Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5860/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs, onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinə hüquqların tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) indiki Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. (yarım zirzəmi) qeyri-yaşayış sahəsini 194.000 manat məbləğinə alması barədə Şəms-BS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayaraq, həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində əsaslı təmir aparılmışdır. Lakin buna baxmayaraq tərəflərin arasında mübahisəli qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləni cavabdeh tərəf iddiaçı tərəfə verməkdən imtina etdiyindən cavabdeh həmin müqaviləni əldə edə bilmir. İş materiallarında olan: - Cavabdeh 27 iyun 2007-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə ilə Talıblı küçələrində yerləşən "xxxx" MMC-yə məxsus və onun tərəfindən tikilməklə olan hündür mərtəbəli yaşayış binasının, ümumi sahəsi 388 kv.m. olan qeyriyaşayış sahəsinin 1 kv.m. dəyəri 500 manat olmaqla, ümumi pay dəyəri 194.000 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı xx.xx.2007-ci il tarixli müqavilə üzrə Cavabdehnə heç bir borcu yoxdur. - Cavabdeh tərəfindən verilmiş 14 nömrəli, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı 388.kv.m.qeyri-yaşayış (yarım zirzəmi) sahəsi üçün 194.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. -Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə cəmiyyətin arxiv sənədlərinin içərisində yoxdur. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) indiki Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. (yarım zirzəmi) qeyriyaşayış sahəsi İddiaçı istifadəsindədir. xx.xx.2007-ci il tarixli müqavilənin verilməsi imkanları xaricindədir və bununla əlaqədar aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. -X5 ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2009-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki ərazisində tikilməkdə olan yaşayış binasınının birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin tikintisi podratçı tərəfindən öz üzərinə götürülmüş, qeyri-yaşayış sahəsi 440 kv.m olmuş, müqavilənin qiyməti 352.000 manat təşkil etmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli kassa mədaxil orderindən görünür ki, X5 tərəfindən qeyri-yaşayış sahəsi üçün 352.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4349/2020 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh “Şəms-BS" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində “Şems-BS'' MMC-ye məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 m2 olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs təhvil verilməsi öhdəliyi cavabdeh “Şəms-BS" MMC-nin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin verilməsi Cavabdehnə həvalə olunması və 388 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən 2005-ci il tarixdə hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılmış və tikinti işləri 2008-ci il tarixdə başa çatmışdır. Həmin ünvanda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binadan 388 kv.m. qeyri-yaşayış (yarım zirzəmi) sahəsinin alınması üçün xx.xx.2007-ci il tarixli müqavilə üzrə onun tərəfindən 194.000 manat dəyəri ödənilməklə alğı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəfindən tikinti işləri başa çatdıqdan sonra 2008-ci ilin sonlarında onun tərəfindən özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, 26K qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparılmışdır. Onun tərəfindən aparılmış əsaslı təmirə və qeyri-yaşayış sahəsində istifadə olunması üçün quraşdırılan avadanlıqlara 300.000 ABŞ dolları kapital qoyuluşu olmuşdur. 2009-cu il tarixdən isə ona məxsus 388 kv.m. qeyri-yaşayış sahəsi istifadəyə verilmişdir. Hal-hazırda isə ona məxsus qeyri-yaşayış sahəsi fəaliyyətini davam etdirir. Ona Cavabdeh MMC arasında 388 kv.m. qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə bu günədək müxtəlif bəhanələr gətirməklə ona verilməmişdir. Hansı ki, maliyyə arayışı və ödəniş qəbzi onun özündədir. Bununla əlaqədar olaraq o, Cavabdeh MMC-yə xx.xx.2007-ci il tarixli müqavilənin cavabdehdən alınması üçün dəfələrlə müraciət etmişdir. Cavabdeh sonuncu yazılı müraciətinə müəssisənin arxiv sənədləri olmadığı üçün iddiaçıya müsbət cavab verə bilməməsini göstərmişdir. Yuxarıda göstərilən müqavilə Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binadan 388 kv.m. qeyri-yaşayış (yarım zirzəmi) sahəsinin alınması üçün xx.xx.2007-ci il tarixli müqavilə üzrə 194.000 manat dəyəri onun tərəfindən tam ödənilmişdir. Cavabdeh direktoru X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) indiki Əsəd Əhmədov küçəsi, 26K ünvanında inşa edilmiş binada yerləşən 388 kv.m. (yarım zirzəmi) qeyri-yaşayış sahəsinə görə xx.xx.2007-ci il tarixdə müqavilə bağlanmış, müqavilə üzrə 194.000 manat dəyəri onun tərəfindən tam ödənilmiş, bununla əlaqədar ona maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. İddiaçı tərəfindən təmir edilərək onun istifadəsindədir. Lakin həmin müqavilə cəmiyyətin arxiv sənədlərinin içərisində yoxdur. İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında inşa edilmiş binada yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə müqavilənin bağlanması üçün iddiaçı tərəfindən ödəniş həyata keçirilməlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında inşa edilmiş binada yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin verilməsi Cavabdeh MMC-yə həvalə olunması və 388 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə iddiasının təmin edilməməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin İddiaçı verilməsi Cavabdehnə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə İddiaçı istifadə və sahiblik hüququ tanınması qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.8-ci maddələri, MPM-nin 14.2, 77.1, 217.4-cü maddəsi, həmçinin Konstitusiya Məhkəməsinin Pleneum qərarına istinad edərək onunla əsaslandırmışdır ki, İddiaçı qeyriyaşayış sahəsinin dəyərini 27 iyun 2007-ci il tarixdə tam həcmdə ödəməklə, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehdən almaqla, həmin vaxtdan həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır. Qeyd olunan qətnamədən narazı qalan Maraqlı şəxs vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və Maraqlı şəxs hüquq və vəzifələrinə toxunulan şəxs kimi işə cəlb olunaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, vərəsəsi olduğu X5 ilə Cavabdeh MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli Müqaviləyə əsasən Cavabdeh MMC 440 kv.m. qeyri-yaşayış sahəsini tikib təhvil verməyi, X5 isə həmin tikintinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin tikintinin dəyəri 352.000 (üç yüz əlli iki min) AZN olmaqla X5 tərəfindən tam şəkildə ödənilmişdir. Yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsi X5 tərəfindən əsaslı təmir edilmiş və bir müddət un məmulatları satılan mağaza olaraq icarəyə verilmişdir. X5 15 mart 2012-ci ildə vəfat etmişdir. Bundan istifadə edən və uzun müddətdir X5 ilə həm ticarət, həm də “dostluq” münasibətləri olmuş İddiaçı yuxarıda qeyd edilən (440 kv.m.) qeyri-yaşayış sahəsinin ona satıldığını iddia edərək Cavabdeh MMC qarşısında iddia irəli sürərək həmin qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınması və guya həmin qeyri-yaşayış sahəsinin ona satılması ilə əlaqədar bağlandığı iddia edilən 27 iyun 2007-ci il tarixli müqavilənin ona verilməsi öhdəliyinin Cavabdeh MMC üzərində qoyulması barədə iddia qaldırmışdır. Həmin iddia üzrə 2(004)- 6710/2018 saylı iş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bağlandığı iddia etdiyi 27 iyun 2007-ci il tarixli müqavilənin şirkətin arxivində olmadığı və həmin müqavilənin İddiaçı verilməsinin mümkünsüzlüyü ilə bağlı iddia tələbinə etiraz edilmişdir. Həmçinin həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınmasına etiraz edilmişdir. Digər tərəfdən İddiaçı məhkəməyə təqdim etdiyi guya həmin əmlakın dəyərini ödəməsini əks etdirən 194.000 (bir yüz doxsan dörd min) AZN məbləğində maliyyə arayışı həmin əmlakın real dəyərini əks etdirmir. Bundan əlavə olaraq X3 hüquqi varisi olaraq X7 məhkməyə maraqlı şəxs qismində çağrılmamışdır. Lakin bütün bunlara baxmayaraq hər hansı bir qanuni əsas olmadan Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 6710/2018 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsi üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmış, Cavabdeh MMC-ninüzərinə güya bağlandığı iddia edilən 27 iyun 2007-ci il tarixli Müqavilənin İddiaçı verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Maraqlı şəxs yuxarıda qeyd edilənlərdən hər hansı məlumatı olmadığına görə vərəsəsi olduğu yuxarıda qeyd edilən əmlakın (440 kv.m. qeyri-yaşayış sahəsinin) ona təhvil verilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-43492020 saylı qətnamə ilə onun iddiası təmin edilmiş Cavabdeh MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Lakin qeyd edilən icra sənədinin icrası Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6710/2018 saylı qətnaməsinin mövcudluğu və İddiaçı aid **********12-05301- 083014- **********12-05301-083013 nömrəli AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlar olduğu üçün mümkünsüz olmuşdur . Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********80 saylı məktubla bildirilmişdir ki, yuxarıda qeyd edilən məhkəmə qərarı ilə Maraqlı şəxs verilməli olan əmlak İddiaçı mülkiyyətində və istifadəsində olan 2 qeyri-yaşayış sahəsidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs və onun vəkili-nümayəndəsi Vəkil ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 izahat verərək apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş dgər tərəf məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən maraqlarına toxunan tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub amlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, on-dan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qo-runan hüququdur. 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8. mənzil, bağ, qaraj və ya başqa koo-perativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci mad-dəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1-ci və 178.2-maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “ Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinin 1-ci hissə-sində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütöv-lükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiy-yətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yana-şı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdud-laşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata ke-çirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, yerində müayinə edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) indiki Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. (yarım zirzəmi) qeyri-yaşayış sahəsini 194.000 manat məbləğinə alması barədə Şəms-BS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayaraq, həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində əsaslı təmir aparılmışdır. Lakin buna baxmayaraq tərəflərin arasında mübahisəli qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləni cavabdeh tərəf iddiaçı tərəfə verməkdən imtina etdiyindən cavabdeh həmin müqaviləni əldə edə bilmir Apellyator şikayətinə əlavə etdiyi Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-43492020 saylı qətnaməsinə istinad edərək Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməli olmasını göstərir. Apellyasiya şikayətinə əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin 2(004)- 4349/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilmiş Cavabdeh MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən 440 kv.m. olan qeyriyaşayış sahəsinin Maraqlı şəxs verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Apellyasiya şikayətindən göründüyü kimi apellyator qeyd edilən qətnaməni icra etdirə bilməmiş, səbəbi Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6710/2018 saylı qətnaməsinin mövcudluğu və İddiaçı aid **********12-05301-083014- **********12- 05301-083013 nömrəli AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlar olmuşdur. Hazırda apellyator Cavabdeh MMC tərəfindən İddiaçı bağlandığı iddia etdiyi 27 iyun 2007-ci il tarixli müqavilənin şirkətin arxivində olmadığına, həmin müqavilənin İddiaçı verilməsinin mümkünsüzlüyü ilə bağlı iddia tələbinə və qeyri-yaşayış sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınmasına etiraz edilməsinə, İddiaçı məhkəməyə təqdim etdiyi guya həmin əmlakın dəyərini ödəməsini əks etdirən 194.000 (yüz doxsan dörd min) AZN məbləğində maliyyə arayışı həmin əmlakın real dəyərini əks etdirməməsinə, onun X3 hüquqi varisi olaraq hazırki iş üzrə maraqlı şəxs qismində çağrılmamasına istinad edərək ünvan 1 ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsi üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmasının qanunsuz olmasını göstərmişdir. Beləliklə də, apellyatorun dəlillərinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)- 449/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6710/2018 saylı qətnaməsinin ləğvi üçün yetərli əsasdır. İşə apellyasiya icraatı qaydasında baxılarkən müəyyən edilmişdir ki, həqiqətən də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən yaşayış binası 4 nəfərin yəni, İddiaçı, X5, X1 və Fazil adlı şəxsin şərikliyi ilə inşa edilmişdir. İşin bu halını apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X1 və Cavabdeh MMC-nin əvvəlki direktoru X8 ifadələrində təsdiq etmişdir. Belə ki, X1 ifadəsində göstərmişdir ki, onun iddiaçı ilə birlikdə ilk iş yeri “Yenes” şirkəti olmuş, həmin torpaq onun şəxsi torpağı olmuşdur. Cavanşir adlı tanışı vasitəsilə Ələsgərlə tanış olmuş, az müddətdə yaxın münasibət saxlamış, güvəndiyi insan olmuşdur. O zaman Bakont televiziya evinin yaxınlığında kirayə evdə qalmış, gediş-gəlişləri olmuşdur. Onlar şəriklərlə birlikdə birinci bina tikilib başa çatandan sonra ikinci binanın tikinrtisinə başlamış, həmin binada o zaman köçkünlər yaşamış və oranı tərk etmişlər. Bütün alğı-satqı məsələləri Ə.Ömərova həvalə olunmuş, birlikdə çox işlər görmüş, lakin heç birində tərəfindən onlara hesabatlar daxil olmamışdır. Zəlimxan və Alim adında iki qardaş olmuş, onlarla da tez-tez görüşmüşlər. Ələsgər ona Alimin də 400000 manat verərək şərik olduğunu bildirmişdir. Lakin sonra ona məlum olmuşdur ki, həmin pulu 1 nömrəli Tikiş fabrikinin yerinə vermişlər, lakin tikintini başa çatdıra bilməmişlər. Pulu İmişlidən olan Fikrət adında şəxsə vermiş, o, qapı-pəncərə sexində işləmişdir. Belə ki, Ələsgərin onları aldatdığı məlum olmuşdur. Həmin mübahisəli yerin yerləşdiyi sahə İddiaçı məxsus olmuş, Ələsgər o zaman Xətai rayonunda Fateh şirkətində, 7 bloklu binanın tikintisinə başlamışdır. İddiaçıla şərik olduqları üçün binanın tikintisini İddiaçı bitirmişdir. Belə ki, Ə.Ömərov rəhmətə getmiş, bina yarımçıq qalmışdır. Vətəndaşların Ə.Ömərovun ailəsinə hücüm etmələri üçün İddiaçı həmin binanın tikintisini başa çatdırmışdır. İddiaçı yarı-zirzəmi olan mübahisəli yerin yerləşdiyi ərazini təmir etdirmişdir. Hətta İddiaçı orada şirniyyat sexi olmuşdur. Şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-nin icraçı direktoru olmuş, həmin vaxt X10 Cəfərov şərik olmuşlar. 2005-ci ildə binanın tikintisi başlamışdır. Aralarında olan pay bölgüsünə əsasən 440 kv.metr İddiaçı dümüşdür. Həmin vaxt Əhmədlidə də bina tikilmiş, onlar orada da şərik olmuşlar. Oradakı obyekt də Ələsgərin payına düşmüşdür.Tofiq mübahisəli obyektin təmirinə 286000 dollar pul xərcləmişdir. Tofiq Çində olanda mübahisəli yer şirniyyət sexi kimi fəaliyyət göstərmişdir. Azər də, Ələsgər də bunu bilmişdir. Hətta Ələsgərin qızının toyu üçün tort həmin sexdə bişirilmiş və Tofiq tortu hədiyyə etmişdir. Tofiq Çində olduğuna görə sexə kassa aparatının qeydiyyatı üçün müqavilə lazım olmuş, həmin vaxt Ələsgər Ömərovun adına formal müqavilə bağlanmışdır ki, kassa aparatı ala bilsinlər. Sonra kassa aparatı verilməmiş, müqaviləni də mübahisələndirən olmamışdır. Yəni Ələsgər müəllimin adına verilən müqavilə və maliyyə arayışı formal olaraq tərtib edilmişdir. X10 Cəfərov şərik olsalar da, mübahisəli yer Tofiqə aid olmuş, Əhmədlidə tikilən yer isə Ələsgərlə Tofiqin şərikli yeri olmuşdur. Yeni Yasamaldakı və Əhmədlidəki yeri Ə.Ömərov təmir etməli imiş. İddiaçı Çindən təmir üçün avadanlıqlar gətirmişdir. Mübahisəli yer iddiaçı tərəfindən təmir olunmuşdur. İddiaçı Çində olarkən həmin yer şirniyyat sexi olaraq fəaliyyət göstərmişdir. Əhmədlidəki yer üzrə Ələsgər başqa adamlarla şərik olmuşdur. Ələsgər rəhmətə gedəndən sonra binanın tikilişi yarımçıq qalmış, binanın tikilişini Tofiq başa çatdırmışdır. Mübahisəli yerin təmirində Ələsgərin iştirakı olmamışdır. Beləliklə də, şahid ifadələrində aydın olur ki, İddiaçıla 388 kv.m sahə ilə bağlı müvafiq müqavilə 2007-ci ildə bağlanmış, X5 ilə bağlanmış müqavilə isə həmin sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil digər niyyətlə bağlanmışdır. Yəni, T.X15 Respublikasında olan zaman mübahisəli yer şirniyyət sexi kimi fəaliyyət göstərdiyindən gələ bilmədiyi üçün kassa aparatının məlumatlarına görə həmin yer üçün Ə.Maraqlı şəxs adına müqavilə bağlanmasını bildirmişdir. Mübahisəli sahənin İddiaçı tərəfindən hazırki vaxta kimi təmir etdirərək əvvəl şirniyyt sexi kimi, hazırda isə bar kimi işlətməsini şahidlər təsdiq etmişlər. Şirniyyət sexinin 2009-cu ildə fəaliyyət göstərməsini maraqlı şəxs də izahatında təsdiq etmişdir. Maraqlı şəxs izahatlarında Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi qəbul edilərkən mübahisəli sahəyə dair müqavilənin olmadığı halda həmin sahə ilə bağlı müvafiq çıxarışın alınmasının qanuniliyinə də toxunmuşdur. İşə apellyasiya icraatı qaydasında baxılarkən 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 117,4 kv.m olan, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 314,6 kv. olan qeyri-yaşayış sahələrinə dair sənədlərdən görünür ki, 117,4 kv.m olan sahə xx.xx.2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC arasında müvafiq müqavilə bağlanmışdır. Həmçinin, təqdim edilmiş sənədlərdən görünür ki, 314,6 kv.m sahə xx.xx.2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Cavabdeh MMC arasında müvafiq müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh MMC tərəfindən İddiaçı bağlandığı iddia etdiyi 27 iyun 2007-ci il tarixli müqavilənin şirkətin arxivində olmadığına, həmin müqavilənin İddiaçı verilməsinin mümkünsüzlüyü ilə bağlı iddia tələbinin əsassız olmasına dair dəlilləri ilə bağlı hesab edir ki, bu dəlil yuxarıda qeyd edilən 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş sənədlər içərisində İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müvafiq müqavilənin məzmunu ilə təkzib edilir. T,Cəfərovun bildirdiyinə görə müqavilə icra prosesində təqdim edildiyindən ona müvafiq çıxarış verilmişdir. Təqdim edilmiş müqavilədən də görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsidir. Müəyyən edilmişdir ki, İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 117,4 kv.m olan sahə mübahisə predmeti deyil və olmamışdır. Bu tərəflərin həm məhkəmədə verdikləri izahatları, həm iştirakları ilə keçirilmiş yerli baxış zamanı da öz təsdişqini tapmışdır. Yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli əmlakın yerləşdiyi hazırda “Secrets Pub” adlı çay evi olaraq fəaliyyət göstərir. Mübahisəli yerə girişdə mübahisəli yerin yerləşdiyi yerə qədər (2 otaq iç-içə yerləşir, aralarında qapı mövcud deyil, bu otaqlardan sonra 314.6 kv.metr sahə mövcuddur) İddiaçı məxsus 117.4 kv.metr yer mövcuddur. Həmin yer 2017-ci il tarixdə İddiaçı tərəfindən alınıb. Bu yer müqavilə üzrə 120 kv.metr təşkil edir (çıxarışda 117.4 kv.m) və mübahisə doğurmur. 117.4 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinə maraqlı şəxsin iddiası yoxdur. Mübahisə doğuran yer çıxarış üzrə 314.6 kv.metr sahəni əhatə edir. Maraqlı şəxs məhz 314.6 kv.metr olan sahənin ona məxsus olmasını iddia edir. . Maraqlı şəxs mübahisələndirdiyi sahə ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 314,6 kv. olan qeyri-yaşayış sahəsidir ki, bu həmin sahənin ona aid olmasını mübahisələndirmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-43492020 saylı qətnaməsi ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın İ mərtəbəsində yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Yerli baxış zamanı Maraqlı şəxs İddiaçı adına olan sahənin ona qeyd edilən məhkəmə qətanməsində əksini tapan sahə olmasını göstərsə də, həmin sahənin 440 kv.m olması öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-43492020 saylı qətnaməsində göstərilən ünvan ilə ünvan 5l tarixli qətnaməsində göstərilən ünvan (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsi) eyni ünvanlar olmamaqla ayrı-ayrı ünvanlardır. Məhkəmə kollegiyası bununla bağlı tərəflərə müvafiq ekspertizanın keçirilməsinin məqsədəuyğunluğunun müzakirəsini təklif etsə də, apellyator buna etiraz edərək bildirdi ki, işə əlavə olunan sənədlərdən də görünür ki, hər iki qətnamənin predmeti eyni sahələr olması barədə 1 saylı Bakı Ərazi İdarəsinin məktubu mövcuddur. Məhkəmə kollegiyası apelyatorun ekspertiza ilə bağlı fikirləri ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, onun ekspertiza aparılmasına etirazı irəli sürdüyü dəlillər əsasında deyil, X5 ilə Cavabdeh MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli Müqavilə üzrə plan sxemin və texniki pasportunun olmaması səbəbindən ekspertiza tədqiqatının aparılmasının mümkünsüz ola bilərdi. Bu səbəblərdən iş üzrə ekspertiza təyin edərək müqavilələrdə göstərilən sahələrin eyni sahə olmaqla və ya üst-üstə düşməsinin müəyyən edilməsi mümkünsüz olardı. Qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 43492020 saylı qətnaməsində X5 ilə Cavabdeh MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli Müqaviləyə istinad edilsə də, məhkəmə kollegiyası həmin qətnamənin qanuniliyinə qiymət vermədən qeyd etməyi zəruri sayır ki, hazırki işə apellyasiya icraatında baxılan zaman sözugedən müqavilənin mübahisəli sahə ilə bağlı hüquqi nətisələr yaratmaq niyyəti ilə formal əsaslarla bağlanması müəyyən edilmişdir. Bu həm şahid ifadələri, həm yerli müayinənin nəticələri, həm də ilk müqavilənin iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanması, hazırki vaxta kimi həmin sahənin İddiaçı istifadəsində olması və işin digər araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həminin qeyd edir ki, hazırki mübahisənin həlli baxımından Azərbaycan Respublikasının Mülki 452.1-ci maddəsinin müddəalarına da diqqət yetirirlməlidir. Həmin normaya əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs öz qənaətinə görə iddiaçının əmlakını ondan sonra bağlanmış müqavilə əsasında özününkü hesab etsə də, həmin əldə edilməsi üçün artıq heç bir hüquqi əsası olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi icra edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona müvafiq çıxarışlar da verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4349/2018 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsinin mövcudlğu ondan əvvəl qəbul edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6710/2018 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas deyil, Belə ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququ tanınmalı olması və sözügedən qeyri-yaşayış sahəsinə dair bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin iddiaçıya verilməsi Cavabdehnə həvalə edilməli olmasına dair nəticələri qanuni və əsaslı olmuşdur. Beləliklə də apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5860/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5860/2022
01.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver