Məhkəmə qərarları › İş №2(103)-5838/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5838/2022

24.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5838/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan X1rşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5838/2022 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri 24 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)-1794/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 24.10. 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləmiş, İnstitut direktorunun xx.xx.2015-ci il tarixli, 58 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-191/16 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalan məhkumun müdafiəçisi X17 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 1(101)-191/16 saylı il tarixli hökmünün ləğv edilməsini, İddiaçı barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmü ilə təqsirləndirilən İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqında 08 aprel 2016-cı il tarixli hökmü ləğv edilərək, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilərək ona bəraət verilmiş, təqsirsiz hesab olunmuş İddiaçı “cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanı» ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir.

3. Tağıyev X11 Elmi-Tədqiqat İnstitutunun direktoruna ərizə ilə müraciət edərək onun xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İnstitut direktorunun xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmri ilə İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Elmi X6 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməsinə” dair, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 (bir yüz min) manat, mənəvi zərərə görə 100.000 (bir yüz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həbs olunana kimi Azərbaycan X2 direktor müavini işləmişdir. Müxtəlif vaxtlarda Bakı şəhər XDS-nin deputatı olmuşdur. Baytarlıq elmləri namizədi elmi dərəcəsini almışdır. Eyni zamanda həbs olunan zaman doktorluq dissertasiyası elmi işini tamamlamaq üzrə olmuşdur. xx.xx.2013-cü il tarixdə Nəsimi rayon Pİ-nin 19-cu PB-nə dəvət olunmuş və ilk izahatını orada yazmışdır. Onun xəbəri və məlumatı olmadan material Nəsimi rayonundan alınıb Səbail rayonuna verilmiş, mərhum prokuror Ş.Adıgözəlovun xx.xx.2014-cü il tarixli qərar ilə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar ləğv edilmiş və materialın araşdırılması Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevə həvalə olunmuşdur. Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin xx.xx.2014-cü il tarixli saxta qərarı ilə məcburi şəkildə Bakı şəhəri, Səbail rayon Pİnin 8-ci PB-nin əməkdaşları tərəfindən həbs olunmuş və Bakı şəhəri, Səbail rayon Pİ- nin İŞ-nin müstəntiqi N.Şiriyevin xidməti otağına gətirilmişdir. İzahatı qanunla qadağan olunmuş üsul və metodlarla alınmış, təhqirlərə fiziki zorakılığa məruz qalmışdır. Müstəntiqin bu qanunsuz hərəkətlərindən Səbail rayon prokuroruna Azərbaycan Respublikasının Baş prokuroruna, Bakı şəhər prokuroruna rəsmi şikayətlər yazmışdır. Müstəntiqi yoxlamaq və cəzalandırmaq əvəzinə, heç bir yoxlama aparılmamış, ona rəsmi cavab verilməmişdir. Şübhəli şəxs qismində saxlanılmış, barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü dəyişdirlmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kpllegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın 16 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, ona verilmiş ittihamın bir hissəsinə xitam verilmiş, digər hissədə araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalında həbsdən azad edilməyi qərara alınmışdır. Lakin Ali Məhkəmənin bu qərarı 8 gündən sonra icra olunmuşdur və o, cəzaçəkmə müəssisəsinin tibb məntəqəsindən ağır xəstə vəziyyətində azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2020-cı il tarixli hökmü ilə müdafiəçisinin apellyasiya şikayəti təmin edilmiş, onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ləğv edilmiş, ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab olunmaqla bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 06 mart 2020-cı il tarixli hökm qanuni qüvvəyə minmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldıqdan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2020-cı il tarixli bəraət hokum çıxarılanadək xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyana məruz qalmışdır. Bu maddi zərərlər işlədiyi Azərbaycan X2 direktor müavini vəzifəsində işləyən zaman aldığı əmək haqqından, mükafatlardan 13-cü əmək haqqından məhrum olunmağı, təhqiqata, istintaqa və məhkəmə instansiyalarına çağırılan zaman yol, yemək xərcləri, vəkil xərcləri, poçt xərcləri, mənəvi zərərə görə isə qanunsuz və əsassız həbs olunmaqla istintaq təcridxanasında saxlanıldığı, məhkum olunmağı ilə bağlı cəzaçəkmə müəssisəsində cəza çəkməyi, ailə üzvləri, qohumlarının və dostlarının_ yanında biabır olmağını, həbsdə saxlanılan zaman depressiyaya düşərək xəstəliyə tutulmağını, ailə üzvlərinin bu illər ərzində qiymətli əşyalarının satılaraq istintaq məhkəmə yollarında xərcləməsini, borca düşməsini heç bir maddi dəyərlə qiymətləndirmək ölçüyə gəlməzdir. Həbs olunana kimi işlədiyi İnstitutun direktoruna xx.xx.2020-ci il tarixdə rəsmi ərizə yazaraq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2020-cı il tarixli bəraət hökmünü də əlavə edərək əvvəlki “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Lakin onun vəzifəsinə bərpa ediləcəti yox, ərizə ilə işə qəbul ediləcəyini bildirmişlər. Bununla bağlı, Kənd Təsərrüfatı nazirinə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixlərdə ərizə yazaraq əvvəlki işinə bərpa olunmağını xahiş etmişdir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixli 85 saylı əmrlə həmin tarixdən “İnformasiya təminatı və xəstəlikləri proqnozlaşdırılması şöbəsi”nin müdiri vəzifəsinə qəbul olunmuşdur və əsas kimi onun ərizəsini götürmüşlər. Əslində o, bu vəzifəyə bərpa olunmağını xahiş etmişdir. Cavabdeh isə onu vəzifəyə qəbul etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1794/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia qismən təmin edilmiş, Azərbaycan Elmi- X6 direktorunun 10 noyabr 2020-ci il tarixli, 85 saylı əmri «İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilsin» hissəsində ləğv edilmiş, əmrin bu hissəsinin «İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə bərpa edilsin» kimi yenidən tərtib edilməsi vəzifəsi Azərbaycan X3 həvalə edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.500 (üç min beş yüz) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mənəvi ziyanla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərə əsasən, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və məhkum olunması nəticəsində həbsdə saxlanılarkən mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab etmişdir.

8. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 3.500 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir.

9. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

10. Məhkəmə iddianın cavabdeh Azərbaycan X2 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin İK.Tağıyevin 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İK.Tağıyevin 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməsi” barədə qətnamə qəbul edilməsinə dair hissədə əsaslı olduğunu və mülki işin materialları ilə iddiaçı ilə əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğunun tam təsdiq olunduğunu qeyd etmişdir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildiyi üçün, o, işdən çıxarılmışdır. Lakin işdən çıxarılmasına əsas olmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı 08 aprel 2016-cı il tarixli ittiham hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilərək bəraət almışdır. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edildiyi üçün, işəgötürən tərəfindən İddiaçı işdən çıxarılması qanunsuz və əsassız hesab edilmiş, o, əvvəlki iş yerinə qəbul olunmuşdur. Lakin göründüyü kimi, əmək və cinayət prosessual qanunvericiliyində cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı əvvəlki vəzifəyə bərpa olunmaq, azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək və s. kimi hüquqları vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.

11. Məhkəmə Mülki Məcəllənin 21.1, 1101.1-ci, Cinayət-Prosessual Məcəlləsinin 55.3, 57.1, 59.1.1, 59.1.2-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam həcmdə - maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Şübhəli şəxs qismində saxlanıldığı gündən bəraət aldığı günə qədər və işə bərpa olunduğu tarixə kimi işlədiyi idarədən alacağı əmək haqqından məhrum olmuş, həbsdə olduğu üçün banka olan borcunu ödəyə bilməmiş, hüquqi yardımın göstərilməsi üçün xərclər çəkmişdir.

13. Cavabdeh Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilərək iddia tələbinin bu hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq, mənəvi zərərə görə 3500 manatın ödənilməsi nəticəsinə gəlmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi- Tədqiqat İnstitutu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi- Tədqiqat İnstitutu ilə bağlı hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10383/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh Baytarlıq Elmi-Tədqiqat İnstitutunun apelyasiya şikayətinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - Azərbaycan X2 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsində ləğv edilməsi, əmrin bu hissəsinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” kimi yenidən tərtib edilməsi vəzifəsinin Azərbaycan X3 həvalə edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi, qətnamənin mənəvi zərərə aid hissədə dəyişdirilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən alınaraq İddiaçı ödənilməli olan mənəvi zərərin məbləğinin 10000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

17. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ağlabatan və ədalətli deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır.Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılması işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi də mübahisə doğurmur.

18. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlmiş, və qeyd etmişdir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz, ancaq o da nəzərə alınmalıdır ki, 4 ildən artıq müddətdə həbsdə qalmış iddiaçıya mənəvi ziyanın kompensasiyası üçün müəyyən edilmiş 3500 manat məbləğində vəsait onun keçirdiyi sarsıntıların, məruz qaldığı mənəvi iztirabların ağırlığına adekvat deyildir.

19. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

20. Məhkəmə kollegiyası cavabdeh Maliyyə Nazirliyinin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd etmişdir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

21. Məhkəmə kollegiyası digər cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatın Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun kassasiya şikayətində irəli sürdüyü, iddianın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi- Tədqiqat İnstitutu ilə bağlı hissəsinin təmin edilməməsi dəlilinə münasibət bildirərək hesab etmişdir ki, iddiaçının bu hissədə tələbi əsassızdır və birinci instansiya məhkəməsi bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli 58 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə “a” bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göstərilən əsasla iddiaçı tutduğu vəzifədən azad edilmiş, lakin əmri mübahisələndirməmişdir. Belə vəziyyətdə əmrin qanuni olması prezumpsiyası qüvvədədir.

22. İddiaçı özü Baytarlıq Elmi-Tədqiqat İnstitutuna ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, Baytarlıq X5 İlqar Kəramət oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı sınaq müddəti ilə xx.xx.2020-ci il tarixdən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir.İddiaçı işə qəbul edilməsi barədə ərizə ilə müraciət etmiş və işə qəbul edilmişdir, bu zaman cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Ona görə də, həmin hissədə qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1101.1–cı maddələrinə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya instansiyasında icraat.

24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3429/2022 saylı, 21 iyun 2022-ci il tarixli Qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi hakim) Ə.A.Əhmədov və V.T.Həsənovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10383/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi qismən-maddi və mənəvi zərərin tutulmasına aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün göndərilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanması qarara alınmışdır.

26. Yeni apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin dəlillərinə və və təqdim etdiyi Baytarlıq Elmi-Tədqiqat İnstitunun 02 dekabr 2020-ci il tarixli Arayışına, kredit və xidmət müqavilələrinə istinad edərək iddiasının tam təmin olunmasını xahiş etmişdir..Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə 28, hissə İ. Hər kəsin azadlıq hüququ vardır.

28. Maddə 68, hissə İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

32. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı

33. Bənd 9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

34. Bənd 8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

35. Bənd 10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

36. Maddə 1. Ümumi müddəalar: Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

37. Maddə 4. Vurulmuş ziyanın ödənilməsi hüququ Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

38. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş fiziki və mənəvi ziyanın ödənilməsi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

39. Maddə 8. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin işdən (vəzifədən) azad edilməsi və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsiQanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən (vəzifədən) çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən) çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona verməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

47. Yeni apellyasiya baxışında qətnamə qismən-Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3429/2022 saylı, 21 iyun 2022-ci il tarixli Qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi hakim) Ə.A.Əhmədov və V.T.Həsənovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10383/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən-maddi və mənəvi zərərin tutulmasına aid hissədə ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün göndərildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır.

48. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası işin faktiki hallarını tətbiq edilən hüquq norması baxımından qiymətləndirərək, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3429/2022 saylı, 21 iyun 2022-ci il tarixli Qərarındakı mövqeyini nəzərə alaraq , beləliklə də mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə qismən razılaşaraq qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi qismən- maddi və mənəvi ziyanın tələbinin rədd edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalıdır.

50. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-191/16 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə təqsirsiz hesab edilərək ona bəraət verilmişdir.

51. Həmçinin işin hallarından göründüyü kimi iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləmiş, İnstitut direktorunun xx.xx.2015-ci il tarixli, 58 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir.

52. İddiaçı ona bəraət verildikdən sonra Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoruna ərizə ilə müraciət edərək, onun xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İnstitut direktorunun xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmri ilə İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır.

53. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 8-ci maddəsində t əhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin işdən (vəzifədən) azad edilməsi və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsindən bəhs olunur. Yəni bu normaya əsasən ziyanın ödənilməsi üçün vacib şərt qanunsuz məhkum edilmə və ya cinayət məsuliyyətinə cəlb edilmə ilə əlaqədar işdən (vəzifədən) çıxarılma və ya işdən (vəzifədən) kənarlaşdırılma halı olmalıdır.

54. Bu normada bəhs olunan “işdən (vəzifədən) azad edilmə” və ya “işdən (vəzifədən) kənarlaşdırılma” fərqli anlayışlardır. Həmin hüquqi nəticələrin tətbiqi əsasları və qaydaları Əmək Məcəlləsində müəyyən olunur.Əmək Məcəlləsinin 74-cü maddəsinin ç) bəndində tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin müəyyən müddətə azadlıqdan məhrum etmə barədə məhkəmənin hökmü qanuni qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

55. İşçinin işdən kənar edilməsi əsasları Əmək Məcəlləsinin 62-ci maddəsində müəyyən olunmuşdur. Həmin normanın ç) bəndinə görə, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.

56. Baxılan işin hallarından görünür ki, iddiaçı Əmək Məcəlləsinin 74-cü maddəsinin ç) bəndində və ya 62-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsaslarla işdən azad edilməmişdir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə - müəssisənin ləğv edilməsi əsası ilə xitam verilmişdir. Göründüyü kimi iddiaçının işdən azad edilməsinin “səbəbi təhqıqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlərinin nəticəsi” deyil, tamamilə başqa əsas təşkil etmişdir.

57. Lakin işin bu halı, maddi zərər tələbinin tamamilə rədd olunması üçün əsas vermir. Çünki “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5- ci maddəsində ödənilməli olan ziyana, həm də bəraət almış şəxsin məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər aid edilmişdir.

58. Yuxarıda qeyd olunduğu kimi iddiaçı xx.xx.2015-ci il tarixdən həbs olunub və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-2/19 saylı Qərarından Çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə həbsdən azad olunub.

59. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-191/16 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə təqsirsiz hesab edilərək ona bəraət verilmişdir.

60. Həmçinin işin hallarından göründüyü kimi iddiaçı ona bəraət verildikdən sonra Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoruna ərizə ilə müraciət edərək, onun xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İnstitut direktorunun xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmri ilə İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır.

61. Bu halda, işinə bərpa olunduğu dövrə kimi iddiaçının məhrum olduğu əmək haqqı və digər ödənişlər Qanunun 5-ci maddəsinin birinci hissəsi ilə əhatə olunur. Lakin məhkəmə bu halı nəzərə almamışdır.

62. İş materiallarında olan Baytarlıq Elmi-Tədqiqat İnstitunun 02 dekabr 2020-ci il tarixli Arayışına və iddiaçının izahatına əsasən iddiaçının 2020-ci il üçün aylıq əmək haqqı 639,0 manat təşkil etmişdir.İddiaçı hal-hazırda da həmin civarda əməkhaqqı aldığını bildirmişdir.

63. Həmçinin; iddiaçının həbsdə saxlandığı vaxtdan işinə bərpa olunduğu vaxta kimi məhrum olduğu əməkhaqqı aşağıdakı kimidir:2015-ci ilin 8 ayı üçün əmək haqqı 302 manat x 8 ay=2.416,0 manat, 2016-cı il- 12 ay x 470 manat=5640,0 manat, 2017-cı il -12 ay x 470 manat=5640,0 manat, 2018-cı il -12 ay x 506 manat=6072,0 manat, 2019-cu il -12 ay x 545 manat=6540,0 manat, 2020-cu il -10 ay x 639 manat=6390,0 manat, cəmi =32.698, 0 manat.

64. Məhkəmə Kollegiyası iddiaçının təqdim etdiyi 27 noyabr 2015-ci il tarixli kredit və 01 may 2015-ci il tarixli xidmət müqavilələri ilə bağlı istinad etdiyi maddi ziyanın ödənilməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin müqavilələrin işə aidiyyəti olduğu müəyyən edilməmişdir, odur ki, iddiaçının 40.000,0 ABŞ dolları və 8.856,0 manat maddi ziyan tələbi təsdiqini tapmamışdır.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının maddi zərər tələbi 32.698, 0 manat pulun ödənilməsi hissədə əsaslıdır və təmin olunmalıdır.

66. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mənəvi zərərin müəyyən etdiyi məbləğlə razılaşmır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

67. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

68. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X10rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

69. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

70. Mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş mənəvi zərərin miqdarı iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığına adekvat deyildir.

71. Bundan başqa, iddiaçının bəraət alması ilə bağlı mənəvi zərərin kompensasiya məbləği, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə (İddiaçı X16 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-1308/2022 nömrəli, iddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-4616/2021 nömrəli, iddiaçı X8 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)-4106/2021 nömrəli, iddiaçı X9 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və qeyrilərinə qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)-6602/2021 nömrəli qərarları) uyğun deyildir.

72. Qeyd olunan qərarlarda həbsdə saxlanan aylar üzrə 1000 manat məbləğdə ödəniş edilməsi qərara alınmışdır.

73. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının həbsdə qaldığı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi ona mənəvi zərər olaraq 48.000,0 manat, işdən azad olunduğu aprel 2015-ci il tarixdən işinə bərpa olunduğu xx.xx.2020-ci il tarixə kimi maddi ziyan olaraq məhrum olduğu əmək haqqı məbləği 32.698,0 manat, cəmi 80.698,0 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməli, maddi və mənəvi ziyan tələbi qalan hissədə təmin edilməməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmasın. İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1794/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qətnaməsi qismən-maddii və mənəvi zərər tələbinin rədd olunduğu hissədə ləğv olunsun. Həmin hissədə iddia qismən təmin olunsun. İddiaçının həbsdə qaldığı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi ona mənəvi zərərin kompensasiyası olaraq 48.000,0 manat, işdən azad olunduğu aprel 2015-ci il tarixdən işinə bərpa olunduğu xx.xx.2020-ci il tarixə kimi maddi ziyan olaraq məhrum olduğu əmək haqqı məbləği 32.698,0 manat, cəmi 80.698,0 (səksən min altı yüz doxsan səkkiz) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilsin. Maddi və mənəvi ziyan tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar