Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5860/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iş üzrə (Açar sözlər: maraqlarına toxunan şəxs qismində cəlb edilmə barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 ümumi sahəsi 145 m2 olan mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə elektron qaydada məhkəməyə daxil olmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir.
5. Həmin qərardaddan Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-224/2024 saylı qərardadının ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 224/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3898/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 224/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və onun maraqlarına toxunan şəxs qismində cəlb edilməsinə dair ərizə məhkəməyə daxil olmuşdur.
9. Ərizə onunla əsaslandırılmışdır ki, əri Cavabdeh İddiaçı həyat yoldaşı X1 73000 ABŞ dolları (124 000 manat) pulu hər ay 5 faiz ödəmək şərti ilə borc almışdır. Bu məqsədlə evin girov qoyulması ilə bağlı notarial qaydada razılıq verib. Həmçinin ərizədə qeyd edilir ki, xx.xx.2024-cü il tarixində o əri və övladları ilə birlikdə həmin mənzildə olub və icra prosesində iştirak edib. Bu xx.xx.2024-cü il tarixli icra barədə aktda öz təsdiqini tapıb. Həmin aktın tərtib edilməsində orada olmayıb. Həmin aktda imzası yoxdur. İddiaçı tərəf yalan məlumat verməklə məhkəməni aldatmağa çalışır. Akta nəzər yetirdikdə iştirak etmədiyi, imzanın olmadığı məlum olur. Qətnamənin məhkəmədən rəsmi qaydada alınması ilə bağlı bildirir ki, iyun ayında rəsmi qaydada məhkəməyə müraciət edib ki, qətnamə ona verilsin. Məhkəmə əməkdaşı tərəfindən sözügedən işin hazırda apellyasiya məhkəməsində olduğu, iş apellyasiya məhkəməsi tərəfindən qaytarıldıqdan sonra onunla əlaqə saxlanılacağı və qətnamənin ona rəsmi veriləcəyi bildirildi. Bundan sonra ona xx.xx.2024-cü il tarixində məhkəmədən zəng edildi və məhkəməyə gedərək qətnaməni rəsmi qaydada götürdü. Qətnamənin mövcud olması ona məlum olduqdan sonra sözügedən qətnaməni əldə etmək üçün vaxtında məhkəməyə müraciət edib. Qətnamədən şikayət vermə müddətini ötürməyib. İddiaçının vəkili və nümayəndəsinin qeyd etdiyi kimi müddətin bərpası ilə bağlı ərizə də verməyib. Məhkəmə iclaslarından xəbərdar olmamağı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ev ilə bağlı notarial qaydada razılıq versə də həmin razılıq həqiqəti əks etdirmir. Çünki evimin satılması ilə bağlı heç zaman razılıq verməyib və verməzdi də. Ümumiyyətlə sözügedən mənzili heç vaxt satmaq məqsədi olmamışdır. Əgər mənzili əlimyandıda belə satışa çıxarsaydılar alıcısı tapılacaqdı və ən azından 200.000-250.000 manat aralığında sata biləcəkdik. Heç kimsə 300.000 manat qiyməti olan mənzili 124.000 manata satmaz.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 224/2024 saylı iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 224/2024 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
11. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində yalnız Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, ünvan 2 ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Bundan başqa həmin qətnamənin hər hansı bir hissəsində Maraqlı şəxs adı qeyd edilməmiş, ona dair araşdırma aparılmamışdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbində yalnız cavabdehin mənzildən çıxarılmasını tələb etmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin Maraqlı şəxs maraqlarına hər hansı qaydada toxunması görünmür. Məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsi təmin edilməməli, Maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-224/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
12. Qərardaddan Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil4 şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 224/2024 saylı qərardadının ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsinin təmin edilməsi və onun tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 iyul 2016-cı iltarixli qərarında qeyd edilir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həmdə prosessual marağının olması. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mənzildən çıxarılma barədə araşdırma aparılarkən və qətnamə qəbul edilərkən qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməyərək, Maraqlı şəxs məhkəməyə tərəf (maraqlı şəxs) kimi cəlb etməmiş, məhkəmə proseslərində iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipi əsasında həyata keçirilməsi qaydalarını pozmuşdu. Məhkəmə tərəfindən təkcə mənzildən çıxarılma barədə qərar qəbul edilmiş olsaydı Maraqlı şəxs qismində işə cəlb edilməməsi ilə bəlkə də razılaşmaq olardı. Lakin hakim qətnamədə sözügedən əqdin etibarlı olub-olmadığına da münasibət bildirmiş və əqdin etibarlı olduğu qənaətinə gəlmişdir. Əqdin etibarlı olub olmadığı barədə araşdırma apararkən Maraqlı şəxs iştirakı təmin edilməmişdir. Buradan da açıq-aydın görünür ki, Maraqlı şəxs hüquqları pozulmuşdur.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-224/2024 saylı, xx.xx.2024-cü il qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmasi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
16. İddiaçı tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olmuş, etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Maraqlı şəxs hazırkı işdə tərəf və ya İİİ şəxs qismində iştirak etməyib və o, Azərbaycan Respublikası MPM-in 357.2-ci maddəsinə uyğun olaraq qətnamədən yalnız o halda apellyasiya şikayəti verə bilər ki, qətnamə onun hüquq və vəzifələrinə toxunsun. Qətnamə ilə yalnız Cavabdeh mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilib (iddia tələbi də yalnız ona qarşı yönəlib) və həmin qətnamə ilə Maraqlı şəxs üzərinə hər hansı vəzifə qoyulmayıb və hüququ məhdudlaşdırılmayıb. Belə olan halda qətnamə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan məhkəmə aktı sayıla bilməz. İşdə iştirak etməyə cəlb olunmayan şəxs həmin iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətində ilk növbədə həmin qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunduğunu əsaslandırmalı və sübut etməlidir. Lakin apellyasiya şikayətində qətnamənin onun hansı hüquq və vəzifəsinə toxunduğu əsaslandırılmayıb və işdə olan sübutlarla da qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğu təsdiq olunmur. Birinci instansiya məhkəməsi düzgün olaraq onun qətnamə ilə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsi təmin etməyib və apellyasiya şikayətini geri qaytarıb. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 4V, mənzil 82 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil Maraqlı şəxs əri Cavabdeh tərəfindən İddiaçı satılarkən o, xx.xx.2022-ci ildə mənzilin satılmasına dair notarial təsdiqli razılıq verib (razılıq ərizəsi iş materiallarında var). Göründüyü kimi, əri ilə nikah dövründə aldığı və onların birgə mülkiyyəti olmuş mənzilin satılmasına dair Maraqlı şəxs şərtsiz razılığı olub. Bu razılığı verməklə o, mənzilin girov qoyulmasına deyil, satılmasına, yəni mülkiyyət hüququnun başqa şəxsə keçməsinə, özünün isə bu hüququnun itirilməsinə razılıq verib. Belə olan halda mənzilin hazırkı mülkiyyətçisi olan İddiaçı əmlakın qanunsuz sahiblikdən tələb olunması (mənzildən çıxarılma tələbi) barədə iddiası üzrə qəbul edilmiş qətnamə onun mənzillə bağlı hüquq və vəzifələrinə toxunan məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Çünki, qeyd olunduğu kimi, notarial qaydada alqısatqı müqaviləsinin bağlanması, Maraqlı şəxs mənzilin satılmasına razılıq verməsi və daşınmaz əmlakın reyestrində mənzilə mülkiyyət hüququnun İddiaçı keçməsi barədə qeydin aparılması ilə onun və ərinin mənzilə dair hüquqları itirilib. Qətnamə şəxsin mövcud olmayan hüquq və vəzifələrinə toxuna bilməz. Maraqlı şəxs apellyasiya şikayətində mənzilin alqı-satqı müqaviləsinin etibarlılığı barədə göstərdikləri və qətnamədə müqavilənin etibarlılıq şərtlərinin yalnız işdə iştirak edən şəxslərə münasibətdə yoxlanılması həmin işdə iştirak etməyə cəlb olunmayan Maraqlı şəxs ayrıca iddia verməklə əqdin etibarlılığını məhkəmə qaydasında mübahisələndirmək hüququndan məhrum etmir. Yəni bu əsasla hüququn müdafiəsi vasitəsi qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınmaq deyil, müqavilənin etibarsız sayılması barədə iddia irəli sürməkdir ki, Maraqlı şəxs bu hüququndan artıq istifadə edib: müvafiq tələblə Nərimanov rayon məhkəməsində iddia qaldırıb, lakin ərazi aidiyyəti qaydaları pozulduğu üçün iddia ərizəsi geri qaytarılıb və iddia ərizəsini Binəqədi rayon məhkəməsinə vermək hüququ ona izah edilib.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər
18. Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsi Plenumunun K.Maraevinşikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininMülkiKollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 iyul 2016-cı iltarixli qərarı “...işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması. İşə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4 və 418.4.6-cı maddələrində müəyyən edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materialları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 4V, mənzil 82 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 145 kv.m olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsini xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.
22. Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində cəlb edilməsinə dair ərizə ilə məhəməyə müraciət etmişdir.
23. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi qənaətinə hələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə hüquqi qiymət verilmiş və Cavabdeh alqı-satqı və mübahisə predmeti olan mənzildən çıxarılması qət edilmişdir.
24. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Maraqlı şəxs hüquqlarına toxunulmamış, ona münasibətdə tələb olmamışdır.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs tərəfindən verilmiş maraqlarına toxunan şəxs qismində cəlb edilmə barədə ərizənin təmin edilməməsi ilə bağlı qərardad qəbul etməkdə haqlı olmuşdur.
26. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev