Məhkəmə qərarları › İş №2(103)-5838/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5838/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5838/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili və nümayəndəsi X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-8089/2019 nömrəli qətnaməsindən hər iki tərəfin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “mənzilə köçürülmə və ya 27000 manat məbləğində pul tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ayılov küçəsi, ev 44, 11 saylı mənzilin bölüşdürülüb özünə pay və ya 27000 manat məbləğində pul verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ayılov küçəsi, ev 44, mənzil 11-də qeydiyyatdadır. Həmin mənzil 4 otaqdan ibarət olmaqla anası X1 adına rəsmiləşdirilmişdir. Ev özəlləşdirilərkən o da, həmin evdə qeydiyyatda olan bir şəxs kimi öz razılığını bildirmişdir. Valideynləri ilə aralarında ciddi narazılıq olduğuna görə, bundan sonra onlarla birgə yaşamaq istəmir. 4 otaqdan ibarət olan mənzildən ona pay verilməsini və ya yaşamaq üçün başqa yerdən ev almaq üçün 27000 manat məbləğində pul verilməsini istəyir. Cavabdeh X5 bir övlad kimi onu nəzərə almır, hər vasitə ilə problem yaradır. Həmçinin, X5 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1ayılov küçəsi, ev 44, 11 saylı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ayılov küçəsi, ev 44, mənzil 11 onun xüsusi mülkiyyətidir, DƏDRXdə adına qeydiyyatdan keçmişdir. Qızı İddiaçı mənzildə qeydiyyatda olmasına baxmayaraq 5 ildir ki, onlarla birlikdə yaşamır. Kimlə və harada yaşaması barədə məlumatı belə yoxdur. 5 il ərzində bir dəfə də olsa onlarla ünsiyyət saxlamamış, bir ata vəana kimi onlarla maraqlanmamışdır. Onu da qeyd edir ki, o, gedərkən nə özü, nə də yoldaşı evdə olmamışlar. Bütün əmlakını yığıb özü ilə yaşayacağı yerə aparmışdır. Yaşayacağı yeri isə atasından və ondan gizli saxlamışdır. Hal-hazırda onun mübahisəli evdə bir əmlakı belə yoxdur. Cavabdehin onun xüsusi mülkiyyəti olan evdən uzun müddət çıxdığını qonşular da təsdiq edə bilər. Daha sonra X5 qarşılıqlı iddianın tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qızı beş il bundan əvvəl başqa yaşayış sahəsinə köçmüş, heç bir səbəb olmadan onlarla yaşamaq istəmədiyini və ona görədə evdən həmişəlik getdiyini bildirmiş, bu barədə yazılı qeyd qoyaraq mənzili tərk etmiş, bir daha mənzilə gəlməmişdir. Hal-hazırda da o, mənzilə köçüb yaşamaq deyil, mənzilin bölüşdürlüməsini ona pay və ya kompensasiya verilməsini istəyir. Öz mülkiyyətindən heç kimə pay vermək niyyətində deyil. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona məxsus mənzilə istifadə hüququ olmuş, o, həmin mənzildən istədiyi kimi istifadə etmiş, gecə saat 2-3-də evə gəlmiş, elə vaxtlar olmuşdur ki, evə gəlməmiş, sonra isə daha sərbəst yaşamaq üçün evdən getmişdir. Hal-hazırda cavabdeh İddiaçı ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə köçürülməsi üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd edilərək, cavabdeh İddiaçı ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə köçürülməsi və onun istifadə hüququna müvaflq kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili və nümayəndəsi X6 ilkin iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianin təmin edilməsi, qarsılıqli iddianin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini X1 cavabdeh İddiaçı qarşı cavabdehin ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə istifadə hüququna müvaflq kompensasiya ödənilmədən xitam verilməsi hissəsində müdafiə edərək təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə, həmçinin iddiadan imtina barədə ərizə təqdim edərək İddiaçı ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə köçürülməsi qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kollegiya işdə olan sənədləri araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, Apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-8089/2019 nömrəli qətnaməsi ləğv olunmalı və ilkin iddia tam, qarşılıqlı iddia isə cavabdeh İddiaçı ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə istifadə hüququna müvaflq kompensasiya ödənilmədən xitam verilməsi hissəsində rədd edilməlidir.(Qarşılıqlı İddia tələbinin İddiaçı ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə köçürülməsi hissəsində iddiadan imtina olunduğu üçün həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardad qəbul edilmişdir.) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli, T3259 saylı sərəncamının surətindən görünür ki, əri X3 razılığı ilə ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinin X1 mülkiyyətinə verilməsi qərara alınmışdır. xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Xətairayon İcra Hakimiyyəti öz mənzil fondundan ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilini X2 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********02 saylı arayışından görünür ki, ünvan 1ayılov küçəsi, ev 44, 11 saylı mənzil xx.xx.1993-cı il tarixdə Cavabdeh Ələkpər qızının adına adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıünvan 1ayılov küçəsi, ev 44, 11 saylı mənzil ünvanında qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfmdən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi-mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarınm razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarma əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən xx.xx.2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış evindən istifadə ilə bağlı münasibətlər xx.xx.2000-ci il tarixdən əvvəl yarandığı üçün Mənzil Məcəlləsinin 123-cü maddəsini qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qərara almışdır ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. 2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən ünvan 1ayılov küçəsi, ev 44, 11 saylı mənzilin Cavabdeh Ələkpər qızının mülkiyyətində olmasını, İddiaçı mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildən yalnış istifadə hüququnun olmasını, həmin mənzilin paylı mülkiyyətçisi olmamasını, bununla da, həmin mənzilin bölünməsi və mənzilin dəyərindən ona müəyyən məbləğ pul ödənilməsi tələbi ilə çıxış etmək hüququnun olmamasını, kompensasiya ödənilməsi barədə təklif vermək hüququnun mülkiyyətçiyə aid olmasını, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia tələbinin əsaslandırılmamasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(011)-8089/2019 nömrəli qətnaməsi ləğv olunmalı və ilkin iddia tam, qarşılıqlı iddia isə cavabdeh İddiaçı ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə istifadə hüququna müvaflq kompensasiya ödənilmədən xitam verilməsi hissəsində rədd edilməlidir.(Qarşılıqlı İddia tələbinin İddiaçı ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə köçürülməsi hissəsində iddiadan imtina olunduğu üçün həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardad qəbul edilmişdir.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-8089/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh X2 qarşı ünvan 1ayılov küçəsi, ev 44, 11 saylı mənzilin bölüşdürülüb özünə pay və ya 27000 manat məbləğində pul verilməsi barədə ilkin iddiası təmin edilməsin. İlkin iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. X1 cavabdeh İddiaçı qarşı cavabdehin ünvan 1ayılov küçəsində yerləşən 44 saylı evin 11 saylı mənzilinə onun istifadə hüququna müvaflq kompensasiya ödənilmədən xitam verilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. . Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar