Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-585/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:müqavilənin etibarsızlığı,mənzilə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilənin etibarsızlığı və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(011)-3320/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçının Həyat yoldaşı Nümayəndə 1996-cı ilin noyabr ayında Xaçmaz rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi vəzifəsinə təyin olunmuşdur. Qarabağ müharibəsi veteranı olduğu və yaşayış yeri olmadığı üçün polis rəisinin təqdimatına əsasən Rayon İcra Hakimiyyəti tərəfindən həyat yoldaşına ünvan 1 ünvanında yerləşən 3 otaqlı 19 saylı mənzil verildi. İddiaçılar həmin mənzilə pasport qeydiyyatma alınmışlar. 2002-ci il yanvar ayının 25-də həyat yoldaşı DİN-nin əmri ilə Xaçmaz rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə Şəmsəddin Xanbabayev adlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Xaçmaz rayon Polis şöbəsinin rəisi Cavad Şıxəliyev həyat yoldaşına təklif etmişdir ki, yaşadıqları evi Şəmsəddin Xanbabayevə təhvil verməlidirlər, əks təqdirdə başqa bir rayonda özünə iş axtarsın. Yoldaşı isə buna etiraz edərək, mənzil qanunvericiliyinin tələb və göstərişləri əsasında mənzilin ona və ailəsinə verildiyini bildirmişdir. Bundan sonra Şəmsəddin Xanbabayevin təkid və göstərişi ilə 2006-cı ildə həyat yoldaşı tutduğu vəzifədən azad edilərək, Qusar rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinə Əməliyyat müvəkkili vəzifəsinə göndərilmişdir. Bu yolla mənzili ələ keçirmək niyyətində olan Xanbabayev onların Bakı şəhərinə köçməyindən istifadə edərək, İcra Hakimiyyətinin nümayəndələrinin vasitəsilə mənzilin açarlarını dəyişdirib, onları mənzildən kənarlaşdırmışdır. Bundan sonra onlar Qusar rayonunda kirayə ev tutaraq oraya köçmüşlər. Həyat yoldaşına qarşı olan haqsızlığa görə o, 2008-ci ilin sentyabr ayında X4 könüllü olaraq xidmətdən xaric olundu. Həmin ildən hal-hazırkı vaxta qədər onlar ailəliklə Bakı şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşadılar və hal-hazırda ünvan 3zil 3 A-da kirayədə yaşayırlar. 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasnın Prezidentinin sərəncamı ilə Şəmsəddin Xanbabayev tutduğu vəzifədən azad edilmişdir. Artıq məsələnin hüquqi və məhkəmə müstəvisində həll olunması qərarına gəldiklərindən müvafiq vəkil sorğuları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsinə müraciətlər olunmuşdur. İdarənin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki. Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66 ünvanında yerləşən 19 nömrəli mənzil xx.xx.2006-cı il tarixli qeydiyyat nömrəli **********4-05101 -093003 reyestr №-li çıxarışıla Cavabdeh2 adından şəxsin adına qeydə alınmışdır. Daha sonra, həmin mənzil Xaçmaz rayonu 1 Saylı Dövlət Notariat Kontorunun xx.xx.2010-cu il tarixli 4Ə-01/167 reyestr №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Həmin mənzilə dövlət reyestrindən Cavabdeh3 adına xx.xx.2010-cu il tarixli ********* qeydiyyat nömrəli Çıxarış alınmışdır. Cavabdeh3 tərəfindən də mənzil Xaçmaz rayonu 1 Saylı Dövlət Notariat Kontorunun xx.xx.2020-ci il tarixdə Yazgül Mirzali qızına satılmışdır və sonuncunun adına xx.xx.2020ci il tarixdə ********** reyestr nömrəli Çıxarış alınmışdır. Mənzilin hüquqi vəziyyətinin dəqiqləşdirilməsi ilə yanaşı, digər orqan və idarələrə də müvafiq vəkil sorğuları ilə müraciətlər olunmuşdur. Xaçmaz rayon MKTİ-nin Mənzil istismar sahəsinin rəisi Bəhram Şahverdiyev tərəfindən verilmiş arayışda deyilir ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 19 saylı mənzili əvvəllər xidməti mənzil olmuş və xidməti iş ilə əlaqədar vaxtilə Nümayəndə müvəqqəti yaşamaq üçün rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. 2007-ci ildə Nümayəndə Qusar rayonuna göndərildiyi üçün adı gedən mənzil boşaltdırılmışdır. Sonradan İcra Başçısının sərəncamına əsasən Cavabdeh2 daimi yaşamaq üçün verilmişdir. Hal-hazırda mənzildə kimlərin qeydiyyatda olması barədə məlumatları yoxdur. Halbuki, İddiaçı2 və oğluİddiaçı1 xx.xx.2004-cü ildən hal-hazırkı vaxta qədər həmin mənzildə pasport qeydiyyatındadır (bu barədə müvafiq arayış iddia ərizəsinə əlavə olunur). Vətəndaş Cavabdeh2 ünvan 4 ünvanında yerləşən məıızilə guya mənzildə heç kim qeydiyyatda yoxdur yazdırıb, saxta Forma № 2 tərtib etdirərək, xx.xx.2006-cı il tarixli 231 №-li Order alaraq, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4-05101-09300 reyestr nömrəli çıxarışla mənzil üzərində mülkiyyət hüquqlarını tanıtmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 və İddiaçı2 Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Elmin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4- xx/xx-093003 reyestr nömrəli Çıxarışın, Cavabdeh2 tərəfindən həmin mənzili Cavabdeh3 satılmış xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** Reyestr nömrəli Çıxarışın, Cavabdeh3 ilə X1, arasında bağlanmış ünvan 1 №-li evin 19 saylı mənzilinin alqı-satqısma dair xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi müqavilənin, həmin müqavilə əsasında X1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li Çıxarışın etibarsız hesab olunması və İddiaçı2 və İddiaçı1 mənzilə istifadə hüquqlarının olmasını nəzərə almaqla mənzilə köçürülməyi barədə qətnamə və mənzilin saxta sənədlər əsasında alqı-satqısının və çıxarışların əldə olunmasında cinayət əməli törətmiş, fiziki və rəsmi icra hakimiyyəti orqanlarının əməkdaşları barəsində xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməsinin xahiş etmişdir
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən həmin mənzili sonradan Xaçmaz rayonu 1 Saylı Dövlət Notariat Kontorunun xx.xx.2010-cu il tarixli 4Ə01/167 reyestr №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmış-yəni həmin ünvanda qeydiyyatda olan iddiaçı və oğlu İddiaçı1 razılığı olmadan, yəni 2 №-li Forma arayışını saxta tərtib etmə yolu ilə əldə edərək, həmin mənzili Cavabdeh3 satmışdır. Sonuncu mənzilə xx.xx.2010-cu il tarixli ********* qeydiyyat nömrəli Çıxarış əldə etmişdir. Yuxanda göstərilənlərə əsasən məlum olmuşdur ki, Cavabdeh2, sonradan Cavabdeh3 adına və Cavabdeh3 adından X1 adına alqı-satqı müqaviləsi əsasında keçən Xaçmaz şəhəri N.Nərimanov küç., ev 66,19 saylı mənzilin alqı-satqı müqavilələri və Reyestr Xidmətindən verilmiş Çıxarışlar qeyri-qanuni, iddiaçıların mülkiyyət hüququnun pozulması yolu ilə həyata keçirilmişdir.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 iyul 2022-ci il tarixli, e-2(011)-3320/2022 qətnaməsi ilə (hakimAbbasova Əminə) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaya İddiaçı2 və İddiaçı1 Xaçmaz şəhər N.Nərimanov küçəsi, ev 66 19 saylımənzilə istifadə hüququnu olmasını nəzərə almaqla, mənzilə köçürülməyi barədə hissədə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə sübuta yetirilmədən rədd edilməlidir. Lakin işə baxan məhkəmə hansımaddi hüquq normasına əsasən iddianın bu hissədə təmin edilməməsini göstərməmişdir. Görünür bu hissədə hakim öz beyninin məhsuluna və öz hüquqi düşüncəsinə əsaslanmışdır. İddiaçı2 və İddiaçı1 həyat yoldaşı Nümayəndə verilmiş orderə əsasən 2004-cü ilin may ayında həmin mənzilə köçmüş, pasport qeydiyyatına alınmış və istifadə hüquququ əldə etmişdir. Həmin dövrdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti mövcud olmamaışdır. Lakin mənzilə köçmə və istifadə etmə hüququ Azərbaycan Respublikası 228-ci maddəsilə nizamlanır. MM-nin bu normalarına əsasən: Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamımülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. AR Konstitusiya Məhkəməsinin 27 iyul 2001- ci il tarixli Konstitusiya Məhkəməsinin qərarında gpstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlımübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin işə baxan hakim MM-nin bu normasının tələblərini pozaraq, iddia tələbini bu hissədə də rədd edilməsi kimi düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, bizim qeyd olunan mənzildən istifadə hüququmuz 2001-ci ildən sonra yaranmışdır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə işin hərtərəfli, tam və obyektiv tətqiqinə lazımi şərait yaratmaqla bərabər yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin işə baxan məhkəmə verilmiş iddia tələbi üzrə təqdim etdiyimiz sübutlara əhəmiyyət verməmiş və onları qeyri-obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəf isə hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. İşə baxan məhkəmə təkcə MPM-nin 77-ci maddəsini deyil, həmçinin 217 və 218-ci maddəsinin tələblərini də pozmuşdur. Çünki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. əgər iddia tələbləri prosessual imkanlardan istifadə etməklə tam araşdırılmamış və sübutların əldə edilməsi ilə çıxarılmamışdırsa, bu o deməkdir ki, qətnamə qanuni və əsaslı hesab edilə bilməz.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun şikayət verərək, onun təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
11. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2023-cü il tarixli, 2(103)-585/2023 saylı qərardadı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Elmin qızına qarşı “Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4- xx/xx-093003 reyestr nömrəli Çıxarışın etibarsız hesab olunması” tələbi hissəsində qismən ləğv edilərək, o hissədə icraata xitam verilmişdir.
18. Buna əsasən qətnamə Cavabdeh2 tərəfindən həmin mənzilin Cavabdeh3 satılması barədə xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** Reyestr nömrəli çıxarışın, Cavabdeh3 ilə X1, arasında bağlanmış ünvan 1 №-li evin 19 saylı mənzilinin alqı-satqısma dair xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi müqavilənin, həmin müqavilə əsasında X1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li Çıxarışın etibarsız hesab olunmasının və İddiaçı2 və İddiaçı1 mənzilə köçürülməsinin təmin edilməməsi hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış (ünvan 1 №-li evin 19 saylı mənzilə dair) xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** Reyestr nömrəli çıxarışın, Cavabdeh3 ilə X3 arasında bağlanmış (ünvan 1 №-li evin 19 saylı mənzilə dair) xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li çıxarışın etibarsız hesab edilməsinin və İddiaçı2 və İddiaçı1 mənzilə köçürülməsinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
20. Ümumiyyətlə məhkəmənin qərardadı ilə “Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4- xx/xx-093003 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi” hissədə mülki iş üzrə icraata xitam verildiyindən hazırda yalnız apellyasiya şikayətinə Cavabdeh2 tərəfindən mübahisələndirlən mənzilin Cavabdeh3 satılması barədə xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** reyestr nömrəli çıxarışın, Cavabdeh3 ilə X1, arasında bağlanmış ünvan 1 №-li evin 19 saylı mənzilinin alqı-satqısna dair xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi müqavilənin və həmin müqavilə əsasında X1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li çıxarışın etibarsız hesab olunması hissədə qiymət verilməklə həmin hissədə apellyasiya şikayətinin dəlillərini kollegiya əsassız hesab edir.
21. Belə ki, mübahisələndirilən alqı-satqı müqavilələri üzrə mənzili əldə edənlər reyestrin düzgünlüyü prezumpsiyasına uyğun olaraq əldə etmişlər. Yəni, mübahisələndirilən mənzilin Sevinc və yazgülün mülkiyyətinə verilməsinin qanuniliyini sübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçılar tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdehlər Cavabdeh3 və Əsgərova Yazgülün adlarına reyestr çıxarışlarının və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Bu baxımdan, reyestrin düzgünlüyü prezumpsiyasına uyğun olaraq bağlanmış aklqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bunlara müvafiq olaraq verilən çıxarışlarının ləğv edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı bir əsas mövcud deyildir.
22. Eyni zamanda kollegiya qeyd edir ki, mülki məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçılar tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Yəni əqdin etibarsızlığına əsas verən qanunvericiliklə nəzərədə tutulmuş hər hansı bir hal mövcud olmamışdır.
23. Həmçinin, iddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının mövcudluğu sübuta yetirilmədiyindən, eləcə də iddia tələbləri təmin edilmədiyindən sonuncuların mənzilə köçürülmə tələbləri də təmin edilə bilməz.
24. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən hissələrdə iş üzrə düzgün nəticəyə gələrək iddia tələbini həmin hissələrdə təmin etmədiyindən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, e-2(011)-3320/2022 saylı qətnaməsi Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış (ünvan 1 №-li evin 19 saylı mənzilə dair) xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** Reyestr nömrəli çıxarışın, Cavabdeh3 ilə X3 arasında bağlanmış (ünvan 1 №-li evin 19 saylı mənzilə dair) xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li çıxarışın etibarsız hesab edilməsinin və İddiaçı2 və İddiaçı1 mənzilə köçürülməsinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.