Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5892/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbi və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alğı- satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzilin boşaldılması, alğı- satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh3, Birinci iş üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(006)-314/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin, 13 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2001-ci ildən etibarən həmin mübahisəli ünvanda iddiaçının qardaşı ilə birlikdə yaşamışlar. Cavabdeh2 mübahisəli ünvanda qeydiyyata düşmüşdür. 2.Birinci və ikinci iş üzrə tərəflər bir-birlərinə qarşı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. a)Birinci instansiya məhkəməsində icraat 3.Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi, qəbul edilmiş qətnamənin, iddiaçının razılığı ilə Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilinə qeydiyyata düşmüş Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılması qətnamədə qeyd edilməsi xahiş olunmuşdur. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. 2001-ci ildə iddiaçının xalası (cavabdeh) Cavabdeh3 Bakı şəhərində yaşamaq üçün mənzillərinin olmadığını, həyat şəraitlərinin ağır olduğunu və kirayə haqlarının baha olduğunu bildirərək iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə müvəqqəti olaraq cüzi kirayə haqqı qarşılığında yaşamaqlarına icazə vermələrini xahiş etmişdir. Həmin dövrdə iddiaçı özü ailəsi ilə birlikdə Salyan rayonunda yaşamış, qeyd olunan mənzildə iddiaçının qardaşı yaşamışdır. İddiaçının razılığı ilə xalası və onun ailəsi müvəqqəti olaraq həmin mənzildə iddiaçının qardaşı ilə birlikdə yaşamağa başlamışdır. İddiaçının qardaşı ilə birlikdə yaşayarkən kirayə haqqı ödənməmiş, 2005-ci ildə iddiaçının qardaşı həmin mənzildən köçdükdən sonra 2009-cu ilə qədər hər ay 100 manat kirayə haqqı ödəmişlərSonra isə ailə vəziyyətlərinin ağır olması bəhanəsi ilə ödənişi dayandırmışlar. 2009-cu ildə iddiaçının xalası oğlu (cavabdeh) Cavabdeh2 məktəb və hərbi xidmətlə bağlı Bakı şəhərində qeydiyyata düşməsinin vacib olduğu bildirilərək, onun müvəqqəti yaşadıqları mənzilə qeydiyyata düşməsinə icazə verilməsini xahiş etmişlər. Mənzilin mülkiyyətçisi olan İddiaçı razılığı ilə Cavabdeh2 həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçı həyat yoldaşı X20 2013-cü ildə vəfat etmişdir. Bir müddət rayonda yaşayan iddiaçı, daha sonra övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə köçmüş və "xxxx" ASCnin baş ofisində çalışmağa başlamışdır. Yaşadığı yerin şəhər kənarında olması, iş yerinə getməsinin və azyaşlı övladlarının məktəbə gedib-gəlməsinin olduqca böyük əziyyətlə həyata keçməsi səbəbindən öz mənzilinə köçmək istəmiş, xalasına ailəsi ilə birlikdə mənzilindən çıxmasını və mənzili ona təhvil verməsini bildirmişdir. Xalası (cavabdeh) Cavabdeh3 ailəsi ilə birlikdə son bir ildən artıq müddətdir ki, faktiki olaraq iddiaçıya məxsus olan mənzildə yaşamadıqlarına baxmayaraq, mənzili təhvil vermək istəməmiş, mənzildə əşyalarının olmasını, mənzildə yaşayarkən təmir etdiklərini və s. kimi bəhanələr gətirməyə başlamışdır. Hal-hazırda faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan və "xxxx" ASC-də çalışan İddiaçı, şəhərin mərkəzində özünə məxsus mənzili olduğu halda azyaşlı övladları ilə birlikdə şəhər kənarında şəraitsiz və çətin şərtlər altında yaşamaqdadır. 5.Sonradan birinci iş üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kirayə haqqı olaraq ödəməyi öhdələrinə götürdükləri 21.600 (iyirmi bir min altı yüz) manat və ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qəbul ediləcək qətnamənin, iddiaçının razılığı ilə Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilinə qeydiyyata düşmüş Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasının qətnamədə qeyd edilməsini xahiş etmişdir. 6.İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. 2001-ci ildə iddiaçının xalası (cavabdeh) Cavabdeh3 Bakı şəhərində yaşamaq üçün mənzillərinin olmadığını, həyat şəraitlərinin ağır olduğunu və kirayə haqlarının baha olduğunu bildirərək iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə müvəqqəti olaraq cüzikirayə haqqı qarşılığında yaşamaqlarına icazə vermələrini xahiş etmişdir. Həmin dövrdə iddiaçı özü ailəsi ilə birlikdə Salyan rayonunda yaşamış, qeyd olunan mənzildə iddiaçının qardaşı yaşamışdır. İddiaçının razılığı ilə xalası və onun ailəsi müvəqqəti olaraq həmin mənzildə iddiaçının qardaşı ilə birlikdə yaşamağa başlamışdır. İddiaçının qardaşı ilə birlikdə yaşayarkən kirayə haqqı ödənməmiş, 2005-ci ildə iddiaçının qardaşı həmin mənzildən köçdükdən sonra 2009-cu ilə qədər hər ay 100 manat kirayə haqqı ödəmişlər. Sonra isə ailə vəziyyətlərinin ağır olması bəhanəsi ilə ödənişi dayandırmışlar.Tərəflər arasında kirayə haqqı ilə bağlı müvafiq razılaşma olmasına baxmayaraq cavabdehlər 2009-cu ildən bugünə kimi mülkiyyətçi olan iddiaçıya heç bir ödəniş etməmişlər. 2010-cu ildən etibarən hər ay üçün sadəcə 150 manat hesablasalar da, bugünə kimi cavabdehlərin iddiaçıya 21.600 manat (150 m x 12 ay = 1800 x 12 il =21.600) borcu vardır. 7.Eyni zamanda ikinci iş üzrə iddiaçı Cavabdeh3 həmin iş üzrə cavabdeh İddiaçı qarşı “alğısatqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 8.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ikinci iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı "müqavilənin etibarlı sayılması və vurulmuş mənəvi zərərə görə pul" tələbinə dair 2(006)-1367/2023 saylı mülki iş, birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki işlə birləşdirilərək bir icraatda birləşdirilməsi qərara alınmışdır. 9.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(006)-314/2023 saylı qərardadı ilə iddiaçılar Cavabdeh3 və X4 cavabdeh İddiaçı qarşı “evin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərə geri qaytarılaraq iddia baxılmamış saxlanılmışdır. 10.İkinci iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X15 bacısı X5 qızıdır. Yaxın qohum olmağı səbəbindən bacısı Dürnisənin qızı, həmin iş üzrə cavabdeh İddiaçı və onun anası 2000-ci ilin iyun ayında 1994-cü il və ya 1995-ci illərdə çox ucuz qiymətə aldığı, yaşamaq üçün heç bir şaraiti olmayan, istismara tam yararsız Bakı ş., Nəsimi r-nu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşən 13 saylı bir otaqlı mənzilində kirayə pulu ödəmədən qalmağı onlara təklif etdi. Onunla olan yaxın qohumluq münasibətlərini nəzərə alaraq onun təklifi ilə razılaşdılar və sonra, yəni 2000-ci ilin iyun, iyul aylarında həmin evə köçdülər. Evdə yaşamaq üçün heç bir şərait olmasa da, 2000-ci ilin son aylarına, yəni oktyabr ayının axırına kimi həmin evdə çox çətin şəraitdə yaşadılar. Həmin evə köçdükdən sonra yaşamağın dözülməz və heç cürə mümkün olmaması səbəbindən evdən çıxmaq və başqa şəraitli evə köçmək fikrinə düşdülər və bu barədə İddiaçı bildirdilər. İddiaçı və anası Dürnüsə bildirdilər ki, evi təmir etməyə onun maddi imkanlar yoxdur, ona görə də təklif etdi ki, həmin evi onlar alsınlar, təmir edib yaşayarlar. Həqiqətən evi olmadığına və əvvəllər kirayədə qaldığına görə ailə üzvüləri ilə birlikdə evin sahibi, hazırki iş üzrə cavabdeh və onun anası, yəni bacısı Dürnisənin iştirakı ilə evə bir neçə dəfə baxdıqdan, məsləhətləşdikdən sonra evi almaq qərarına gəldilər. Hətta bir neçə dəfə həmin evi almaqda tərəddüd etsə də, bacısının və onun qızının, həmçinin ailə üzvülərinin təkidi ilə evi almağa razılıq verdi. Ona görə ki, həmin dövrdə bu tipli evləri heç kim almırdı. Həmin evin ailəli adamlar üçün yaşamağa heç bir şəraiti yox idi. Belə ki, evin hamam və tualeti, paltar asmağa həyəti belə yox vəziyyətində idi. Həmin evin damı çürümüş, tavanın taxtaları evin içinə sallanmış, evin divarları çat vermiş, döşəməsi isə tam dağılmış və hər an uçmaq təhlükəsi vardır. Beləliklə, cavabdeh və onun anası ilə evin qiymətinə dair olan razılaşmalarına əsasən belə qərara gəldilər ki, evin dəyərinin əvəzi olaraq 1200 ABŞdolları onlara ödədiyi və bundan sonra isə onlar tərəfindən həmin mənzildə yaşadıqları 4 il müddətində ödəmədikləri kommunal xərcləri onlar ödəsinlər. Aralarında olan sövdələşmənin yekun nəticəsinə görə, həmin evin təmiri tərəflərindən aparıldıqdan sonra evin notarial rəsmiləşməsi aparılmalı idi. Bu barədə tərəflər arasında əldə olunan olan razılıqdan sonra, evin razılaşdırılmış satış qiymətini, yəni 1200 ABŞ dolları cavabdeh İddiaçı ödədi və bundan sonra həmin evdə yaşamağa davam etdilər. Sözsüz ki, həmin ev yaşamaq üçün tam yararsız vəziyyətdə olsa da, evi aldıqlarına və buna görə ev sahibinə evin dəyərini ödədiklərinə görə, həmin evdə yaşamaq və evi təmir edib şərait qurmaq məcburiyyətində idilər. Bu səbəbə görə də yaxın dostların və tanışların həm maddi, həm də digər formada olan dəstəkləri sayəsində həmin evin qonşuluğunda 7 ay kirayədə qalmaqla həmin evi divarlarını, tavanını, döşəməsini yerindən sökmüş, yenidən tikmiş, təmir edərək hamısını təzələyərək həmin evə köçdülər. Evin yenidən tikilməsi və yaşamaq üçün tam hazır vəziyyətə gətirilməsi üçün ümumikdə 12.500 dollardan artıq vəsait xərclədilər. Bacı və hazırki iş üzrə cavabdeh İddiaçı evi yenidən tikib təmir edəndən sonra onlara gəldilər və ev gördü adı ilə evə baxıb onlara xeyir-dua verdilər. Həmin vaxt, yəni onlar qonaq olduqları və evin içində çay içib söhbət etdikləri əsnasında onlara evi sənədləşdirmək və buna görə notariusa getmək lazım olduğunu onlara təklif etsələr də, onlar onunla yoldaşının bu təklifinə etiraz etmədilər və bildirdilər ki, evin sənədləşdirilməsi çox sadə bir işdir, istənilən boş vaxtlarında bunu edəcəklər. Ancaq hər dəfə onlar arxayın edib evin alqısatqısını etməkdən yayınırdılar. Onların niyyətlərinin onları aldatmaq olmalarını heç vaxt ağıllarına gətirməzdilər. Yaxın qohumluq səbəbəbindən evin alqı-satqı yolu ilə rəsmiləşməsi üçün notariusa getməklə bağlı hər dəfə onlara deməyə belə utanırdılar. Hətta bir dəfə cavabdeh və bacısı Dürnüsə evin sənədləşdirilməsi ilə bağlı yarızarafat, yarıciddi formada bildirmişdilər ki, ”sizi evdən çıxardan var ki, sənədləşdirmək barədə hər dəfə bizə bunu deyirsiz?!”. Cavabdeh 2000-ci ildən hal-hazıradək olan müddətdə evi adlarına keçirməsə də, son vaxtlarda bildirirdi ki, ”ev onsuzda sizindir, nə vaxtı hökümət bu əraziləri sökərsə, onda evə görə veriləcək pul sizə çatacaq”. Doğrudan da, son müddətə kimi cavabdehin və bacısı Dürnisənin səmimiliyinə heç bir şübhə olmamışdır. Ancaq cavabdeh və onun anası onların onlara olmuş inam və etibarından sui-istifadə edib evin adlarına rəsmişlədirməkdən imtina etmələrinin arxasında çox ciddi məqəsədlərinin olması son ildə üzə çıxarmışdır. Hətta onlar öz çirkin niyyətlərini həyata keçirmək məqsədi ilə 2000-ci ildən indiyə kimi, yəni 22 il müddətində onlara gəlib-getmiş və yaxın qohumluq münasibətlərini davam etdirmişlər. Həmin dövrdə, yəni 2000-ci ildə kommunal tipli evlərin satış qiyməti həddindən artıq ucuz idi. Mübahisə etdikləri ev kimi evlər, yəni yaşamaq üçün heç bir şəraiti olmayan, eyni ölçülü evin dəyəri 1500 və ya 2000 manat (dollar) idi. Yaşamaq üçün minimum şəraiti olan, yaşamaq üçün xüsusi təmirə ehtiyacı olmayan bu tipli və ölçülü 1 otaqlı evin qiyməti isə 3000 və ya 4500 dollar arasında dəyişirdi. Həmin evlərin qiymətinin aşağı və ya yuxarı olması məsələsi isə evin yerləşdiyi yerdən, evə giriş-çıxışın münasib olması məsələsindən, evin həyətinin geniş olmasından asılı idi. Həmin evi aldıqdan bir neçə gün sonra, hətta təmirə başladıqları ilk günlərdə rastlaşdıqları çox ciddi problemlərlə, həmçinin evin yerləşdiyi həyətə küçədən dönmə yolunun narahatlığı və ümumi həyətin sıxlığı məni və ailə üzvülərinin rahat yaşayışına ciddi maneələr yaratığından və gələcəkdə də yaradacağından hazırki iş üzrə cavabdehlə və onun anası bacısı Dürnüsə ilə bir neçə dəfə həmin evin geri qaytarmaq barədə söhbətlər etmiş, verdikləri pulu geri tələb edib daha geniş məhlədən, giriş-çıxışı sərbəst olan həyətdən ev almaq və ya Bakı şəhərinin Sulu Təpə deyilən ərazisindən boş torpaq almaq istədiklərini bildirmiş, lakin cavabdeh istəyini bilərəkdən ciddi qəbul etməmiş, hər dəfə yalançı ümidlər verərək onu aldatmışdır. Cavabdeh İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu,Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşən 13 saylı mənzilinin alqı-satqısına dair əqdi, yəni müqaviləni tamamilə icra edərək evin dəyərini 1200 ABŞ dollarını ona ödəsə də, digər tərəf kimi o, əqdin notariat qaydasında təsdiqlənməsindən faktiki olaraq boyun qaçırmış və onu aldatmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, pozulmuş hüquqlarının bərpa olunması və ona dəymiş mənəvi zərərə görə cavabdeh İddiaçı ilə Cavabdeh3 arasında ünvan 3-də yerləşən 13 saylı mənzilinə dair aparılmış alqı- satqının 2002-ci ilin yanvar ayından etibarlı sayılması və İddiaçı vurulmuş mənəzi zərərə görə 10.000 manatın alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməlidir. 11.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçının mənzilə köçürülməsi, cavabdehlərdən ödənilməyən kirayə haqqının tutularaq iddiaçıya ödənilməsi, eyni zamanda Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini və Cavabdeh3 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi”nə dair iddia tələbinin iddia müddəti keçdiyinə görə təmin edilməməsini xahiş etmişdir. 12.Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Vüsalənin xalası Cavabdeh3 bacısıdır. Onlar həmin ünvana 2000-ci ildə köçüblər. Onlar oraya köçəndə ev tam hazır vəziyyətdə idi. Evdə əşya və s. hər şey var idi. Onlar onlara 1 qəpik də verməyiblər. Evdə elə də təmirə ehtiyac yox idi. Kirayə haqqı belə ödəmirdilər. Oğlunun kirayə puluna 5 il köməklik ediblər. Ayda 100 ABŞ dolları. Evin təmir edildiyini gördükdə təəccübləndi, çünki evin o qədər təmirə ehtiyacı yox idi. Həmçinin, cavabdehlər ev alıblar. Çinarənin adına ipotekaya ev götürüblər. Evə köçdükləri zaman ev qəzalı vəziyyətdə deyildi. 13.Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, onun bibisi həmin o mübahisələndirilən ünvanda yaşamışdır. O da arada onun yanına gedib-gəlirdi. Son illərdir ki, cavabdehlərin orada yaşamasına şahid olmamışdır. Təmir işləri də görməyiblər. 14.Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, onun anası orada yaşamışdır. Sonra o, ora köçmüşdür. Məlahət xanım onun qapı qonşusudur. 5 ildir ki, orada yaşayır. İrina xanımı tanımır. Bibisini də orada görməmişdir. Ola bilsin ki, ondan əvvəl yaşayıb həmin ünvanda. O, həmin ünvanı Məlahətin evi kimi tanımışdır. Evin Vüsalə xanıma məxsus olduğunu indiöyrənir. O, həmin ünvana köçəndə onlar orada yaşayırdılar. Anası oraya 2000-ci ildə köçüb. Cavabdehlər orada yaşadıqları müddət ərzində bir çox təmir işlərinin görülməsinin şahidi olmuşdur. Təmir işləri olanda Məlahət xanım və qızı onlarda qalırdı. Yoldaşı və oğlu isə Ziya müəllimin evində qalırdı. 15.Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən həmin ünvanda yaşayır. Cavabdeh1 və onun ailə üzvləri onun qonşusudur. O, oraya köçəndən onlar orada yşayırdılar. İddiaçı tanımır. Heç vaxt görməmişdir. Fərhadgilin təmir işlərini apardıqlarının şahidi olmuşdur. 16.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim-Tağıyeva Natavan) 24 iyun 2023-cü il tarixli, 2(006)-314/2023 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2- də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, İddiaçı Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzilə köçürülməsi, hazırki qətnamənin Cavabdeh2 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. 17.İş materiallarında olan xx.xx.1999-cu il tarixdə verilmiş, V-ЖГ № 318668 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X20 ilə X11 arasında 31 oktyabr 1999-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. 18.İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 285№-li 15 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən veriləb Arayışdan görünür ki, Cavabdeh2 S.Vurğun küçəsi, dalan 2, ev 5, 13 nömrəli mənzildə qeydiyyatdadır, lakin 1 il müddətində yaşamayıb, hal-hazırda yaşamır. 19.İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5559816№-li Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, Dalan 2, ev 5, mənzil 13-də X21, X16, İddiaçı, X17 və Cavabdeh2 qeydiyyatdadırlar. 20.İş materiallarında olanTexniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsindən görünür ki, S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. 21.İş materiallarında olanxx.xx.2022-ci il tarixli, 229№-li Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh2 ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayırlar. Yaşadıqları mənzil 1 otaq yaşayış sahəsi 17 kv.m, ümumi sahəsi 35,4 kv.mdir. 13 saylı mənzil qəzalı vəziyyətdə olduğundan 2002-ci il tarixində mənzilin yenidən bərpası və əsaslı təmir işləri Rzayevlər ailəsi tərəfindən öz vəsaitləri hesabına aparılmışdır. 22.İş materiallarında olan, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2-də yaşayan sakinlər tərəfindən müvafiq dövlət qurumuna ünvanlanmış ərizədən görünür ki, sakinlər Rzayevlər ailəsinin xx.xx.2000-ci il tarixindən bugünə qədər mübahisəli ünvanda yaşadıqlarını, xx.xx.2002-ci il tarixində mənzilin həmin ailə tərəfindən sökülüb, yenidən tikildiyini, bugünə kimi həmin mənzildə yaşamağa davam etdiklərini, evlə bağlı lazımi ödənişləri həyata keçirdiklərini bildirmişlər. 23.İş materiallarında olanxx.xx.2022-ci il tarixli, 231№-li Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh2 S.Vurğun, Dalan 2küçəsindəki 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilində qeydiyyatdadır və mənzilə dair heç bir kirayə haqqı yoxdur. 24.İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 347№-li Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, X12, Cavabdeh4, Cavabdeh2 xx.xx.2000-ci il tarixdən bugünə qədər Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2, ev 5, mənzil 13-də yaşayırlar. 25.İş materiallarında olan ünvan 3 ünvanında yaşayan sakinlər tərəfindən müvafiq dövlət qurumuna ünvanlanmış ərizədən görünür ki, sakinlər 1994-cü ildən ünvan 3 ünvanında yerləşən 13 saylı mənzilin sahibi kimi İddiaçı tanıdıqlarını, həmin mənzildə ilk əvvəllər qardaşı X21 ilə birlikdə qaldığını, sonradan xalası R.Məlahətin ailəsi ilə qeyd olunan ünvanda Ə.Emillə birlikdə yaşamağı xahiş etdiyini, əlavə olaraq Rzayevlərin artıq 2 ilə yaxındır ki, öz istəkləri ilə həmin evdən köçdüklərini və yeni ev aldıqlarını, son 4-5 ay isə ümumiyyətlə qeyd olunan ünvana gəlmədiklərini bildirmişlər 26.Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzili hazırda İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2001-ci ildən etibarən həmin mübahisəli ünvanda iddiaçının qardaşı ilə birlikdə yaşamışlar. Cavabdeh2 iddiaçı ilə birlikdə mübahisəli ünvanda qeydiyyata düşmüşdür. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi, onun həmin mənzilə köçürülməsi, ödənilməyən kirayə haqqının ona ödənilməsi və qeydiyyata düşmüş cavabdeh R.Əlirzanın həmin ünvandan qeydiyyatdan çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 isə mübahisəli mənzilə dair onlarla İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlandığını, Ə.Vüsaləyə 1.200 ABŞ dolları məbləğində pul ödədiyini, lakin Ə.Vüsalə tərəfindən alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsindən imtina etdiyini iddia edərək bağlanmış əqdin etibarlı sayılması, həmçinin mənəvi zərərin əvəzinin Ə.Vüsalədən onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. 27.Məhkəmə ilk növbədə birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair münasibətdə qeyd etmişdir ki, tələb əsaslıdır. 28.Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2001-ci ildən etibarən həmin mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşamışlar. 29.Məhkəmə hesab etmişdir ki, cavabdehlər mübahisəli mənzilə hər hansı bir hüququ olmadan orada qalaraq mənzili zəbt etmiş sayılırlar. Belə ki, iddiaçı mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncular mənzil üzərində heç bir hüquqları olmadığı halda mənzildən çıxmır və iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Bundan başqa, Cavabdeh2 İddiaçı iradəsinə zidd olaraq onun mənzilində qeydiyyatda qalması mülkiyyətdən istifadə hüququna xələl gətirir. Ona görə də, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzil cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən alınmalı və cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli və İddiaçı həmin mənzilə köçürülməli, eyni zamanda bu qətnamə mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh2 qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. 30.Məhkəmə iddia tələbini birinci iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kirayə haqqı olaraq ödəməyi öhdələrinə götürdükləri 21.600 manat pul vəsaitinin və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəf tərəflərin arasında kirayə haqqının ödənilməsi barədə müvafiq razılaşma olduğunu iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. 31.Məhkəmə qeyd etmişdir ki, iddia tələbi kirayə haqqının ödənilməsi hissəsində təmin edilmədiyi üçün bununla bağlı ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 32.Məhkəmə ikinci iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddiasını əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəf cavabdeh İddiaçı ilə mübahisəli mənzilə dair aralarında şifahi olaraq razılaşdırılmış alğı-satqı müqaviləsinin bağlanıldığını iddia edərək cavabdehə 1.200 ABŞ dolları ödədiyini, lakin cavabdehin əqdin notariat qaydasından təsdiqlənməsindən imtina etdiyini bildirsə də, tələbi əsaslandıracaq sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. 33.Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında belə bir razılaşma olmuşdursa belə, yenə də cavabdeh İddiaçı ilə Cavabdeh3 arasında ünvan 3-də yerləşən 13 saylı mənzilə dair aparılmış alğı-satqı 2002-ci ilin yanvar ayından etibarlı sayıla bilməz. 34.Belə ki, Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. 35.Bununla əlaqədar “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyanına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: 36.Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir:-yazılı formada bağlanması;-notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Odur ki, iddia tələbi mübahisəli mənzilə dair aparılmış alğı-satqının 2002-ci ilin yanvar ayından etibarlı sayılması hissəsində təmin edilə bilməz. 37.Məhkəmə iddia tələbinin ikinci iş üzrə cavabdeh İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 manatın alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb əsas tələblə bağlı olduğundan və əsas tələb də təmin edilməyindən mənəvi zərərin tutulması hissəsində tələb təmin edilməməlidir. 38.Məhkəmə eyni zamanda, ikinci iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş “iddia müddətinin ötürülməsi”nə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.İddia müddətinin tətbiqinə dair Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa, məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. 39.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29 maddəsinə; “İnsan hüquqlarının və X8” haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə;Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə:Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 372.1, 647.1, 335.2:Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 40.Qətnamədən birinci iş üzrə Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi və Cavabdeh3 iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 41.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə ilkin iddiaçı kimi İddiaçı iddia tələbini təmin edərkən maddi hüquq norması kimi istinad etdiyi hüquq normalarının təbiqində ciddi pozuntuya yol vermiş, faktiki olaraq qəbuletdiyi qətnamədə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərini qətiyyən nəzərə almamış və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçı olaraq onun izahatından, şahidlərin izahatlarından, qonşuların məhkəməyə ünvanladıqları müraciətindən və tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, həmin mənzil ona satıldıqdan sonra tam yarasız və qəzalı vəziyyətdə olduğuna və yaşayaış üçün yararsız olduğuna görə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2-də yerləşən 13 saylı mübahisə olunan mənzil 2000-ci ildən sonra tam sökülmüşdür. Həmin mənzilin yerində təmamailə yenidən başqa ölçüdə və başqa hündürlükdə mənzil tikilmişdir. Yəni İddiaçı mübahisə etdiyi 13 saylı mənzil faktiki cəhətdən mövcud deyildir. Onun mülkiyyət hüququ ilə və çıxarış əsasında ona məxsus olduğunu iddia etdiyi mənzil Cavabdeh3 tərəfindən 2000-ci ildən sökülmüş və həmin mənzilə məxsus olmuş tikintiyə tam yararsız materillar zibilliyə atılmışdır. Hal-hazırda mövcud olan və onun ailəsi ilə birlikdə yaşadığı mənzil dövlət qeydiyyatından keçməyən özbaşına tikilidir və faktiki olaraq ona-Cavabdeh3 məxsusdur və onun sahibliyindədir. Həmin özbaşına tikiliyə İddiaçı mülkiyyət hüququ yoxdur. İddiaçı çıxarış əsasında ona məxsus olduğunu iddia etdiyi 13 saylı mənzilin 2000-ci ildən sonra onun-Cavabdeh3 ailə üzvüləri tərəfindən sökülərək yerində başqa mənzil tikliməsini bilir və həmin sökülməsini bilvasitə şahidlərindən biridir. Mülkiyyət hüququ ilə ancaq kağız, yəni çıxarış üzərində mövcud olan, lakin faktiki olaraq 2000-ci ildən sonra təmamilə sökülmüş və mövcud olmayan 13 saylı mənzilin boşaldılaraq iddiaçıya verilməsini tələb etmək absurddur və məntiqsizlidir. Ona görə də, hesab edir ki, işin tədqiqi zamanı müəyyən olunmuş iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallara və tərəflərin qarşılıqlı münasibətləri əsas götürülməklə Nəsimi rayon Məhkəməsinin həmin qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməlidir. İş üzrə İddiaçı mülkiyyət kimi tələb etdiyi 13 saylı mənzil 2000-ci ildən söküldüyünə və yerində təmamilə başqa mənzil tiklidiyinə görə yeni tikilmiş mənzilə İddiaçı mülkiyyət mübahsəsi açması və məhkəmədə iddia qaldırmasının əsassızlığını təsdiq edir. Yəni, 13 saylı mənzilin yerində tikilmiş yeni ev və ya mənzilin İddiaçı heç bir aidiyyəti yoxdur. İddiaçı məhkəməyə təqdim etdiyi çıxarışda göstərilən mənzil mövcud deyildir. Ona görə də məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində mülkiyyətin müdəfiəsi ilə bağlı məhkəmənin istinad etdiyi Mülki Məcələnin həmin maddələrinin tətbiqi əsassız və qanunsuzdur. Məhkəmə Cavabdeh3 və işdə iştirakedən sairə ailə üzvülərinin izahatında evin sökülərək yerində başqa ev tikilməyinə dair bildirdiklərinə heç bir hüquqi qiymət veriməmiş və nəticədə iş üçün mühüm əhəmiyyət kəsb edən tərəflərin qarşlıqlı münasiblərini və işin faktiki hallarına dair MPM-nin 217.3-cü və 217.4-cü maddələrinin tələbləri kobud pozulmuşdur. Hesab edirki, qeyd etdiyi iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallara məhkəmə hüquqi qiymət verməklə , İddiaçı məxsus olmuş 13 saylı evin sökülməsini, həmin evin əvəzində təmamilə başqa mənzilin tikilməsini,13 saylı həmin evin 20 (iyirimi) ildən artıq mövcud olmadığını nəzərə almalı və İddiaçı hazırki iddia tələbi ilə 13 saylı mənzilə dair çıxarışda göstərilmiş, lakin faktiki olaraq mövcud olmayan mənzilin boşaldılması tələbinə dair iddiası onun subyektiv hüququnun olmaması səbəbəindən təmin edilməməli idi. Yəni, MPM-nin 14.2, 77.1-ci maddələrində qeyd edilmiş tərəf kimi İddiaçı həmin məhkəmədə iştirak edə bilməz. Yəni onun mülkiyyətçiliyi ancaq çıxarışdan ibarətdir. Ona məxsus olmuş 13 saylı mənzil artıq mövcud deyildir. Bu səbəbə görə də, mülkiyyyətçi kimi onun mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddiaçı kimi iddia qaldırmaq və ona məxsus olmayan özbaşına tikiliynin boşaldılmasını MPM-nin normaları əsasında tələb edə bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 42.Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 43.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 44.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədilər, birinci iş üzrə iddia tələbi və apellyasiya şikayətinə olan etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 45.Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 46.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 47.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
48. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 49.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 50.Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 51.Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 52.Maddə 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 53.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 54.xx.xx.2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etiarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 55.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 56.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 58.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin birinci iş üzrə iddianın qismən təmin edilən Cavabdeh3 aid hissəsində, ikinci iş üzrə iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, birinci iş üzrə digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, Cavabdeh3 onların adından qətnaməni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 60.Belə ki, iş materillarına əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzili hazırdada İddiaçı mülkiyyətindədir. Cavabdeh3 2001-ci ildən etibarən həmin mübahisəli ünvanda iddiaçının qardaşı ilə birlikdə yaşamışlar. 61.Hazırda İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi, onun həmin mənzilə köçürülməsi, ödənilməyən kirayə haqqının ona ödənilməsi və qeydiyyata düşmüş cavabdeh R.Əlirzanın həmin ünvandan qeydiyyatdan çıxarılmasını məhkəmədən xahiş edir. 62.Cavabdeh3 isə ikinci iş üzrə olan iddia tələbində mübahisəli mənzilə dair onlarla İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlandığını, Ə.Vüsaləyə 1.200 ABŞ dolları məbləğində pul ödədiyini, lakin Ə.Vüsalə tərəfindən alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsindən imtina etdiyini iddia edərək bağlanmış əqdin etibarlı sayılması, həmçinin mənəvi zərərin əvəzinin Ə.Vüsalədən onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. 63.Məhkəmə kollegiyası Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin, 13 nömrəli mənzilin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmasını və Cavabdeh3 2001-ci ildən etibarən həmin mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşadığını nəzərə alaraq qeyd olunan qanunvericilik normalarına əsasən İddiaçı Cavabdeh3 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”-nə dair tələbini əsaslı hesab edərək məhkəmənin həmin hissədə iddianın təmin edilməsi ilə bağlı mövqeyini qanuni və əsaslı hesab edir. 64.Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 65.X1 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 66.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və X8” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 67.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 68.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, həmin ev hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. 69.Cavabdehin hal-hazıradək həmin evdən çıxmayaraq, həmin evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. 70.Məhkəmə kollegiyası həmçinin ikinçi iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. 71.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 72.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 73.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 74.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 75.Belə ki, Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etiarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. 76.Bununla əlaqədar “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyanına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir:-yazılı formada bağlanması;-notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Odur ki, iddia tələbi mübahisəli mənzilə dair aparılmış alğı-satqının 2002-ci ilin yanvar ayından etibarlı sayılması hissəsində təmin edilə bilməz. 77.Kollegiya, həmçinin ikinci iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 manatın alınaraq iddiaçıya verilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmənin möqeyi ilə razılaşaraq qeyd edir ki, həmin tələb əsas tələblə bağlı olduğundan və əsas tələb də təmin edilmədiyindən, mənəvi zərərin tutulması hissəsində iddia tələbi düzgün olaraq təmin edilməmişdir. 78.Digər tərəfdən kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 79.Kollegiya qeyd edir ki, ikinci iş üzrə iddiaçı Cavabdeh3 həmin iş üzrə cavabdeh İddiaçı hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 80.Məhkəmə kollegiyası, apellyatorun mübahisələndirilən evin vaxtı ilə onlar tərəfindən sökülərək yenisinin tikilməsi, çıxarışda birinci iş üzrə İddiaçı adına olan Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2- də yerləşən 5 nömrəli yaşayış evinin, 13 nömrəli mənzilin fakitki olaraq mövcud olmaması, həmin mənzilin özbaşına tikili olması ilə bağlı dəlillərinin heç bir mötəbər sübutla təsdiq edilmədiyindən əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsindən görünür ki, S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin, 13 nömrəli mənzili X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. 81.Beləliklə, işin müəyyən edilmiş fakitki hallarına və qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023cü il tarixli, 2(006)-314/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 82.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 83.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 84.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 85.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 86.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(006)-314/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov