Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5872/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X4 ibarət tərkibdə, Ərizəçi Xeybər oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2694/2022 nömrəli, xx.xx.2022-cu il tarixli qərardaddan şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən X1 uşaqlıqdan onurğanın döş tipli skoliozu xəstəliyinə tutulması ilə əlaqədar 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktının tanınmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2694/2022 nömrəli, xx.xx.2022-cu il tarixli qəradadı ilə ərizəsinin qəbulundan yolverilməzliyinə görə ərizədən imtina edilmişdir. Ərizəçi Xeybər oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2694/2022 nömrəli, xx.xx.2022-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(011)-2694/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Ərizə və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ərizəçi oğlu X3 uşaq yaşlarından skalioz xəstəliyinə tutulmuş və xəstəliyi ilə əlaqədar əvvəlcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 2 saylı Uşaq Poliklinikasında 18 yaşı tamam olana kimi müəlicə almış və 18 yaşı tamam olandan sonra isə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində müalicəni davam etdirmişdir. Bu barədə müvafiq sənədlərin Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş, lakin komissiya tərəfindən ərizəçinin oğluna ensiya təyin edilərkən onun uşaqlıqdan onurğanın skaliozu xəstəliyinə tutulması səbəbindən əlil olması və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktı tanınmamışdır. Daha sonra ərizəçi qeyd edilən faktın tanınması üçün xx.xx.2021-ci il tarixə ərizə ilə əvvəlcə özünun, xx.xx.2021-ci il tarixli ərizə ilə isə oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiklərinə baxmayaraq Agentlik tərəfindən ərizəçinin oğlunun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olmasının tanınmasında imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı ərizə, son nəticədə, şəxsin əlilliyinin səbəbinin və müddətinin müəyyən edilməsi ilə bağlı olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən isə şəxsin əlilliyi səbəbi, dərəcəsi və müddətinin müəyyən edilməsi səlahiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyindən hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ərizəçinin oğlu X3 uşaq yaşlarından skalioz xəstəliyinə tutulmuş və xəstəliyi ilə əlaqədar əvvəlcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 2 saylı Uşaq Poliklinikasında 18 yaşı tamam olana kimi müəlicə almış və 18 yaşı tamam olandan sonra isə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində müalicəni davam etdirmişdir. Bu barədə müvafiq sənədlərin Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş, lakin komissiya tərəfindən ərizəçinin oğluna pensiya təyin edilərkən onun uşaqlıqdan onurğanın skaliozu xəstəliyinə tutulması səbəbindən əlil olması və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktı tanınmamışdır. Daha sonra ərizəçi qeyd edilən faktın tanınması üçün xx.xx.2021-ci il tarixə ərizə ilə əvvəlcə özünun, xx.xx.2021-ci il tarixli ərizə ilə isə oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiklərinə baxmayaraq Agentlik tərəfindən ərizəçinin oğlunun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olmasının tanınmasında imtina edilmişdir. Məhkəhmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Bu səlahiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı ərizə, son nəticədə, şəxsin əlilliyinin səbəbinin və müddətinin müəyyən edilməsi ilə bağlı olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən isə şəxsin əlilliyi səbəbi, dərəcəsi və müddətinin müəyyən edilməsi səlahiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyindən hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, ərizənin yolvərilməzliyinə görə qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə izah edir ki, əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi ilə bağlı, həmçinin əlilliyin qiymətləndirilməsi barədə qərardan narazı qalan şəxs Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada məhkəməyə verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2694/2022 nömrəli, xx.xx.2022-cu il tarixli qərardadı qanuni və əsaslıdır.Ona görə də şikayət təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2694/2022 nömrəli, xx.xx.2022-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5872/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5872/2022
18.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver