Məhkəmə qərarları › İş №2(103)-5875/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5875/2024

14.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5875/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə dair mülki iş üzrə iş № 2(103)-5875/2024 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(011)-3940/2023 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(011)- 3940/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı, 68 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(011)- 3940/2023 nömrəli əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Cavabdeh ailə üzvlərinin Bakı şəhəri, Xətai Rayon, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı, 68 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi” barədə iddia tələbləri təmin edilməmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3940/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermiş və həmin şikayət iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq, mülki iş cavabdeh N.Əsədovnanın Xətai Rayon Məhkəməsinin e-2(011)-3940/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(103)-2528/2024 nömrəli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş qərardadda şərh edilmiş göstərişlərə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, işin apellyasiya instansiyasına göndərilməsi ilə bağlı müşaiət məktubunda cavabdehin birinci instansiya məhkəməsinin 11 dekabr 2023-cü il tarixində qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətinə baxılması üçün göndərildiyi qeyd edilmişdir. İş materialları və məktubun məzmunu arasında ziddiyyətli məqamı aydınlaşdırmaq məqsədilə elektron məhkəmə sistemi vasitəsilə daxil olan sənədlərə baxış keçirilmiş, nəticədə məlum olmuşdur ki, Cavabdeh da (Vəkil2) Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)- 3940/2023 saylı iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti daxil olmuşdur. Bununla da cavabdehin qeyd edilən apellyasiya şikayətinin iş materiallarına əlavə edilmədiyi, yalnız İddiaçı əlavə qətnamədən vermiş olduğu şikayətin işdə mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2023-cü il tarixli e-2(011)-3940/2023 saylı qətnamədən verdiyi apellyasiya şikayətini işə əlavə etmədən, şikayət ilə bağlı hər hansı prosessual hərəkət etmədən, yəni şikayətin mülki-prosessual məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan, iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, hazırki vəziyyətdə iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3940/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, iş üzrə daxil olmuş apellyasiya şikayətlərinin mülki-prosessual məcəllənin tələblərinə uyğun şəkildə verilib-verilməməsini yoxlamaq üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı hazırki işdə Cavabdeh apellyasiya şikayətinin Vəkil2 elektron kabineti vasitəsilə göndərildiyi müəyyən edilmişdir. Bununla əlaqədar kollegiya Azərbaycan Respublikası Vəkillər X1 məhkəmə və istintaq orqanlarına ünvanladığı xx.xx.2024-cü il tarixli 460 nömrəli məktubuna əsasən Vəkil2 xx.xx.2023-cü il tarixdən vəkillik fəaliyyətinin dayandırılmasını və bu faktın cavabdehin apellyasiya şikayətini yoxlayarkən nəzərə alınmasını birinci instansiya məhkəməsinin diqqətinə çatdırmağı zəruri hesab edir. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(011)- 3940/2023 nömrəli qərardadına əsasən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3940/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti cavabdehin nümayəndəsi və vəkili olan Vəkil2 tərəfindən sonuncunun elektron kabineti vasitəsilə verilməklə onun tərəfindən elektron imza ilə imzalanmışdır. Azərbaycan Respublikası Vəkillər X1 məhkəmə və istintaq orqanlarına ünvanladığı xx.xx.2024-cü il tarixli 460 nömrəli məktubuna əsasən Vəkil2 xx.xx.2023-cü il tarixdən vəkillik fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən, xx.xx.2023-cü il tarixdən Vəkil2 vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, geri qaytarılmalıdır.

8. 06 iyun 2024-cü il tarixdə Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti, eyni zamanda ərizə verilərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması xahiş edilmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, vəkillər kollegiyası tərəfindən Cavabdeh nümayəndəsi Vəkil2 fəaliyyətinin dayandırılması barədə məlumat apellyasiya şikayətinin verilməsindən sonra açıqlanmışdır. Odur ki, hazırda apellyasiya şikayəti üçün müddətin ötürülməsində onun heç bir təqsiri olmamışdır və müddət üzürlü səbəblərdən ötürülmüşdür.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(011)- 3940/2023 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

11. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən ilk dəfə onun nümayəndəsi və vəkili Vəkil2 vasitəsilə 19 fevral 2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli məktubu ilə qeyd edilən apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(103)-3940/2023 nömrəli qərardadı ilə apelyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilərək, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(011)-3940/2023 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayətinin geri qaytarılmasının səbəbi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 12 iyun 2023-cü il tarixdən vəkillik fəaliyyətinin dayandırılması olmuşdur. Cavabdeh tərəfindən ikinci dəfə apellyasiya şikayəti 06 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, apellyasiya şikayəti ilə birlikdə cavabdeh tərəfindən müddətin bərpası barədə ərizə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü olmasına dair hər hansı şübhədən kənar mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ərizəçinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, işdən göründüyü kimi Cavabdeh mülki işin gedişatı barədə zəruri məlumatları və məhkəmə sənədlərini onun tərəfindən verilmiş etibarnamə əsasında nümayəndə qismində işə buraxılmış Vəkil2 elektron kabineti vasitəsilə əldə etmişdir (işin məhkəmə sənədləri Cavabdeh tərəfindən bilavasitə məhkəmədən deyil, Vəkil2 vasitəsilə alınmışdır). Vəkil2 səlahiyyətlərinin olmaması barədə məlumat elektron kabinetə yerləşdirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3940/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Belə ki, həmin qərardadla Vəkil2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, şikayət birinci instansiya məhkəməsinə qaytarılmışdır. Buna baxmayaraq, Cavabdeh təkrar olaraq apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir.

12. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadının ləğv və ərizənin təmin olunmasını xahiş edilmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(011)-3940/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə hazırkı iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə onun apellyasiya şikayətini üzürsüz səbəblərdən ötürdüyünü qeyd etsə də bunu düzgün əsaslandırmamışdır. Onun apellyasya şikayətini ötürməyinin işin məhkəmə icraatında olması ilə obyektiv səbəbdən baş verdiyi işdəki sənədlərlə təsdiqini tapır. Məhkəmənin qəbul etdiyi sonuncu qərardad elektron kabinetə yerləşdirildikdən sonra tərəfindən apellyasiya şikayəti təkrar verilmişdir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(011)- 3940/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vəkil2 səlahiyyətlərinin olmaması barədə məlumat elektron kabinetə yerləşdirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3940/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Belə ki, həmin qərardadla Vəkil2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, şikayət birinci instansiya məhkəməsinə qaytarılmışdır. Buna baxmayaraq, Cavabdeh təkrar olaraq apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir.

18. Məhkəmə kollegiyası instansiya məhkəməsinin gəldiyi qənaətlə ona görə razılaşmır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3940/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Vəkil2 səlahiyyətlərinin olmaması barədə məlumat Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3940/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadında da qeyd olunsa da, bu əsasla apellyasiya şikayətinin qeyri – mümkün hesab edilməsi barədə qərardad birinci instansiya məhkəməsi tərəfindən 10 iyul 2024-cü il tarixdə qəbul olunmuşdur. Cavabdeh (nümayəndəsi) tərəfindən ilk dəfə verilmiş verilmiş apellyasiya şikayətinə münasibət məhz həmin qərardadla bildirilmişdir.

19. Qeyd edilən səbəblərə görə apellyasiya şikayəti qeyri – mümkün hesab olunduqdan sonra cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, müddətin ötürülməsi cavabdehdən asılı olmayan hal nəticəsində baş verdiyindən birinci instansiya məhkəməsinin müddətin bərpa olunmaması ilə bağlı düzgün nəticəyə gəlinməmişdir.

20. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv, şikayət təmin olunmalı, qətnamədən şikayətin verilməsi üçün müddətin ötürülməsi səbəbləri üzrlü hesab olunaraq müddətin bərpası barədə ərizə təmin edilməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(011)-3940/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunaraq qərardad ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(011)-3940/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət Cavabdeh münasibətdə bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar