Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5885/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mülkiyyətçi tərəfindən kompensasiya verməklə onların Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 6 saylı evin 52-ci mənzilindən istifadə hüququna xitam verilməsi, kompensasiyanın məbləğinin hər 4 cavabdeh üçün birgə olmaqla cəmi 12000 manat müəyyən edilməsi, mediasiya və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 istifadə hüququna ümumilikdə 12000 manat məbləğdə kompensasiya müqabilində xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pulun Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Mülki Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2024-cü il saat 14:20-ə təyin edilmiş, sonradan Xətai Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixində məktubla müraciət edərək, hazırkı mülki iş üzrə Cavabdeh3 tərəfindən apellyasiya şikayəti daxil olduğundan mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 Cavabdeh3 apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəmə göndərilməsinə etiraz etməmişlər. Kollegiya hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə səlahiyyət həddində qiymət verilməsi üçün apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddələrinin) tələblərinə əsasən, 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5885/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Cavabdeh3 məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayətinin mümkünlüyünə, səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(103)-5885/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5885/2024
04.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver