Məhkəmə qərarları › İş №2(103)-5846/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5846/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5846/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-198/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat

1. Birinci tələb üzrə iddiaçı X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X2, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTKya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)- 508/2023 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və borcun tutulması” tələbinə dair 2(078)- 508/2023 saylı mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair 2(004)-994/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

3. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair 2(004)-994/2023 saylı mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X2, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)- 53/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

4. Bundan sonra Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş birgə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X2, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)- 53/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-53/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən birləşdirilmiş işlər üzrə birinci tələb üzrə iddiaçı X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X2, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı X1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və borcun tutulması” tələbinə dair, dördüncü tələb üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(004)- 53/2023 saylı mülki iş üzrə icraat təzələnmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

6. Dördüncü tələb üzrə iddiaçı, birinci və ikinci tələb üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək hazırkı mülki işin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin icraatında olan və təqsirləndirilən şəxs Cavabdeh barəsindəki 1(101)- 530/2023 saylı cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən dördüncü tələb üzrə iddiaçı, birinci və ikinci tələb üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iş üzrə icraatın dayandırılmasına dair vəsatət təmin edilməmiş və birinci tələb üzrə iddiaçı X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X2, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı X1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “borcun alınması” tələbinə dair, dördüncü tələb üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair birləşdirilmiş Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-53/2023 saylı mülki iş üzrə icraat materiallarından dördüncü tələb üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat ayrılmışdır.

8. İddiaçı X7 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzilinə ödədiyi 170.000 manat məbləğində pulun və ödənilmiş 460 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 101.000 manat məbləğində pul və 460 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ödədiyi 101.000 manat məbləğində pulun, əldən çıxmış fayda olan 14.000 manat pulun, 50.000 manat mənəvi ziyanın və ödənilmiş 460 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 198/2024 nömrəli qərardadı ilə hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə geri qaytarılmışdır.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 198/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh 101.000 manat məbləğində pulun tutularaq iddiaçı X4 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 460 manat məbləğində pulun 391 manat hissəsinin Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir.

13. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin həcminin artırılması (yeni tələb - mənəvi zərər əlavə etməklə) barədə ərizəni məhkəmə baxış iclasında vermişdir. Bunun üçün əsasların da sonradan əmələ gəldiyinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 198/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(004)-198/2024 saylı “artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılması” və iddiaçı tərəfindən “iddia tələbinin dəqiqləşdirməsinə dair ərizəsinin geri qaytarılması” barədə qərardadlarının giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrində yol verilmiş yanlışlıq aradan qaldırılmış və “iddiaçı X7” sözlərinin “İddiaçı” sözləri kimi oxunması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

15. İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, iddianın dəqiqləşməsi barədə ərizənin icraata götürülməsini və əlavə qətnamə çıxarılaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işin iclaslarının siyahısından (xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il) göründüyü kimi, həmin mülki iş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına daxil olduğu vaxtdan yekun məhkəmə qərarı qəbul olunduğu vaxtadək iş üzrə ümumiyyətlə hazırlıq iclası təyin olunmamışdır. Bu səbəbdən də iddia predmetinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarından lazımi qaydada istifadə edə bilməmişdir. Məhkəmə həmin halı nəzərə almamışdır.

17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

18. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

19. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

20. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(004)-198/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. İşdən görünür ki, məhkəməyə müraciət olunan zaman iddia tələbi, Cavabdeh mübahisəli mənzilə ödədiyi 170.000 manat məbləğində pulun tutulması barədə olmuş, daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 101.000 manat məbləğində pul tələb etmişdir.

23. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ödədiyi 101.000 manat məbləğində pulun, əldən çıxmış fayda olan 14.000 manat pulun, 50.000 manat mənəvi ziyanın tutulmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbinin həcminin artırılması barədə ərizənin verilməsi üçün əsasların bir neçə iclas keçirildikdən sonra əmələ gəlməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-198/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar