Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5875/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-410/2021 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 55,9 kv.m yaşayış, 77.9 kv.m köməkçi sahədən ibarət olan 22 nömrəli fərdi yaşayış evin paylarına müvafiq naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, payının əvəzi olan 130000 manat pulun cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzilin hərracdan satılması və əldə olunan pulun paylara uyğun ikisi arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-410/2021 saylı, 08 iyun 2022-ci il tarixli 2(011)-43/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə poçt vasitəsi ilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə göndərərk, ərizənin qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı cavabdehlə barışması barədə məhkəməyə teleqram göndərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 191.4.-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını pozmadığını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-410/2021 saylı, 08 iyun 2022-ci il tarixli 2(011)-43/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-410/2021 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5875/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5875/2022
21.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver