Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5852/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5852/2022 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2622/2022 saylı 16 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X6 ilə X3 arasında xx.xx.2012-ci il tarixdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 7, 4 saylı mənzili 35380 manata X1.
2. Kreditor-ipoteka saxlayan qismində "xxxx" ASC, alıcıipoteka qoyan qismində İddiaçı və satıcı qismində X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 256 nömrəli alğısatqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov prospekti, bina 5, blok 1, 14 saylı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı mənzilin 60000 manat dəyərinin 15000 manatını özü, 45000 manatını isə xx.xx.2012-ci il tarixli, 331 AİK saylı kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 5, 14 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və onun adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
4. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 416879 nömrəli, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh ilə Ağayeva(Şükürova) Firəngiz Fuad qızı arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Haqverdiyev küçəsindəki ev anasının adına alınmışdır. Banka 35 min ödəniş olunmuşdur. Əvvəlcədən behi də verilərək, hansı qiymətə alınacağı razılaşdırılmış, qalan pul da onun özünə verilmişdir. Suala cavab olaraq bildirir ki, anası ilə birlikdə onların evinə gəlməyi yadına düşür. Onlardan beh almışdır. Evi alanda 38 min banka ödəmişdir. 12 min manatı nağd şəkildə manatla Elnura vermişdir. Satıcı əşyaları çıxardıqdan sonra anası həmin evə köçmüşdür. Köçəndə ev əla təmirli idi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, O, 2000-ci ildən bəri ev alqı satqısı ilə məşğul olur. Təxminən 10 il bundan əvvəl Elnur ev axtarırdı. O digər tanış vasitəsilə həmin evi tapmışdır. Evin qiyməti 85-87 min civarı idi. Evi Elnura aparıb göstərmiş və Elnur razılaşmışdır. Danışıb evi götürmüşlər. Suala cavab olaraq bildirir ki, onlar evə baxmağa gələrkən ailəsi ilə gəlmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, o, Elnurla 10 ilə yaxın bir yerdə işləmişdir. İpotekanı da ondan biraz sonra eyni istiqamətdən almışdır. Elnur ailəsinə baxan adam olmuşdur. Elnurun dostluğu da yerində olmuşdur. Suala cavab olaraq bildirir ki, onun evi də "xxxx" ASC-də ipotekada olmuş və bunun üçün Museyib müəllim ona köməklik etmişdir. İpotekanı Elnura o məsləhət görmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 18 aprel 2012-ci il tarixdə 256 nömrəli alğı-satqı və ipoteka müqaviləsi əsasında Hüseyn Cavid küçəsi, ev 5, 14 saylı mənzil X4 iddiaçının adına rəsmiləşdirilməklə 60000 manata alınmışdır. Mənzilin 15000 manatı iddiaçı tərəfindən ödənilmişdir. 45000 manat isə xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kredit vəsaiti hesabına, yəni hər ay 347,32 manat olmaqla iddiaçı tərəfindən ödənilir. İddiaçının atası X8 2005-ci ilin fevral ayında vəfat etmişdir. Atasına məxsus Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 7, 4 saylı mənzili iddiaçının bacısı Ağayeva (Şükürova) Firəngiz Fuad qızı 10 aprel 2012-cı ildə 35380 manata satmışdır. Əldə edilmiş puldan hal-hazırda mübahisə predmeti olan mənzilin alınmasına 15000 ödənilmişdir. İddiaçının bacısı Ağayeva (Şükürova) Firəngiz Fuad qızı ilə cavabdeh rəsmi nikahda olmuş, onların birgə nikahı 17 noyabr 2021-ci il tarixdə ləğv edilmişdir. Bacısı və onun iki övladı iddiaçı ilə birlikdə qeyd edilən Yasamal rayonu, İnşaatçılar prospekti, ev 28, 6 saylı mənzildə yaşayırlar. Cavabdeh isə iddiaçının mülkiyyətində olan Hüseyn Cavid küçəsı ev 5, 14 saylı mənzildə yaşayır və mənzilin girişçıxış kilidini dəyişib, nə iddiaçı, nə də onun bacısını ona məxsus mənzilə buraxmır. Halbuki, cavabdehin həmin mənzilə heç bir hüququ yoxdur. Hətta iki övladına aliment belə vermir. Əlavə olaraq bildirir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində ünvan olaraq Binəqədi rayonu, ünvan 1 belə bir mənzili varsa, o, həmin ünvanda yaşaya bilər. İddianın təmin edilməsini xahiş edir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 iyun 2022-ci il tarixli 2(004)-2622/2022 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli evi o əldə etmiş və ipoteka ilə bağlı ödəmələr onun tərəfindən həyata keçirilmişdir. Məhkəmə onun müdafiə hüquqlarını pozmuş, işə qərəzli yanaşmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olması, cavabdeh isə iddiaçının ailə üzvü olmaması və iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarında olmasını əsas götürərək iddianı təmin etməkdə haqlı olmuşdur.
29. Cavabdehin mənzili özünün əldə etdiyi, ipoteka ödənişlərinin onun tərəfindən ödənilməsi ilə bağlı dəlilə münasibətdə Kollegiya qeyd edir ki, həmin dəlil tərəflər arasında ayrıca mübahisənin (pul tələbi və s.) mövzusu ola bilər və hazırki iş üzrə həmin dəlil əsassızdır.
30. Ümumilikdə kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
31. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2622/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov