Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5874/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-90/2022 saylı 22 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-90/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 91119,56 manat əsas, 7592,26 manat faiz borcu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı olmaqla, cəmi 98711,82 manat pulun və iddia ərizəsinin verilməsi üçün 29,10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq «X2» ASC-yə ödənilməsi, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilin likvid dəyəri 164.000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən «X2» ASC-yə olan 98740,92 manat məbləğində pulun ödənilməsi, ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 qızının Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilindən çıxarılmaları, ödənilmiş dövlət rüsmunun 0,90 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza xərcinin 194 manat hissəsinin Cavabdeh1, 6 manat hissəsinin “X2” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh və vəkili tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-90/2022 saylı 22 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdehin Cavabdeh1 vəkili tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 hazırda həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi və apelyasiya şikayətinin apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, apelyasiya şikayəti tərəfindən imzalanmış və PDF formasında skan edilərək elektron informasiya sisteminə yüklənmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apelyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şikayətin “ərizəni imzalayan şəxs haqqında məlumat” bölməsində cavabdehin vəkili – Vəkil adı qeyd olunmuş, vəkil orderi əlavə olunsa da, apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə apellyasiya şikayətinə əlavə olunmamışdır. Apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti əsassız olmuşdur. Belə ki, X1 müəyyən edilir ki, vəkil tərəfindən elektron qaydada imzalanmış apelyasiya şikayəti ilə yanaşı, Cavabdeh1 tərəfindən imzalanmış apelyasiya şikayəti də skan edilərək PDF şəkildə elektron kabinet vasitəsi ilə göndərilmişdir. Məhkəmə tərəfindən isə bu hal nəzərə alınmamış, apelyasiya şikayəti imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə geri qaytarılmışdır. Göründüyü kimi apelyasiya şikayəti həm Cavabdeh1 tərəfindən, həm də vəkili tərəfindən imzalanmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və yuxarıda göstərilən hallar nəzərə alınaraq münasibət bildirilməsi və yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən apelyasiya şikayətinin mümknülüyü yenidən yoxlanılarkən şikayətin qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna aid tələblərə uyğun olub-olmamaması məsələsinə də diqqət yetirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-90/2022 saylı 22 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5874/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5874/2022
16.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver