Məhkəmə qərarları › İş №2(103)-5893/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5893/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5893/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X5, Cavabdeh4 Babaş qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oğluna, Cavabdeh10, Cavabdeh11, Sadıkova Zahraya və X10 qarşı mülki iş üzrə (Açar sözlər: “binanın ümumi əmlakının saxlanılması ilə bağlı xərclər”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh10 və Cavabdeh9 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və X10 qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh9 və Cavabdeh10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, C.Naxçivanski küçəsi ünvanında yerləşən 81 saylı binanın mülkiyyətçiləri tərəfindən xx.xx.2019-cu il tarixdə həmin binanın idarə edilməsi üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC)-nin yaradılması barədə razılığına gəlinmişdir.

2. İddiaçı xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. İddiaçı İdarə Heyətinin xx.xx.2020-ci il tarixli ilk iclas protokolundan görünür ki, mülkiyyətçinin mülkiyyətində olan sahənin hər kvadrat metri üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır.

4. İddiaçı MMMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışına əsasən sakinlərin kommunal borclarının öz əksini tapdığı cədvələ əsasən Cavabdeh5 – 2.019 manat, Cavabdeh9nın 10.410,60 manat, Cavabdeh10 6.147,84 manat, Cavabdeh2 2.845,68 manat məbləğində kommunal borcları var.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi haqqında 118 nömrəli müqaviləsinə əsasən, sifarişçinin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsini sifarişinə əsasən podratçı ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişdə, 9 mərtəbəsində, 2 otaqlı, 76,47 kv metr sahəsi olan 361 nömrəli mənzlini tikib sifarişçiyə təhvil verilməsini və sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürürlər.

6. 1001701 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir.

7. 1110600 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 xx.xx.2022-ci il tarixdən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı X8 mülkiyyətinə vermişdir.

8. 1110601 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 xx.xx.2019-cu il tarixdən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 73.6 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı X8 mülkiyyətinə vermişdir.

9. 1091989 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı Cavabdeh10 xx.xx.2013-cü il tarixdən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 187.2 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir.

10. 062891 nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 673 manat ödəniş etmişdir.

11. ünvan 2 ünvanında yerləşən, 187.2 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083005 olan qeyri-yaşayış sahəsi, reyestr nömrəsi **********0-05301- 083004 olan 115.4 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083043 olan 19.6 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083045 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083046 olan 51.1 m2 qeyriyaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083042 olan 19.2 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083048 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083050 olan 43.1 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083020 olan 15.9 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083047 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083049 olan 24.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh10dur.

12. ünvan 2 ünvanında yerləşən, reyestr nömrəsi **********0- 05301-083008 olan 300.7 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083010 olan 126.2 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083009 olan 15.6 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083013 olan 19.7 m2 qeyriyaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083014 olan 20.8 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083036 olan 13.9 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083011 olan 22.5 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083017 olan 16.9 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083016 olan 17.7 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083064 olan 57.3 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083015 olan 24.2 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083018 olan 15.5 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0- 05301-083044 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083010 olan 21.5 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083012 olan 15.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh9dur.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Sadıkhova Zahraya qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1905,27 manat, X3 682 manat, Cavabdeh4dan 1288 manat, Cavabdeh5 777 manat, Cavabdeh6 1078 manat, Cavabdeh7 567 manat, Cavabdeh81064 manat, Cavabdeh11 – 3248,43 manat, Cavabdeh9 8678,88 manat, Cavabdeh10 4054,08 manat, Cavabdeh2 1067,04 manat, Cavabdeh12 – 1269,84 manat olmaqla ümumilikdə 25679,54 manatın ayrı-ayrılıqda, eynizamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 AZN poçt xərclərinin, həmçinin ödənilmiş 168 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər X3 682 manat, Cavabdeh4dan 1357 manat, Cavabdeh5 840 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 2845,68 manat, Cavabdeh12 1443 manat, X7 264,96 manat olmaqla ümumilikdə 30390,20 manatın ayrı-ayrılıqda, eyni zamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 manat poçt xərclərinin, həmçinin ödənilmiş 145 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nin ünvan 3 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın sahə mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il tarixli və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı Mənzil Mülkiyytçilərinin Müştərək Cəmiyyəti adlı qeyri-kommersiya təşkilatı yaradılmış və Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 4 ünvanında yerləşən və hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin idarəçiliyinə keçmişdir. İddiaçı MMMC Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən, binanın əmlakının saxlanılması üçün ödəniş haqlarının müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı 2910 manat, DSMF köçürmələri778 manat, işsizlik fonduna köçürmə 32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri orta aylıq xərci 1300 manat, liftlərin servis xidmət haqqı 800 manat, zibilin daşınması 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və.s) 130 manat, su pulu və qrunt sulara dair xərc 30 manat, vergi və sair hesabatların verilməsi 100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və.s) 197 manat, cəmi 6797 manat, binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir m2 - nə görə 0,22 (iyirmi iki qərik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 m2 sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. Cavabdeh1 iddia tələbində müəyyənləşdirilən məbləğin bir hissəsini ödəmiş, qalan hissəsini isə noyabr ayının sonuna qədər ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Bununla əlaqədar olaraq İddiaçı MMMC iddia tələbində Cavabdeh1 qarşı olan 1905,27 manat məbləğində pul tələbindən imtina etmişdir. Bununla yanaşı, Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 73.6 m2 olan qeyri-yaşayış sahəsini 21 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 mülkiyyətinə vermişdir. Buna görə də, həmin tarixdən etibarən kommunal ödənişləri ödəmək öhdəliyi məhz Natiq Məmmədovun üzərinə düşür. Bununla bağlı, 2022- ci ilin dekabrından 2023-cü ilin dekabr ayınadək olan 264,96 manat məbləğində pul vəsaitinin X7 tutulması ilə bağlı iddia tələbinə dəyişiklik edilməsi zərurəti yaranmışdır. Həmçinin, digər cavabdeh "xxxx" Market MMC-nin fəaliyyət göstərdiyi qeyriyaşayış obyekti olan daşınmaz əmlak Cavabdeh11 xüsusi mülkiyyətindədir. İcarə müqaviləsi əsasında "xxxx" Market MMC-yə icarəyə verilmişdir. Analoji qaydada, bu qeyriyaşayış obyektin mülkiyyəçisi Cavabdeh11 binanın saxlanma xərclərini qarşılama öhdəliyi daşıyır. Növbəti Cavabdeh9 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ölçüsü 38.7 kvm və 111.8 kvm olan qeyri-yaşayış sahələrini tam mülkiyyəti üzrə Cavabdeh12-ya (MYV: MYİ0513880, xx.xx.2020, DMX; FİN: 216151; d/t xx.xx.1987) 04 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satmışdır. Bunlardan əlavə, iddia ərizəsində göstərilən cavabdehlərə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyaların göndərilməsi üçün tərəflərindən 61 manat poçt xərcləri çəkilmişdir.

16. Daha sonra iddiaçı iddia tələbinin Cavabdeh2 aid hissədə azaldılması barədə ərizə verərək ona aid hissədə tələbin 1.039,56 manat saxlanılmasını xahiş etmişdir.

17. Cavabdeh2 nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsinə nəzər saldıqda sonuncuya qarşı irəli sürülmüş tələbin hansı əmlaka, hansı müddət ərzində iddia olunan məbləğin hesablanmasına rast gəlməmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair bir neçə ərizə verilmişdir. Hər dəfə müxtəlif rəqəmlərin yazılmasına şahid olurlar. Nə iddia ərizəsində, nə əlavə olunmuş sənədlər arasında Cavabdeh2 mülkiyyətində olan əmlakına dair heç bir hüquq müəyyənedici sənəd əlavə olunmamışdır. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı özü 2020-ci ilin 08-ci ayı təsis olunmuşdur, lakin təsis olunduğu müddətdən əvvəlki tarixlərə belə xidmət göstərdiyini iddia edərək, əsassız olaraq pul vəsaiti tələb edir. Bundan əlavə mənzil mülkiyyətçilərindən fərqli olaraq qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə tərəflər arasında müqavilənin bağlanması mütləq xarakter daşıyır. Belə ki, mənzil mülkiyyətçisindən fərqli olaraq, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin binada ümumi mülkiyyəti yoxdur, onun adətən özünün binanın çöl tərəfindən ayrı girişi çıxışı olur, məhlənin təmizlənməsi, zibilin atılması, binanın mühafizə olunması, məhlənin işıqlandırılması, liftlərdən istifadə olunması xidmətlərindən istifadə etmədiyi üçün, mənzil mülkiyyətçilərinə göstərilən xidmətlərdən fərqli olaraq, burada göstərilə xidmətlər müqavilə ilə müəyyən olunmalıdır.

18. Cavabdeh10 nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassız və yalan məlumatlara əsaslanmışdır. İddiaçı MMMC cavabdeh hesab etdiyi Cavabdeh10 həmin çoxmənzilli binada yaşayış sahəsinin olduğu və ya onun neçə m2 sahədən ibarət olmasını, məbləğin hansı formada hesablanmasını göstərməmişdir. Cavabdeh10 həmin binada təxminən 100 m2 olan qeyriyaşayış sahəsi vardır. Digər qeyri yaşayış sahələri isə başqa şəxslərə satılmışdır. Özündə olan qeyri-yaşayış sahəsi isə təmirsiz vəziyyətdədir. Cavabdeh10 həmin binada olan qeyriyaşayış sahəsindən istifadə etmir və orada hər hansı bir formada sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Belə olan halda iddiaçının göstərdiyi bu xərclərin cavabdehə aiddiyyəti yoxdur. İddiaçının təqdim etdiyi iddia ərizəsinə nəzər salınsa Cavabdeh10 hansı əsaslara görə 6147,84 manat pul tələb etmələri, həmin rəqəmin necə və hansı qaydada hesablanması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

19. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 288/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia qismən təmin edilmiş, cavabdehlər X3 66 manat, Cavabdeh4 1.357 manat, Cavabdeh5 693 manat, Cavabdeh6 1.144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1.121 manat, Cavabdeh11 3.486,12 manat, Cavabdeh9 10.410,60 manat, Cavabdeh10 6.147,84 manat, Cavabdeh2 1.039,56 manat, Cavabdeh12 1.443 manat və X7 264,96 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi, cavabdehlər X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12 və X7 müştərək qaydada hüquqi xidmətə görə 200 manat (cavabdehlərin hər birindən ayrıayrılıqda 16,06 manat), poçt xidmətlərinə görə 42,90 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 3,57 manat) və ödənilmiş dövlət rüsumu 145 manatın (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 12,08 manat) tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

20. Məhkəmə, araşdırma zamanı müəyyən olunanlara əsasən hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlərin MMMC-yə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli ünvan 3 də yerləşən çoxmənzilli yaşayış binasının mülkiyyətçiləri tərəfindən, Cəmiyyət yaradılaraq idarə olunmasına dair razılıqda mülkiyyətçilərin böyük əksəriyyəti öz imzaları ilə təsdiq etmişlər ki, binanın idarəçiliyi "xxxx" MTK-a tərəfindən düzgün idarə olunmadığından və çoxlu sayda nöqsanlar mövcud olduğundan binanın idarə edilməsi qanunvericilik çərçivəsində mülkiyyətçilər tərəfindən həyata keçirilsin. Bu səsbəbdən də xx.xx.2020-ci il tarixdə mənzil mülkiyyətçilərinin şoxluğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamə ilə dövlət qeydiyyatına alınaraq İddiaçı yaratmışlar. Göstərilən xidmətlərə görə İddiaçı MMMC-nin İdarə Heyətinin 01 sentyabr 2020-ci il tarixli ilk iclas protokolu ilə mülkiyyətçinin mülkiyyətində olan sahənin hər m2 üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçının nümayəndəsi qəbzin maliyyə hesabatlılıq kökü olmadığını bildirsə də, bunu təsdiq edən başqa sübut təqdim edilmədiyi üçün qəbz nəzərə alınmalı və X4 mülkiyyətində olan 73.3 m2 mənzilə görə 2022-ci ildə ödənilməmiş 3 ay üzrə ödənilməli olan xidmət haqqının məbləği aylıq 22 manatdan olmaqla cəmi 66 manat borc X3 tutulmalıdır.

22. Cavabdeh4 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 23 manat binanın saxlanma haqqını ümumilikdə 59 ay (2019, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 59 ay üzrə ödənilməli olan xidmət haqqı 1357 manat borc Cavabdeh4 tutulmalıdır. Cavabdeh4 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

23. Məhkəmə Cavabdeh5 tələb olunan borca görə qeyd etmişdir ki, iddiaçı müqavilədən öncəki tarixə olan borcu cavabdehdən tələb edə bilməz. Tələb bu hissədə qismən təmin olunmalıdır və Cavabdeh5 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 21 manat binanın saxlanma haqqını 33 ay (2021-ci ildən 10 ay, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etmədiyi üçün 33 ay üzrə ödənilməli olan xidmət haqqı 693 manat borc Cavabdeh5 tutulmalıdır.

24. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh6 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 22 manat binanın saxlanma haqqını ümumilikdə 52 ay (2019-cu ildən 5 ay, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 52 ay üzrə ödənilməli olan xidmət haqqı 1.144 manat borc Cavabdeh6 tutulmalıdır. Cavabdeh6 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

25. Binanın saxlanması ilə bağlı ödənilməli olan xidmət haqqı üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh7 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 27 manat binanın saxlanma haqqını ümumilikdə 24 ay (2021-ci ildən 1 ay, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 24 ay üzrə ödənilməli olan xidmət haqqı 648 manat borc Cavabdeh7 tutulmalıdır. İddiaçının nümayəndəsi yuxarıda qeyd olunan 09 dekabr 2021-ci il tarixli qətnamə ilə müəyyən olunmuş borcu hesablamadıqlarını, sadəcə cavabdehin əvvəllər də ödəmədiyi üçün məhkəməyə müraciət etdiklərini məhkəmənin nəzərinə çatdırmaq üçün əlavə etdiyini bildirmişdir. Cavabdeh7 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

26. Binanın saxlanması ilə bağlı xərcləri üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh8 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 19 manat binanın saxlanma haqqını ümumilikdə 59 ay (2019, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 59 ay üzrə ödənilməli olan xidmət haqqı 1.121 manat borc Cavabdeh8 tutulmalıdır. Cavabdeh8 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

27. Binanın saxlanması ilə bağlı ödənilməli olan xidmət haqqı üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh11 mülkiyyətində olan qeyriyaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 79,23 manat binanın saxlanma haqqını ümumilikdə 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 44 ay üzrə ödənilməli olan xidmət haqqı 3486,12 manat borc Cavabdeh11 tutulmalıdır. Cavabdeh11 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

28. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Sadıkhova Zahra mülkiyyətində olan cəmi 192.4 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla aylıq 57.72 manat binanın saxlanma haqqını ümumilikdə 25 ay (2021-ci ildən 02 ay, 2022, 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 25 ay üzrə ödənilməli olan xidmət haqqı 1443 manat borc Sadıkhova Zahradan tutulmalıdır. Cavabdeh Sadıkhova Zahra iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

29. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 56,16 manat binanın saxlanma haqqını 12 ay (2022-ci ildən 1 ay, 2023-cü ilin noyabr ayı da daxil olmaqla) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 12 ay üzrə ödənilməli olan xidmət haqqı 673,92 manat təşkil edirdi. Lakin Cavabdeh2 İddiaçı MMMC-yə xx.xx.2023-cü ildə GJF/1 № 062891 nömrəli qəbzlə 673.0 manat borcunu ödəmişdir. Bundan əlavə həmin cədvəldə Cavabdeh2 111 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083006 olan qeyri-yaşayış sahəsinə hər m2 görə 0,30 manat olmaqla aylıq 33,3 manat binanın saxlanma haqqını 10 ay (2022-ci ildən 10 ay) ərzində 333 manat, həmçinin mülkiyyətçinin 73.6 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083013 olan qeyri-yaşayış sahəsinə görə aylıq 22.08 manat olmaqla 32 ay (2020-ci ildən 9 ay, 2021, 2022-ci ildən 11 ay) üzrə 706,56 manat üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən Cavabdeh2 borcuna münasibətdə iddia qismən təmin edilərək ödənilməli olan xidmət haqqı 1039,56 manat borc Cavabdeh2 tutulmalıdır.

30. Cavabdeh2 etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, irəli sürülmüş tələbin hansı əmlaka, hansı müddət ərzində iddia olunan məbləğin hesablanmasına rast gəlinməməsi ilə bağlı etirazı əsassızdır. Belə ki iddiaçı hansı əmlaka (m2 30 qəpik olmaqla) hansı əsasla xidmət haqqının hesablanması ilə bağlı məlumatları məhkəməyə təqdim etməklə iddia tələbini əsaslandırmışdır.

31. Bundan başqa, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 73.6 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301- 083013 olan qeyri-yaşayış sahəsini ******* nömrəli, 21 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən alıcı X1. Sonuncu öz növbəsində mülküyyət hüququ əldə etdiyi 73.6 m2 qeyri- yaşayış sahəsinin hər kvadrat metrinə görə 0,30 manat olmaqla aylıq 22.08 manat binanın saxlanma haqqını 12 ay (2022-ci ildən 1 ay və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 12 ay üzrə ödənilməli olan xidmət haqqı 264,96 manat borc X7 tutulmalıdır.

32. Cavabdeh10 ünvan 2 ünvanında yerləşən, 187.2 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301- 083005 olan qeyri-yaşayış sahəsi hər m2 görə 0,30 manat olmaqla aylıq 56.16 manat binanın saxlanma haqqını ümumilikdə 32 ay(2020-ci ildən 9 ay, 2021, 2022-ci ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 32 ay üzrə ödənilməli olan xidmət haqqı 1797,12 manat borc, həmçinin reyestr nömrəsi **********0- 05301-083004 olan 115.4 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023- cü ildən 11 ay) üzrə aylıq 34,62 manat xidmət haqqı olmaqla ümumilikdə 1523, 28 manat; reyestr nömrəsi **********0-05301-083043 olan 19.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,88 manat xidmət haqqı olmaqla ümumilikdə 258,72 manat; reyestr nömrəsi **********0-05301-083045 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,37 manat xidmət haqqı olmaqla ümumilikdə 236,28 manat; reyestr nömrəsi **********0- 05301-083046 olan 51.1 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 15,33 manat xidmət haqqı olmaqla ümumilikdə 674,52 manat; reyestr nömrəsi **********0-05301-083042 olan 19.2 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,76 manat xidmət haqqı olmaqla ümumilikdə 253,44 manat; reyestr nömrəsi **********0-05301-083048 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 3,48 manat xidmət haqqı olmaqla ümumilikdə 153,12 manat; reyestr nömrəsi **********0-05301-083050 olan 43.1 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 12,93 manat xidmət haqqı olmaqla ümumilikdə 568,92 manat; reyestr nömrəsi **********0-05301-083020 olan 15.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,77 manat xidmət haqqı olmaqla ümumilikdə 209,88 manat; reyestr nömrəsi **********0- 05301-083047 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 3,48 manat xidmət haqqı olmaqla ümumilikdə 153,12 manat; reyestr nömrəsi **********0-05301-083049 olan 24.2 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 7,26 manat xidmət haqqı olmaqla ümumilikdə 319,44 manat. Beləliklə, ödənilməli olan xidmət haqlarının cəmi məbləği 6.147,84 manat borc Cavabdeh10 tutulmalıdır.

33. Cavabdeh9 ünvan 7 ünvanında yerləşən, 41.9 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00-05301- 083012 olan qeyri-yaşayış sahəsi, həmin ünvanda yerləşən 111.8 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00-05301-083014 olan qeyri-yaşayış sahəsi, həmin ünvanda yerləşən 38.7 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00- 05301-083015 olan qeyri-yaşayış sahəsi cəmi 192.4 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla aylıq 57.72 manat binanın saxlanma haqqını ümumilikdə 19 ay (2020-ci ildən 9 ay, 2021-ci ildən 10 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 19 ay üzrə ödənilməli olan xidmət haqqı 1096,68 manat borc, həmçinin reyestr nömrəsi **********0-05301-083008 olan 300.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 90,21 manat xidmət haqqı olmaqla ümumilikdə 3969,24 manat; reyestr nömrəsi **********0-05301-083010 olan 126.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023cü ildən 11 ay) üzrə aylıq 37,86 manat xidmət haqqı olmaqla ümumilikdə 1665,84 manat; reyestr nömrəsi **********0-05301-083009 olan 15.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,68 manat xidmət haqqı olmaqla ümumilikdə 205,92 manat; reyestr nömrəsi **********0- 05301-083013 olan 19.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,91 manat xidmət haqqı olmaqla ümumilikdə 260,04 manat; reyestr nömrəsi **********0-05301-083014 olan 20.8 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,24 manat xidmət haqqı olmaqla ümumilikdə 274,56 manat; reyestr nömrəsi **********0-05301-083036 olan 13.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,17 manat xidmət haqqı olmaqla ümumilikdə 183,48 manat; reyestr nömrəsi **********0-05301-083011 olan 22.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,75 manat xidmət haqqı olmaqla ümumilikdə 297 manat; reyestr nömrəsi **********0-05301-083010 olan 21.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,45 manat xidmət haqqı olmaqla ümumilikdə 283,8 manat; reyestr nömrəsi **********0- 05301-083012 olan 15.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,56 manat xidmət haqqı olmaqla ümumilikdə 200,64 manat; reyestr nömrəsi **********0-05301-083017 olan 16.9 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,07 manat xidmət haqqı olmaqla ümumilikdə 223,08 manat; reyestr nömrəsi **********0-05301-083018 olan 15.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,65 manat xidmət haqqı olmaqla ümumilikdə 204,6 manat; reyestr nömrəsi **********0-05301-083044 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,37 manat xidmət haqqı olmaqla ümumilikdə 236,28 manat; reyestr nömrəsi **********0-05301-083016 olan 17.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,31 manat xidmət haqqı olmaqla ümumilikdə 233,64 manat; reyestr nömrəsi **********0- 05301-083015 olan 24.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 7,26 manat xidmət haqqı olmaqla ümumilikdə 319,44 manat; reyestr nömrəsi **********0-05301-083064 olan 57.3 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 17.19 manat xidmət haqqı olmaqla ümumilikdə 756,36 manat. Beləliklə, ödənilməli olan xidmət haqlarının cəmi məbləği 10.410,60 manat borc Cavabdeh9 tutulmalıdır.

34. Cavabdeh10 nümayəndəsi və vəkili Nümayəndə2 Alixan oğlu tərəfindən təqdim olunan yazılı etirazla bağlı məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh10 yaşayış sahəsinin olduğu və ya onun neçə m2 sahədən ibarət olması, məbləğin hansı formada hesablanmasını göstərməməsi ilə bağlı etirazları əsassızdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-1062/2023 nömrəli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-29095/2023 **********95 nömrəli cavab (daşınmaz əmlakların çıxarışların sürəti təqdim edilməklə) məktubu ilə Cavid Hüseyinlinin ünvan 8 ünvanında iddiaçı tərəfindən qeyd edilən əmlaklarının olması sübut olunmuşdur. Cavabdeh10 mülkiyyətçisi olduğu qeyri-yaşayış sahələrindən istifadə etməməsi və onların təmirsiz vəziyyətdə olması ilə bağlı məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 137.10-cu bəndinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Binaların saxlanması üçün Cəmiyyətlərə xidmət haqqı ödənilməsi üçün həmin binadakı yaşayış və ya qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi kimi tələb nəzərdə tutulmamışdır. Mülkiyyətçinin öz əmlakından istifadə etməməsi həmin əmlakın yerləşdiyi binanın saxlanması üçün xidmət haqlarının ödənilməsini istisna etmir.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 120.5, 122.3, 135.1, 135.2, 136.2, 137.4, 137.5, 137.10, 138.5, 140.1-ci maddələrinə, Mülki Məcəllənin 442, 443.1, 445, 445.2.1, 448.1-ci maddələrinə, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

36. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona və qardaşı Salmanlı Coşquna münasibətdə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMMC tərəfindən heç bir xidmət göstərilməmişdir. Binanın həyəti natəmizlik içindədir. Yaşlı bir gözətçi qoyublar. Ona məxsus olan mallar binanın həyətindən oğurlanmışdır. MMMC nə binanin mühafizəsini təmin edir, nə də xüsusi bir xidmət göstərir. Zibil həyətdə yığılır qalır. Pulları yığırlar, ancaq nəyə xərclənir bilinmir. Nümayəndəsi olduğu qardaşı Salmanlı Coşqun evini 2 ildir satıb, yenə kommunal xərci istəyirlər. İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanılması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-na köçürmələr- 778 manat, İşsizlik fonduna köçürmə - 32 manat, su vurma motorlarının sərf etdiyi Elektrik enerjisi xərcləri – orta aylıq xərci – 1300 manat, liftlərin servis xidmət haqqı – 800 manat, Zibilin daşınması – 450 manat, telefon və Asan imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə,təmizlik bezləri, dəftərxana ləvəzimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc – 30 manat, vergi və sair hesabatların verilməsi – 100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s) – 197, cəmi 6797 manat ), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0,22 manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd edilən hansı xidmətlər icra olunub və ya olunmuyub deyə məhkəmə tərəfindən bu hallar araşdırılmamışdır. Həmçinin, nə onunla, nə də qardaşı ilə xidmətlərin göstərilməsi ilə bağlı kommunal xidmət müqaviləsi bağlanılmamışdır.

38. Cavabdeh10 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq işin halları araşdırılmadan məhkəmə iddia ərizəsində göstərilən məbləği cavabdehdən tutmuşdur. Belə ki, Cavabdeh10 həmin binada yaşayış sahəsi yoxdur. Qanunvericilikdə mənzil mülkiyyətçilərinə göstərilən komunal xidmətlərə görə xidmət haqqının ödənilməsi müəyyən edildiyi halda, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə dair heç bir müddəa öz əksini tapmamışdır. Məhkəmə 187.2 kv.m qeyri-yaşayış sahəsinin olduğunu necə sübut etdi? Məhkəmənin qeyd etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-29095/2023 **********95 nömrəli cavab məktubu ilə Cavid Hüseyinlinin 187.2 kv.m qeyri-yaşayış sahəsinin olması müəyyən edilmir. Buda onu göstərir ki, məhkəmə bu halı iddiaçının ərizəsində göstərdiyi üçün qeyd etmişdir və dolayısı ilə məhkəmənin işin hallarını ətraflı şəkildə araşdırılmaması müəyyən olunur. Həmçinin Cavabdeh10 məxsus yalnız həmin binada 115.4 kv.m qeyri-yaşayış sahəsi və qarajlar vardır. İddiaçının göstərdiyi xidmətlərin heç birinin Cavabdeh10 aidiyyatı yoxdur. Qeyri-yaşayış sahəsi olan şəxs liftdən istifadə etmir və digər xərcələrə heç bir aidiyyatı yoxdur. Maraqlısı budur ki, istifadəsiz vəziyyətdə qapısı bağlı olan qeyri-yaşayış sahəsi hesab edilən qarajlara görə müqavilə olmadan bu qədər kommunal xərc niyə ödənilməlidir? Qarajların fotoşəkillərini şikayətə əlavə edilmişdir. Fotoşəkillərdən də göründüyü kimi, qarajlar yararsız və istifadəsiz vəziyyətdədir. Lakin məhkəmə bu hala belə əhəmiyyət verməyərək, iddiaçının sorğu cavabında göstərdiyi bu qeyri-yaşayış sahələrinin, yəni qarajların 1 kv.m 0.30 manat hesablamaqla ümumi xərc çıxarmışdır. Dəfələrlə birinci instansiya məhkəməsində vəsatət verərək mübahisəli binaya baxış keçirilməsini xahiş etsələr də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. İddia tələbindən də göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etməklə kommunal xidmətlərə görə göstərdiyi xidmət haqqını tələb edir. İş materiallarında olan fotoşəkillərdən də aydın olur ki, illərlə yararsız və istifadəsiz vəziyyətdə olan qarajlara hər hansı bir xidmət göstərilməmişdir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Sual yaranır ki, iddiaçı tərəfindən qeyd edilən hansı xidmətlər bu qarajlarda tətbiq edilib? Yağış suları belə qarajlarda qalmaqdadır. Videogörüntüdə bu hallar öz əksini tapmışdır. MMMCnin qeydiyyatdan keçdiyi andan hazırkı günədək illərlə istifadəsiz və yararsız qarajlara görə kommunal xidmət tələb etməsi cavabdehin hüquqlarının pozulması deməkdir. Həmçinin, Cavabdeh10 qeyd olunan xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında kommunal xidmət müqaviləsi bağlanılmamışdır. İş materiallarında da göründüyü kimi, məhkəmə çoxmənzilli binalarada kommunal ödənişlərinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun ödənilməsinə istinad etsədə hazırkı vəziyyətdə tərəflər arasında müqavilənin olmamasını nəzərə almamışdır. Həmçinin, iddiaçı tərəfində bu neçə illər ərzində Cavabdeh10 məxsus olan qarajlardan hansında təmizlik işlərinin həyata keçrilməsi, yağış sularının təmizlənməsi və s bu kimi təmizlik işlərinin aparaılmasına dair xidmətin göstərilməsi belə məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə cavabdeh olaraq Cavabdeh10 hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmuşdur. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Bakışəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999- cu il 5 oktyabr tarixli 961 nömrəlisərəncamı barədə” 02 mart 2000-ci il tarixli qərarına əsasən tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqilsurətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləriseçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Bildirir ki, Konstitusiya Məhkəməsinin həmin qərarındakı hüquqi mövqeyinə əsaslanaraq hesab edirəm ki, cavabdeh iddiaçı ilə Mənzil Məcəlləsinin tələblərinə uyğun müqavilə bağlamadığından, kommunal xidmətlərin ödənilməsi ilə bağlı hazırki tələbinin hüquqi əsası yoxdur və həmin hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə isə müqavilənin olmadığı halda iddia tələbini təmin etmişdir. Hesab edirəm ki, məhkəmə bu hissədə faktiki halları aydınlaşdırmamışdır.

40. Cavabdeh9 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çoxmənzilli binalarada kommunal ödənişlərinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun ödənilməsinə istinad etsədə hazırkı vəziyyətdə tərəflər arasında müqavilənin olmamasını nəzərə almamışdır. Həmçinin, iddiaçı tərəfində bu neçə illər ərzində Cavabdeh9 məxsus olan qarajlardan hansında təmizlik işlərinin həyata keçrilməsi, yağış sularının təmizlənməsi və s bu kimi təmizlik işlərinin aparılmasına dair xidmətin göstərilməsi belə məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Bakışəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999- cu il 5 oktyabr tarixli 961 nömrəlisərəncamı barədə” 02 mart 2000-ci il tarixli qərarına əsasən tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqilsurətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləriseçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Lakin hazırkı vəziyyətdə cavabdehin iddiaçı ilə hər hansı bir kommunal xidmətin göstərilməsinə dair müqaviləsi olmamağına baxmayaraq məhkəmə iddia tələbini əsaslı hesab etmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-29095/2023 **********95 nömrəli cavab məktubundan da görünür ki, Cavabdeh10 adında 192,4 kv.m qeyri-yaşayış sahəsi yoxdur, lakin məhkəmə bu qeyri-yaşayış sahəsinə münasibətdə də pul tutmuşdur. Digər tərəfdən 300.7 kv.m qeyri-yaşayış sahəsi başqa bir şəxsə satılmışdır. Hazırkı vəziyyətdə qeyd edir ki, məhkəmənin Cavabdeh9 qeyri-yaşayış sahəsi kimi göstərdiyi təmirsiz və istifadəsiz vəziyyətdə olan qarajlardır. Həmin qarajların fotoşəkillərini şikayətə əlavə edilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh9 həmin binanın 1-ci mərtəbəsində bir qeyri-yaşayış sahəsi vardır və o da təmirsiz vəziyyətdədir. Dəfələrlə birinci instansiya məhkəməsində vəsatət verərək mübahisəli binaya baxış keçirilməsini xahiş etsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. İddia tələbindəndə göründüyü kimi, iddiaçıməhkəməyə müraciət etməklə kommunal xidmətlərə görə göstərdiyi xidmət haqqını tələb edir. İş materiallarında olan fotoşəkillərdəndə aydın olur ki, illərlə yararsız və istifadəsiz vəziyyətdə olan qarajlara hər hansı bir xidmət göstərilməmişdir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. İddiaçı iddia ərizəsində göstərir ki, İddiaçı MMMC qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqlarımüəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Sual yaranır ki, iddiaçı tərəfindən qeyd edilən hansı xidmətlər bu qarajlarda tətbiq edilib? Yağış suları belə qarajlarda qalmaqdadır. Videogörüntüdə bu hallar öz əksini tapmışdır. MMMC-nin qeydiyyatdan keçdiyi andan hazırkı günədək illərlə istifadəsiz və yararsız qarajlara görə kommunal xidmət tələb etməsi cavabdehin hüquqlarının pozulması deməkdir. Həmçinin, Cavabdeh9 qeyd olunan xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında kommunal xidmət müqaviləsi bağlanılmamışdır. Qeyri-yaşayış sahəsi olan şəxs liftdən istifadə etmir və digər xərcələrə heç bir aidiyyatı yoxdur. Maraqlısı budur ki, istifadəsiz vəziyyətdə qapısı bağlı olan qeyri-yaşayış sahəsi hesab edilən qarajlara görə müqavilə olmadan bu qədər kommunal xərc niyə ödənilməlidir? Məhkəmə öz qətnaməsində göstərir ki, Nizami-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 01 sentyabr 2020-ci il tarixli ilk iclas protokolundan görünür ki, mülkiyyətçinin mülkiyyətində olan sahənin hər kvadrat metri üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı özü 2020 – ci ilin avqust ayında təsis olunmuşdur, lakin təsis olduğu müddətdən əvvəlki tarixlərə belə xidmət göstərdiyini iddia edərək, əsassız olaraq pul vəsaiti tələb edir və göründüyü kimi məhkəmədə bu tələbi hüquqi əsası olmadan təmin edir.

42. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini kobud pozaraq işə birtərəfli, qeyri-obyektiv baxmış nəticədə də əsassız qətnamə qəbuletmişdir. Belə ki, iddiaçı hüquqi şəxs 2020-ci ilin avqust ayında təsis olunsa da, mübahisələndirilən qətnamə ilə 2020-ci ilin mart ayından komunal xidmət haqqı tutulmuşdur. Məhkəmə iddia tələbini bu hissədə hansı hüquq normasına istinad etməklə təmin etməsini əsaslandırmamışdır. İddiaçı Nizami 11 MMMC tərəfindən Cavabdeh2 qarşı mənzilə göstərilən xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddianın əsası kimi cavabdehə göstərilən, su vurma motorlarının elektrik enerjisi xərcləri, liftlərin servis xərcləri, zibilin daşınması xidmətlərinin göstərilməsi üçün xidmət haqqı tələbindən ibarətdir. İlk olaraq bildirmək istəyir ki, iddiaçı özü 2020-ci ilin 08-ci ayı təsis olmuşdur, lakin təsis olduğu müddətdən əvvəlki tarixlərə belə xidmət göstərdiyini iddia edərək, əsassız olaraq pul vəsaiti tələb edir və göründüyü kimi məhkəmədə bu tələbi hüquqi əsas olmadan təmin edir. Hesab edir ki, mənzil mülkiyyətçilərindən fərqli olaraq qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə tərəflər arasında müqavilənin bağlanması mütləq xarakter daşıyır. Belə ki, mənzil mülkiyyətçilərindən fərqli olaraq qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin binada ümumi mülkiyyəti yoxdur, onun adətən özünün binanın çöl tərəfindən ayrı girişi çıxışı olur, məhlənin təmizlənməsi, zibilin atılması, binanın mühafizə olunamsı, məhlənin işıqlandırılması, liftlərdən istifadə olunması xidmətlərindən istifadə etmədiyi üçün, mənzil mülkiyyətçilərinə göstərilən xidmətlərdən fərqli olaraq , burda göstərilən xidmətlər müqavilə ilə müəyyən olunmalıdır. İddiaçı ilə aralarında müqavilə olmadığı halda, mülkiyyətində olan əmlaka görə iddiaçı hansı əsasla xidmət göstərdiyini iddia edir və pul vəsaiti tələb edir. Ümumiyyətlə, iddiaçının göstərdiyi xidmətlərə baxılsa, mülkiyyətində olmuş sahə qeyri-yaşayış sahəsi olduğundan liftdən istifadə olunmur, zibilin atılması üçün heç bir xidmət göstərilməmişdir, hətta özü tərəfindən tullantı sularının çəkilməsi üçün su nasosu quraşdırılaraq həm binanın ümumi tullantı sularına görə, həm də su nasosunun işlənməsi üçün istifadə olunan elektrik enerjisinə görə hesablanan məbləği də özləri ödəmişlər. Məhkəmə sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, tərəflər arasında müqavilənin olmaması, iddiaçı tərəfindən müqavilənin bağlanmasına dair təklifin irəli sürülməsinə dair sübutun olmaması, hüquqi şəxsin təsis olunduğu müddətdən də əvvəlki müdətə dair xidmət haqqının tutulması nəzərə alınmalı idi. Məhkəmənin yanaşması əsassız və qanuna ziddir. Belə ki, əgər həqiqətən də belə bir müqavilə mövcud olmuş olsa belə, bu hələ o demək deyil ki, müqavilədə göstərilmiş kommunal xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. Məhkəmə qətnaməsində bir dənə də olsun mötəbər sübuta istinad edilməmişdir ki, həqiqətən də iddiaçı tərəfindən cavabdehə hansısa adda kommunal xidmətlər göstərilmiş, bu kommunal xidmətin dəyəri hansı məbləğdir, həqiqətən də cavabdeh bu kommunal xidmətdən istifadə etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

44. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh10 və Cavabdeh9 nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, təmsil etdiyi cavabdehlər həmin binada bir neçə qeyri-yaşayış sahəsinə sahiblik edirlər. Onların iddiaçı ilə hər hansı xidmətin göstərilməsinə dair müqavilələri yoxdur. Həmin qeyri-yaşayış sahələrinin 95%-i qarajlardan ibarətdir. Qarajlar hazırda su altındadır. İddiaçı tərəfindən onlara hər hansı xidmət göstərilmir. Onların üzərinə düşən kommunal ödənişləri ödəyirlər, lakin iddiaçı orada hər hansı təmizlik işləri aparmır. Eyni zamanda lift və zibil pulu tələb edirlər. Lakin qarajın liftə heç bir aidiyyəti yoxdur. Hesab edir ki, həmin cavabdehlər tərəfindən hər hansı ödəniş ödənilməməlidir.

46. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini xahiş etdi.

47. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

48. Azərbaycan Respulikasının Mülki Məcəlləsi Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.

49. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək;... Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək;... Maddə 132.1. Nizamnamə ilə nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Hazırkı işdə iddia qismən təmin edildiyindən, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh9 və Cavabdeh10 apellyasiya şikayətlərində qətnaməni onlara münasibətdə iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər Cavabdeh2, Cavabdeh9 və Cavabdeh10 apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının xeyrinə ödənilməli olan borc məbləği ilə bağlı həmin cavabdehlərə aid hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı ilk olaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin (yaşayış və ya qeyri-yaşayış sahəsi olmasından asılı olmayaraq) hesabına ödənilir. Çoxmənzilli binanın ümumi əmlakına həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər daxildir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları tərəfindən müəyyən edilmiş mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

55. Kollegiya Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, "xxxx" MMC ilə X9 arasında xx.xx.2008-ci il tarixdə, "xxxx" MMC ilə Cavabdeh5 arasında isə xx.xx.2020-ci il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi haqqında müqavilələr imzalanmışdır. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, binanın ümumi əmlakının saxlanmasında iştirak etmədiyi üçün Cavabdeh5 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 üçün 0,30 manat olmaqla, aylıq 21 manat binanın saxlanmasına görə ödənilməli olan haqq müqabilində 33 ay üzrə hesablanmış 693 manat Cavabdeh5 tutulmalıdır.

56. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh2, Cavabdeh9 və Cavabdeh10 tələb olunan məbləğlərlə bağlı həmçinin qeyd edir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. Mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.

57. Beləliklə, İddiaçı MMMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığına görə həmin tarixdən sonra mülki hüquqlara malik olmuş, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərlə bağlı qərar isə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir.

58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən əvvəlki vaxt üçün sahə mülkiyyətçilərindən binanın ümumi əmlakının saxlanması ilə bağlı xərclərin tələb edilməsi əsassızdır.

59. Belə ki, Cavabdeh2 binada yerləşən mülkiyyətində olan 111 m2 qeyri-yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla, aylıq 33,3 manat binanın saxlanma haqqı - 10 ay (2022-ci ildən 10 ay) ərzində 333 manat, həmçinin mülkiyyətçinin 73.6 m2 qeyri-yaşayış sahəsinə görə aylıq 22.08 manat olmaqla, 27 ay (2020-ci ildən 4 ay, 2021-ci il, 2022-ci ildən 11 ay) üzrə 596,16 manat, cəmi 929,16 manat borcu yaranmışdır. Qeyd olunmalıdır ki, Cavabdeh2 həmin ünvanda 187.2 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0- 05301-083005 olan qeyri-yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 56,16 manat binanın saxlanma haqqını 12 aylıq (2022-ci ildən 1 ay, 2023-cü ilin noyabr ayı da daxil olmaqla) dövr üzrə ödəməli olduğu xidmət haqqı 673,92 manat təşkil etmiş, Cavabdeh2 tərəfindən 673.0 manat borc ödənildikdən sonra 0.92 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh2 İddiaçı MMMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 930,08 (929,16+0.92) manat təşkil edir.

60. Cavabdeh9 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 300.7 m2 qeyriyaşayış sahəsinin, 126.2 m2 qeyri-yaşayış sahəsinin, 15.6 m2 qeyri-yaşayış sahəsinin, 19.7 m2 qeyri-yaşayış sahəsinin, 20.8 m2 qeyri-yaşayış sahəsinin, 13.9 m2 qeyri-yaşayış sahəsinin, 22.5 m2 qeyri-yaşayış sahəsinin, 16.9 m2 qeyri-yaşayış sahəsinin, 17.7 m2 qeyri-yaşayış sahəsinin, 24.2 m2 qeyri-yaşayış sahəsinin, 15.5 m2 qeyri-yaşayış sahəsinin, 17.9 m2 qeyri-yaşayış sahəsinin, 21.5 m2 qeyri-yaşayış sahəsinin, 57.3 m2 qeyri-yaşayış sahəsinin, 15.2 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla, ümumilikdə 39 ay (2020-ci ildən 4 ay (sentyabr ayından ilin sonunadək), 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə ödəməli olduğu məbləğ 8.255.52 manat təşkil edir. Bundan əlavə, Cavabdeh9 həmin ünvanda yerləşən, 41.9 m2 qeyri-yaşayış sahəsi, 111.8 m2 qeyri-yaşayış sahəsi və 38.7 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla aylıq 57.72 manat binanın ümumi əmlakının saxlanması ilə bağlı xərcləri ümumilikdə 14 ay (2020-ci ildən 4 ay (sentyabr ayından ilin sonunadək), 2021-ci ildən 10 ay) ödəməmiş və 14 ay üzrə ödənilməli olan xidmət haqqı kimi 808,08 manat borcu yaranmış, beləliklə də, onun ödəməli olduğu məbləğ ümumilikdə 9,063,6 (8255.52+808,08) manat təşkil edir.

61. Cavabdeh10 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 115.4 m2 qeyriyaşayış sahəsi, 19.6 m2 qeyri-yaşayış sahəsi, 17.9 m2 qeyri-yaşayış sahəsi, 51.1 m2 qeyri-yaşayış sahəsi, 19.2 m2 qeyri-yaşayış sahəsi, 11.6 m2 qeyri-yaşayış sahəsi, 43.1 m2 qeyri-yaşayış sahəsi, 15.9 m2 qeyri-yaşayış sahəsi, 11.6 m2 qeyri-yaşayış sahəsi, 24.2 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla, 39 ay (2020-ci ildən 4 ay (sentyabr ayından ilin sonunadək), 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə ödəməli olduğu məbləğ 3856,32 manat təşkil edir. Bundan başqa, həmin ünvanda yerləşən 187.2 m2 qeyri-yaşayış sahəsi hər m2 görə 0,30 manat olmaqla aylıq 56.16 manat binanın ümumi əmlakının saxlanması ilə bağlı xərcləri ümumilikdə 27 ay (2020-ci ildən 4 ay (sentyabr ayından ilin sonunadək), 2021, 2022-ci ildən 11 ay) ödəməmiş və 32 ay üzrə ödənilməli olan 1516,32 manat borcu yaranmış, beləliklə də, ödəməli olduğu məbləği ümumilikdə 5.372,64 (3.856,32 + 1.516,32) manat təşkil edir.

62. Cavabdeh10 onun mülkiyyətində 187.2 kv.m qeyri-yaşayış sahəsinin olduğunun sübut edilməməsini bildirsə də, işdə olan ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, həmin sahə xx.xx.2013cü il tarixdən onun mülkiyyətində olmuş və sahə qeyd olunan müqavilə əsasında özgəninkiləşdirilmişdir.

63. Kollegiya Cavabdeh9 və Cavabdeh10 apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçı MMMC-nin vəzifəsi cavabdehlərin mülkiyyətində olan qarajlarda və digər sahələrdə təmizlik işlərinin həyata keçrilməsi və s. deyil. Binanın sahə mülkiyyətçiləri tərəfindən ödənilməli olan məcburi ödənişlər binanın ümumi əmlakının (liftlər, pilləkən meydançaları, pilləkənlər, şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları və s.) saxlanması, onun cari və əsaslı təmiri üçün nəzərdə tutulmuş məbləğlərdir. Qeyd olunan ümumi əmlak saxlanılmadığı, təmir edilmədiyi təqdirdə binanın sahə mülkiyyətçiləri tərəfindən öz mülkiyyətlərində olan sahələrin istifadə edilməsi mümkünsüz olur.

64. Bundan başqa, çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün hər hansı işlər görmək və ya xidmətlər göstərmək iddiaçının hüququdur və bu işlər və xidmətlər tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

65. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra Cavabdeh9 tərəfindən binanın ümumi əmlakının saxlanması üçün iddiaçı MMMC-nin hesabına ödənilmiş 3.510 manat məbləğində vəsait qətnamənin icra mərhələsində nəzərə alınmalı olan məsələdir.

66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh9 və Cavabdeh10 tutulmalı olan məbləğlərlə bağlı hissədə dəyişdirilməli, Cavabdeh2 930,08 manat, Cavabdeh9 9,063,6 manat və Cavabdeh10 5.372,64 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh9 və Cavabdeh10 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-288/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh9 və Cavabdeh10 tutulmalı olan məbləğlərlə bağlı hissələrdə dəyişdirilsin. Cavabdeh2 930,08 manat, Cavabdeh9 9.063,6 manat, Cavabdeh10 5.372,64 manat məbləğində vəsait tutularaq İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Cavabdeh9 və Cavabdeh10 tərəfindən kassasiya şikayətləri verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar