Məhkəmə qərarları › İş №2(103)-5881/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5881/2025

19.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5881/2025 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə Açar sözlər: yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın və kirayə haqqının ödənilməsi Hakimlər X14 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili vəkil3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın və kirayə haqqının ödənilməsi” və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh “xxxx” MMC-yə qarşı “yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın və kirayə haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh “xxxx” MMC tərəfindən ayrı-ayrılıqla verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının “Pasport qeydiyyatına götürülməsi haqqında” ##.##.1992-ci il tarixli, **** saylı Sərəncamına əsasən vətəndaş X7 “xxxx” Elmi İstehsalat Birliyinin yataqxanasına müstəsna hal kimi pasport qeydiyyatına götürülmüşdür.

2. “xxxx” Elmi İstehsalat Birliyinin ##.##.1993-cü il tarixli, ** saylı orderinə əsasən F.X.Xoyski küçəsi, ev 130 ünvanında yerləşən yataqxananın 18,6 kv.m. sahəyə malik *** nömrəli otağı müəssisədə işlədiyi dövrdə yaşamaq üçün müəssisənin işçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs verilmişdir. Lakin onun adına “xxxx” Elmi İstehsalat Birliyi tərəfindən “Əmək və məşğulluq” altsisteminə əmək müqavilələri daxil edilməmiş və o, həmin ünvanda heç vaxt yaşamamışdır.

3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ##.##.2001-ci il tarixli, ** saylı sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tabeliyində olmuş ünvan 6 ünvanında yerləşən "xxxx” Elmi İstehsal Birliyinin Baş müəssisəsi - Bakı Elektrik Maşınqayırma zavodunun bazasında "xxxx” ASC yaradılmışdır.

4. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli, *** saylı Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, *** saylı qərarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş sosiaı-mədəni və məişət-kommunal təyinatlı obyektlər, habelə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ##.##.2001-ci il tarixli, ** saylı Sərəncamına * nömrəli əlavədə göstərilən F.Xoyski küçəsi, *** saylı ünvanda yerləşən yataqxana və ona aid olan vəsaitlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 balansına verilmişdir.

5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin ##.##.2004-cü il və ##.##.2024-cü il tarixli məktublarına əsasən ##.##.1993-cü ildə 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş X8 “xxxx” Elmi İstehsal Birliyinin Baş müəssisəsi – Bakı Elektrik Maçınqayırma zavodunun ** saylı sexində 1990-cı ildən fəhlə işləmişdir. O, Birliyin balansında olan Leninqrad prospekti, 130 ünvanında yerləşən yataqxananın 5-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 19,5 kv.m olan *** saylı bir otağında daimi pasport qeydiyyatında olmuş və yaşamışdır. X8 şəhid olduqdan sonra zavod rəhbərliyinin göstərişiylə şəhidin ailə üzvləri kimi atası X4, anası Həsənquliyeva Zöhrə İbrahim qızı və qardaşı İddiaçı Qüdrət oğlu həmin otağa köçürülmüşdür. Vəfat edənə qədər həmin ünvanda şəhidin ata və anası yaşamış, hazırda qardaşı İddiaçı Qüdrət oğlu şəhid ailəsi kimi həyat yoldaşı və uşaqları ilə həmin ünvanda yaşayır.

6. Bakı şəhəri * saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən ##.##.1993-cü il tarixdə ölmüş X7 vərəsəsi qardaşı İddiaçı Qüdrət oğludur, o, miras əmlakdan 1/1 pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli, * nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir.

7. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin “xxxx” MMC-nin icarə əsasında istifadəsinə verilməsi haqqında” ##.##.2024-cü il tarixli Sərəncamına əsasən ünvan 5 ünvanlarında, yerquruluşu planında göstəriən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün “xxxx” MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.

8. ##.##.2024-cü il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, ** saylı sərəncamı əsasında ünvan 5 ünvanlarında, yerquruluşu planında göstəriən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün cavabdehin icarə əsasında istifadəsinə verilmişdir. Həmin sərəncamın icrası iə bağlı, 130-cu binanın *** saylı, 16 kv.m sahəsi olan mənzildə məskunlaşmış iddiaçı mənzildən çıxarılmış və qəzali vəziyyətdə olan bina cavabdehə təvil verilmişdir. Həmin akt cavabdehin icraçı direktoru, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nərimanov Rayon Sektorunun müdiri, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat departamentinin * saylı MKTB-nin *** saylı MKİS-in rəisi və Polis sahə inspektoru tərəfindən imzalanmışdır.

9. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2026-ci il traixli *-**-*/*-***/**** saylı məlumatına əsasən Zəngilan rayonundan məcburi köçkün Abuşpv Atakişi Qudrət oğlu ünvan 2 ünvanda mənzillə təmin olunmuşdur.

10. Hazırda həmin mənzilin yerləşdiyi bina Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.2024cü il tarixi, ** saylı sərəncamının icrasının təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən sökülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun qanuni istifadəsində olmuş ünvan 4 ünvanında yerləşən *** saylı mənzilin əvəzinə həmin binanın yerində tikiləcək yüksəkmərtəbəli təmirli binadan 35 kv.m olan təmirli mənzilin ona verilməsi öhdəliyinin və mənzilin tikiləcəyi müddətdə kirayə pulu olaraq hər ay üçün (ümumi 24 ay) 500 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, onun bir övladı 1-ci qrup əlildir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli sərəncamına əsasən F.X.Xoyski küçəsi, 130 ünvanda yerləşən, onun da yaşadığı yataqxanada söküntü işlərinə başladıqda, müraciət edərək yeni tikiləcək binada ona da yaşadığı sahəyə uyğun mənzil verilməsi və bu əsasla onunla müqavilə bağlanmasını təklif etsə də, cavabdeh bundan imtina etmişdir. O və onun ailə üzvləri həmin binadan heç bir müqavilə bağlamadan və əvəz ödənilmədən qanunsuz olaraq çıxarılmışlar. Cavabdeh onun və ailə üzvlərinin mənzildən istifadə hüquqlarını pozulmuşdur. Onun heç bir mənzili yoxdur. Qanunun tələbinə əsasən şəhid ailəsi üzvü kimi ona ilk növbədə mənzil verilməli olduğu halda, cavabdeh “xxxx” MMC “xxxx” EİB-nin rəhbərliyinin qərarı ilə onlara şəhid ailəsi kimi verilmiş mənzili qanunsuz olaraq əvəzsiz mənimsəmişdir. * saylı Notariat ofisinin ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Qarabağ uğrunda gedən döyüşlərdə ##.##.1993-cü il tarixdə şəhid olmuş qardaşı X8 yeganə vərəsəsi odur. X12 qeydiyyata alınmaqla yaşadığı, qardaşı şəhid olduqdan sonra isə şəhid ailəsi kimi o və ailəsinə verilmiş, sökülənədək şəhid qardaşının varisi kimi onun ailəsi ilə birgə yaşadığı mənzilin əvəzinə ona cavabdeh tərəfindən mənzil sahəsi verilməlidir. O və ailə üzvləri hazırki halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuşlar və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaq dövlət daxili konkret qanunvericilik aktından, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanundan irəli gəlir. Həmin qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl edəcəyi təqdirdə, o və ailə üzvləri F.X.Xoyski küçəsi, bina 130, *** saylı mənzilə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh “xxxx” MMC tərəfindən həmin mənzilin onun əlindən alınması nəticəsində mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

13. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş ünvan 4, *** saylı mənzilin əvəzinə həmin binanın yerində tikiləcək yüksəkmərtəbəli binadan 35 kv.m olan təmirli mənzilin ona verilməsi öhdəliyinin və iddianın məhkəməyə verildiyi tarixdən həmin mənzilin təhvil verilənədək kirayə pulu olaraq hər ay üçün 500 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1990-1995-ci illərdə "xxxx" Elmi İstehsalat Birliyində fəhlə kimi işləmişdir. ##.##.1993-cü il, ** №-li order əsasında "xxxx" Elmi İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, X1, 130 ünvanında yerləşən *** saylı mənzil onun mülkiyyətinə verilmişdir. Onun həyat yoldaşının iş yeri Xəzər rayonunda (əvvəlki Əzizbəyov rayonunda) yerləşdiyi üçün uzaq məsafə səbəbindən Şüvəlan qəsəbəsində kirayə qalmışlar. Həmin dövrdə, müharibə şəraiti ilə əlaqədar olaraq 1990-cı illərin əvvəllərində məcburi köçkün statusu almış şəxslərin müxtəlif yerlərdə müvəqqəti olaraq yaşamasına müvafiq dövlət orqanları tərəfindən icazə verilmişdir. Buna görə də, onun tərəfindən İddiaçı Qüdrət oğlunun və onun ailəsinin məcburi köçkün kimi həmin ünvanda yaşamalarına etiraz edilməmişdir. AR DİN-in “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 7276166 № li arayışına əsasən o, ##.##.2022ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departmanentinin * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin *** saylı MKİS-in *** nömrəli, ##.##.2024-cü il tarixli arayışına əsasən onun mənzil haqqı və digər borcları yoxdur. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli, ** saylı sərəncamına əsasən F.X.Xoyski küçəsi, 130 ünvanda yerləşən binada söküntü işlərinə başlayanda ona müraciət edərək, yeni tikiləcək binada ona həmin sahəyə uyğun mənzil verilməsi və bu əsasla onunla müqavilə bağlanılması şifahi şəkildə təklif edilsə də, cavabdeh bundan imtina etmişdir. Ona şəxsə məxsus əmlak onun razılığı olmadan sökülmüş, həmçinin bunun əvəzində heç bir kompensasiya verilməmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı istifadəsində olmuş ünvan 3 ünvanında yerləşən *** saylı mənzilin əvəzinə həmin binanın yerində inşa ediləcək yüksəkmərtəbəli yaşayış binasından təmirli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilməli olan 100 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh “xxxx” MMC-yə qarşı “sökülmüş mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim X5).

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının bacısının yoldaşı Zahid Abdullayev “xxxx” Elmi İstehsalat Birliyində işləmiş, onun 20 yanvar hadisələrində vəfatından sonra, iddiaçının qardaşı X8 mərhumun qohumu kimi ##.##.1990-cı il tarixində həmin müssisədə fəhlə vəzifəsinə işə qəbul edilmiş və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli sərəncamı ilə müstəsna hal kimi F.Xoyski küçəsi, *** saylı ünvanda yerləşən yataqxanaya qeydiyyata alınmış və ata-anası, qardaşı ilə birlikdə yataqxananın mübahisələndirilən otağında yaşamağa başlamışdır. İddiaçının qardaşı X8 ##.##.1993-cü il tarixdə şəhid olduqdan sonra iddiaçı və onun ailəsi mübahisələndirilən mənzildə yaşamağa davam etmişlər. Cavabdeh MMC tərəfindən təqdim edilmiş ##.##.2024cü il tarixli aktdan da göründüyü kimi, bina sökülərkən yataqxananın *** saylı mənzilində məskunlaşmış İddiaçı mənzildən çıxarılmışdır. Hazırki iş üzrə iddiaçının qardaşı mərhum Abuşov Təvəkkülə və onun ailəsinə yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur.

17. Hazırki iş üzrə iddiaçının qardaşına order verilməsə də, işin hallarından göründüyü kimi, işlədiyi müəssisənin razılığı ilə həmin mənzilə köçürülmüş və qeydiyyata alınmışdır. İddiaçı mübahisələndirilən mənzilə 30 ildən çox müddət ərzində sahiblik etmiş, hər hansı bir etiraz olmadan ailəsi ilə birlikdə mənzildən istifadə etmiş və orada yaşamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı müəssisənin işçisi olmuş və işlədiyi dövrdə Qarabağ döyüşlərində şəhid olmuş Abuşov Təvəkkülün ailə üzvü, qardaşıdır. Həmçinin, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən onun yeganə vərəsəsi kimi tanınmışdır. Nəzərə alınmalıdır ki, müəssisənin işçisi olmuş, yaşamaq üçün mənzil verilmiş və həmin mənzildə yaşamağa davam edən şəxs mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq evi özəlləşdirmək hüququna malik idi. Onların həmin mənzilə dair qanuni gözləntiləri olmuşdur. Bu hüquqdan onun ailə üzvləri kimi həmin mənzildə yaşamış və yaşamağa davam edən şəxslərin mərhum edilməsi sosial ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Xüsusilə qeyd olunmalıdır ki, hazırda cavabdeh qismində yataqxanın söküntüsünü və yerində yeni binanın tikintisini həyata keçirən kommersiya təşkilatı “xxxx” MMC çıxış edir və onun iddiaçı və onun ailə üzvlərinə müvəqqəti məskunlaşmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən evin verilməsinə, yaxud orderinin olmamasına istinad etmək kimi hüquqları mövcud deyildir.

18. Qeyd edilənlər baxımından məhkəmə hesab etmişdir ki, iddia sökülmüş mənzilin əvəzinə həmin binanın yerində tikiləcək binadan mənzilin verilməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının yaşadığı mənzilin sahəsi təxminən 16-20 kv.metr arası olmuşdur. İddiaçı iddia tələbində 35 kv.m mənzil verilməsini tələb etsə də, həmin hissədə iddia tələbini əsaslandıra bilməmişdir. Hər bir halda iddiaçıya veriləcək mənzilin sahəsi sökülmüş mənzilin sahəsindən az olmamalıdır.

19. İddiaçının kirayə haqqı tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, mənzil söküldüyü gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yaşamaq üçün başqa qəsəbəyə köçürülmüşdür. İddiaçı yaşamaq üçün mənzillə təmin edildiyindən əlavə olaraq cavabdehdən kirayə haqqının tutulması qanunazidd olmaqla iddiaçının əsassız varlanmasına səbəb olardı.

20. Müstəqil tələb irəli sürən üçün şəxsin iddiasına münasibətdə qeyd olunmuşdur ki, köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsinin tələblərinə uyğun olaraq, müəssisələrin yataqxanalarında yer almış işçilər öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilərlər. Həmçinin müstəqil tələb irəli sürən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən əmək kitabçasının surəti təqdim edilməmiş, məhkəmə tərəfindən sorğular verilsə də, onun “xxxx” Elmi İstehsalat Birliyində işləməsi ilə bağlı hər hansı məlumat əldə edilməsi mümkün olmamışdır. Onun vəkili əmək kitabçasını itirdiyini bildirmişdir. Cavabdeh tərəfindən orderin saxta olması bildirilsə də, iş materiallarında bu halı təsdiq edən hər hansı sübut mövcud deyildir. Hər bir halda müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən təqdim edilmiş orderə əsasən “xxxx” Elmi İstehsalat Birliyində fəhlə kimi çalışan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ev müvafiq müəssisədə işlədiyi dövrdə yaşamaq üçün verilmişdir. İşin hallarından da göründüyü kimi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs orada yaşamamış, özünün iddia ərizəsində qeyd etdiyinə görə ərinin işi ilə əlaqədar Xəzər rayonunda yaşamışdır. Həmin mənzildə 1990-cı illərin əvvəllərindən məcburi köçkünlər yaşamışdır. Mənzil * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mübahisələndirilən mənzildə uzun müddət ərzində məcburi köçkünlər yaşamışdır. Lakin, keçən uzun müddət ərzində iddiaçı bu şəxslərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməmişdir (yalnız 2023-cü ildə iddia vermiş, sonradan geri götürmüşdür). İddiaçı bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görməmişdir. Yalnız binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəmişdir.

21. Beləliklə, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. İddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir. Bu səbəbdən müstəqil tələblər irəli sürən üçüncü şəxsin mənzilin təhvil verilməsi və həmin tələbdən törəmə olan kirayə haqqının ödənilməsi tələbi təmin edilməməlidir.

22. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci, ##.##.2009-cü ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 45-ci, 46-cı, 52-ci, 105-108-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119-cu, 217-ci, 218.3-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X27 şikayəti üzrə ## ### 2020-ci il tarixli və "xxxx” MMC-nin şikayəti üzrə ##.##.2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

24. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin onun iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi və onun iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə təmin edildiyi hissədə qanuni və əsaslı olsa da, təmin edilmədiyi hissədə qanunsuz və əsassızdır. Belə ki, onun istifadəsində olan mənzilin sahəsi 19,5 kv.m olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən MTK-lar tərəfindən mənzil mülkiyyətçilərinə və istifadəçilərinə yeni tikilidə verilən yaşayış sahəsi sökülən yaşayış sahəsindən minimum 20% artıq olmalıdır. Cavabdehə məxsus yeni tikilən binada bir otaqlıların ən az sahəsi 35 kv.m-dir. Cavabdeh sökülən yataqxanada 16-20 kv.m mənzil sahəsi olan digər şəxslərlə yeni tikiləcək binada 35 kv.m bir otaqlı təmirli mənzilin verilməsi ilə bağlı müqavilə bağlamışdır. Ona da istifadəsində olmuş mənzilin əvəzinə yeni tikilən binada 35 kv.m bir otaqlı təmirli mənzilin verilməsi öhdəliyinin cavabdeh “xxxx” MMCnin üzərinə qoyulması qanuni və ədalətli qərar olar. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, cavabdeh tərəfindən onunla müqavilə bağlanmadığından, aylıq kirayə pulu verilmədiyindən, yaşamağa digər yaşayış sahəsi olmadığından qaçqın kimi ona verilən mənzillə razılaşmışdır. O, məhkəmə baxışı zamanı göstərmişdir ki, ona verilən ev şəhərdən çox uzaqdır. Onun övladı 1-ci qrup əlildir və köhnə evlərinin yaxınlığında mütəmadi reabilitasiya keçir. Cavabdehin qanunsuzluqları ucbatından çarəsiz vəziyyətə düşmüşdür. İşə baxan məhkəmə iddia tələbinin təmin edilmədiyi hissədə gəldiyi nəticəni onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. Müzakirə edilmiş dəlillərdən həm də məlum olur ki, cavabdeh onun çarəsiz vəziyyətindən istifadə edərək, istifadə etdiyi mənzildən məcburi köçkünlərə verilən mənzilə köçürülməyə nail olmuşdur. Cavabdeh bu haldan məhkəmə baxışı zamanı iddiaya qarşı ciddi bir sübut kimi istifadə etməyə çalışmışdır. Halbuki, işdə olan bütün sübutlar onun ailəsi ilə birlikdə mübahisəli mənzilə şəhid ailəsi kimi köçürüldüyünü təsdiq edir. Belə ki, o, ailəsi ilə birlikdə şəhid ailəsi statusunda mübahisəli mənzilə köçürüldüyünü, onun və ailə üzvlərinin həmin mənzildə istifadə hüquqlarının yarandığını, həmin mənzilin onun mülkiyyətinə keçəcəyi ilə bağlı qanuni gözləntisinin olduğunu, cavabdeh tərəfindən ona aylıq kirayə pulunun verilməli olduğunu, cavabdehin mübahisəli mənzilə heç bir hüququnun olmadığını sübuta yetirsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədə işə baxan məhkəmə iddia tələbini təmin etməyən hissəsində mübahisəni həll edərkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxmamış və təqdim edilmiş sübutlara uyğun hüquq normalarını tətbiq etməmişdir.

26. Həmin qətnamədən cavabdeh “xxxx” MMC də apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə mövcud faktiki halları düzgün şərh etməmiş, iş üzrə bütün halları aydınlaşdırmamışdır. Bu da iş üzrə yanlış nəticəli qətnamənin qəbul edilməsinə yol açmışdır. Nəticədə məhkəmənin qət etdiyi qətnamə qeyri-obyektiv olmaqla yanaşı işə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçı İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə münasibətdə ilkin olaraq onun tələb yönəltdiyi ünvana subyektiv hüququn olub-olmaması aydınlaşdırılmalı idi. Lakin məhkəmə bunu diqqətə almamış və hüquqi qiymətdən kənarda qoymuşdur. İddiaçının mübahisə predmeti olan mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının bacısının yoldaşı Zahid Abdullayev “xxxx” Elmi İstehsalat Birliyində işləmiş, onun 20 yanvar hadisələrində vəfatından sonra, iddiaçının qardaşı X8 mərhumun qohumu kimi ##.##.1990-cı il tarixində həmin müssisədə fəhlə kimi işə qəbul edilmiş və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli sərəncamı ilə müstəsna hal kimi F.Xoyski küçəsi, *** saylı ünvanda yerləşən yataqxanaya qeydiyyata alınmış, valideyinləri və qardaşı (iddiaçı) ilə birlikdə yataqxananın mübahisələndirilən otağında qalmışlar. İddiaçının qardaşı X8 ##.##.1993-cü il tarixdə şəhid olduqdan sonra da iddiaçının ailəsi mübahisələndirilən mənzildə yaşamağa davam etmişdir. Mübahisələndirilən mənzilin sahəsi təxminən 16-20 kv.m olmuşdur. Məcburi köçkün olduqları üçün onlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə məlumat vermiş, 2024-cü ilin oktyabr ayında iddiaçı başqa ünvana köçürülməklə Komitə tərəfindən mənzildən çıxarılmışdır. Bu barədə ##.##.2024-cü il tarixdə tərtib və təsdiq edilmiş müvafiq akt mövcuddur. Mübahisəli sahənin yerləşdiyi yataqxana tikilisi şəxsi deyil, balans saxlayana aiddir. İddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mənzil söküldüyü gün iddiaçı və onun ailə üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti məskunlaşmaq üçün başqa qəsəbəyə köçürülmüş, iddiaçı və onun ailə üzvləri yaşamaq üçün mənzillə təmin edilmişdir. Nəzərə çatdırılır ki, iddiaçı sadəcə məcburi köçkün kimi həmin mənzilə köçərək, orada yaşamışdır. Adıçəkilən mənzilə dair iddiaçının mülkiyyət hüququnun olmasını təsdiqləyən hər hansı bir sənəd mövcud deyildir. Yataqxanada daimi yaşayanlara sonra order verilmişdir. İddiaçının qardaşının vəfatından sonra, o, ailə üzvləri qismində həmin otaqda qalmış, lakin onun qardaşına da order verilməmişdir. Bu baxımdan onunla müqavilə də bağlanılmamışdır. Qeyd edilir ki, binanın özü qəzalı vəziyyətdə olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, yataqxana olduğundan, faktiki işçilərin yaşaması üçün verilmiş və yaşamalına icazə onlara verilmiş orderlə təsdiqlənmişdir. Vaxtaşırı işçilərin dəyişməsinə görə hər yeni işçiyə verilmiş otağa köçürülməsinə dair icazə olaraq adına order verilmişdir. Ona görə də, bir mənzilə dair müxtəlif vaxtlarda bir neçə şəxsə verilmiş orderlər mövcuddur. Bundan başqa, 2020-2022-ci illər arasında qeydiyyata düşən şəxslər isə ümumiyyətlə şübhə doğurur. Belə olan halda, əgər mənzilin mülkiyyət (sahiblik) hüququnun kimə məxsus olması müəyyən edilərdisə, onlara yalnız kompensasiya ödənilə bilərdi. Çünki, binada olan mənzillərin sahəsi 35 kv.m-dən başlayır. Yəni 16-20 kv.m sahəli mənzil ümumiyyətlə yoxdur. Bu isə əvəzləşmə prinsipinə əsasən eyni və ya yaxın şərtlərlə mənzil təqdim etmək mümkün olmadığını göstərir. Məhkəmə nəzərə almamışdır ki, belə olan halda, iddiaçının yaşadığı mənzilin sahəsi təxminən 16-20 kv.metr arası olsa da, iddiaçı iddia tələbində 35 kv.m mənzil verilməsini tələb etmiş və həmin hissədə iddia tələbini əsaslandıra da bilməmişdir. Qətnamənin məzmunundan aydın şəkildə görünür ki, məhkəmə mübahisə ilə bağlı müəyyən olunan mövcud dəlilləri deyil, sadəcə iddiaçı tərəfindən irəli sürülən və ağlabatan olmayan formal mülahizələri əsas götürmüş, tərəflərin münasibətlərinə qeyri obyektiv yanaşaraq, məhkəmə qarşısında tərəflərin bərabərlik prinsipinin şərtlərini pozmuşdur. İddiaçının qaçqın ailəsi olaraq yataqxananın mübahisəli otağında yerləşdirilməsi, son zamanlarda da qaçqın ailəsi kimi başqa ünvana köçürülməklə yerləşdiyi, mübahisəli otağa hər hansı hüququnun yaranmadığı kimi işin mübahisəsiz hallarını tam aydınlaşdırılmaması və diqqətə almaması məhkəmənin düzgün olmayan qənaətə gəlməsinə səbəb olmuşdur. Bu da birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Daşınmaz əmlaka mülkiyyət və digər hüquqlar bu Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Ən azından bu hüququn sonradan yaranmasına səbəb ola bilən hallar, hazırkı iş üzrə adı çəkilən yataqxana otağına order, kirayə (sosial) müqavilə, gələçəkdə özəlləşdirmə hüququ ilə istifadəsinə verilməsi və ya təhkim edilməsi barədə digər sənədlər mövcud olmalıdır. Əks təqdirdə, otağa subyektiv hüququn mövcudluğun iddia edilməsi ağlabatan olmadığı bəllidir. Lakin şikayət olunan qətnamə ilə iddiaçının mübahisə predmeti olan mənzilə məcburi köçkün kimi müvəqqəti olaraq köçürülməsinə və həmin mənzil barədə subyektiv hüququnu təsdiqləyən heç bir sənəd olmamasına baxmayaraq, əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmənin iş üzrə gəldiyi qənaət, mübahisə ilə bağlı müəyyən edilmiş hallara uyğun deyildir. Bu da maddi hüquq normalarının mübahisə ilə bağlı düzgün təsvir edilməməsinə səbəb olmuş və yanlış nəticəli qətnamənin çıxarması ilə nəticələnmişdir. Lakin məhkəmə iş üzrə mövcud qeyd olunan sübutları diqqətə almamış, iddiaçının söyləntilərini mübahisəsiz hallardan üstün tutmaqla, sübutların baxılmasında obyektivliyi təmin etməmişdir. Bununla da MPM-nin 88-ci maddəsinin tələblərinin pozulmaqla qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etirazla müraciət edərək qeyd etmişdir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən o qardaşının yeganə vərəsəsi kimi tanınmışdır. Nəzərə alınmalıdır ki, müəssisənin işçisi olmuş, yaşamaq üçün mənzil verilmiş və həmin mənzildə yaşamağa davam edən şəxs mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq evi özəlləşdirmək hüququna malik idi. Onların həmin mənzilə dair qanuni gözləntiləri olmuşdur. İşdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 nümayəndəsi X2 məhkəmə baxışı zamanı suallara cavab verərkən bildirmişdir ki, İddiaçı Qüdrət oğlu mübahisəli otaqla bağlı qanuni prosedurlara əməl etməklə mənzil kirayə müqavilə bağlaya və sonra həmin otağı öz mülkiyyətinə keçirə bilərdi. Bütün bu hallar məhkəmə baxışı zamanı sübuta yetirilmişdir. Bu da onu göstərir ki, onun uzun müddət yaşadığı mənzillə bağlı hüquqi ixtiyarlığı olmuşdur. Ona görə də, onun həmin mənzillə bağlı iddia qaldırmaqla bağlı subyektiv hüququnun olduğu mübahisə doğura bilməz. O, cavabdeh tərəfindən istifadəsində olan otaqdan qanunsuz məhrum edildiyindən, başqa yaşayış yeri olmadığına görə ona Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən təklif edilən, şəhərdən xeyli uzaq olan yaşayış sahəsinə köçməyə razılaşmışdır. Bir hal da nəzərə alınmalıdır ki, o, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən ayrılan yaşayış sahəsinə köçən zaman artıq hüquqlarının bərpası ilə bağlı hüquqi prosedurlara başlamışdı. Başqa yaşayış yeri olmayan, məhdud maddi imkana malik, İ-ci qrup əlil uşağı olan, iki yaxın insanını vətən uğranda şəhid vermiş biri olaraq o, cavabdehin qanunsuzluqlarma düzgün hüquqi qiymət veriləcəyi müddətə qədər həmin yaşayış sahəsinə köçmək məcburiyyətində idi. Şikayətdə onu mübahisəli mənzilə məcburi köçkün kimi köçərək, orada yaşadığı göstərilmişdir. Cavabdehin bu mövqeyi tamamilə həqiqətdən uzaqdır. Cavabdeh bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir və edə də bilməzdi. Çünki bu həqiqət deyil. Cavabdehin apellyasiya şikayətində sökülən otağın sahəsinin 16-20 kv.m olması və onun 35 kv.m sahəsi olan otaq tələb etsə də, bu tələbi əsaslandıra bilməməsi ilə bağlı fikirlər barədə onu nəzərə çatdırmaq lazımdır ki, o, bu məsələ ilə bağlı işə baxan məhkəmənin də mövqeyini qanuni və ədalətli hesab etməmiş və həmin hissədə qətnamədən apellyasiya şikayəti vermişdir. Yuxarıda göstərilənləri əsas götürərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

29. İddiaçının apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

30. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti məhkəmə kollegiyasına müraciət edərək qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2001 -ci il tarixli, *** saylı Sərəncamına əsasən keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ##.##.2001-ci il tarixli, ** saylı sərəncamının * nömrəli əlavəsində göstərilən, “xxxx” Elm İstehsalat Birliyinin Baş müəsissəsi-Bakı Elektrik Maşınqayırma Zavodunun balansında olan Bakı şəhəri, Nərimanov ray onu, X1 prospekti, *** saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Bina balansa qəbul edilərkən *** saylı mənzildə mərhum X4 ailə üzvləri ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Əvvəllər həmin mənzildə 1-ci Qarabağ müharibəsində şəhid olmiş X8 qeydiyyatda olmaqla yaşamışdır. Bildirilir ki, məcburi köçkün ailəsinin məskunlaşdığı mənzil dövlət mülkiyyətindədir. Məhkəmənin icraatında olan qeyd edilən mülki iş üzrə qanunamüvafiq olaraq tam, hərtətəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə təqdim edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nın nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisə predmeti olan əmlaka dair subyektiv hüququ yoxdur. İddiaçının adına order olsaydı əvəzinə kompensasiya veriləcəkdi. Order əsasında istifadə hüququ olan şəxslərə kompensasiya verilibdir. Sökülən binada yerləşən mənzillərə mülkiyyət hüququ olan şəxslər isə mənzillə təmin olunublar.

32. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

33. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, iddianın, apellyasiya şikayətinin və cavabdehin apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının 2 ailə üzvü şəhid olub. Onun qardaşı sökülən yataqxanada yaşayıb, iddiaçı həmin yataqxanaya şəhid ailəsi kimi köçürülübdür. İddiaçının qardaşı sağ olsaydı onunla kirayə müqaviləsi bağlanacaqdı, onun hüquqi gözləntisi olub. Hüquqi gözlənti hüquqların qeydiyyatı üçün əsasdır. Əldə etdikləri məlumata əsasən tikilən binanın ilk dörd mərtəbəsi qeyri-yaşayış sahələridir, 1 kv.metr sahəsi 30.000 manata satılır. Təqdim etdiyi elanlarla da həmin ərazidə evlərin 1 kv.metr üçün 4.000-4.300 manata təklif edildiyi təsdiq olunur. İddiaçıya ev və ya kompensasiya mütləq verilməlidir.

34. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X2 izahat verərək bidirmişdir ki, iddiaçının qardaşı bu gün sağ olsaydı həmin binada evlə təmin olunmalı idi. Bu əsasla iddiaçının subyektiv hüququ var. Departamentin balansında olan binanın sökülməsi ilə bağlı iddiaçıya kompensasiya verilməsinə və ya mənzillə təmin olunmasına etiraz etmirlər. Təmsil etdiyi qurum mənzil fondunun idarəçiliyini həyata keçirir, qurum Bakı şəhər İcra Hakimiyyətinə tabedir. Mübahisə predmeti olan əmlak onların balansındadır. Qurum həmin əmlakla bağlı sərəncam verir, sosial kirayə müqaviləsi bağlayır, dəyişdirir. Baxılan iş üzrə cavabdeh onlara heç bir ödəniş etməyəcək, həmin məbləği iddiaçıya güzəşt etmək səlahiyyətləri var.

35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

36. ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 34-cü maddəsinə əsasən uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ailələr onları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa, uçotdan çıxarıla bilməzlər. 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir; 46-cı maddəsinə əsasən İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir; 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər; 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır; 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir; 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar; 105-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməyən şəxslərdəndir; 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər; 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Azərbaycan Republikasının Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixi Qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Apellyasiya şikayətində iddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini, cavabdeh isə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə iddiaçı İddiaçı Qüdrət oğlunun iddiasına münasibətdə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini, iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və hər hansı əsas olmadan iddianı qismən təmin etmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.

43. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən yaşayış sahəsi Bakı şəhəri, X1 küçəsi, 130 ünvanında yerləşən yataqxananın *** nömrəli mənzilidir (otağıdır). Həmin yataqxana ilk olaraq "xxxx” Elmi İstehsal Birliyinin balansında olmuşdur. Həmin birliyin Baş müəssisəsi olan Bakı Elektrik Maşınqayırma zavodunun işçisi Zahid Abdullayev 20 yanvar hadisələrində həlak olduğundan onun arvadının qardaşı X8 mərhumun ailəsinin maddi vəziyyətinində olan çətinliklər nəzərə alınaraq, 1990-cı ilin sentyabr ayında zavodun ** saylı sexinə fəhlə vəzifəsinə işə qəbul edimiş və bununla bağlı Nərimanov rayon İcra Hakimiyyəti Başçısının “Pasport qeydiyyatına götürülməsi haqqında” ##.##.1992-ci il tarixli, **** saylı Sərəncamına əsasən X8 “xxxx” Elmi İstehsalat Birliyinin yataqxanasına müstəsna hal kimi pasport qeydiyyatına götürülmüş və həmin mənzildə (otaqda) yaşamağa başlamışdır. X8 1-ci Qarabağ müharibəsində şəhid olmuş və bundan sonra zavod rəhbərliyinin göstərişinə əsasən şəhidin ailə üzvləri kimi atası X4, anası Həsənquliyeva Zöhrə İbrahim qızı və qardaşı İddiaçı Qüdrət oğlu həmin mənzilə (otağa) köçürülmüşdür. Ata və ana vəfat etdikdən sonra isə X8 qardaşı olan iddiaçı öz ailəsi ilə birlikdə həmin mənzildə (otaqda) yaşamağa davam etmişdir.

44. 2001-ci ildə "xxxx” Elmi İstehsal Birliyinin Baş müəssisəsi - Bakı Elektrik Maşınqayırma zavodunun bazasında "xxxx” ASC yaradıldığından, həmin yataqxana ilk olaraq bu cəmiyyətin, sonradan isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 balansına verilmiş və hazırda sonuncunun balansındadır.

45. Mübahisəli mənzilin (otağın) yerləşdiyi yataqxana binası Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixi, ** saylı sərəncamının icrasının təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən artıq sökülmüşdür.

46. Hazırda iddiaçı qardaşının qeyd edilən mənzilə pasport qeydiyyatına alındığını, qardaşı şəhid olduqdan sonra şəhid ailəsinin üzvü kimi valideynləri ilə birlikdə həmin mənzilə köçürüldüyünü, valideynlərinin vəfatından sonra arvadı və uşaqları ilə birlikdə həmin mənzildə yaşadığını, hazırda məcburi köçkün kimi başqa ünvana köçürüldüyünü, yataqxananın, o cümlədən mənzilinin cavabdeh tərəfindən söküldüyünü, lakin şəhid ailəsinin üzvü kimi (onun yeganə vərəsəsi olaraq) mənzildə yaşamaqlarına və mənzilə münasibətdə hüquqlarının yaranmasına baxmayaraq, cavabdeh tərəfindən həmin yerdə inşa edilən çoxmənzilli yaşayış binasından mənzilin verilməsi ilə bağlı onunla müqavilənin bağlanmadığını, halbuki, binanın digər sakinləri ilə cavabdeh arasında müqavilələrin bağlanılaraq onların mənzillə təmin edildiyini bildirir və sökülmüş mənzilin əvəzinə yeni binada sahəsi 35 kv.m olan təmirli mənzilin verilməsi və hər ay üçün 500 manat olmaqla, 24 ay üçün ona kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

47. Cavabdeh iddianı qəbul etmir, iddiaçının bacısının yoldaşı Zahid Abdullayevin “xxxx” Elmi İstehsalat Birliyində işlədiyini, onun 20 yanvar hadisələrində vəfatından sonra, iddiaçının qardaşı X8 mərhumun qohumu kimi 1990-cı ildə həmin müssisədə fəhlə kimi işə qəbul edildiyini və Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli sərəncamı ilə müstəsna hal kimi mübahisəli mənzilin yerləşdiyi yataqxanaya qeydiyyata alındığını, onun valideyinləri və qardaşı (iddiaçı) ilə birlikdə yataqxananın mübahisələndirilən otağında qaldıqlarını, lakin iddiaçının qardaşının orderinin olmadığını, onunla müqavilə bağlanılmadığını, iddiaçının həmin mənzilə bağlı subyektiv hüququnun olmadığını, hazırda iddiaçının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi başqa ünvana köçürüldüyünü, mübahisəli mənzilin iddiaçıya hər hansı aidiyyətinin olmadığını qeyd edir.

48. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (##.##.2009-cu il tarixədək qüvvədə olan) istinadən qeyd edir ki, mübahisəli mənzilin (otağın) yerləşdiyi yataqxana vaxtı ilə mövcud olmuş “xxxx” Elmi İstehsalat Birliyinin balansında olmuş və belə mənzillər (otaqlar) təyinatına görə xidməti yaşayış sahəsi olmaqla orada çalışan işçilərə müəssisədə işlədiyi dövrdə yaşamaq üçün verilirdi. İddiaçının qardaşı da həmin birliyin - Baş müəssisəsi olan Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə vəzifəsində işləmişdir. Bununla əlaqədar həmin yataqxanaya pasport qeydiyyatına alınmiş və yataqxananın mübahisəli *** saylı mənzili (otağı) onun istifadəsinə verilmişdir. Buna baxmayaraq, onun özünə belə bununla bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş order verilməmişdir.

49. X8 1-ci Qarabağ müharibəsində şəhid olduqdan sonra iddiaçı və onun valideynləri zavod rəhbərliyinin göstərişinə əsasən sonradan və məhz şəhid ailəsinin üzvü olaraq 1993cü ildə mübahisəli sahəyə köçürülmüş və iddiaçı 2024-cü ilin oktyabr ayına kimi ilk öncə valideynləri, onlar vəfat etdikdən sonra isə ailəsi ilə birlikdə orada yaşamışdır. Lakin iddiaçı həmin zavodun və ya sonrakı balansaxlayıcılardan hər hansı birinin işçisi olmamış (onlarla əmək münasibələtində olmamışdır), yaşadığı bütün ötən dövr ərzində valideynlərinin və ya onun bu sahəyə münasibətdə hər hansı hüququ rəsmiləşdirilməmiş, order verilməmişdir. Halbuki, yataqxananın balansaxlayıcıları belə bir səlahiyyətə malik olmaqla, ötən dövr ərzində onun həmin sahəyə münasibətdə hüquqlarının (hər hansı hüququnun) rəsmiləşdirilməsi üçün tədbirlər görə bilərdilər.

50. Qeyd edilənlər və iddiaçının, habelə onun valideynlərinin məcburi köçkün statusuna malik olması birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, həmin vaxt yataqxananın balansaxlayıcısı olan zavodun rəhbərliyinin icazəsi ilə onlar, o cümlədən iddiaçı məhz məcburi köçkün kimi mübahisəli sahəyə köçürülmüş və nəticə etibarı ilə orada müvəqqəti olaraq məskunlaşmışdılar. Sonrakı balansaxlayıcılar da məsələyə məhz bu qaydada yanaşmışdılar.

51. Bu hal hazırki balansaxlayıcı olan üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin iddiaya münasibətini əks etdirən ##.##.2026-cı il tarixli məktubunun məzmunu ilə də öz təsdiqini tapır. Belə ki, Departamnetin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında yataqxana binasının sökülməsi ilə bağlı iddiaçıya kompensasiya verilməsinə və ya mənzillə təmin olunmasına etiraz etmədiklərini bildirdikdən sonra məhkəmə kollegiyası məsələyə yazılı qaydada münasibət bildirilməsini təklif etmişdir. Bununla bağlı Departamentin həmin nümayəndəsi X2 məhkəməyə ünvanlanmış ##.##.2026cı il tarixli məktubda iddiaçının digər ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məhz Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşdığını, məcburi köçkün ailəsinin məskunlaşdığı bu mənzilin dövlət mülkiyyətində olduğunu bildirmiş və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Başqa sözlə, departament rəsmi məktubunda iddiaçının həmin mənzildə məcburi köçkün kimi məskunlaşmasını təsdiq etmiş və məhkəmədə nümayiş etdirdiyi mövqeyindən fərqli olaraq artıq iddiaçıya kompensasiya verilməsinə etiraz etmədiklərini bildirməmişdir.

52. Bu baxımdan yaşadığı müddətdən asılı olmayaraq və ötən dövr ərzində mübahisəli sahəyə hər hansı hüququnun rəsmiləşdirilmədiyi bir halda, iddiaçının və onun ailə üzvlərinin məcburi köçkün kimi məskunlaşmış şəxs olaraq həmin sahədə yaşamaları müvəqqəti xarakter daşıyır. İşğal altında olan torpaqların, o cümlədən Zəngilan rayonunun işğaldan azad edilməsi iddiaçının və onun ailə üzvlərinin dövlət proqramı çərçivəsində mübahisəli sahədən çıxarılmaqla həmin rayona köçürülməsi üçün əsas yaradır.

53. Xüsusilə nəzərə alınmalıdır ki, hələ mübahisəli mənzil sökülməmiş, iddiaçı Zəngilan rayonundan məcburi köçkün olaraq ailə üzvləri ilə birlikdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən * saylı binanın, 3 otaqlı, ** saylı mənzili ilə təmin olunmuşdur və hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır.

54. Bununla belə, iddiaçının mübahisələndirdiyi mənzilin yerləşdiyi yataqxana Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mülkiyyəti olmuş, iddiaçı ailə üzvləri ilə birlikdə məcburi köçkün statusuna malik olan şəxs kimi mənzildə məskunlaşmış, onun həmin mənzilə münasibətdə hər hansı hüququ yaranmamışdır. İddiaçının şəhid olmuş qardaşının yeganə vərəsəsi olması da onun mübahisəli sahəyə hər hansı hüququnun yaranmasına dəlalət etmir.

55. Belə olan halda, həmin mənzilin sökülməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Bu mənzilə münasibətdə iddiaçının qorunmalı olan hər hansı hüququ və marağı mövcud deyil. Qeyd edilənlər öz növbəsində ümumiyyətlə iddiaçının həmin mənzillə bağlı cavabdehə qarşı belə bir iddia irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını təsdiq edir.

56. Bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

58. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

59. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

60. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmamış, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmadığını ümumiyyətlə yoxlamamışdır. Belə ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu halın mövcudluğu isə iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsaslı olduğunu təsdiq edir və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməklə həmin hissədə də iddianın rədd edilməsini şərtləndirir.

61. İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən - iddianın təmin edilən (iddiaçı İddiaçı istifadəsində olmuş ünvan 3 ünvanında yerləşən *** saylı mənzilin əvəzinə həmin binanın yerində inşa ediləcək yüksəkmərtəbəli yaşayış binasından təmirli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və dövlət rüsumu kimi ödənilməli olan 100 (yüz) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi) hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-385ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” MMC-nın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən - iddianın təmin edilən (iddiaçı İddiaçı istifadəsində olmuş ünvan 3 ünvanında yerləşən *** saylı mənzilin əvəzinə həmin binanın yerində inşa ediləcək yüksəkmərtəbəli yaşayış binasından təmirli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və dövlət rüsumu kimi ödənilməli olan 100 (yüz) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi) hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı İddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə, cavabdeh “xxxx” MMC tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar