Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-589/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili X3 iştirakları ilə, iddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin, 2(009)-1885/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı (müstəqil tələb irəli sürməyən şəxs qismində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin cəlb edildiyi) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sabir qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 21,4 kv.m sahəsi olan 13 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla-sahəsi 25.68 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 49,5 kv.m sahəsi olan 14 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 20% əlavə olmaqla - sahəsi 59.4 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 23,5 kv.m sahəsi olan 20 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqlasahəsi 28.2 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 28,75 kv.m sahəsi olan 21/18 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla-sahəsi 34.5 kv.m olan yeni və təmirli mənzil sahəsi ilə təmin edilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 Sabir qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 21,4 kv.m sahəsi olan 13 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 27.82 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 49,5 kv.m sahəsi olan 14 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 30% əlavə olmaqla - sahəsi 64,35 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44- də yerləşən 23,5 kv.m sahəsi olan 20 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla-sahəsi 30,55 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 28,75 kv.m sahəsi olan 21/18 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla-sahəsi 37.37 kv.m olan yeni və təmirli mənzil sahəsi ilə təmin edilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin rayonlarının, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarı ilə Səbail rayonu üzrə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən 535 mənzildən ibarət 41 yaşayış binasının, bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunması, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması təmin olunmalıdır. Həmin qərarın icrası ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi” haqqında xx xxxxxx 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən uzunmüddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Qurban Abbasov küçəsi 42, 44, Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü və 0,55 ha ərazidə yeni çoxmərtəbəli yaşayış binansının layihələndirilməsi və tikintisi pilot layihə kimi İddiaçı ‘Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Sərəncama əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması İddiaçı vəsaiti hesabına həyata keçirilməlidir. Ərazi üzrə torpaq sahəsi həm Səbail Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə, həm də xx xxxx 2018-ci ildə Səbail Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə ilə Cəmiyyətə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləyə əsasən Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 5500 m2 torpaq sahəsini hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün Cəmiyyətə icarəyə verməyi, Cəmiyyət isə hər il 20.350 (iyirmi min üç yüz əlli) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunmuş xx xxxxxx 2016cı il tarixli “ünvan 1 saylı ünvanda yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti” haqqında aktda göstərilmişdir ki, yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki aşınmaya məruz qalması müəyyən olunmuşdur, yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri və mənzillərin mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir, yaşayış evlərində və mənzillərdə təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Odur ki, yaşayış evlərinin istismarı dayandırılmalı və sakinlər təcili olaraq mənzillərdən çıxarılmalıdırlar. Cavabdehlərin qəzalı vəziyyətdə olan və tikinti normalarına cavab verməyən mənzillərinin əvəzinə Cəmiyyət onlara ünvan 2 saylı ünvanda memarlıqşəhərsalma standartlarına uyğun tikəcəyi hündürmərtəbəli binada müasir mənzillər təklif edir. Ancaq cavabdehlərlə aparılmış danışıqlar nəticəsiz qalmış, razılaşma əldə olunmamışdır. Cəmiyyət tərəfindən 44 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında hər bir vətəndaşa mənzilinin sahəsindən 30 % artıq olmaqla təmirli mənzil, mənzildən köçməsi üçün birdəfəlik 500 manat və bina tikilib hazır olanadək cavabdehlər Cavabdeh1 Sabir qızının 21,4 kv.m-dən ibarət 13 saylı mənzilinə müvafiq 350 manat, Cavabdeh2 49,5 kv.m-dən ibarət 14 saylı mənzilinə müvafiq 450 manat, Cavabdeh3 23,5 kv.m-dən ibarət 20 saylı mənzilinə müvafiq 350 manat və Cavabdeh4 28,75 kv.m-dən ibarət 21/18 saylı mənzilinə müvafiq 350 manat aylıq kirayə haqqı ödənilməsi təklif olunmuşdur. İddiaçı hesab edir ki, bu, vətəndaşların mənzilinə görə tam və ədalətli kompensasiyadır. Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1885/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 Sabir qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 21,4 kv.m. sahəsi olan 13 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 27,82 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 49,5 kv.m sahəsi olan 14 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 450 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 64,35 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 23,5 kv.m. sahəsi olan 20 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən Cavabdeh3 prosessual hüquqi varisi X1 mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 30,55 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 28,75 kv.m sahəsi olan 21/18 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 37,37 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir (Sədirlik edən: Şahin Abdullayev). Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1885/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-1885/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir (Sədrlik edən: Vüqar Həsənov). Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-3545/2020 saylı, xx xxxx 2020-c Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-ni hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, nə torpaqları dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilməmişdir, nə həmin mənzilin (tikilinin) yerləşdiyi torpaq sahəsinin qanunla nəzərdə tutulmuş qaydada icarə hüququnu, nə də mübahisəli mənzilin qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququnu əldə etməmişdir. Əksinə, hal-hazırda həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışa əsasən cavabdehlər Cavabdeh4 və X4 mülkiyyətindədir. İddiaçının və üçüncü şəxsin istinad etdikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli “rayonların ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinləin mənzilməişət şərtlərinin yaxşılaşdırılması məqsədi” qərarı dövlət ehtiyacını (torpaqların alınmasını zəruri edən dövlət ehtiyacını və həmin torpaqları alan orqanı müəyyən etmir) ehtiva etmir. Belə olan halda, xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi əsasında 3-cü şəxs tərəfindən qanunsuz olaraq iddiaçının istifadəsinə verilən torpaq sahəsinin üzərinə uzun illər qabaq mövcud olan (Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44, mənzil 21/18) fərdi yaşayış evinin (mənzilin) xüsusi mülkiyyətlərində olması, onun – iddiaçının istənilən tələbi əsasında sökülməsi qeyri-mümkündür, qanunvericiliyin tələblərinə ziddir. Səbail rayonu, Qurban Abbasov küçəi ev 44 mənzil 21/18 cavabdehlərin xüsusi mülkiyyətində olması şübhə doğurmur və Azərbaycan Respublikası ƏMDK yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışla da təsdiq olunur. Lakin mübahisə doğuran Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarında göstərilən – Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların cavabdehlərə məxsus olan mənzilin ərazisinə düşüb-düşməməsidir. Bundan əlavə, həmin 41 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların harada yerləşməsi, koordinatları heç bir hüquqmüəyyənedici sənədlərlə müəyyən edilməmiş, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 44, 21/18 saylı mənzilin yerləşdiyi torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 1885/2019 saylı qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili B.Məmmədov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğvini xahiş etmişdir. Kollegiya iclasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi H.Məmmədov və iddiaçının vəkili A.Atakişi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX № ******* seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində yerləşən 44 saylı evin 13 saylı mənzili Cavabdeh1 Sabir qızının adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır, mənzil 1 yaşayış otağından ibarətdir, ümumi sahəsi 21,4 kv.m təşkil edir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM № 165399 seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində yerləşən 44 saylı evin 21/18 saylı mənzili Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır, mənzilin 2 yaşayış otağı, ümumi sahəsi 28,75 kv.m təşkil edir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM № 054224 seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində yerləşən 44 saylı evin 20 saylı mənzili Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır, mənzilin 1 yaşayış otağı, ümumi sahəsi 23,5 kv.m təşkil edir. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 948 saylı, xx xxxxxxx 2000-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində yerləşən 44 saylı evin 14 saylı mənzili Cavabdeh2 adına qeydiyyata alınmışdır, mənzilin 2 yaşayış otağı, ümumi sahəsi 49,5 kv.m təşkil edir. İş materiallarında olan V-JQ № 251447 saylı, xx xxxxxx 1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan V-ZQ № 366557 saylı, xx xxxxxx 1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 1964- cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh3, anası X2r. İş materiallarında olan AR Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 03 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısı X9 ilə «xxxx» MMC-nin direktoru arasında bağlanılmış, Səbail rayonu İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 177 saylı sərəncamı ilə Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsini əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Şirkət tərəfindən Səbail rayonu Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42, 44 saylı ünvanlarda yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli ünvan 3 saylı ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxx 2016-cı il tarixli, 34/04041 nömrəli tapşırığına əsasən ünvan 4 saylı ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə vizual texniki baxış keçirildi və aşağıdakılar müəyyən olundu. Baxış keçirilən İddiaçı MMC-yə ayrılmış 0,12 ha sahə ünvan 4 saylı ünvanda yerləşir. Qeyd olunan ərazi 33 mənzildən ibarətdir. Bu ərazidə yerləşən fərdi yaşayış evləri bir və iki mərtəbəli olmaqla, XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarvında çürümələr, beton konstruksiyalarında qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri və mənzillərin mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təşlükəlidir. Yaşayış evlərində və mənzillərdə təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. 1.Yaşayış evlərinin istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2. Sakinlərin təcili olaraq mənzillərdən çıxarılması; 3.Qeyd olunan yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi. 4.Ərazinin şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması; Binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Səbail rayonu, Qurban Abbasov küçəsi, 44 saylı ünvanda yerləşən binalar qəzalı və yararsız vəziyyətdədir və onlar heç bir texniki normaya cavab vermir, hər an uça bilər. Bu evlər XX əsrin əvvəllərində inşa edilib və sakinlərin həmin evdə yaşaması təhlükəlidir. Bu səbəbdən iddiaçı Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamına, AR Föəqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2016-cı il tarixli aktını əsas tutmaqla Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 44 saylı ünvanda qəzalı və yararsız vəziyyətdə olmaqla təmir və bərpa işlərinin aparılması iqtisadi cəhətdən əhəmiyyətsizdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, « ...iddiaçının subyektiv hüququnun olub-olmaması Səbail Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016cı il tarixli Sərəncamı və xx xxxx 2018-ci il tarixli torpağın icarə müqaviləsi kontekstində yoxlanılmaqla müəyyən edilə bilərdi.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsini araşdıraraq belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə (i.v. 14) əsasən Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 177 saylı Sərəncamı ilə Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsini əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsin icarə müqaviləsi bağlanmışdır ki, bu da iddiaçının subyektiv hüququnun olmasını təsdiq edən faktdır. Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 177 saylı Sərəncamından göründüyü kimi İddiaçı MMC-yə ərazidə yerləşən yaşayış və qeri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması İddiaçı MMC-nin hesabına həyata keçirilməsi tapşırılmışdır. Kollegiya məhkəmə araşdırması zamanı mübahisəli əraziyə yerli baxış keçirmiş və müəyyən etmişdir ki, sözügedən ərazidə bir neçə sakinlərin evi sökülsə də, hazırki iş üzrə cavabdehlərin yaşayış sahələri sökülməmişdir. Eyni zamanda, yaşayış sahələri sökülmüş sakinlərin İddiaçı MMCyə qarşı iddia irəli sürməsi də iş materiallarında aşkar edilməmişdir. Bu hal onu deməyə əsasə verir ki, İddiaçı MMC ilə evləri sökülmüş sakinlər arasında razlıq əldə edilmiş və daha sonra söküntü işləri aparılmışdır. Lakin, hazırki iş üzrə cavabdehlərlə belə razılıq əldə edilmədiyindən onların iradəsinə zidd sözügedən yaşayış sahələrinin sökülməsi yolverilməzdir. İş materiallarından, apellyasiya şikayətinin məzmunundan və tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdehlər İddiaçı MMC ilə müqavilə bağlmaqdan imtina edirlər. Kollegiya qeyd edir ki, mübahisəli ərazidəki yaşayış sahələrinin cavabdehlərin xüsusi mülkiyyətində olması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya işin hallarını şikayətin dəlilləri ilə birgə Ali Məhkəmənin göstərişlərinə müvaviq surətdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur. Belə ki, iddiaçının subyektiv hüququnun mövcud olması cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsinə əsas deyildir. Belə ki, Mülki Məcəllənin 6.1.5-ci maddəsində müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi təsbit edilmişdir. Həmin prinsip Mülki Məcəllənin 390-cı maddəsində öz əksini tapmışdır. Həmin maddənin tələbinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər və bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər və müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi iddiaçının iddia tələbi cavabdehlərin mülkiyyətində olan yaşayış sahələrinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsinə yönəldiyindən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi müqavilələr azadlığı prinsipinə zidddir. İş materiallarından və tərəflərin izahatından aydın olur ki, cavabdehlər onlara məxsus olan yaşayış sahələrinin sökülməsi və onlara başqa mənzillərin verilməsi təklifi ilə razı deyillər. Belə olan halda, cavabdehlərin yaşayış sahələrinin sökülməsi ilə bağlı iradə ifadəsi mövcud olmadığından İddiaçı MMC-nin tələbi cavabdehlərin müqavilə azadlığı prinsipinə zidd hesab edilir və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının subyektiv hüququ mövcud olsa da, cavabdehlərin mülkiyyət hüququnun xitamına yönəlmiş tələbi mülki qanunvericiliyin müqavilə azadlığı prinsipinə zidd olduğundan cavabdehlərin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh3 prosessual hüquqi varisi X5, X6, Cavabdeh4 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin, 2(009)-1885/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-589/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-589/2021
12.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver