Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5883/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğluna qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-1982/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğluna qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, himayəsində olan 28 iyun 2007-ci il tarixində anadan olmuş X3 və 23 aprel 2015-ci il tarixində anadan olmuş X2 ilə birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğlunun yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə istifadə hüquqlarınnı tanınması və həmin mənzilə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 avqust 2007-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 28 iyun 2007-ci il tarixdə X3 və 23 aprel 2015-ci il tarixdə X2 adlı iki övladı vardır. Cavabdehlə nikaha daxil olan gündən o, Bakı şəhəri, Qaradağ rayonu, Sangəçal qəsəbəsi, Dəmiryolçular küçəsində, özbaşına tikilmiş ev 2, mənzil 44 ünvanda birlikdə yaşamışlar və azyaşlı uşaqlarında birlikdə həmin mənzildə qeydiyyatdadır. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuş, sonradan münasibətləri pisləşmişdir. Cavabdeh1 yanvar 2016-cı il tarixdə onu döyərək evdən qovmuş, hazırda aralarında böyük narazılıqlar vardır, xasiyyətləri uyuğun gəlmir və bir yerdə yaşamırlar. Cavabdeh1 ilə aralarında olan nikah Qaradağ rayon Məhkəməsinin qətnaməsi ilə pozulub. O, Cavabdeh1 ilə ailə həyatı qurduqda Niyaməddinin yaşadığı özbaşına tikilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sangəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 2, mənzil 44-ə gəlin köçüb, cehiz əşyalarını həmin mənzilə gətirmiş, birlikdə ümumi təsərrüfatı idarə etmişlər. Hazırda cavabdeh ona azyaşlı uşaqları ilə mənzildə yaşamaqlarına imkan vermir. Hesab edir ki, mübahisəli mənzilə istifadə hüququ qazanmışdır. Bunu həmin evdə gəlin köçdükdən sonra qeydiyyata düşməyi sübutdur. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)- 1982/2021 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsasən iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozlması ilə çıxarılmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı Cavabdeh1 ilə 07 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli yaşayış sahəsinə köçmüş, lakin onlar 2009-cu ildə Rusiya Federasiyasına köçmüşlər və təqribən 2016-cı il tarixədək orada yaşamışlar. 2016-cı ildə Bakı şəhərinə qayıtmış, qısa müddət ərzində mübahisəli mənzildə yaşamış, sonra başqa mənzilə köçmüşlər. Orada da qısa müddət yaşadıqdan sonra ailə müqasibətlərinin pisləşməsi nəticəsində ayrılmışlar. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı Cavabdeh1 ilə 07 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli yaşayış sahəsinə köçmüş, lakin 2009-2016-cı illərdə Rusiya Federasiyasında yaşamışlar. Onlar 2016-cı ildə Bakı şəhərinə qayıtdıqdan sonra Sahil qəsəbəsində başqa mənzildə yaşamışlar, lakın qısa müddət sonra ailə münasibətlərinin pisləşməsi nəticəsində ayrılmışlar. İddiaçının digər iddia tələbinə əsasən onun mübahisəli mənzildə olan əşyaları da qaytarılmışdır. Bu barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsi qəbul edilmiş və icra olunmuşdur. Hesab edirlər ki, iddiaçının mübahisəli mənzilə istifadə və ya digər əmlak hüquqları mövcud deyildir, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 2007-ci ildə rəsmi nikahın bağlanması və 2016-cı ildən faktiki olaraq ayrı yaşamaları işin mübahisə edilməyən halıdır. Eyni zamanda işdə olan DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 Cavabdeh2şi oğlunun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 5 saylı Mənzil- Kommunal sahəsi tərəfindən verilmiş 10 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhər 1-ci məhəllə ev 45 B, mənzil 23-də qeydiyyatsız yaşayır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı ilə mənzilin mülkiyyətçisi olan cavabdeh arasında iddiaçının mübahisəli mənzildə istifadə hüququna dair hər hansı yazılı, notarial qaydada təsdiqlənmiş razılaşma olmamış, həmçinin iddiaçı mülkiyyətçinin ailə üzvü olmamışdır. İddiaçının istər Mülki Məcəllənin 228ci maddəsi, istərsə də Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından mübahisəli yaşayış sahəsinə istifadə hüquqları yaranmamış və mövcud deyildir. Belə olan halda iddia təmin oluna bilməz, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. İşin hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah 07 avqust 2007-ci il tarixdə bağlanmış, birgə nikahdan iki uşaqları vardır. İddiaçı mübahisəli yaşayış sahəsinin özbaşına tikili olmasını göstərsə də, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzil Cavabdeh2şi oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə 22.05.2014-cü il tarixdən dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda tərəflərin izahatlarında da müəyyən olunur ki, iddiaçı Cavabdeh1 ilə 07 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli yaşayış sahəsinə köçmüş, lakin 2009-2016-cı illərdə daimi olaraq Rusiya Federasiyasında yaşamışlar. Onlar 2016-cı ildə Bakı şəhərinə qayıtdıqdan sonra daimi əsaslarla mübahisəli mənzildə yaşamamış, bir müddət Sahil qəsəbəsində başqa mənzildə yaşamış, lakın ailə münasibətlərinin pisləşməsi nəticəsində ayrılmışlar. Qeyd edilməlidir ki, mənzilə (yaşayış sahəsinə) köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olunmasıdır. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Bu səbəbdən də ilkin olaraq iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının yaranıb-yaranmaması, yaranmışsa həmin hüququnun hazırda da mövcudluğu yoxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə (eləcə də istifadə etmək) hüquqları nə Mülki Məcəllənin 228-ci maddəsinə, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaranmamışdır. Belə ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. İşin faktiki hallarına əsasən, tərəflər arasında mübahisəli mənzildən istifadə sahəsində notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma mövcud olmamış, cavabdehin istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə, cavabdehin mübahisəli mənzilə MM-nin 228-ci maddəsi ilə müəyyən edilmiş istifadə hüquqları yaranmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində də cavabdehin (mənzilin mülkiyyətçisinin) ailə üzvü sayılmır. Çünki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, cavabdeh qeyd edilən hüquq normasının 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində əmlak mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Qeyd edilən normada (2-ci cümlədə), həmçinin qeyd edilmişdir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə (gəldiyi nəticəyə) görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Cavabdeh isə qeyd edilən kateqoriya şəxslərə aid deyildir. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə (istifadə etmək) hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. İddiaçı isə bunun əksini (mübahisəli yaşayış sahəsindən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı yalnız 2007-2009-cu ildə mübahisəli yaşayış sahəsində müvəqqəti yaşamış, sonra 2009-2016-cı illərdə Rusiya Federasiyasına köçmüş, orada yaşamışdır. İddiaçı mübahisəli yaşayış sahəsində qeydiyyatda olmasını göstərsə də, həmin hal özü-özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını və ya mövcudluğu ehtiva etmir. Göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, digər şəxslərin (əmlak mülkiyyətçisinin) hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apeldlyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğluna qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-1982/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)- 1982/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5883/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5883/2021
06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver