Məhkəmə qərarları › İş №2(103)-5869/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5869/2024

28.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5869/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı mülki iş (Açar sözlər: «istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma, preyudisiallıq») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh1 isə vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh1 xx.xx.2016-cı il tarixli, X2 xx.xx.2016-cı il tarixli, Cavabdeh2 xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin satılmasına razılıq vermişlər.

2. xx.xx.2016-ci il tarixli alqı-satqı müqaviləsinə görə, X11 Sücəddin oğlu Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28 ünvanında yerləşən 7 saylı mənzili 40.000 manata alıcı İddiaçı satmışdır. Satıcı xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28 ünvanında yerləşən 7 saylı mənzil xx.xx.2016-ci il tarixdən İddiaçı tam xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

4. Həsənzadə X6 rayonu, Ə.Naxçıvani küçəsi, ev 28 ünvanında yerləşən 7 saylı mənzildə xx.xx.1995-ci il tarixdən xx.xx.2008-ci il tarixədək qeydiyyatda olmuşdur.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində İddiaçı cəlb olunmaqla) mənzilə dair daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)- 2116/2023 saylı qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1346/2024 saylı, xx.xx.2024-cü il tarxli qərarı ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə və mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiada göstərilib ki, X5 ilə xx.xx.2016-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 3 ünvanında yerəşən daşınmaz əmlakı almış və xx.xx.2016-cı il tarixdə iddiaçının adına həmin mənzilə dair mülkiyyət hüququ verilmişdir. Lakin əvvəlki mülkiyyəçinin bacısı və bacısı qızı bu günə kimi xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən çıxmamışlar və faktiki olaraq həmin mənzildə yaşayırlar. Cavabdehlərin həmin mənzildə yaşamaları, hələ də pasport qeydiyyatında olmaları onun mülkiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməyinə, faktiki mülkiyyətində olan mənzilində yaşamağına və istifadə hüququna ciddi şəkildə maneəçilik yaradır. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması zərurəti vardır.

9. Müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlu cavabdeh İddiaçı qarşı mənzilin dəyərinə görə 155.000 manatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olmuş ünvan 3 ünvanında yerəşən mənzilə dair onunla İddiaçı arasında bağlanmış xx.xx.2016-cı tarixli alqı-satqı müqaviləsi üzrə həmin vaxt mənzilin dəyərini təşkil edən 155.000 manatın və ödənilmiş 445 manat dövlət rusumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. 3-cü şəxs tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 28 saylı evin 3 otaqlı 7-ci mənzili mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Bacısı Cavabdeh1 Sücəddin qızının həyat yoldaşı X10 Cavadovdan 2016-cı ilin mart ayında 200.000 ABŞ dolları məbləğində borc pul almış, sonuncu həmin pulun bir hissəsini başqa şəxslərdən aldığını və həmin şəxslərin pullarını tələb etməklə onu narahat etdiklərini, söz-söhbətə son qoymaq üçün Sənan Ələkbərovun Bakı şəhərində ev tapmasını və həmin evi banka girov qoymaqla pul götürüb həmin şəxslərə verilməsini, bununla da İddiaçı həmin şəxslərə olan borcunun, Sənan Ələkbərovun isə banka olan borcunun bağlanmasını sonuncuya təklif etmişdir. Məsələ ilə bağlı Sənan Ələkbərov ona müraciət etmiş və adına olan yuxarıda qeyd olunmuş mənzili banka girov qoymaqla kredit götürüb İddiaçı verilməsini, banka olan borcu isə özünün ödəyəcəni bildirmiş və kredit məsələsi ilə bağlı İddiaçıla görüşməyi tapşırmışdır. Məsələ ilə bağlı o, İddiaçıla görüşdükdə sonuncu ona bildirmişdir ki, bank ona yüksək məbləğdə kredit verməz. Buna görə də İddiaçı ona məxus mənzili formal olaraq özünün adına keçirməyi və onun isə mənzili girov qoyaraq bankdan pul götürüb ona verməyi təklif etdi. O, Sənan Ələkbərovun sözlərinə görə İddiaçı bu işdə səmimi olmasına inanaraq özünə məxsus mübahisəli mənzili formal olaraq xx.xx.2016-cı il tarixli alqı-salqı müqaviləsi əsasında onun adına keçirtmiş, lakin həmin mənzilə görə hər hansı bir məbləğdə pul almamışdır. Həmin vaxt adı çəkilən mənzilin bazar qiymətinin 155.000 manat təşkil etməsinin cavabdeh İddiaçı məlum olmasına baxmayaraq, alqı-satqı müqaviləsinin üzərində 40.000 manat qeyd olunmuş məbləğ belə ona verilməmişdir. Müqavilənin üzərində mənzilin qiymətinin 40.000 manat göstərilməsi İddiaçı tərəfindən bu mənzilin aldatma yolu ilə ələ keçirilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunmuş alqı-satqı müqaviləsi formal olaraq bağlandığı üçün o, mənzilin pulunu İddiaçı tələb etməyib. Çünki aralarında olan razılaşmaya əsasən banka olan borc ödənildikdən sonra həmin mənzil yenidən onun adına keçirilərək təhvil veriləcəkdi.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılması; mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı mənzilin dəyərinə görə 155.000 manatın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi; ödənilmiş dövlət rüsumlarının iddiaçıların özlərinə aid edilməsi və ekspertiza xərci müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlundan tutulması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarında olan notariat icraatındakı iş üzrə cavabdehlər Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, Cavabdeh2ovnanın xx.xx.2016-cı il tarixdə Ukrayna Respublikası, Kiyev şəhər notariat dairəsi tərəfindən təsdiq olunmuş ərizələrindən görünür ki, onlar mübahisəli mənzilin satılmasına razıdırlar. Bununla da onlar mənzilin satılmasına, yəni özgəninkiləşdirilməsinə etiraz etməmiş, öz iradə ifadələrini bildirmişlər. Qeyd edilən mənzil iddiaçıya satılsa da hazırki gündə cavabdehlər orada qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olmaqla yaşamaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən də, onların istifadə hüquqlarına xitam verilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdırlar. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə əvvəllər də məhkəməyə müraciət etmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4163/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbi təmin edilməli, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmalıdırlar. Müstəqil tələb irəli sürən üçüncü şəxs isə iddia tələbi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi bacısının həyat yoldaşı Sənanın borcunu pərdələmək üçün bağlanmışdır. Cavabdehin bankdan pul götürüb, Sənanın borcunu bağlaması üçün mənzili cavabdehin adına keçirmişdir. O, cavabdeh İddiaçı xx.xx.2016-cı tarixdə alqı-satqı müqaviləsi bağlandığı zaman 40.000 manat pulu almadığını iddia edərək həmin vaxt mübahisəli mənzilin dəyərini təşkil edən 155.000 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə əlaqədar qeyd edir ki, onun dəlilləri əsassızdır. Belə ki, onun mübahisəli mənzili satmaq niyyətində olmadığını, mənzilin dəyərinin 40.000 manat olmadığını, onun həmin məbləği almadığını, mənzilin alqı-satqı müqaviləsi vaxtı dəyərinin 155.000 manat olmasına dair dəlilləri iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, tərəflər mübahisəli mənzilin alqı-satqısını 40.000 manata razılaşmışlar və həmin məbləğ də İddiaçı tərəfindən depozitə qoyulmuşdur. Yəni alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsinə əsasən notarial qaydada təsdiq edilmiş və eləcə də mənzilin dəyəri tərəflərin razılığı ilə müəyyənləşdirilmişdir. Müqavilə bağlandıqdan keçən müddət ərzində R.S.Həsənzadə tərəfindən nə alqı-satqı müqaviləsi, nə də ki, pulun dəyəri mübahisələndirilməmişdir. Yalnız İddiaçı cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə məhkəmədə iddia qaldırdıqdan sonra R.Həsənzadə də qeyd edilən iddia ilə müraciət etmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2116/2023 saylı qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)01346/2024 saylı, xx.xx.2024-cü il tarxli qərarı ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinini 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından, o cümlədən qanuni qüvvədə olan məhkəmə qərarlarından və iddia əizəsindən və eləcə də apellyasiya, kassasiya şikayətlərindən görünür ki, X3 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə hazırkı iş üzrə olan “mənzilin dəyərinin ödənilməsi” tələbinə dair iddiaları mahiyyət etibarı ilə eynidir. Yəni hər iki iddia ərizəsində qeyd edilir ki, mənzilin alqı-satqı müqaviləsi formal olaraq, başqa əqdi pərdələmək üçün bağlanmış, Sənan Ələkbərovun borcuna görə mənzil İddiaçı adına keçirilmiş, bunun müqabilində R.Həsənzadəyə pul verilməmişdir. Bundan başqa, apellyasiya və kassasiya şikayətərində R.Həsənzadə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin bazar qiymətinin 155.000 manat olmasına baxmayaraq alqı-satqı müqaviləsində mənzilin dəyəri 40.000 manat qeyd olunmuş, hətta həmin məbləğ belə ona verilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Bakı şəhəri 50 saylı Notariat Ofisinin 28 noyabr 2023-cü il tarixli, 2842 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notarisat Ofisində X11 Sücəddin oğlu ilə alıcı İddiaçı arasında bağlanmış “Alqı-satqı müqaviləsi” üzrə əmlakın satış dəyərini təşkil edən pul vəsaiti notarius tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına ünvanlanmış məktub əsasında alıcı İddiaçı tərəfindən notariusun həmin bankda olan depozit hesabına mədaxil edilmiş və müqavilə rəsmiləşdirildikdən sonra X11 Sücəddin oğluna həmin pul vəsaitinin depozit hesabından götürülməsinə dair məxaric çeki təqdim edilmişdir. Pul vəsaitinin depozit hesabına mədaxil edilməsi barədə qəbz notariat işinə əlavə edilmiş və işə birinci instansiya məhkəməsində baxılarkən verilmiş sorğu əsasında mülki işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Məktubda həmçinin qeyd olunur ki, alqı-satqı müqaviləsi üzrə mədaxil edilmiş pul vəsaiti notarius tərəfindən təqdim edilmiş məxaric çeki əsasında X11 Sücəddin oğluna verilmişdir. Məktuba əlavə edilmiş pul vəsaitinin notariusun depozit hesabına mədaxil və məxaric edilməsi barədə "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2016-ci il tarixdə 40.000 manat məbləğində pul vəsaiti Bakı şəhəri 50 saylı Notariat Ofisinin depozit hesabına mədaxil edilmiş, elə həmin tarixdə Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən 40.000 manat pul vəsaiti hesabdan məxaric edilmişdir. Göründüyü kimi iddiaçı 40.000 manat pulu almadığını bildirsə də, "xxxx" ASCyə məxsus hesabdan çıxarış məlumatlarına əsasən qeyd olunan məbləğdə pul iddiaçı Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən notariusin depozit hesabından məxaric edilmişdir. Sadəcə sənədlərin saxlanılması müddəti nəzərə alınmaqla, qəbz ləğv olunmuşdur. Qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mənzilin alqı-satqı muqaviləsi qanunauyun tərtib olunub və mənzilin qiyməti müqavilə azadlığı şəraitində tərəflərin iradəsinə uyğun qaydada müəyyən edilmiş, cavabdeh tərəfindən depozitə qoyulmuş məbləğ iddiaçı tərəfindən götürülmüşdür. Məhkəmə qeyd edir ki, X4 tərəfindən qaldırılmış iddiaların adı müxtəlif olsa da mahiyyət, məzmun etibarı ilə eynidir, bir-birindən fərqlənmir. Bundan başqa onun “alqısatqı müqaviləsinin etibarsız hesab ediməsi” tələbinə dair iddiası üzrə mülki işin araşdırılması zamanı demək olar ki, hazırkı iddia tələbinə dair dəlillərə də qiymət verilmişdir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qəraranda qeyd olunmuşdur ki, mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alğı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Beləliklə, üçüncü şəxs X3 iddiasını əsasandırdığı dəlillərə yuxarıda qeyd olunan məhkəmə qərarları ilə araşdırılaraq qiymət verildiyindən və iş materialları ilə təkzib olunduğundan təmin edilə bilməz. Bundan başqa, İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, X5 tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, o, 7 ildən sonra ondan pul tələb edir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqaviə tələbi üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Odur ki, iddia müddətini tətbiq etməklə R.Həsənzadənin iddiasının təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İş materialarından görünü ki, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, R.Həsənzadə isə xx.xx.2023-cü il tarixdə, yəni 7 ildən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, qanuna nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil3) apellyasiya şikayətində qətnamənin ləğv, İddiaçı iddiasının isə təmin edilməməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, İddiaçı həmin mənzili alarkən cavabdehlərin həmin mənzildə qeydiyyatda olmaqla yaşadığını bilirdi, alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı müqavilədə cavabdehlərin mənzildən çıxmağını tələb etməmişdir. Müqavilədə onların mübahisəli mənzildən çıxmağı barədə hər hansı qeyd yoxdur. İddiaçı mənzili alarkən aldığı mənzilə baxmamışdır, alqı-satqı müqaviləsi formal xarakter daşıyırdı. İddiaçı bu günədək bir dəfə də olsun mənzildə olmamış, mənzilin hansı şəraitdə olması, quruluşu barədə hər hansı məlumata malik deyildir. xx.xx.2016-cı il tarixindən bu günədək mübahisəli mənzildə onlar yaşamış və istifadə etmişlər. 8 ilə yaxın müddətdə mənzilin bütün kommunal xərcləri onlar tərəfindən ödənilmişdir, bu müddətdə mənzildə böyük təmir işləri aparıblar. Bütün xərclər X5 tərəfindən ödənilib. İddiaçı, həqiqətən də, mübahisəli mənzili almış olsaydı, onlara 8 il müddətində mənzildə yaşamağa imkan verməzdi. Onların Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsindəki 28 saylı evin 7-ci mənzilinə istifadə hüquqları vardır, həmin hüquq da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Mübahisəli mənzilə mülkiyyət hüququnun İddiaçı keçməsi onların istifadə hüququnun xitamına səbəb olmur. İddiaçı onların mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşadıqlarını bildiyi üçün onun hazırkı iddianı qaldırması onun vicdanlı olduğunu inkar edir. Onların mübahisəli mənzilə istifadə hüququ alqı-satqının müstəqil predmeti ola bilməz. Onlar mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin mənzilə olan hüquqlarının pozulmasını aradan qaldırmağı tələb edə bilərlər. xx.xx.2016-cı il tarixili alqı-satqı müqaviləsinin 11-ci maddəsinə əsasən, mübahisəli mənzili xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü maddəsinə əsasən, X1 mübahisəli mənzildən xx.xx.2017-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 17-ci maddəsinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. X1 mübahisəli mənzildən 2008-ci ildə (mənzil satılarkən həmin mənzildə qeydiyyatda olmamışdır) qeydiyyatdan çıxmış, mənzilə aid sənədləri alıcı İddiaçı vermiş, mənzil alıcının faktiki sahibliyinə keçmişdir. Lakin mübahisəli mənzil heç vaxt İddiaçı istifadəsində olmamışdır. İddiaçı mübahisəli mənzilin onun istifadəsinə verilməsini uzun müddət tələb etməmişdir. İddiaçının guya aralarında belə bir məhkəmə mübahisəsi olması barədə iddia ərizəsində göstərdiyi dəlil əsassızdır. İddiaçı tərəfindən həmin halı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh1 isə vəkili olan Vəkil3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və İddiaçı iddiasının rədd edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, İddiaçı iddiası təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni İddiaçı iddiasının təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

26. Əvvəla ona görə ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.

27. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlərin orada qeydiyyatda olması, bu günədək yaşaması, komunal xərcləri ödəməsi, təmir işləri aparması yaxud müqavilədə mənzidən çıxarılmanın tələb edilməməsi və ya bu barədə qeydin olmaması iddianın əsassız olduğuna dəlalət etmir. Çünki bu hallar iddiaçıya mülkiyyətçi kimi hazırkı tələbi irəli sürməyə maneə ola bilməz. Mənzil alınarkən iddiaçının mənzilə baxmaması, mənzildə olmaması, qurluşu barədə heç bir məlumatının olmaması da da heç nəyi dəyişmir.Çünki bu cür dəlillər həqiqi olsa belə şikayətin uğurlu olduğunu təsdiq etmir.

28. Cavabdehin sözügedən mənzildə istifadə hüququnun olması belə onun itirilməsinə və mənzildən çıxarılmanı istisna etmir. Çünki cavabdeh mənzilin satılmasına notarial qaydada təsdiq edilmiş ərizəsi ilə razılıq vermişdir. Demək ki, mənzilə mülkiyyət hüququnun iddiaçıya keçməsi onun istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması üçün əsas hesab edilir. Birdə ki, cavabdeh iddiaçının ailə üzvü yaxud digər qohumu deyil, ailə qanunvericiliyinə əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququ da yoxdur. Demək ki, cavabdehin həmin mənzildən istifadə hüququ da qala bilməz.

29. Mənzilə dair alqı-satqı müqaviləsinin etibarlı əqd olması artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə də birinci instansiya məhkəməsi həmin xüsusatlar üzrə hüquqi dəyərləndirmə aparıb və iddiası rədd edilib, o, isə bunu mübahisələndirməyib. Demək ki, mübahisəli mənzilin üçüncü şəxs tərəfindən iddiaçıya satılması və hazırda mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır. Çünki hazırkı işdə müstəqil tələb irəli sürən üçüncü şəxs bundan əvvəl ayrıca məhkəmə icraatında, hər üç instansiya məhkəməsini keçməklə mənzilə dair alqı-satqı müqaviləsinin etibarsızlığına və mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş və iddiası rədd edilmişdir. Yəni, alqı-satqı müqaviləsinin, o cümlədən mənzilin müqavilədə göstərilən qiymətinin qanuniliyi öz təsdiqini tapmışdır. Həmin işdəki iddianın dəlilləri ilə, hazırkı apellyasiya şikayətinin dəlilləri ilə qismən eynilik təşkil edir. Demək ki, qeyd olunan iş üzrə çıxarılan məhkəmə aktları ilə müəyyən edilənlər də hazırkı iddianın uğurlu olması baxımından əhəmiyyət daşıyır. Ona görə də, cavabdehin iddiaçının vicdanlı olduğunu inkar edən dəlillərdən istifadə etməsi də başadüşülən deyildir.

30. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

31. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar