından göründüyü kimi, bankların əsas fəaliyyət növlərindən biri kreditlərin verilməsidir. Bank krediti isə faizlər ödənilmək şərti ilə verilir. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank öz fəaliyyət növü əsasında, həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə etmə imkanına sahib olardı. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonrada öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Hazırki işlə, müştəri tərəfindən ödənilən məbləğlərin əsas və ya faiz borcundan silinməsini Bankın sistemi müəyyən edir və sistem Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yoxlanılır. Bu səbəbdən silinmələrin düzgün aparılmaması mümkünsüzdür. Ekspert hesablama apararkən səhvə yol vermişdir. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə uyğun faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bank kredit müqaviləsi üzrə şərtlərdən kənara çıxmamış və müqavilə şərtlərinə əsasən əsas borc məbləğinə faizləri hesablamışdır. Götürülmüş pul vəsaitlərindən istifadə məbləğinə faizlər onların faktiki olaraq götürüldüyü tarixdən hesablanmışdır. Göründüyü kimi bank tərəfindən faiz borcunun məbləği, hesablanması və borc ödənişlərindən silinmələrin həyata keçirilməsi bank sistemi ilə aparılmış və borc məbləğinin hesablanmasında əsas hal borclunun götürdüyü öhdəliklərin vaxtında icra etməməsi olmuşdur. Mübahisə edilən qətnamə ilə razılaşmalı olsaq, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Görünüyü kimi hələ də borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi təmin edilməmişdir, lakin məhkəmə yuxarıda göstərilən halları araşdırmadan əsassız qərar qəbul etmişdir.
7. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı LƏĞV PROSESİNDƏ OLAN İddiaçı ASC ilə Cavabdeh1 X5 arasında bağlanmış 19 avqust 2011-ci il tarixli, 14 kt nömrəli müqavilə üzrə Cavabdeh1 X3 cavabdehin ödənilməmiş əsas borcu, müqavilə müddəti üçün hesablanmış faiz borcu və müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun nə qədər təşkil etməsi barədə 30 dekabr 2020-ci il arixli ekspert rəyi həqiqəti əks etdirmir. Belə ki, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 X5 tərəfindən əsas və faiz borcu üzrə 187.187,49 manat ödənilməli olan məbləğə qarşı xx.xx.2019-cu ilədək 108.301 manat ödənildiyi halda, əlavə olaraq 106.837,11 manatın tələb edilməsi əsassızdır. Eyni zamanda məhkəmə "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli, 0292/22Kredo saylı qiymətləndirmə rəyinə əsaslanaraq belə hesab etmişdir ki, Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 saylı evin 48 saylı mənzilin bazar qiymətinin 72.000 manat, likvid qiymətinin isə 62.000 manat, Cavabdeh2ına məxsus İmişli şəhəri, L. Vəliyev küçəsi 33A ünvanında yerləşən ümumi sahəsi 67,2 kv.m, yaşayış sahəsi 52,1 kv.m olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin bazar qiymətinin 55.000 manat, likvid qiymətinin isə 46.000 manat, Cavabdeh4 məxsus İmişli şəhəri, M. Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84,0 kv.m olan 9 nömrəli fərdi yaşayış evi, 0,08 ha torpaq sahəsinin bazar qiyməti 80.000 manat, likvid qiyməti isə 68.000 manat təşkil edir. Hər üç ipoteka müqaviləsi bağlanarkən yüklü edilmiş əmlaklara 2011-ci il tarixdə qoyulmuş qiymətlə "xxxx" MMC-nin qoyduğu indiki qiymət arasında fərq azdır. Yəni həmin əmlaklara qoyulmuş indiki qiymət reallığı əks etdirmir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır”. Həmin Qanunun 7-ci maddəsində göstərilir ki, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Cavabdeh1 X5 30 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə həqiqəti əks etdirməyən 79.517,59 manat əsas, 05% dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319,52 manat faiz borcu və 3400 manat cərimənin ödənilməsinə cavabdeh olmadığından həmin maddəni tətbiq etməklə ümumilikdə 110.237,11 manat pulun ondan tutulması əsassız olmuşdur. Həmin normanın tələbinə görə “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər 30 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə həqiqəti əks etdirməyən 05% dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319,52 manat faiz borcunun Cavabdeh1 X1 tutulmasıda əsassız olmuşdur. Həmin normanın tələbinə görə Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli, 0292/22Kredo saylı qiymətləndirmə rəyi ipoteka predmeti olan əmlakların real dəyərini əks etdirmədiyindən həmin qiymətlərlə mənzillərin açıq hərracda satılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmənin gəldiyi qənaət əsassızdır. Tərəflərin izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "Qədir" X3 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
10. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi:
13. Belə ki, iş materiallarında olan 19 avqust 2011-ci il tarixli 14kt N°-li kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 X4 illik 7 %-lə 60 ay müddətinə 150000 (bir yüz əlli manat) məbləğində kredit vəsaiti verilmişdir.
14. İş materiallarında olan 19 avqust 2011-ci il tarixli 14kt N°-li kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 19-u tarixindən gec olmayaraq 24 ay müddətinə 875 manat faiz məbləğini, digər aylarda cədvəldə qeyd olunan ümumi məbləği banka ödəməyi öhdəsinə götürmüşdür.
15. İş materiallarında olan KB seriyalı 020451 nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 100000 manat məbləğində vəsaiti 28 sentyabr 2011-ci il tarixdə X2 vermişdir.
16. İş materiallarında olan KB seriyalı 020452 nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 42000 manat məbləğində vəsaiti 15 noyabr 2011-ci il tarixdə X2 vermişdir.
17. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi Cavabdeh2 adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
18. İş materiallarında olan xx.xx.2011-ci il tarixli ********** nömrəli arayışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 176 nöməli vərəqində Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A fərdi yaşayış İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
19. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 2 ünvandakı 48 saylı mənzil Cavabdeh6 tərəfindən İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Yüklülük daşınmaz əmlakın dövlət reyestrində 1508 nömrəli 137680 nömrəli vərəqində qeydiyyata alınmışdır.
20. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli **********670 saylı bildirişin məzmunundan görünür ki, Bank tərəfindən Cavabdeh4 kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir.
21. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli **********644 saylı bildirişin məzmunundan görünür ki, Bank tərəfindən Cavabdeh2 kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir.
22. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli **********644 saylı bildirişin məzmunundan görünür ki, Bank tərəfindən Cavabdeh6 kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir.
23. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********724 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixinə "Qədir" X3 Ləğv prosesində olan İddiaçı ASC-nə 91878.95 manat məbləğində əsas, 38.598.12 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 34269.70 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecıkdırilmış vaxt üçün illik beş faiz olmaqla hesablanmış 13627.68 manat borc, cəmi 178374.45 manat məbləğində borcu vardır.
24. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı dövlət rüsumunun ödənilməsi üçün 30.40 manat pul "xxxx" ASC-yə ödəmişdir.
25. İş materiallarında olan 16 iyul 2019-cu il tarixli **********636 saylı bildirişin məzmunundan görünür ki, Bank tərəfindən Sadığov Mirzəli Dadaş oğlu kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir.
26. İş materiallarında olan 23 .09.2011-ci il tarixli 14/3 nömrəli ipoteka müqaviləsindən görünür ki, 19 avqust 2011-ci il tarixli 14kt N°-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239.4 kv.m, yaşayış sahəsi 84.0 kv.m sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir.
27. İş materiallarında olan 23 .09.2011-ci il tarixli 14/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, 19 avqust 2011-ci il tarixli 14kt N°-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus İmişli şəhəri, L. Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67.2 kv.m, yaşayış sahəsi 52.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir.
28. İş materiallarında olan 23 .09.2011-ci il tarixli 14/5 nömrəli ipoteka müqaviləsindən görünür ki, 19 avqust 2011 -ci il tarixli 14kt №-li kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh6 məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 9/5054 saylı ekspert rəyindən görünür ki, “Kredobank" ASC ilə Cavabdeh1 X5 arasında bağlanmış 19 avqust 2011-ci il tarixli 14kt No-li kredit müqaviləsinə əsasən cavabdehin banka əsas borcu 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcu,cəmi 106.837.11 manat borcu vardır.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2020-ci il tarixli 9/204 saylı ekspert rəyindən görünür ki, “Kredobank" ASC ilə Cavabdeh1 X5 arasında bağlanmış 19 avqust 2011-ci il tarixli 14kt No-li kredit müqaviləsinə əsasən cavabdehin banka əsas borcu 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcu,cəmi 106.837.11 manat borcu vardır.
31. "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli 0292/22Kredo saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 saylı evin 48 saylı mənzilin bazar qiyməti 72000 manat,likvid qiyməti isə 62000 manat, Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67.2 kv.m, yaşayış sahəsi 52.1 kv.m olan olan fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin bazar qiyməti 55000 manat, likvid qiyməti isə 46000 manat, Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84.0 kv.m olan 9 nömrəli fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin bazar qiyməti 80000 manat,likvid qiyməti isə 68000 manat təşkil edir. Apellyasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tərəflərinn apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
37. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər;
39. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir;
40. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
43. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hüquqi dəyərləndirmə:
44. Kollegiya iş materiallarına və apellyasiya şikayətlərinin dəlillərinə əsasən qeyd edir ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermişdir. Kreditin qaytarılmasının təminatı kimi, yuxarıda qeyd olunan əmlaklar bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Buna baxmayaraq cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozaraq yerinə yetirməmiş, həm mülki qanunvericiliyin tələblərini, həm də müqavilənin şərtlərini pozmuşdur. Nəticədə "Qədir" X3 faizlər və cərimə ilə birlikdə banka ödənilməmiş borcu qalmışdır.
45. Birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə borcun hesablanması xüsusi bilik tələb etdiyindən, cavadehin iddiaçıya 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcunun qalmasını birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən etmişdir.
46. İddiaçı və cavabdeh apellyasiya şikayətlərində qeyd edilən ekspert rəyi ilə razı olmadıqlarını, ekspertin hesablama apararkən səhvə yol verdiyini bildirmişlər.
47. Kollegiya tərəflərin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, tərəflər ekspert rəyinin əsaslılığını mübahisələndirsə də, həmin rəyin əsassız olmasının nədən ibarət olmasını, ekspertin nədə səhvə yol verməsini, həmçinin rəyin qeyri-mötəbər olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal mövcud olmadığından, birinci instansiya məhkəməsi qətnaməni həmin rəyə əsaslanmaqla qəbul etməkdə haqlı olmuşdur.
48. İddiaçı həmçinin apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsində istinad edərək, ekspertin rəyinin məhkəmə üçün məcburi olmamasını bildirmişdir. Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilərək əsas götürülmüşdür. Həmçinin nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə borc məbləğinin hesablanması xüsusi bilik tələb edir və onun hesablanmasının adi qaydada, hər hansı digər sübuta əsasən aparılması qeyrimötəbər olmaqla mübahisənin həllində doğru olmayan nəticəyə gəlməyə səbəb ola bilər.
49. Kollegiya hesab edir ki, hazırki mübahisənin həllində ekspert rəyinin digər sübutlarla birlikdə qiymətləndirilərək mübahisənin həllində əsas götürülməsi mübahisənin xüsusiyyətləri nəzərə alınmaqla ən mötəbər sübut hesab edirilir.
50. Cavabdeh həmçinin apellyasiya şikayətində əmlakların qiymətləndirilməsini həyata keçirən mütəxəssis rəylərinin əsasız olması halına istinad etmişdir.
51. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilini araşdırarkən, iş materiallarını və mütəxəssis rəyini nəzərdən keçirmiş və müəyyən etmişdir ki, əmlakların likvid qiyməti müəyyən olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Cavabdeh apellyasiya şikayətində rəyi mübahisələndirsə də onun qeyri-mötəbərliyini göstərən sübutu məhkəməyə təqdim edə bilməmiş, mülahizə xarakterli fikir ifadə etmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, müqavilə üzrə əmlakların qiymətləndirilməsində həmin rəyin əsas götürülməsi qanuni olmuşdur.
52. Bundan başqa, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin nümayəndəsi işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman əlavə qiymətləndirmə rəyi təqdim etmək istəmiş, lakin, kollegiya həmin rəyi Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən qəbul etməmişdir.
53. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqları hal istisna olmaqla, yeni sübutları qəbul edə bilməz.
55. Cavabdeh əlavə mütəxəssis rəyinin birinci instansiya məhkəməsində icraat zamanı təqdim edə bilməməsinin ondan asılı olmadığını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də kollegiya hazırki mülki işə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, yalnız iş materiallarında olan sübutlara əsasən baxmışdır.
56. Qeyd edilən apellyasiya şikayətlərinin dəlilləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
57. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir.
58. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
59. Kollegiya iddia tələbinin cərimə borcu hissəsinə münasibət bildirərək hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddiaçı iddia tələbində 34269,70 manat cərimə borcun tələb etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq vurğulayır ki, qeyd olunan məbləğdə cərimə əsas borca nisbətdə mütanasib deyil ona görə də cərimənin azaldılaraq 3400 manat müəyyən olunmasını məqsədəuyğun olmuşdur.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini rəhbər tutur. Belə ki,həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
61. Daşınmaz əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlərin ipoteka predmeti olan mənzili ən gec bir ay ərzində tərk etmədikdə yaşayış sahələrindən həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzillərin boşaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
62. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
63. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
64. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Ona görə də, kollegiya iddia tələbinin sözügedən hissəsinə də qanunvericinin müəyyən etdiyi kriteriyadan yanaşaraq hesab edir ki, iddianın həmin hissədə təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
65. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
68. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı ləğv prosesində olan “Kredobank" ASC və cavabdeh "Qədir" X5 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev