Məhkəmə qərarları › İş №2(103)-5866/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5866/2020

29.07.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5866/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1404/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Nizami Filialının hərəkətlərinin qanunsuz sayılması və kredit borcunun məntiqli ödənilməsi üçün şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1404/2020 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1404/2020 saylı qərardadından şikayət verilmiş, həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətdə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı məhkəmə tərəfindən çıxarılmış qərardad əsassız olduğundan ləğv edilməlidir. İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1404/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təminindən imtinaedərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı Cavabdeh ASC-nin Nizami Filialının hərəkətlərinin qanunsuz sayılması və kredit borcunun məntiqli ödənilməsi üçün şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı bununla əlaqədar cavabdeh banka pretenziya qaydasında müraciət etməsini təsdiq olunan sübutları ərizəyə əlavə etməmişdir. Nəticədə tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi üçün qanunla müəyyən olunan addımların atılıb-atılmamasını müəyyən etmək mümkün deyil. Bundan başqa, iddia hüquqi şəxs olmayan filiala qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəasinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçıya həmçinin izah etmişdir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1404/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar