Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5829/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilin təhvil verilməsi və əqdin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X2 və nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-61/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. İşin hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil üçün 81472 manat ödənilməklə mənzili İddiaçı xx.xx.2019-cu il tarixdə təhvil verməyi və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, sonuncu isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu, həmçinin, bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmilləşdirməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderinə əsasən, İddiaçı tərəfindən xx.xx.2019-cu ul tarixli alqı-satqı üzrə 14 saylı notariat ofisinin xüsusi notariusu X3 hesabına 81.472 manat məbləğ köçürülmüşdür.
2. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan hər kv.m üçün 1000 manat ödənilməklə 204 saylı mənzilin tikilib başa çatdırıb təhviltəslim aktı əsasında Payçı Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 101840 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş, müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbə ümumi sahəsi 101.84 kv.m olan 204 saylı mənzilin dəyərini tam ödəmişdir.
3. Hazırda İddiaçı xx.xx.2019-cu il tarixli ilkin alqısatqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzilin onun sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağladığı ilkin alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşər ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzili almışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 3.1-ci maddəsinə əsasən satıcı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ü/s 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzili xx.xx.2019-cu il tarixində təhvil verməyi öz üzərilərinə götürmüşdür. Lakin dəfələrlə müraciətlərinə baxmayaraq buna məhəl qoyulmamış və onun mənzili ona təhvil verilməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması onun maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 ərizə verərək, mülki işə üçüncü şəxs kimi qoşulmuş və həmin mənzilə dair müqavilə təqdim etmişdir. İlkin təqdim edilən müqavilədə heç bir nömrə yoxdur və sonrakı verilən müqavilə isə tamamilə uydurma əqddir. Qanunvericiliyin tələbi pozulmaqla bağlanmış bir müqavilədir. Ona görə də həmin müqavilənin etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Bundan başqa o qeyd etmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq onunla cavabdeh arasında qanuna uyğun müqavilə bağlandığına görə onların həmin mənzilə sahiblik və istifadə hüquqları yaranır. Bu səbəbdən onların sahiblik və istifadələrinə olan maneə aradan qaldırılmalıdır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(007)-61/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova), iddia tələbinin təmin edilməsi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və bu mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC iləİddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzili İddiaçı sahiblik və istifadəsinə verilməli, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalı, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsi cavabdeh "xxxx" MMCnin üzərinə qoyulmalı, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 234002 saylı müqavilə etibarsız hesab edilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 157.2, 157.8, 158.2, 165.1, 329.1, 331.1, 337.1, 337.2, 337.3, 406.1, 407.2, 567 və 569.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 216 - 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh2 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
12. Cavabdeh2 apelyasiya şikayətində göstərilmişdir ki, "xxxx" MMC mənzil satdığı sakinlərin heç biri ilə notarial qaydada müqavilə bağlamamışdır. MTK-nın digər şəxslərlə də bağladığı müqavilə eyni formadadır, əl ilə yazılıb, qeydiyyat nömrəsi yoxdur, həmçinin də onunla bağlanmış müqavilə. Qeyd edir ki, onun övladı, səlahiyyətli nümayəndəsi X4 müqaviləni imzalaması üçün ona gətirmiş, lakin MTK bildirmişdir ki, tezliklə mənzillərin nömrələri dəyişəcək, yeni müqaviləyə imza çəkiləcəyi üçün bu müqaviləyə imza çəkməyə ehtiyac yoxdur. Bununla yanaşı müqavilənin MTK-da qalan nümunəsində onun imzası var. Məhkəməyə təqdim edilmiş ikinci müqavilədə mənzilin nömrəsi dəyişilmiş və hər iki tərəfdən imzalanmışdır. Sübut qismində təqdim etdiyi xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsindən də bəlli olur ki, o, mənzilin dəyərini təşkil edən 101.840 manat məbləği tam ödəyərək mənzili almışdır və mənzilə mülkiyyət hüququnu əldə etmişdir. Sübut qismində təqdim etdiyi "xxxx" ASC ilə bağlanmış 28 mart 2022-ci il tarixli, 45532413 nömrəli müqavilədən, Nizami rayon Enerji Təchizatı və Satış İdarəsinin təqdim etdiyi arayışdan bəlli olur ki, evin **********340 nömrəli su sayğacı, xx.xx.2021-ci il tarixli **********80234 kodu altında işıq sayğacı onun adına qeydiyyatdadır, yəni mənzil onun sahiblik və istifadəsindədir. "xxxx" MMC MTK İddiaçı satdığı 204 saylı mənzilin ona heç bir aidiyyatı yoxdur. Qətnamə qanuni və əsaslı deyil, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunmuşdur. Proses iştirakçılarının izahatı:
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil3 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
21. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
22. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
23. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
24. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
29. Maddə 407.2. sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır.
30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
37. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Birinci instansiya məhkəməsi iş materialları ilə müəyyən etmişdir ki, "xxxx" MMC ilə İddiaçı notarial qaydada xx.xx.2019-cu il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlayaraq, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzili dəyərini ödəməklə almışdır. Müqavilə əsasında, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil üçün 81472 manat ödənilməklə mənzili İddiaçı xx.xx.2019-cu il tarixdə təhvil verməyi və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, sonuncu isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu, həmçinin, bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmilləşdirməyi öhdəsinə götürmüşdür. Lakin, iddiaçının dəfələrlə müraciətlərinə baxmayaraq "xxxx" MMC tərəfindən həmin mənzil ona təhvil verilməmişdir. Daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı əvvəl "xxxx" MMC ilə xx.xx.2019cu il tarixdə müqavilə bağlayaraq ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan 234 saylı mənzili dəyərini ödəməklə almışdır. Hazırda İddiaçı xx.xx.2019-cu il tarixli ilkin alqısatqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzilin onun sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarını qiymətləndirərək hesab etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış ilkin xx.xx.2019-cu il tarixli müqavilədə Cavabdeh2 imzası olmamış, İddiaçı müqaviləsi notarial qaydada bağlandığı halda, Cavabdeh2 adına ilkin tərtib olunan müqavilədə tarix, alıcının adı və soyadı, mənzilin ünvanı və nömrəsi əllə yazılmış və müqavilənin nömrəsi qeyd edilməmişdir. Məhkəmə eyni zamanda bildirir ki, müqavilənin ilkin formasında mənzilin nömrəsi 204 qeyd edilsə də, xx.xx.2019-cu il tarixli sonrakı müqavilədə mənzilin nömrəsi 234 qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin müqavilə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanılmışdır. Belə ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Lakin, müqavilə üzrə Cavabdeh2 imzası mövcud olmamışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsi isə notarial qaydada təsdiq edilmiş, müqavilə zamanı mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olmuş və tərəflərin imzası öz əksini tapmışdır. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan vəsait notariusun hesab vasitəsi ilə cavabdeh MTK-ya ödənilmişdir. O, cümlədən məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 213 nömrəli məktubla "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının nəzərdə tutulmuş 15 mərtəbəyə əlavə olaraq 2 mərtəbə inşa olunduğu üçün mənzillərin nömrələrində fərq yarandığını və bu səbəbdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 məxsus 3-cü blok, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 saylı mənzilin nömrəsinin dəyişilərək yeni nömrə ilə 234 saylı mənzil kimi müəyyən edildiyini bildirmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bu barədə məktubla məlumatlandırıldığı halda xx.xx.2019-cu il tarixli müqavilədə və kassa mədaxil orderində həmin mənzilin nömrəsinin 234 olması ağlabatan deyildir. Bundan əlavə 2019-cu ilin may ayında 204 saylı mənzillə bağlı MTK ilə Cavabdeh2 arasında əqd bağlanılmasına dair müqavilə bağlanılması, sonradan mənzilin nömrəsinin 234 nömrəyə dəyişdirilməsi ilə bağlı müqavilənin ləğv edilərək yeni müqavilənin bağlanılması bildirilsə də, müqavilənin bağlanıldığı gün, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən mənzilə dair 101840 manat ödənilməsi ilə bağlı kassa mədaxil orderində mənzilin nömrəsi 204 göstərilməli olduğu halda 234 göstərilmişdir. Belə olan halda qeyd olunanlar məhkəməyə mübahisəli mənzillə bağlı Cavabdeh2 ilə "xxxx" MMC arasında tərtib edilmiş müqavilənin İddiaçıla müqavilə bağlanıldıqdan sonrakı tarixlərdə bağlanılması qənaətinə gəlməyə əsas verir və bu hallar nəticə etibarı ilə xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız sayılmasına zəmin yaradır.
45. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə müraciət edildiyi və iş üzrə mübahisəli mənzilədə təmir-tikinti işlərinin aparılması məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə qadağan edilməsinə baxmayaraq cavabdeh MTK tərəfindən həmin qərardada məhəl qoyulmadan xx.xx.2021-ci il tarixdə Cavabdeh2 mənzilə dair təmir arayışı təqdim edilmişdir.
46. Məhkəmə ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının nəzərdə tutulmuş 15 mərtəbəyə əlavə olaraq 2 mərtəbə inşa olunduğu üçün mənzillərin nömrələrində fərq yarandığından xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 məxsus 3-cü blok, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 saylı mənzilin nömrəsinin dəyişilərək yeni nömrə ilə 234 saylı mənzil kimi müəyyən edilməsinə münasibətdə bildirir ki, binanın lahiyəsi dəyişdiriləndə, yeni mərtəbələr artırılanda mənzilin nömrəsi dəyişməz olaraq qaldığından və digər artırılan mənzillərə nömrələr verildiyindən bu faktı da inandırırcı hesab etməmişdir.
47. Bundan əlavə iddiaçı tərəf vəsatətlər verərək Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin qeydiyyat jurnalını məhkəməyə təqdim edilməsini tələb etsələr də həmin müqavilələrin qeydiyyat jurnalını cavabdeh MTK məhkəməyə təqdim etməmiş, mübahisəli mənzilin nömrəsinin əvvəl 174, sonda 204 və bundan sonra isə 234 nömrəyə dəyişdirilməsi bildirilsə də, bu hallar məhkəmədə sübut olunmamışdır.
48. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzili İddiaçı təhvil verməmişdir. Məhəkmə hesab edir ki, İddiaçı Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, mənzilin onun sahiblik və istifadəsinə verilməsini, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsini öhdəliyin icrasını gecikdirmiş cavabdeh "xxxx" MMC-dən tələb etməkdə haqlı olmuşdur. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil üçün 81472 manat ödənilməklə mənzili İddiaçı xx.xx.2019-cu il tarixdə təhvil verməyi və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, sonuncu isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu, həmçinin, bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmilləşdirməyi öhdəsinə götürmüş, müqavilədə tərəflər öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ olması, eyni zamanda tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən aslı olmayan səbələrdən mümkün olmazsa “Satıcı” “Alıcı”dan aldıqları vəsaiti geri qaytarması və bu zaman tərəflərin ilkin vəziyyətin bərpa olunması müəyyən olunmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil İddiaçı mülkiyyətinə və sahibliyinə verildiyindən, sonuncu tərəfindən nəzərdə tutulmuş vəsait ödənildiyindən müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edildiyindən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qeyd edilən nəticəni qanuni və əsaslı hesab edir.
50. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin müqavilənin notarial qaydada bağlanılmasının etibarsızlıq üçün əsas vermədiyi və cavabdehin müqavilədə imzasının olmamasını, müqavilə bağlanan vaxt onlara tezliklə mənzillərinin nömrələrinin dəyişəcəyi və yeni müqavilə bağlanılacağının bildirilməsi barədə dəlillərini qiymətləndirərək, həmin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab etmir.
51. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tikintisi başa çatmayan binanın tərkib hissəsinə sərəncam verilməsinin xüsusiyyətlərini tənzimləyən normalarının (15 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin 144-1-ci maddəsi) tələblərinə görə tikintisi başa çatmayan binalarda paylarla bağlı tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notarial qaydada təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır.
52. İş materialları ilə müəyyən edilir ki, iddiaçının müqaviləsi yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada bağlanmış, lakin apelyator olan cavabdehin müqaviləsi isə mülki qanunvericiliyin tələbinə uyğun olaraq notarial qaydada bağlanmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin iddiaçının müqaviləsini qanuni hesab etməsi barədə nəticəsi əsaslı olmuşdur. Apelyatorun digər şəxslərlə də müqavilənin notarial qaydada bağlanılmaması barədə dəlili isə qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.
53. Apelyasiya şikayətinin digər dəlili olan müqavilədə cavabdehin imzasının olmamasının səbəbi müqavilə bağlanarkən MMC-nin rəhbərliyinin qısa müddətdən sonra müqavilənin dəyişəcəyi səbəbindən imzalanmaması dəlili isə, hər hansı başqa bir sübutla təsdiq edilmədiyindən və cavabdehin müqaviləsinin qanunvericiliyin tələbinə uyğun bağlanılmaması barədə yuxarıda qeyd edilənlərə əsasən həmin dəlillər qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.
54. Apelyasiya şikayətinin cavabdeh tərəfindən mənzilin dəyərinin tam olaraq ödənilməsi və bununla da həmin mənzilə mülkiyyət hüququ əldə etməsi barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mənzilə görə pulun ödənilməsini təsdiq edən mədaxil qəbzinin təqdim edilməsi tələb olunsa da, MMC tərəfindən belə bir sübut təqdim olunmamış, bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq, cavabdehin həmin dəlilini əsassız hesab etmiş və kollegiya da bu nəticə ilə razılaşmışdır.
55. Apelyasiya şikayətinin mənzilin cavabdehin sahiblik və istifadəsində olması, kommunal xidmət müqaviləsinin cavabdehlə bağlanılması barədə apelyasiya şikayətində göstərilənlərlə əlaqədar kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddianı qaldırdıqdan və mübahisələndirilən mənzilin üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulduqdan sonra, MMC cavabdehə həmin mənzildə təmir işləri aparmağa icazə vermiş və bundan sonra cavabdehlə kommunal xidmətlərə dair müqavilələr bağlanmışdır. Ona görə də kollegiya mənzilin cavabdehin sahibliyində və istifadəsində olması barədə dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir.
56. Apelyasiya şikayətinin iddiaçıya verilən mənzilin cavabdehə məxsus mənzilə aidiyyətinin olmaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində həmin məsələ ətraflı araşdırılmış və qətnamədə buna ətraflı qiymət verilmiş, kollegiya da həmin nəticə ilə razılaşmışdır. Bu səbəbdən apelyatorun həmin dəlili də qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.
57. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
58. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
59. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-61/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.