Məhkəmə qərarları › İş №2(103)-5867/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5867/2025

24.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5867/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X9 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrəBakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, e-2(008)-3496/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi ev şəraitində xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X7 doğmuşdur. Hazırda ərizəçi xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğum haqqında qeydin əvvəllər mövcud olduğunu lakin sonradan uşağların doğum haqqında şəhadətnamələrinin itirmiş olduğunu bildirərək uşağların doğum haqqında qeydlərinin bərpa edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2009-cu il tarixində Bakı şəhərində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, X4 xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, övladlarının doğumu haqqında akt qeydinin ata qrafasında Quliyev Şirxan, ana qrafasında isə Ərizəçi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 2008-ci Gürcüstan Respublikasının vətəndaşı Quliyev Şirxanla faktiki nikah münasibətlərinə daxil olmuşdur. Bu nikahdan iki övladı xx.xx.2009-cu ildə X6 və xx.xx.2012-ci ildə X10 anadan olmuşdur. Quliyev Şirxanla nikahı xx.xx.2018-ci ildə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 417 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Övladlarına doğum haqqında şəhadətnamə Maraqlı şəxs tərəfindən verilmişdir. 2017-ci ildə o, hər iki övladına köhnə nəsil, şəkilsiz şəxsiyyət vəsiqəsi almışdır. 2025-ci ilin fevral ayında o, övladlarına yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində ondan uşaqların doğumu haqqında şəhadətnamə tələb edilmişdir. Lakin o, evini nə qədər axtarsa da uşaqların doğum haqqında şəhadətnaməni tapa bilməmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində ona uşaqların doğumu haqqında şəhadətnamənin Maraqlı şəxsndə verildiyini bildirmişlər. O, övladlarına təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Bakı şəhəri Maraqlı şəxs övladlarının doğum haqqında akt qeydinin aşkar olunmadığını bildirərək, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarla ona doğum haqqında şəhadətnamə verməkdən imtina etdi və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirildi. Buna görə də o, məcbur olub övladlarının doğum haqqında akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, e-2(008)- 3496/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə nəticəyə gələrkən müəyyən etmişdir ki, hazırda ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğum haqqında qeydin əvvəllər mövcud olduğunu lakin sonradan uşağların doğum haqqında şəhadətnamələrinin itirmiş olduğunu bildirərək uşağların doğum haqqında qeydlərinin bərpa edilməsini məhkəmədən xahiş etsələr də, ərizəçi uşağların barəsində əvvəllər doğum haqqında qeyd olunduğunu təsdiq edəcək heç bir möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış və ərizəsi üzrə işin düzgün həlli üçün müvafiq dövlət qurumların məhkəmə zamanda birinci instansiya məhkəməsi sübutun təqdim edilməməsinə sorğusu göndərməmiş, arxiv məlumatları əldə etməmişdir. Belə ki, Azərbaycan Respublikasında doğulmuş və vətəndaş olan övladlarının doğumu haqqında məlumatlar dövlət informasiya sistemində mövcuddur və onların doğumu dövlət orqanları tərəfindən qeyd edilmişdir. Lakin övladlarının doğum haqqında şəhadətnamələrini itirdiyinə görə hazırda övladlarına yeni nəsil şəxsiyyət vəsiqəsi ala bilmirlər. Övladlarının doğumu haqqında akt qeydi Maraqlı şəxsndə tapılmadığına görə övladlarına yeni doğum haqqında şəhadətnamə ala bilmir. Bu da abituriyent olan övladlarının təhsil hüququnu həyata keçirmələrinə maneçilik törədir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə dəvət etdikləri şahidlərin dindirilməsini də təmin etməmişdir. Bu da məhkəmənin prosessual hüquq normalarını pozması kimi qiymətləndirilməlidir. Eyni istinad etsə də təqdim edilmiş sübutlara qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.1. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3-16- 5/7-13-421/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, “xx.xx.2009-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktalarının dövlət qeydiyyatı qaydası”–nın 2.5.3 bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənəd ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyini üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Aiddiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3-16-5/7-13-421/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, “xx.xx.2012-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktalarının dövlət qeydiyyatı qaydası”nın 2.5.3 bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənəd ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyini üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Aiddiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. 21 nömrəli Şəhər Poliklinikasının 120 nömrəli Tibbi Arayışından görünür ki, Ərizəçi qız övladı xx.xx.2009-cu il tarixdə evdə doğulmuşdur. 21 nömrəli Şəhər Poliklinikasının 548 nömrəli Tibbi Arayışından görünür ki, Ərizəçi qız övladı xx.xx.2012-ci il tarixdə evdə doğulmuşdur. AZE 11546538 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyəti Vəsiqəsinin surətindən (əsli Məhkəmə Kollegiyasına təqdim olunmuşdur) görünür ki, xx.xx.2012-ci il tarixdə X7 doğulmuşdur, atası Quliyev Şirxan, anası isə Pirməmmədova Pərvanədir. AZE 18107256 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyəti Vəsiqəsinin surətindən (əsli Məhkəmə Kollegiyasına təqdim olunmuşdur) görünür ki, xx.xx.2009-cu il tarixdə X6 doğulmuşdur, atası Quliyev Şirxan, anası isə Pirməmmədova Pərvanədir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Savalan qəsəbəsi 28 nömrəli tam orta məktəbin 2050 nömrəli, 27 mart 2025-ci il tarixli arayışından görünür ki, X7 28 nömrəli tam orta məktəbin 6 “b” sinifdə oxuyur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Savalan qəsəbəsi 28 nömrəli tam orta məktəbin 2049 nömrəli, 27 mart 2025-ci il tarixli arayışından görünür ki, X6 28 nömrəli tam orta məktəbin 10 “a” sinifdə oxuyur. Göründüyü kimi ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğum haqqında qeydin əvvəllər mövcud olduğunu lakin sonradan uşağların doğum haqqında şəhadətnamələrinin itirmiş olduğunu bildirərək uşağların doğum haqqında qeydlərinin bərpa edilməsini məhkəmədən xahiş etsə də, ərizəçi uşağların barəsində əvvəllər doğum haqqında qeyd olunduğunu təsdiq edəcək heç bir möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla belə Məhkəmə Kollegiyasının iclasında ərizəçi xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnamələrinin surətlərini təqdim etmişdir. Məhkəmə Kollegiyasının iclasında həmin şəhadətnamələrə və onlara olan qeydiyyat nömrələri ilə bağlı kitaba Bakı Şəhəri Maraqlı şəxs nümayəndəsi ilə və digər proses iştirakçıları ilə birlikdə baxış keçirilmiş, lakin həmin şəhadətnamələrin qeyd nömrələri müvafiq kitablardada digər şəxslərə aid olması müəyyən edilmişdir. Başqa sözlə, təqdim edilən şəhadətnamələrin qeyd nömrələri Bakı Şəhəri Maraqlı şəxs nümayəndəsinin təqdim etdiyi qeyd nömrələri ilə bağlı kitabları ilə uzlaşmır. Kollegiyanın iclasında Bakı Şəhəri Maraqlı şəxs nümayəndəsi izahatında əlavə olaraq göstərmişdir ki, mövcud şəhadətnamələr şöbə tərəfindən verilməmişdir. Məhkəmə Kollegiyası ərizənin eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarında 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Göründüyü kimi doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırda isə ərizəçinin uşağlarının barəsində əvvəllər doğum haqqında qeyd olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı işin faktiki halları məhz Bakı Şəhəri Maraqlı şəxs tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamələrinin qeydiyyat kitablarında X6 və X5 dair doğum haqqında qeydlərin olması öz təsdiqini tapmamışdır. X1 və X4 adına olan şəxsiyyət vəsiqələrinin əsilləri ilə bağlı qeyd edir ki, onların alınması ilə müvafiq sorğunun verilməsinə zərurət olmamışdır. Belə ki, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən vəsiqələr xx.xx.2017 və xx.xx.2017-ci illərdə alınarkən hazırda işdə olan doğum haqqında şəhadətnamələrin əsilləri deyil, surətləri təqdim edilmişdir. Bu hal bir daha onu təsdiq edir ki, ərizəçi tərəfindən qeyd edilən şəhadətnamələrin əsilləri polis orqanına təqdim edilməmiş və edilə də bilməzdi. Çünki ümumiyyətlə bu sənədlərin əsilləri mövcud olmayıb. Həmçinin kollegiya vurğulayır ki, hazırki icraat zamanı doğum haqqında şəhadətnamələrin Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilməsi faktı təsdiqi tapmadığından sözügedən vəsiqələrlə bağlı sorğu verilməsinə zərurət olmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyatorun övladlarının doğumu haqqında akt qeydinin Maraqlı şəxsndə tapılmadığına görə övladlarına yeni doğum haqqında şəhadətnamə ala bilməməsinə dair dəlilini əsassız sayır və qeyd edir ki ərizəçi övladlarının adına olan şəhadətnamələr akt qeydlər kitabında əksini tapmadığı halda mövcud olmayan akt qeydinin tapılmamasının bildirilməsi əsassızdır. Belə olan halda abituriyent olan övladlarının təhsil hüququnu həyata keçirmələrinə maneçiliyin qeydiyyat şöbəsi tərəfindən törədilməsi kimi dəlil də anlaşılan deyil. Həmçinin də, kollegiya birinci instansiya məhkəməsinin iş üzrə dəvət etdikləri şahidlərin dindirilməsini də təmin etməməsinə dair dəlili də tam əsassız sayır. Belə ki, əvvəla ərizəçi akt qeydinin mövcud olduğu halda tapılmamasını təsdiq edə biləcək şahidlərin dairəsini təqdim etməmiş, həmçinin də hazırki işin xüsusiyyəti hüquqi məsələlərlə həll olunduğu üçün şahid ifadələri bu faktın təsdiqi üçün yetərli olmur, hazırki halda da buna zərurət olmamışdır. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, e-2(008)- 3496/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar