Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5833/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(004)-2969/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-2969/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin 28 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdr. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır və aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3731/2022 saylı qərarına istinad etməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Qərardan da görünür ki, mübahisənin predmeti “pul tələbi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetindən çıxarılma” olmuşdur və halhazırki iddia tələbi üzrə işə baxılmamış, iddia predmeti olmamışdır və bu iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı yoxdur. Göründüyü kimi hal-hazırki iddia tələbinin predmeti başqadır və bu eyni tərəflər arasında eyni predmetlə bağlı iddia tələbi deyildir, tələb tamamilə başqadır. Məhkəmə tərəfindən ətraflı araşdırma aparılmadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2. maddəsinə istinad edilməklə düzgün olmayan qərardad çıxarmışdır. Nəticədə ədalətsiz qərardad qəbul edilmişdir. Məhkəmə yalnız çıxarılmış qərara istinad etməklə kifayətlənmişdir . Qanunvericlik normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Onun məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə kollegiyası şikayəti və mülki işin materiallarını birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3731/2022 nömrəli qərarına əsasən iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASCnin cavabdeh İddiaçı qarşı “pul tələbi, ipoteka predmetinin açıq hərracdan satılması və cavabdehin əşyaları ilə birlikdə ipoteka predmetindən çıxarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-114/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci Dəmiryol küçəsində yerləşən 6 nömrəli binanın 2 saylı mənzilin ilkin qiyməti 168.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilməmiş saxlanılmışdır. İddia tələbindən görünür ki, iddiaçının hal-hazırda tələbi İddiaçı ilə Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin etibarsız hesab olunmasıdır. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3731/2022 nömrəli qərarı əsasında hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin etibarlılıq şərtlərinə hüquqi qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsızlığı tələbi üzrə artıq yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Qəbul edilmiş aktların məzmunundan göründüyü kimi artıq mübahisə predmeti olan müqavilənin etibarsızlığına hüquqi qiymət verilmiş və qeyd olunan məhkəmə aktları qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 nömrəli qərardadına əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə aktlarından görünüdüyü kimi tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə məhkəmə araşdırmasının predmeti olmuş, istehlak krediti müqaviləsinin etibarlılıq şərtlərinə hüquqi qiymət verilmişdir. Odur ki, kollegiya hesab edir ki, iddiaçının hazırkı tələbi üzrə, onun mübahisələndirdiyi əqdə əsaslanan iddia ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğu nəzərə alınmaqla, MPM-nin 261.0.2-ci maddəsinə əsasən hazırkı mülki iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəllənin 261.0 və 261.0.2- ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya şikayətin dəlillərini əsassız hesab edərək, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(004)-2969/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(004)-2969/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5833/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5833/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver