Məhkəmə qərarları › İş №2(103)-587/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-587/2023

16.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-587/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCdən iddiaçıya dəymiş maddi ziyana görə 6000 (altı min) manat və mənəvi ziyana görə 6000 (altı min) manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdən 89 №-li əmrlə cavabdeh "xxxx" ASC-nin Yasamal filialında mübadilə məntəqələri və xidmət bölməsi üzrə işçi kimi əmək fəaliyyətinə başlamış, bundan sonra müxtəlif vəzifələr tutmuş, xx.xx.2021-ci il tarixində 4015k №-li əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 2016-cı ilin əvvəllərində iddiaçının səhhətində ciddi problemlər yarandığından 6 (altı) ay müddətinə əmək qabiliyyətini müvvəqqəti itirdiyinə görə, 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli rəyinə əsasən, “ikinci dərəcəli əlillik” və “bel fəqərələrinin asteoxandrozu, diskogen bel-oma radikuliti, vertebrobazilyar sistemdə qan dövranı pozğunluğu və çanaq orqanlarının funksiyalarının pozulması” diaqnozu müəyyən olunmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçının işlədiyi son 5 il müddətində onun aylıq əmək haqqını düzgün hesablamamışdır. Belə ki, cavabdeh müəssisədə işlədiyi son 5 ildə iddiaçının iş həftəsi əmək müqaviləsində göstərilən 36 iş saatı yerinə, əslində 40 iş saatı və daha çox olmuşdur. Bundan başqa, göstərilən 5 il müddətində əmək qanunvericiliyi ilə ikinci dərəcəli əlil kimi iddiaçı üçün nəzərdə tutulan vergi və digər ödənişlərlə bağlı güzəştlər düzgün icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı rəsmi ərizə ilə cavabdehdən işlədiyi son 5 il üçün ona əslində ödənilməli olan aylıq əmək haqqı və digər ödənişlərlə bağlı qalığı, ikinci dərəcəli əlil kimi əmək istismarına məruz qaldığı üçün ona dəymiş maddi və mənəvi zərər qismində (məbləği razılaşdırılmaqla) kompensasiyanı tələb etsə də, cavabdeh tərəfindən bu müraciətə heç bir reaksiya verilməmişdir. Bundan sonra 1 saylı mediasiya təşkilatı tərəfindən təklif və dəvət göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən buna da əhəmiyyət verilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. Sonradan İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, sağlamlığına vurulmuş zərərin ödənilməsinə dair cavabdeh "xxxx" ASC-dən 10000 (on min) manat, ümumilikdə isə 22 (iyirmi iki min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizədə, həmçinin, iddia müddətinin ötürülməsi məsələsinə də münasibət bildirmişdir. Belə ki, qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Xocəsən Sağlamlıq Mərkəzinin TQS № 027 saylı xx.xx.2022-ci il tarixli çıxarışından göründüyü kimi, iddiaçı xəstəliyi ilə əlaqədar yataqda olmuş, ona görə də fiziki olaraq məhkəməyə müraciət edə bilməməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə üzrlü səbəb kimi qəbul edilə bilər.

4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Günay Abidova) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyaiya şikayəti vermiş, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ilkin müayinə olunmuş, ona səbəbi ümumi xəstəlik olan ikinci dərəcəli əlillik təyin olunmuş, əmək qabiliyyətinin itirilməsi 0 % kimi qiymətləndirilmiş, TSEK tərəfindən bel fəqərələrinin osteoxandrozu, diskogen beloma radikuliti, vertebrobazilyar sistemdə qan dövranı pozğunluğu diaqnozu qoyulmuş,əlilliyin müəyyən olunması meyarı kimi ikinci dərəcə əlillik – etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması qeyd edilmiş, “oturaq yüngül işdə işləyə bilər” əmək zəmanəti verilmiş və tibbi-sosial yardım və reabilitasiya vasitələri kimi ixtisaslaşmış müalicə tövsiyə olunmuş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0001 nömrəli, xx.xx.2016cı il tarixli arayışı təqdim olunmuşdur.

6. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Məhkəməyə təqdim olunan ərizədən göründüyü kimi iddiaçı cavabdeh "xxxx" ASC-yə xx.xx.2021-ci ildə rəsmi əmək haqqının hesablanmasına dair məktub təqdim etmişdir, belə ki cavabdehin qeydiyyat ünvanlı jurnalındada bu öz əksini tapmışdır.

7. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçının əlilliyi peşə xəstəliyi kateqoriyasına aid edilməmiş, əlilliyin yaranmasının əsası cavabdehin qanunazidd hərəkəti olmamışdır. Peşə xəstəliklərinin siyahısı Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilib (5. Fizikimənşəli peşə xəstəlikləri Peşə xəstəliklərinin əsas qrupları: A - Kimyəvi maddələrin yaratdığı peşə xəstəlikləri B - Peşə-dəri xəstəlikləri C - Peşə-tənəffüs sistemi xəstəlikləri D - Peşə-yoluxucu xəstəliklər E - Fiziki faktorlar əsas olan xəstəliklər)

8. Məhkəmə iddia tələbinin “cavabdeh"xxxx" ASC-dən iddiaçıya dəymiş mənəvi ziyana görə 6000 (altı min) manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh "xxxx" ASC-dən ona vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etsə də, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində, həqiqətən də, ona cavabdeh tərəfindən mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin bu məqama yanaşması daha həssas olmalı olduğu halda çox səthi və qeyri peşəkar olmuşdur. Beləliklə, mənəvi zərərinvurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

9. Göstərilənlərə əsasən, iddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək "xxxx" ASC-dən dəymiş maddi ziyana görə (əmək haqqına), 6000 (altı min) manat və mənəvi ziyana görə 6000 (altı min) manat olmaqla, sağlamlığa vurulmuş zərərə görə 10000 (on min) manat, ümumilikdə isə cavabdehdən 22 (iyirmi iki min) manat onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Hüseynli apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

13. Mülki iş materiallarında olan:

14. ИТ-İ seriyalı ******* saylı əmək kitabçasına edilmiş 5 nömrəli qeyddən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixində 89 saylı əmrlə “Beynəlxalq Bankın” Yasamal filialına “filialda mübadilə məntəqələri və xidmət bölməsi üzrə işçi” təyin edilmişdir.

15. xx.xx.2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, işçi İddiaçı "xxxx" Yasamal filialının 4 saylı “Sığorta” şöbəsinə aparıcı mütəxəssis xəzinədar əməliyyatçı işinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək bağlanmış, işçi xx.xx.2006-cı il tarixindən vəzifəsinin icrasına başlamış, tərəflər işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş vaxtının saat 9:00-da başlaması və saat 18:00-da qurtarması barədə razılığa gəlmişlər.

16. xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında xx.xx.2007ci il tarixli razılaşmadan görünür ki, müqavilənin müddəti xx.xx.2008-ci il tarixədək uzadılmışdır.

17. xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında xx.xx.2008ci il tarixli razılaşmadan görünür ki, tərəflər həmin müqaviləyə aşağıdakı dəyişikliklərin daxil edilməsi barədə razılığa gəlmişlər: “İşçiyə hər ay 545 (beş yüz qırx beş) manat məbləğində vəzifə maaşı ödənilir”. Əlavə olaraq, bu razılaşmanın xx.xx.2008-ci il tarixdən qüvvəyə minməsi qeyd edilmişdir.

18. xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi İddiaçı ABB-nin Yasamal filialının 5 saylı “Mətbuat” şöbəsinin aparıcı mütəxəssis-xəzinədar vəzifəsinə işə təyin edilmiş, işçi xx.xx.2012-ci il tarixindən vəzifəsinin icrasına başlamış, tərəflər işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş vaxtının saat 9:00-da başlaması və saat 18:00-da qurtarması, əmək məzuniyyətinin ümumi müddətinin 36 təqvim günü olması barədə razılığa gəlmişlər.

19. 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında xx.xx.2013-cü il tarixli razılaşmadan görünür ki, tərəflər həmin müqaviləyə aşağıdakı dəyişikliklərin daxil edilməsi barədə razılığa gəlmişlər: “2.1. Bu əmək müqaviləsi müddətsiz bağlanmışdır”. Əlavə olaraq, işçiyə hər ay 690 (altı yüz doxsan) manat məbləğində vəzifə maaşının ödənilməsi, bu razılaşmanın xx.xx.2013-cü il tarixdən qüvvəyə minməsi qeyd edilmişdir.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti saylı Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0001 nömrəli, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ilkin müayinə olunmuş, səbəbi ümumi xəstəlik olan ikinci dərəcəli əlillik təyin olunmuş, əmək qabiliyyətinin itirilməsi 0 % kimi qiymətləndirilmiş, TSEK tərəfindən bel fəqərələrinin osteoxandrozu, diskogen beloma radikuliti, vertebrobazilyar sistemdə qan dövranı pozğunluğu diaqnozu qoyulmuş, əlilliyin müəyyən olunması meyarı kimi “2.2 ikinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması” qeyd edilmiş, “oturaq yüngül işdə işləyə bilər” əmək zəmanəti verilmiş və tibbi-sosial yardım və reabilitasiya vasitələri kimi ixtisaslaşmış müalicə tövsiyə olunmuşdur.

21. Əmək məzuniyyəti haqqında xx.xx.2017-ci il tarixli 023 nömrəli əmrdən görünür ki, Mətbuat şöbəsinin aparıcı mütəxəssis-nəzarətçisi İddiaçı xx.xx.2015xx.xx.2016-cı il iş dövrünə görə 5 gün olmaqla xx.xx.2017-ci il tarixindən əmək məzuniyyəti verilməsi, xx.xx.2017-ci il tarixdən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir.

22. "xxxx" ASC-nin İdarə Heyəti sədrinin məzuniyyət haqqında xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, Mətbuat şöbəsinin aparıcı mütəxəssis-nəzarətçisi İddiaçı xx.xx.2015-xx.xx.2016-cı iş ili üçün xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək 12 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, xx.xx.2017-ci il tarixdən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir.

23. "xxxx" ASC-nin Baş direktorunun məzuniyyət haqqında 860m saylı xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, ABB ASC-nin Mətbuat şöbəsinin aparıcı mütəxəssis-nəzarətçisi İddiaçı xx.xx.2018- xx.xx.2019-cu il dövrü üçün xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək 24 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, xx.xx.2018-ci il tarixdən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir.

24. 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavədən görünür ki, tərəflər həmin müqavilənin 1.2 bəndinin dəyişdirilməsi və aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişlər: “1.2. İşçi "xxxx" ASC-nin 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi vəzifəsinə (peşəsinə) təyin edilir. İş yeri Bakı şəh., Mətbuat pr., 23M ünvanında yerləşir”.

25. "xxxx" ASC-nin Baş direktorunun məzuniyyət haqqında 1178m saylı xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2018-xx.xx.2019-cu il iş dövrü üçün 2 təqvim günü və xx.xx.2019-xx.xx.2020-ci il iş dövrü üçün 29 təqvim günü müddətinə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək əmək məzuniyyəti verilməsi, xx.xx.2019-cu il tarixindən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir.

26. "xxxx" ASC-nin Baş direktorunun məzuniyyət haqqında 2349m saylı xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il iş dövrü üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 14 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, xx.xx.2020-ci il tarixindən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir.

27. "xxxx" ASC-nin İdarə Heyəti sədrinin işçiyə növbəti əmək məzuniyyətinin verilməsi haqqında (filiallar üzrə) 1518m saylı xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün istifadə olunmamış məzuniyyət günləri AR ƏM-in 137-ci maddəsinə əsasən hissələrə bölünərək, 19 təqvim günü əmək məzuniyyəti verilməsi barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir.

28. 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, İddiaçı ilə bağlanmış 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinin 4.15, 4.16 və 4.23 bəndlərinin dəyişdirilməsi və aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişlər: “4.15. İşçi gündə 7 saat 10 dəqiqədən, həftə ərzində 36 saatdan çox olmayaraq işləyir. 4.16. İş vaxtı 09:00 başlayır, saat 17:10 qurtarır. 4.23. Əsas məzuniyyətin müddəti 42 təqvim günüdür”.

29. "xxxx" ASC-nin İdarə Heyəti sədrinin işçiyə növbəti əmək məzuniyyətinin verilməsi haqqında 158m saylı xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün istifadə olunmamış məzuniyyət günləri AR ƏM-in 137-ci maddəsinə əsasən hissələrə bölünərək cəmi 3 təqvim günü əmək məzuniyyəti verilməsi, işçinin 01 fevral 2021-ci il tarixində işdə hesab edilməsi barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir.

30. "xxxx" ASC-nin X4 Edilməsi Departamentinin İR-046 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçı ünvanlanmış bildirişindən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17 may 2021-ci il tarixdən etibarən ləğv edilməsi, bu müddət ərzində yeni iş yeri axtarmaq məqsədilə hər iş həftəsində əmək haqqısı saxlanılmaqla 1 (bir) iş günü (işəgötürənə qabaqcadan məlumat vermək şərti ilə) ərzində əmək funksiyasının icrasından azad edilə bilməsi, AR Əmək Məcəlləsinin 77ci maddəsinin 4-cü hissəsinə əsasən onun xahişi əsasında xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqının qanunvericiliklə müəyyən edilmiş misli miqdarında (2 misli) bir dəfəyə ödənilməklə əmək müqaviləsinə dərhal xitam verilməsinin mümkün olması, bu barədə qanunvericiliyə əsasən "xxxx" ASC-nin X1 rəsmi məlumat göndərilməsi barədə xəbərdar edilmişdir.

31. "xxxx" ASC-nin İdarə Heyəti sədrinin işçiyə növbəti əmək məzuniyyətinin verilməsi haqqında 1006m saylı xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinədək xx.xx.2019- xx.xx.2020-ci iş ili üçün istifadə edilməmiş 3 təqvim günü və xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün nəzərdə tutulmuş 11 təqvim günü məzuniyyət günləri AR ƏM-in 137-ci maddəsinə əsasən hissələrə bölünərək cəmi 14 gün məzuniyyət verilməsi, işçinin 26 aprel 2021-ci il tarixdə işdə hesab edilməsi barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir.

32. Əmək müqaviləsinə xitam verilməsi haqqında 4015k saylı xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, İddiaçı 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi vəzifəsinin ixtisarı ilə əlaqədar xx.xx.2021-ci il tarixdən AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçiyə işlədiyi günədən əməkhaqqı, AR ƏM-in 144- cü maddəsinin 2-ci bəndinə əsasən, xx.xx.2018xx.xx.2019-cu il üzrə 6 gün, xx.xx.2019- xx.xx.2020-ci il üzrə 6 gün, xx.xx.2020xx.xx.2021-ci il üzrə 19 gün, xx.xx.2021-xx.xx.2022-ci il üzrə 14 gün, cəmi 45 gün istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi və 77-ci maddənin 3-cü bəndinə əsasən, orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxarma müavinəti ödənilmişdir.

33. ИТ-İ seriyalı ******* saylı əmək kitabçasına edilmiş 10 nömrəli qeyddən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində 4015k saylı əmrlə AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

34. "xxxx" ASC-nin X4 Edilməsi Departamentinin İR-604 nömrəli xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş, lakin o, iş gününün sonunadək əmək kitabçasını təhvil almamışdır. İddiaçı qısa müddət ərzində əmək kitabçasını təhvil almasına dair xəbərdar edilmişdir.

35. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş MUDN50 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx"nın 5 saylı Mətbuat şöbəsində çalışıb və onun əmək haqqısı barədə 2019-cu ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan cədvəl əlavə edilmişdir.

36. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı 2016-cı ilin iyul ayında təqdim etdiyi sənədə əsasən işə qəbul olunduğu vaxtdan etibarən aylıq əməkhaqqısının hesablanmasına yenidən baxılmasını xahiş etmişdir. İşə qəbul olunduğu vaxtdan "xxxx" ASC-də işlədiyi son 5 il ərzində iş həftəsi 40 saat əvəzinə 36 saatdan ibarət olmalı idi, buna görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinin 3-cü bəndinə (gəlir vergisindən azadolmalar və güzəştlər) əsasən iş saatlarını və gəlir vergisinin tutulmasını yenidən hesablamağı xahiş etmişdir.

37. Bakı 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/1-0004 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə Mərkəzi Xocasən Sağlamlıq Mərkəzinin TQS 027 nömrəli xx.xx.2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, pasiyent İddiaçı əsas xəstəlik diaqnozu bel fəqərələrinin osteoxandrozu, lyumbalisalgiya olmuşdur. Çıxarışın qısa anamnez hissəsində qeyd edilmişdir ki, “hal-hazırda ümumi vəziyyəti normaldır, dəri və görünən selikli qişalar normal, qarnı yumşaq, ağrısız, şikayətləri yoxdur”. Pasiyentin obyektiv müayinəsinin nəticələrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək Xocasən Sağlamlıq Mərkəzində xəstəlik vərəqəsi açılmışdır. Ambulator nevroloji müalicə almışdır. 2021-ci ilin oktyabr ayında yaxşılaşma ilə işə yazılmışdır.

39. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MUD-09 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx"nın 5 saylı Mətbuat şöbəsində çalışıb və onun əmək haqqısı barədə 2017-ci ilin sentyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan cədvəl əlavə edilmişdir.

40. Bakı 1 saylı Mediasiya Təşkilatının Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, 2021-ci ilin noyabr-dekabr aylarında Bakı şəhərində mediasiya təşkilatlarının yaradılması üzrə islahatlar getdiyinə görə vətəndaş İddiaçı mediasiyaya müraciəti 3 dekabr 2021-ci ildə qeydə alınmış, lakin mediasiya təşkilatlarının yaradılması prosesi bitmədiyinə görə göstərilən vətəndaşın mediasiyaya müraciəti əsasında mediasiya prosesinə başlamaq ləngimişdir. Eyni ləngimə o dövrdə mediasiyaya müraciət edən bir sıra digər vətəndaşlarla da bağlı olmuşdur.

41. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MUD-011 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx"nda çalışıb və xx.xx.2017-xx.xx.2021-ci il tarixlərini əhatə etdiyi dövrdə cəmi hesablanan əməkhaqqı 56712.78 manat, gəlir vergisi 5001.50 manat, net əməkhaqqı isə 49446.63 manat (cədvəldə əməkhaqqından digər tutulmalar da göstərilmişdir) olmuşdur.

42. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə təqdim edilən bəyannamədə əmək müqaviləsi olan işçilər barədə hesablanmış əmək haqqı və digər gəlirlər barədə məlumatların göstərilməsi nəzərdə tutulmadığından təqdim edilməsi mümkün olmamışdır. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təqdim olunmuş bəyannamələrə əsasən İddiaçı üçün məlumatlar təqdim edilmişdir. Məktuba əlavə edilmiş hesablanmış əmək haqqı, tətbiq olunan azadolma və güzəştlər barədə cədvəldən görünür ki, sığortaedən "xxxx" ASC sığortaolunan İddiaçı barəsində 2020-ci ilin yanvar-aprel, iyun-dekabr ayları üzrə 200 manat, 2021- ci ilin yanvar-may ayları üzrə 200 manat və avqust ayı üzrə 124,2 manat məbləğində 102.1.6-cı maddəsinə (fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi) əsasən; 2020-ci ilin bütün ayları üzrə 200 manat, 2021-ci ilin yanvar-may və avqust ayları üzrə 200 manat məbləğində 102.3-cü maddəsinə (İ və İİ qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır) əsasən güzəştlər tətbiq edilmişdir.

43. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubundan görünür ki, sığortaedən "xxxx" ASC-nin Yasamal rayon filialı tərəfindən sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Sığorta” (sığortaedənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərinin emalı) altsisteminə daxil edimiş və aşağıda qeyd edilən rekvizitlər üzrə ödənişə göndərilmişdir:

44. 1. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 170455; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2015-xx.xx.2015; ödənilən məbləğ: 48,42 manat, gəlir vergisi: 7,08 manat;

45. 2. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 151769; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2015-xx.xx.2016; ödənilən məbləğ: 973,02 manat, gəlir vergisi: 137 manat;

46. 3. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 151843; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 983,93 manat, gəlir vergisi: 138,03 manat;

47. 4. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 194506; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 808,83 manat, gəlir vergisi: 109,51 manat;

48. 5. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 194568; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 965,66 manat, gəlir vergisi: 134,78 manat;

49. 6. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 313381; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 1153,43 manat, gəlir vergisi: 165,36 manat;

50. 7. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 325687; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 453,40 manat, gəlir vergisi: 51,52 manat.

51. "xxxx" ASC tərəfindən sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri MEİS-in “Sığorta” (sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edimiş və aşağıda qeyd edilən rekvizitlər üzrə ödənişə göndərilmişdir:

52. 1. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 123351; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 598,40 manat, gəlir vergisi: 32,30 manat;

53. 2. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 143573; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 1014,59 manat, gəlir vergisi: 132,61 manat;

54. 3. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 143687; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 789,18 manat, gəlir vergisi: 95,91 manat;

55. 4. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 147943; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 225,78 manat, gəlir vergisi: 36,76 manat;

56. 5. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 0268359; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 1337,52 manat, gəlir vergisi: 185,18 manat.

57. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4368 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatları və sənədlərin çatışmazlığını nəzərə alaraq, 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək olan əmək haqqı üzrə hesablamalar, əməkhaqqından tutulmalar düzgün hesablanmış və şəxsi hesaba ödənilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan hesablamanı isə İddiaçı "xxxx" ASC-yə əlillik barədə müvafiq hüquq müəyyənedici sənədlər təqdim edildikdən sonra hesablanmasını nəzərə alaraq və iş materiallarında həftəlik iş saatı 36 saatdan artıq işləməsini təsdiq edən iş vaxtının uçotu tabel məlumatlarının və əmək haqqı hesablanması üçün zəruri olan digər sənədlərin olmaması səbəbindən həmin dövr üzrə müəyyən etmək mümkün olmadı. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

58. Maddə 89.1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

59. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

60. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

61. Maddə 91.1. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

62. Maddə 91.2. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

63. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

64. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

65. Maddə 102.2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Mülki Məcəllə

66. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

67. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

68. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

69. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

73. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

74. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

75. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

76. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

77. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

78. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

79. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

80. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

81. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

82. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, işçinin qanunla müəyyən edilmiş iş saatından artıq işlədilməsinə görə ödənilməmiş əmək haqqı və mənəvi zərər hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən ödənilməmiş əmək haqqına görə 6000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi mənəvi zərər aid hissədə başqa əsasla təmin edilməməlidir.

83. Məhkəmə ilk növbədə iddia tələblərinin qanuni əsasını yoxlamalıdır.

84. Hazırkı halda iddiaçı cavabdehə qarşı üç ayrı-ayrı tələb irəli sürmüşdür:

85. 1. əlil olması ilə əlaqədar qanunla müəyyən edilmiş iş saatından artıq işlədilməsinə görə 6000 manatın ödənilməsi;

86. 2.mənəvi zərərə görə 6000 manatın ödənilməsi;

87. 3. sağlamlığa vurulmuş ziyana görə 10.000 manatın ödənilməsi.

88. İddiaçının ikinci dərəcə əlil olması ilə əlaqədar qanunla müəyyən edilmiş iş saatından artıq işlədilməsinə görə 6000 manat iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsi təşkil edir. Əmək Məcəlləsinin 91.1-ci maddəsinə görə, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Məcəllənin 91.2-ci maddəsinə görə, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

89. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2002-ci il tarixində cavabdeh "xxxx" ASC-nin Yasamal filialında “filialda mübadilə məntəqələri və xidmət bölməsi üzrə işçi” vəzifəsinə qəbul edilmişdir. Bundan sonra onunla xx.xx.2006-cı il tarixli yeni əmək müqaviləsi bağlanmış və iddiaçı "xxxx" Yasamal filialının 4 saylı “Sığorta” şöbəsinə “aparıcı mütəxəssis xəzinədar əməliyyatçı” vəzifəsinə təyin edilmiş, əmək müqaviləsinin müddəti xx.xx.2006-xx.xx.2007-ci il tarixlərini əhatə etmiş, işçinin gündəlik iş saatı 8 saatdan, həftəlik iş saatı isə 40 saatdan çox olmayaraq müəyyən edilmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə sözügedən əmək müqaviləsinə xx.xx.2007-ci il tarixli razılaşma ilə dəyişiklik edilərək, müqavilənin müddəti xx.xx.2008-ci il tarixədək uzadılmışdır. Sonradan iddiaçı ilə xx.xx.2012-ci il tarixli yeni əmək müqaviləsi bağlanmış və iddiaçı "xxxx" ASC-nin Yasamal filialının 5 saylı “Mətbuat” şöbəsinin “aparıcı mütəxəssisxəzinədar” vəzifəsinə təyin edilmiş, işçinin gündəlik iş saatı 8 saatdan, həftəlik iş saatı isə 40 saatdan çox olmayaraq müəyyən edilmiş, əmək məzuniyyətinin ümumi müddəti 36 təqvim günü olmuşdur. Həmin müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2013-cü il tarixində edilən dəyişikliyə əsasən, əmək müqaviləsi müddətsiz olmuşdur.

90. İddiaçı xx.xx.2016-cı il tarixdə ilkin müayinə olunmuş, ona səbəbi ümumi xəstəlik olan ikinci dərəcəli əlillik təyin olunmuş, əmək qabiliyyətinin itirilməsi 0 % kimi qiymətləndirilmiş, TSEK tərəfindən bel fəqərələrinin osteoxandrozu, diskogen beloma radikuliti, vertebrobazilyar sistemdə qan dövranı pozğunluğu diaqnozu qoyulmuş, əlilliyin müəyyən olunması meyarı kimi ikinci dərəcə əlillik – etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması qeyd edilmiş, “oturaq yüngül işdə işləyə bilər” əmək zəmanəti verilmiş və tibbi-sosial yardım və reabilitasiya vasitələri kimi ixtisaslaşmış müalicə tövsiyə olunmuş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti saylı Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0001 nömrəli, xx.xx.2016cı il tarixli arayışı təqdim olunmuşdur. Bundan sonra İddiaçı həmin arayışı cavabdehə təqdim edib-etməməsi barədə məsələni araşdırarkən, məhkəmə tərəfindən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli MUD-011 saylı arayışında təqdim olunan xx.xx.2017xx.xx.2021-ci il tarixlərində iddiaçının aldığı əmək haqqı barədə ətraflı cədvəl əsasında müəyyən olunmuşdur ki, İddiaçı əmək haqqısına xx.xx.2017-ci il tarixindən etibarən həm gəlir vergisindən hər kəs üçün nəzərdə tutulmuş güzəşt məbləği (həmin dövr üçün 155 manat), həm də əlilliklə əlaqədar azadolma məbləği (200 manat) tətbiq edilmişdir. Belə ki, iddiaçının xx.xx.2017-ci il tarixinə cəmi hesablanan əmək haqqısı 830,59 manat məbləğində, gəlir vergisi isə 66,58 manat məbləğində olmuşdur. Sadə riyazi hesablama əsasında: “(830,59 man. – 155 man. – 200 man.) x 14%=66,58 manat” düsturu ilə məhkəmə digər bir mübahisəsiz halı müəyyən etmişdir ki, cavabdeh "xxxx" ASC xx.xx.2017-ci il tarixindən etibarən iddiaçının əmək haqqısına əlilliklə bağlı gəlir vergisindən azadolma məbləğini tətbiq etdiyindən, deməli, cavabdehin iddiaçının əlillik barədə arayışı olmasından xəbəri olmuşdur. Buna baxmayaraq, iddiaçı ilə aralarında olan əmək müqaviləsinə iş saatlarının həftə ərzində 40 saatdan 36 saata azaldılması barədə dəyişikliyə dair hər hansı razılaşma imzalanmamış, işçinin iş saatlarının uçotu barədə hər hansı sənəd sübut qismində məkhəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının xəstəliyi barədə məlumatlı olmasına baxmayaraq, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iş saatları barədə normanı pozmuş və işçiyə iş saatından artıq işləməyə görə heç bir əlavə ödəniş etməmişdir.

91. Cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən iddiaçıya xx.xx.2015xx.xx.2016-cı iş ili üçün 5 gün, xx.xx.2015-xx.xx.2016-cı iş ili üçün 12 təqvim günü olmaqla, cəmi 17 gün; xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün 24 təqvim günü, 2 təqvim günü və 6 gün olmaqla, cəmi 32 gün; xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün 29 təqvim günü, 14 təqvim günü, 19 təqvim günü, 3 təqvim günü, 3 təqvim günü və 6 gün olmaqla, cəmi 74 gün; xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün 11 təqvim günü və 19 gün olmaqla, cəmi 30 gün, xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün isə 14 gün müddətinə əmək məzuniyyəti verilmişdir. İddiaçı cavabdeh tərəfindən 2016-cı ildən etibarən, yəni iddiaçıya əlillik təyin olunduğu vaxtdan ona 42 gün müddətinə əmək məzuniyyəti verilməsini bildirmiş, cavabdehin nümayəndəsi isə bu məsələni mübahisələndirməmişdir.

92. İddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə edilmiş və tərəflər işçinin iş saatlarının gündə 7 saat 10 dəqiqədən, həftə ərzində 36 saatdan çox olmaması, iş vaxtının 09:00-da başlayıb, saat 17:10-da qurtarması, əsas məzuniyyətin müddətinin 42 təqvim günü olması barədə qarşılıqlı razılığa gəlmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz hal ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçının səhhəti barədə 2017-ci ildən (təqdim edilən sənədlərə əsasən) məlumatı olmasına baxmayaraq, iş vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiqinə yalnız xx.xx.2020-ci il tarixdən etibarən başlamış, bununla da iddiaçının əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüququ cavabdeh tərəfindən pozulmuşdur.

93. Beləliklə, rayon məhkəməsi iddia tələbinin “cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi ziyana görə 6000 (altı min) manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsini (işçinin həftə ərzində 36 saatdan artıq, yəni 40 saat işləməsinə görə) əsaslı hesab etmiş, iddiaçıya cavabdeh tərəfindən yalnız iş vaxtından artıq pulsuz işləməyə görə (2016-2020-ci illəri əhatə edən dövrdə hər həftə ərzində artıq işlədiyi 4 saat) maddi ziyan vurulmasını müəyyən etmiş, lakin iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edildiyindən, iddia tələbini həmin hissədə təmin etməmişdir.

94. Məhkəmə göstərmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə əlillik təyin edilməsinə, cavabdeh tərəfindən vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş gəlir vergisindən azadolmalar və güzəştlərin iddiaçı barəsində xx.xx.2017-ci il tarixindən etibarən tətbiq edilməsinə, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qısaldılmış iş vaxtının isə xx.xx.2020-ci il tarixindən etibarən iddiaçı barəsində tətbiq edilməsinə və iddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən etibarən xitam verilərək onun işdən azad edilməsinə baxmayaraq, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixində müraciət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə Mərkəzi Xocasən Sağlamlıq Mərkəzinin TQS 027 nömrəli xx.xx.2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından da aydın olur ki, iddiaçı ambulator qaydada müalicə almışdır. Belə olan halda onun şəxsən məhkəməyə gəlmək və ya vəkilə müraciət edərək onun vasitəsilə məhkəmədə iddia qaldırmaq imkanı olmuş, lakin iddiaçı üzrsüz səbəblərdən iddia müddətini ötürmüşdür. Həmçinin, Bakı 1 saylı Mediasiya Təşkilatının Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli izahat da məhkəmə tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz.

95. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

96. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də, «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («İatridis Yunanıstana qarşı», şikayət №31107/96, b.54, AİHM 1999-İİ; «Beyeler İtaliyaya qarşı», şikayət №33202/96, b.100, AİHM 2000-1)

97. Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn:əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM xx.xx.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir.

98. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının (artıq işlədilməsinə görə) ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur.

99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir.

100. Belə olan halda aydın olur ki, iddiaçının hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz.

101. Kollegiya onu da qeyd edir ki, qeyd olunan məsələyə dair oturuşmuş məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)565/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindəki analoji (əmək haqqı tələbinin müddətə tabe tutulmamasına dair) mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4957/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

102. Demək ki, rayon məhkəməsinin iddia tələbini bu hissədə yalnız bir illik müddətə istinadən rədd etməsi əsaslı olmamışdır.

103. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfin iddiaya etirazının yeganə dəlili iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən ƏM-nin 296-cı maddəsinin dördüncü bəndində təsbit olunmuş bir illik müddətin ötürülməsi olmuşdur. Cavabdeh tərəf nə iddia tələbinin mahiyyəti ilə bağlı halları, nə də ki, tələb olunan məbləği mübahisələndirməmişdir.

104. Beləliklə, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.

105. İddia tələbini mənəvi zərər hissədə təmin etməyən rayon məhkəməsi öz möveyini belə əsaslandırmışdır ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində, həqiqətən də, ona cavabdeh tərəfindən mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

106. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır.

107. İddiaçı apellyasiya şikayətində bildirir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

108. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

109. Hazırkı işin halları ilə də cavabdehin hərəkətləri nəticəsində idiaçının məyus olması, özünü gücsüz sayması, ümidsizliyə qapanması, bunlarınsa onun şüurunda mənfi reyaksiyaya səbəb olması, demək ki, onun mənəvi sarsıntıya məruz qalması danılmazdır.

110. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

111. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).

112. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) .

113. Hazırkı halda Kollegiya hesab edir ki, bu işin halları baxımından iddiaçının iş vaxtından artıq işlədilməsinə görə iddia tələbinin təmin edilməsi öz-özlüyündə mənəvi zərəri də kompensasiya edir, ona görə də iddiaçının tələbi mənəvi zərər hissəsində sübut edilməməsi əsası ilə deyil, məhz yuxarıda qeyd edilən əsasla təmin edilməməlidir.

114. Məhkəmə kollegiyası iddia tələbinin üçüncü hissəsi, yəni sağlamlığa vurulmuş ziyana görə 10000 manat iddia tələbi ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, zərər vurmadan yaranan öhdəliklər iddiaçının həmin tələbinin qanuni əsası ola bilməz, çünki qanuna görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təsirli, hüquqazidd (mülki hüquq normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə, 1096.1).

115. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.

116. Hazırkı halda iddiaçının sağlamlığına vurulmuş zərərlə bağlı qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin heç biri mövcud deyildir, halbuki, zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur.

117. Beləliklə, rayon məhkəməsinin mövqeyi sağlamlığa vurulmuş ziyana görə 10000 manat iddia tələbi hissədə əsaslı olduğundan, apellyasiya şikayəti həmin hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

118. Mübahisəyə baxmış rayon məhkəməsi işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermiş, nəticədə iş vaxtından artıq işlədilməyə görə əmək haqqı tələbi və mənəvi zərər hissədə düzgün olmayan qətnamə qəbul etmişdir.

119. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

120. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin iş vaxtından artıq işlədilməyə görə zərər tələbi və mənəvi zərər hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən birinci tələbə əsasən 6000 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi mənəvi zərərlə bağlı hissədə başqa əsasla təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

121. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

122. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

123. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

124. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin “iş vaxtından artıq işlədilməyə görə zərərin ödənilməsi və mənəvi zərərin ödənilməsi hissəsində” ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" ASC-dən qanunla müəyyən olunmuş iş vaxtından artıq işləməyə görə 6000 (altı min) manat alınaraq İddiaçı verilsin. İddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində (başqa əsasla) təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar