Məhkəmə qərarları › İş №2(103)-59/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-59/2025

19.05.2025 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-59/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı ASC-nin cavabdehlər X6 və qeyrilərinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" QSC Bank olmayan kredit təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən ( Ali Məhkəmənin 2(102)- 461/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilən hissədə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı “X8 Edilməsi Agentliyi” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1: 1. xx.xx.2013-cü il tarixli, 7066 saylı kredit küqaviləsi üzrə ******* manat əsas borc, 111500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1957613,15 manat; 2. xx.xx.2013-cü il tarixli, 7067 saylı Kredit Müqaviləsi üzrə ******* manat əsas borc, 111500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1957613,15 manat; 3. xx.xx.2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 87887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1934000,86 manat; 4. xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 108500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1954613,15 manat; 5. xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861298 manat əsas borc, 24384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201387,04 manat, cəmi 1087069,20 manat, ümumilikdə 8890909,51 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi; Tutmanın ipoteka verən: Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 13 saylı ofis); Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (292 saylı mağaza), 38.9 kv.m. qeyri-yaşayış sahəsinə (295 saylı mağaza), 40.0 kv.m. qeyri-yaşayış sahəsinə (297 saylı mağaza), 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (271 saylı mağaza); "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması; Satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda qalıq borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Daha sonra “X8 Edilməsi Agentliyi” MMC əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək özünün əsl İddiaçı QSC ilə əvəz olunmasını xahiş etmişdir. 3.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(011)- 30/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, 111500 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manatın, cəmi 1957613,15 manatın; 16 may 2013-cü il tarixli, 7067 saylı Kredit Müqaviləsi üzrə ******* manat əsas borcun, 111500 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manatın, cəmi 1957613,15 manatın; 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, 87887,71 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manatın, cəmi 1934000,86 manatın; 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, 108500 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manatın, cəmi 1954613,15 manatın; 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861298 manat əsas borcun, 24384,16 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201387,04 manatın, cəmi 1087069,20 manatın, ümumilikdə 8890909,51 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş: Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis) (ilkin satış qiyməti 45000 manat), 142.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 9 saylı ofis) (ilkin satış qiyməti 72000) manat, 187.2 kv.m. qeyriyaşayış sahəsinə (6Ə korpusunun 10 saylı ofis) (ilkin satış qiyməti 98000) manat, 107.4 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 11 saylı ofis) (ilkin satış qiyməti 75000) manat, 188.9 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 13 saylı ofis) (ilkin satış qiyməti 130000) manat; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (292 saylı mağaza) (ilkin satış qiyməti 44000) manat, 38.9 kv.m. qeyri-yaşayış sahəsinə (295 saylı mağaza) (ilkin satış qiyməti 39000) manat, 40.0 kv.m. qeyri-yaşayış sahəsinə (297 saylı mağaza) (ilkin satış qiyməti 40000) manat, 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (271 saylı mağaza) (ilkin satış qiyməti 48000) manat; "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti ********) yönəldilərək, açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh1 tutulub İddiaçı QSCnin hesabına ödənilməsi qət edilmişdir. 4.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 1.1.16 may 2013cü il tarixli, 7066 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 1.2.16 may 2013-cü il tarixli, 7067 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 1.3.16 may 2013-cü il tarixli, 7068 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 1.4.16 may 2013cü il tarixli, 7069 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 1.5.16 may 2013-cü il tarixli, 7070 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat məbləğində kredit verilmişdir ; - Kreditin təminatı olaraq aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: 2.1.16 may 2013-cü il tarixli ipoteka müqaviləsi ilə "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30672 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (10000000 manat məbləğində qiymətləndirilmişdir); 2.2. 16 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən: 2.2.1. ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini (292 saylı mağaza), 2.2.2. ümumi sahəsi 38.9 kv.m olan qeyri-yaşayış sahəsini (295 saylı mağaza), 2.2.3. ümumi sahəsi 40.0 kv.m olan qeyri-yaşayış sahəsini (297 saylı mağaza), 2.2.4. ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini (271 saylı mağaza) (ümumilikdə 192000 manat məbləğində qiymətləndirilmişdir). 2.3.16 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 3- cü mərtəbəsində yerləşən: 2.3.1. ümumi sahəsi 73.7 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 8 saylı ofis), 2.3.2. 142.7 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 9 saylı ofis), 2.3.3. 187.2 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 10 saylı ofis), 2.3.4. 107.4 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 11 saylı ofis), 2.3.5. 188.9 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 13 saylı ofis) (560000 manat məbləğində qiymətləndirilmişdir) ; - 11 avqust 2015-ci il tarixli müqavilə ilə "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı “X8 Edilməsi Agentliyi” MMC əsl İddiaçı QSC ilə əvəz olunmuşdur ; - Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 04 iyul 2019-cu il tarixli qiymətləndirmə hesabatları ilə ipoteka predmetləri olan: 7.1. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində Cavabdeh3 məxsus: 7.1.1. 73.7 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 8 saylı ofis) 45000 manat, 7.1.2. 142.7 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 9 saylı ofis) 72000 manat, 7.1.3. 187.2 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 10 saylı ofis) 98000 manat, 7.1.4. 107.4 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 11 saylı ofis) 75000 manat, 7.1.5. 188.9 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 13 saylı ofis) 130000 manat; 7.2. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində Cavabdeh2 məxsus: 7.2.1. 39.9 kv.m qeyri-yaşayış sahəsi (292 saylı mağaza) 44000 manat, 7.2.2. 38.9 kv.m qeyri-yaşayış sahəsi (295 saylı mağaza) 39000 manat, 7.2.3. 40.0 kv.m qeyri-yaşayış sahəsi (297 saylı mağaza) 40000 manat, 7.2.4. 39.9 kv.m qeyri-yaşayış sahəsi (271 saylı mağaza) 48000 manat; 7.3. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində "xxxx" MMC-yə məxsus olan 30672.0 kv.m qeyri-yaşayış sahəsi 12500000 manat məbləğində qiymətləndirilmişdirlər; - İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 fevral 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh1 "xxxx" ASC-yə: 1) 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; - 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 314000 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 627268,14 manat faiz borcu; 2) 16 may 2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; - 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 314000 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə, ******* manat əsas borc, 627268,14 manat faiz borcu. 3) 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 87887,71 manat faiz borcu; - 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 290387,71 manat faiz borcu; - 12 aprel 2019cu il tarixə ******* manat əsas borc, 603655,85 manat faiz borcu. 4) 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 108500 manat faiz borcu; - 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 311000 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 624268,14 manat faiz borcu; 5) 16 may 2013cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə 865010 manat əsas borc, 24384,16 manat faiz borcu; - 16 may 2017-ci il tarixə 865010 manat əsas borc, 141160,51 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə 861298 manat əsas borc, 321693,69 manat faiz borcu müəyyən edilmişdir. 5.Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(011)-30/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia kredit verən Bank tərəfindən qaldırılmayıb. Onunla İddiaçı QSC arasında kredit müqaviləsi bağlanmayıb, aralarında öhdəlik yaranmayıb. Həmçinin, "xxxx" ASC ilə aralarında müqavilə olsa da, həmin məbləğlər onun tərəfindən götürülməyib. 6.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının üzrə 31 avqust 2022-ci il tarixli, 2(103)- 284/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılmışdır. 7.Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-284/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmiş. 8.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-461/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)- 284/2022 nömrəli qətnaməsinin qismən, yəni kredit müqavilələri üzrə faiz borcunun və vurulmuş ziyanın hesablanması, habelə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385, 386.1, 389, 390., 425.1, 442,443.1, 443.5, 445.7, 449.1, 449.2, 739.1, 739.2; “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.9, 33, 39.3.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.7, 103.1, 217.1, 217.4, 218.1, 218.3, 220.4, 372.1, 372.7, 392.1.5, 392.2, 416.1, 416.2, 417.1.1, 418.1, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1, 2.2, 2.4, 17-ci maddəsinə istinadən Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, mübahisə həll olunarkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq kredit müqavilələri üzrə kredit məbləğinin cavabdehə verilməməsi barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir və bu hissədə apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə tam razılaşır. Bununla belə, kredit müqaviləsi üzrə borcun hesablanmasına dair məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: İş materiallarından müəyyən olunur ki, iddiaçı ilk olaraq hazırkı iddia ilə 05 mart 2019-cu il tarixdə müraciət etmiş və tələbində 5 müqavilə üzrə borcu ümumiləşdirərək, 7491935,63 manat əsas, 609227,43 manat faiz, cəmi 8101163,06 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Həmin iddiasında iddiaçı müqavilənin müddəti başa çatdıqdan sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış dəymiş zərər borcu tələbini irəli sürməmişdir. Lakin, sonradan iddiaçı iki dəfə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr vermiş və yekun olaraq 02 aprel 2021-ci il tarixdə verdiyi ərizədə cavabdehdən hazırki qərarın 4-cü bəndinə qeyd olunmuş borcun tutulmasını xahiş etmişdir. Həmin tələbdə əsas və faiz borcu ilə yanaşı, hər bir kredit müqaviləsi üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış zərərin də tutulması xahiş olunmuşdur. Lakin iddiaçı tələbin həmin hissəsini əsaslandırmamış, zərərin nədən ibarət olması və hansı qaydada hesablanması iddia ərizəsində göstərilməmişdir. Qanunvericilik iddiaçıya onun pul vəsaitindən qanunsuz istifadəyə görə bank uçot dərəcəsi ilə faiz tələb etmək hüququnu tanısa da, bu zərərin əsaslandırılmasını tələb edir. Lakin iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tələbini əsaslandırmamış, apellyasiya məhkəməsi isə həmin məsələyə hüquqi qiymət verməməklə maddi hüquq normalarını pozmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qətnaməsini əsaslandırarkən iş üzrə keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə istinad etmişdir. Lakin həmin rəy nəzərdən keçirilərkən müəyyən olunur ki, orada qeyd olunan faiz borcları ziddiyyətli olmaqla, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmamışdır. Belə ki, ekspert rəyinin əsaslandırıcı hissəsindən görünür ki, 16 may 2013-cü il tarixli, 7066, 7067, 7068 və 7069 nömrəli müqavilələrlə verilmiş kreditin məbləği və sonrakı ödənişlər eyni olsa da, 01 aprel 2016-cı il tarixə hesablanmış faizin məbləği 7066, 7067 nömrəli müqavilələr üzrə 111500 manat, 7068 nömrəli müqavilə üzrə 87887,71 manat, 7069 nömrəli müqavilə üzrə isə 108500 manat olaraq göstərilmişdir. Göründüyü kimi, ekspert rəyində iddia ərizəsinə uyğun faiz borcunu göstərmiş, lakin bunun əsaslandırılması gətirilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ekspert rəyində kredit müqavilələri üzrə 12 aprel 2019-cu il tarixə faiz borcları hesablansa da, həmin faizin hansı hissəsinin müqavilə müddəti üçün müqavilə faizi, hansı hissəsinin isə müqavilə müddətindən sonrakı dövr üçün zərər olması qeyd olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun və vurulmuş zərərin müəyyən edilməsi zamanı ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. İpoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı da kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflərin heç biri əmlakların ilkin satış qiymətini mübahisələndirmədiyindən, bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Lakin, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əmlakların qiymətləndirilməsi keçirilmiş və "xxxx" MMC-nin 04 iyul 2019-cu il tarixli qiymətləndirmə hesabatları alınmışdır. Birinci instansiya məhkəməsi həmin qiymətləri əsas götürməklə qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində digər məsələlərlə yanaşı, qiymətləndirmə ilə bağlı dəlillər gətirmiş və qiymətləndirmə hesabatlarının qanunvericiliyin tələblərinə zidd olmasını, həmin əmlakların yerləşdiyi ərazidə olan başqa əmlakların qiymətləri ilə müqayisəli təhlil aparılmamasını, satış qiymətinin hansı kriteriya əsasında müəyyən edilməməsini və s. göstərmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı ipoteka predmetlərini təşkil edən qeyri-yaşayış sahələrinin likvid dəyərlərinin müəyyən edilməsi üçün 28 iyul 2021-ci il tarixli qərardadla Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini işə cəlb etmiş, lakin həmin qurumdan əmlaklara baxış keçirilməsi üçün şəraitin yaradılması barədə xahiş təmin olunmadığı üçün müvafiq rəyin təqdim olunmasından imtina olunmuşdur. İş materiallarından apellyasiya məhkəməsi tərəfindən mütəxəssisin vəsatətləri üzrə tərəflərə təkliflər göndərməsi və mütəxəssis rəyinin alınması üçün digər tədbirlər görməsi müəyyən olunmur. Göründüyü kimi, cavabdeh iş üzrə alınan qiymətləndirmə hesabatlarını apellyasiya qaydasında mübahisələndirdiyi və apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yeni qiymətləndirmə təyin etdiyi halda, sonradan əmlakların ilkin satış qiymətinin mübahisələndirməməsi əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4 və 392.2-ci maddələrinin tələblərini pozmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 9.Cavabdeh X3 apellyasiya şikayətində İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının 01 saylı qərardadına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 386, 389-cu maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə ipotekaya qoyulan əmlakların qiymətləndirilməsini "xxxx" MMC şirkətinə həvalə edib. Həmin şirkət ipotekaya qoyulan əmlaklarla bağlı qiymətləndirmə hesabatını təqdim edib. Bu hesabatlarda qeyri-yaşayış sahələrinin bazar qiyməti müəyyən edilib.Hesabatlarda əmlakın dəyərinin müəyyən edilməsi üçün uyğun satışlarn müqayisəli yanaşması, xərc yanaşması, gəlir yanaşması kimi yanaşmaların nəzərdən keçirilməsi, müqayisəli yanaşmalardan istifadə edilməsi göstərilsə də, qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə mövcud olan qeyri-yaşayış sahələrinin qiymətləri ilə müqayisə aparılmayıb, digər sahələrin qiymətləri barədə hər hansı fikir əksini tapmayıb.Bundan əlavə, qeyri-yaşayış sahələrinin bazar qiyməti müəyyən edilib, likvid qiyməti müəyyən edilməyib.Bundan əlavə, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən "İpoteka haqqında" Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımmdan yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydm surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır.Göründüyü kimi, qiymətləndirmə hesabatları qanunvericiliyin tələblərinə zidd olaraq hazırlanıb, ipotekaya qoyulan əmlakların likvid qiyməti müəyyən edilməyib, həmin əmlakların yerləşdiyi ərazidə olan başqa əmlakların qiymətləri ilə müqayisəli təhlili aparılmayıb, satış qiymətinin hansı kriteriya əsasında müəyyən edildiyi izah edilməyib.Buna görə də iş üzrə təkrar qiymətləndirmə həyata keçirilməlidir.İş materiallarından görünür ki, onunla "xxxx" ASC arasında 5 kredit müqaviləsi bağlanılıb. Onun tərəfindən müəyyən ödənişlərin edildiyi qeyd edilib. Lakin həmin ödənişlərin hansı kredit müqaviləsi üzrə ödənildiyi əksini tapmayıb və ekspertiza rəyində həmin ödəniş bütün kredit müqavilələri üzrə həyata keçirildiyi qeyd edilib.Ekspertiza rəyi ümumiyyətlə anlaşılan deyil. Məsələn, 16 may 2013-cü ildə 7066,7067,7068,7069 saylı kredit müqavilələri bağlanılıb. Hər 4 müqavilə üzrə 1.500.000 manat kreditin 60 ay müddətinə verilməsi nəzərdə tutulub. Ekspert rəyində göstərilib ki, hər 4 müqavilə üzrə banka ümumilikdə 12 aprel 2019-cu il tarixədək 3712 manat ödəniş olub, həmin məbləğ ümumilikdə əsas borca silinib, faiz borcundan isə ödəniş olmayıb.Rəydən aydın olur ki, hər 4 müqavilə üzrə eyni məbləğdə ödəniş edilib, bu halda məntiqlə əsas və faiz borcu eyni məbləğdə olmalıdır. Lakin rəydən görünür ki, ekspert bu müqavilələr üzrə fərqli qiymətlər hesablayıb. Bu da rəyin anlaşılmaz olduğuna gətirib çıxarır.Ona görə də təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, əsas və faiz borcu yenidən hesablanmalıdır.Kredit borcu vaxtında ödənilmədikdə banka əldən çıxmış fayda şəklində zərər vurula bilir. Hazırki iddia isə kredit verən təşkilat (Azərbaycan Beynəlxalq Bank" tərəfindən qaldırılmayıb, iddiaçı "xxxx" QSC tərəfindən qaldırılıb. Başqa sözlə onunla "xxxx" QSC arasında hər hansı kredit müqaviləsi bağlanılmayıb və iddiaçının onun qarşısında hər hansı öhdəliyi mövcud olmayıb. Kredit müqavilələri üzrə borcun ödənilməməsinin iddiaçı təşkilata əldən çıxmış fayda şəklində zərər vurulmasını sübut edə bilməyib. Buna görə də bu hissədə də qətnamə əsassızdır.Digər tərəfdən, məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, onunla "xxxx" ASC arasında kredit müqavilələri bağlanılsa da, müqavilələrdə nəzərdə tutulan məbləğlər onun tərəfindən götürülməyib, onların kim tərəfindən alınması barədə heç bir məlumatı yoxdur. Odur ki, kredit müqavilələri üzrə öhdələr onun tərəfindən icra edilə bilməz Apellyasiya icraatında müəyyən edilən hallar: 10.Əvvəlki apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 15 oktyabr 2021-ci il tarixli rəyinə əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış: 1) 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə 1496288,00 manat əsas borc, 456.771,77 manat faiz 2) 16 may 2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 456771,77 manat faiz borcu; 3) 16 may 2013cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 87887,71 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 433159,48 manat faiz borcu; 4) 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016cı il tarixə ******* manat əsas borc, 108500 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 453771,77 manat faiz borcu; 5) 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə 865010 manat əsas borc, 24384,16 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə 861298 manat əsas borc, 223431,84 manat faiz borcu müəyyən edilmişdir. 11.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2557/2023 saylı, 08 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizası üzrə 17 iyul tarixli, 9/3861 N-li ekspert rəyində qeyd edilmişdir: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7066 saylı, xx.xx.2013-cü il tarixli 7068 saylı, xx.xx.2013-cü il tarixli 7069 saylı və xx.xx.2013-cü il tarixli 7070 saylı kredit müqavilələri üzrə X3 banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2013-cü il tarixli 7066 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə ( müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 1.500.000,00 manat; faiz borcu üzrə 314.000,00 manat. xx.xx.2019-cu il tarixə ( maliyyə arayışı tarixə) əsas borc üzrə 1.496.288,00 manat; faiz borcu üzrə 627.268,14 manat. xx.xx.2013-cü il tarixli 7067 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə ( müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 1.500.000,00 manat; 314.000,00 manat . xx.xx.2019cu il tarixə (maliyyə arayışının tarixinə) əsas borc üzrə 1.496.288,00 manat; faiz borcu üzrə 627.268,14 manat . xx.xx.2013-cü il tarixə ( müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 1.500.000,00 manat; faiz borcu üzrə 290.387,71 manat. xx.xx.2019-cu il tarixə ( maliyyə arayışı tarixinə) əsas borc üzrə 1.496.288,00 manat; faiz borcu üzrə 603.655,85 manat. xx.xx.2013-cü il tarixə 7069 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixinə) əsas borc 1.500.000,00 manat; faiz borcu üzrə 311.000,00 manat. xx.xx.2019-cu il tarixə ( maliyyə arayışı tarixinə) əsas borc üzrə 1.496.288,00 manat, faiz borcu üzrə 624.268,14 manat. xx.xx.2013-cü il tarixli 7070 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə ( müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 865.010,00 manat; faiz borcu üzrə 141.160,51 manat. xx.xx.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 861.298,00 manat; faiz borcu üzrə 321.693.69 manat. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 27 noyabr 2023-cü il tarixli 10/3640-9/3803 N-li ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin (ofis) hazırki orta bazar qiymətlərinə uyğun olaraq aşağıdakı kimi müəyyən olunur: - 6Ə korpusunun 8 saylı ofisin ümumi dəyəri təqribən 71300,0 manat (967 x 73,7), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (71300,0- 10%) 71200 manat; - 6Ə korpusunun 9 saylı ofisin ümumi dəyəri təqribən 138000,0 manat (967 x142,7) 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (138000,0- 10%) 124000 manat; - 6Ə korpusunun 10 saylı ofisin ümumi dəyəri təqribən 181000,0 manat (967 x 187,2), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (138000,0-10%) 163000 manat; - 6Ə korpusunun 11 saylı ofisin ümumi dəyəri təqribən 104000,0 manat (967 x 107,4), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (138000,0-10%) 93500 manat; - 6Ə korpusunun 13 saylı ofisin ümumi dəyəri təqribən 1825000,0 manat (967 x188,9), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (138000,0-10%) 164000 manat məbləğində müəyyən edilir. Qərardadın ikinci sualı üzrə Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin (mağaza) hazırki orta bazar qiymətlərinə uyğun olaraq aşağıdakı kimi müəyyən olunur: -292 saylı mağazanın ümumi dəyəri təqribən 111300,0 manat (2790 x 39,9), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (111300,0-10%) 100000 manat; -295 saylı mağazanın ümumi dəyəri təqribən 108500,0 manat (2790 x 38,9), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (108500,0-10%) 98000 manat;-297 saylı mağazanın ümumi dəyəri təqribən 111600,0 manat (2790 x40,0), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin İikvid dəyəri təqribən (111600,0-10%) 100000 manat; -292 saylı mağazanın ümumi dəyəri təqribən 111300,0 manat (2790 x 39,9), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (111300,0-10%) 100000 manat məbləğində müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri yaşayış sahəsinə aid daşınmaz əmlakların tələb edilən hazırkı zamana likvid dəyərlərini müəyyən etmək mümkün deyildir. 12.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi qərara alınmış, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli məktubla "xxxx" MMC tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən qiymətləndirilmənin aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyi 29 may 2024- cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 9/1604 № -li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir : xx.xx.2013-cü if tarixii 7066 Ns-fi kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları; 16 may 2013-cü il tarixli, 7066 N°-li kredit müqaviləsində qeyd olunan şərtlər və AR Mərkəzi Bankının bank uçot dərəcəsi nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 1.814.000,00 azn: əsas borc üzrə 1.500.000,00 azn, faiz borcu üzrə 314.000,00 AZN. xx.xx.2019-cu il tarixə (arayışın tarixinə (cl.i.v. - 234)) 2.123.556,14 azn: əsas borc üzrə 1.496.288,00 AZN, faiz borcu üzrə 314.000,00azn, bank uçot faiz dərəcəsi ilə hesablanmış faiz — 313.268,14 azn. xx.xx.2013-cü il tarixli 7067№-li kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlətə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları; 16 may 2013-cü il tarixli, 7067 № li kredit müqaviləsində qeyd olunan şərtlər və A R Mərkəzi Bankının bank uçot dərəcəsi nəzərə alınmaqla X3 "xxxx" QSC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017-ci il tarixə ( müqavilə müddətinin sonuna) 1.814.000,00 azn əsas borc üzrə 1.500.000,00 azn, faiz borcu üzrə 314.000,00 azn. xx.xx.2019-cu il tarixə ( arayışın tarixinə ( c1.i.v- 234)) 2.123.556,14 azn. Əsas borc üzrə 1.496,288,00 azn, faiz borcu üzrə 314.000,00 azn, bank uçot faiz dərəcəsi ilə hesablanmış faiz 313268, 14 azn . xx.xx.2013-cü il tarixli 7068 N°-H kredit müqavifəsi üzrə:Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları; 16 may 2013-cü il tarixli, 7068 Ne-li kredit müqaviləsində qeyd olunan şərtlər, xx.xx.2016-cı İİ tarixli "xxxx" ASC ilə İddiaçı QSC arasında sənədlərin təhviltəsliminə dair 204 Ne-li akt və AR Mərkəzi Bankının bank uçot dərəcəsi nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə ( müqavilə müddətinin sonuna) 1.790.387,71 azn: əsas borc üzrə 1.500.000,00 azn, faiz borcu üzrə 290.387,71 azn. xx.xx.2019-cu il tarixə ( arayışın tarixinə ( c1.i.v.-234)) 2.099.943,85 azn: əsas borc üzrə 1.496.288,00 azn, faiz borcu üzrə 290.387,71 azn,bank uçot faiz dərəcəsi ilə hesablanmış faiz 313.268, 14 azn. xx.xx.2013-cü il tarixli 7069 №-li kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları; 16 may 2013-cü il tarixli, 7069№-li kredit müqaviləsində qeyd olunan şərtlər, xx.xx.2016-cı il tarixli "xxxx" ASC ilə "xxxx" QSC arasında sənədlərin təhviltəsliminə dair 204 № -li akt və AR Mərkəzi Bankının bank uçot dərəcəsi nəzərə alınmaqla X3 "xxxx" QSC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə ( müqavilə müddətinin sonuna) 1.811.000,00 azn: əsas borc üzrə 1.500.000,00 azn, faiz borcu üzrə 311.00,00 azn. xx.xx.2019-cu il tarixə ( arayışın tarixinə ( c1.i.v.-234)) 2.120.556,14 azn: əsas borc üzrə 1.496.288,00 azn, faiz borcu üzrə 311.00,00 azn, bank uçot faiz dərəcəsi ilə hesablanmış faiz 313.268, 14 azn. xx.xx.2013-cü il tarixli 7070 №-li kredit müqaviləsi: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları; 16 may 2013-cü il tarixli, 7070 Ne-li kredit müqaviləsində qeyd olunan şərtlər, xx.xx.2016-cı il tarixli "xxxx" ASC ilə İddiaçı QSC arasında sənədlərin təhvil-təsliminə dair 204 Ne-li akt və AR Mərkəzi Bankının bank uçot dərəcəsi nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə ( müqavilə müddətinin sonuna) 1.006.170,51 azn: əsas borc üzrə 865.010,00 azn, faiz borc üzrə 141.160,51 azn. xx.xx.2019-cu il tarixə ( arayışın tarixinə ( c1.i.v.-234)) 1.182.991,69 azn: əsas borc üzrə 861.298,00 azn, faiz borcu üzrə 141.160,51 azn, bank uçot faiz dərəcəsi ilə hesablanmış faiz 180.533,18 azn. 13.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC-yə (mümkün olmadıqda isə başqa qiymətləndiriciyə) həvalə edilmişdir. 05 sentyabr 2024-cü il tarixdə qiymətləndiricinin rəyi məhkəməyə daxil olmuş və rəyin nəticə hissəsində əmlakların dəyəri aşağıdakı kimi qeyd edilmişdir: Cavabdeh3 məxsus, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m. qeyriyaşayış sahəsinə (6Ə korpusunun 13 saylı ofis)- 8 saylı 184250 manat, 9 saylı 356750 manat, 10 saylı 468000 manat, 11 saylı 268500 manat, 13 saylı 472250 manat Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (292 saylı mağaza), 38.9 kv.m. qeyriyaşayş sahəsinə (295 saylı mağaza), 40.0 kv.m. qeyri-yaşayış sahəsinə (297 saylı mağaza), 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (271 saylı mağaza); 298 saylı 169650 manat, 295 saylı 136150 manat, 297 saylı 140000, 271 saylı 139650 manat "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə aid daşınmaz əmlaklar- 85881600 manat məbləğində müəyyən edilir. 14.Cavabdeh X6 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki: Cavabdeh3 məxsus, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyriyaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 13 saylı ofis) xx.xx.2024- cü il tarixinə 1 kv.m üçün 3650( üç min altı yüz əlli manat) hesablanmış və ümumilikdə dəyəri 689, 485 manat ; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (292 saylı mağaza), 38.9 kv.m. qeyri-yaşayş sahəsinə (295 saylı mağaza), 40.0 kv.m. qeyri-yaşayış sahəsinə (297 saylı mağaza), 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (271 saylı mağaza) xx.xx.2024-cü il tarixinə 1 kv.m üçün 3650( üç min altı yüz əlli manat) hesablanmış və ümumilikdə dəyəri 142350 manat; A.M.A.Y.” MMCyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə aid daşınmaz əmlaklar xx.xx.2024-cü il tarixinə 1 kv.m üçün 3650( üç min altı yüz əlli manat) hesablanmış və ümumilikdə dəyəri ********* manat müəyyən edilmişdir. 15.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur. Məlumatda qeyd edilmişdir ki, Ekspertiza qarşısında qoyulmuş suallarda qeyd edilən, ekspertiza tədqiqatına təqdim edilmiş qeyri-yaşayış sahələri üzrə yuxarıda sadalanan səbəblərə görə qiymətləndirmə aparılmadığından, iş materialında olan, qeyd edilən iş üzrə verilmiş rəylərdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2023-cü il tarixli ekspert rəyi, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 27 avqust 2024-cü il tarixli qiymətləndirilməsi və Azərbaycan Respublikası "xxxx" MMC-nin qiymətləndirmə hesabatı) müəyyən edilmiş fərqli nəticələrin (fərqli qiymətlərin) səbəbləri, həmin rəyləri verən ekspertlər (və ya mütəxəssislər) tərəfindən cavablandırıla bilər. Göstərilənləri nəzərə alaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimafın 3.2.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. 16.Cavabdeh X6 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki: Cavabdeh3 məxsus, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyriyaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 13 saylı ofis) xx.xx.2024- cü il tarixinə 1 kv.m üçün 3650( üç min altı yüz əlli manat) hesablanmış və ümumilikdə dəyəri 689, 485 manat ; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (292 saylı mağaza), 38.9 kv.m. qeyri-yaşayş sahəsinə (295 saylı mağaza), 40.0 kv.m. qeyri-yaşayış sahəsinə (297 saylı mağaza), 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (271 saylı mağaza) xx.xx.2024-cü il tarixinə 1 kv.m üçün 3650( üç min altı yüz əlli manat) hesablanmış və ümumilikdə dəyəri 142350 manat; A.M.A.Y.” MMCyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə aid daşınmaz əmlaklar xx.xx.2024-cü il tarixinə 1 kv.m üçün 3650( üç min altı yüz əlli manat) hesablanmış və ümumilikdə dəyəri ********* manat müəyyən edilmişdir. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 ipoteka predmeti olan əmlakların dəyəri ilə bağlı narazılıqlarının olduğunu, bu səbəbdən də təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etdiklərini, xüsusiylə bir əmlakın həddindən artıq şişirdilmiş şəkildə yüksək qiymətləndirildiyini, belə ki, həmin ipoteka predmeti olan əmlakların yerləşdiyi yerin tam işlək olmadığını, bəzi mərtəbələrinin ümumiyyətlə işləmədiyini, bəzi mərtəbələrdə tək-tük mağazaların işlək vəziyyətdə olduğunu, bu qədər işlək olmayan bir obyektə yerləşən qeyri-yaşayış sahələrinə bu qədər yüksək qiymətlərin qoyulmasının ağlabatan olmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. 18.Cavabdeh X4 nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə mülahizə təqdim etmiş, mülahizədə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli; 7066 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.496.288.00 manat, faiz borcu 314.000 manat 7067 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.496.288.00 manat, faiz borcu 314000 manat 7068 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.496.288.00 manat, faiz borcu 290.387.71 manat 7069 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.496.288.00 manat, faiz borcu 311000,7070 nömrəli kredit müqaviləsi üzrə əsas borc 861.298.00 manat, faiz borcu 141.160.51 manat nəzərdə alınmalıdır. Buna görə də, Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı hesablanmış dəymiş zərəri qəbul etmir, kredit müqavilələri üzrə əsas borcu ümumilikdə 6.846.450.00, faiz borcunu isə 1.370.548.21 manat qəbul edir.Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 161/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC-yə həvalə edilmiş və tədqiqat aparılaraq, aşağıdakılar müəyyən edilmişdir: Tutmanın ipoteka qoyulmuş: Cavabdeh3 qızına məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (60 korpusunun 8 saylı ofis) (ilkin satış qiyməti 184.250 manat(2500x73.7), 142.7 kv.m. qeyri-yaşayış sahəsinə (60 korpusunun 9 saylı ofis) (ilkin satış qiyməti 356.750 manat (2500x142.7), 187.2 kv.m. qeyri- yaşayış sahəsinə (60 korpusunun 10 saylı ofis) (ilkin satış qiyməti 468.000 ( 2500x 187.2) manat, 107.4 kv.m. qeyriyaşayış sahəsinə (6ə korpusunun 11 saylı ofis) (ilkin satış qiyməti 268.500 (2500x107.4) manat, 188.9 kv.m. qeyri-yaşayış sahəsinə (60 korpusunun 13 saylı ofis) (ilkin satış qiyməti 472.250 ( 2500x188.9) manat; Cavabdeh2 qızma məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyriyaşayış sahəsinə (292 saylı mağaza) (ilkin satış qiyməti 139.650 ( 3500x39.9) manat, 38.9 kv.m. qeyri-yaşayış sahəsinə (295 saylı mağaza) (ilkin satış qiyməti 136.150 (3500x38.9) manat, 40.0 kv.m. qeyri-yaşayış sahəsinə (297 saylı mağaza) (ilkin satış qiyməti 140.000 (3500x40.0) manat, 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (271 saylı mağaza) (ilkin satış qiyməti 139.650 (3500x39.9) manat; "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti 85.881.600 (2800x30672.0) manat.Tutmanın ipoteka qoyulmuş qiymətlərini yuxarıdakı kimi nəzərə alınmağını və açıq hərracda satış yolu ilə satılaraq borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. 19.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən və kassasiya instansiya məhkəməsinin müəyyən etdiyi ( kredit brocu üzrə faiz borcu, vurulmuş zərərin hesablanması və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi) hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 21.“İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

22. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 317.1.borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 24.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76, 77, 80- 82.1, 88, 101.7, 103.1, 106.2, 119, 217.4, 385-390, 420-cı maddələrinə, ipoteka müqaviləsi üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən (baxılan) hissədə apellyasiya şikayətinin qismən əsaslı dəlilləri öz təsdiqini tapır. 25.Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. İpoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı kollegiya qeyd edir ki, iş üzrə bir neçə dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmçinin cavabdehin X4 nümayəndəsi Vəkil tərəfindən müstəqil qiymətləndirmə şirkətinin hesabatı da təqdim edilmişdir. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarının bir neçəsinin aparılmasından imtina edilsə də, sonuncu olaraq rəy vermiş Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC-nin rəyini kollegiya mötəbər hesab edir. Həmin rəyin mötəbər sübut kimi qəbul edilməsini istisna edən əsaslı dəlillər və onlara aid təkzibedici sübutlar təqdim edilməmiş, əlavə və ya təkrar ekspert rəylərinin alınmasına dair əsaslar da müəyyən edilməmişdir. Kredit borcu üzrə faiz borcunun və vurulmuş zərərin hesablanması ilə bağlı hissədə də qeyd edilməlidir ki, bunun müəyyən edilməsi üçün iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında sonuncu rəylə razı olduğunu, cavabdeh X4 nümayəndəsi Vəkil isə əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında mühasibatlıq ekspertizasının rəyi ilə qismən razı olduğunu belə ki, iddiaçının faiz məbləğini hesablayarkən Azərbaycan Respublikası Prezidentinin 15 iyun 2015-ci il tarixli, 570 saylı Fərmanının nəzərə alınaraq 2015-ci ilə qədər faiz məbləğini hesablamalı olduğunu, lakin iddiaçının əsassız olaraq 2017-ci ilə qədər hesabladığını bildirmişdir. Bundan əlavə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq zərərin müəyyən edilməsi də sonuncu məhkəmə-mühasibatlıq ekspertizası ilə həyata keçirilmiş və ekspert rəyində qeyd edilmiş göstəriciləri istisna edən hallar müəyyən edilməmişdir. Tələb üzrə baxılan hissədə göstərişlərin faiz hissəsində fərqli hallar müəyyən edilsə də, müqavilələr üzrə faiz borcları tələbdən yuxarı olduğundan bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. O ki qaldı apellyasiya şikayətinin dəlilləri üzrə hazırki işdə iddiaçının ümumiyyətlə qəbul edilən problemli kredit üzrə təhvil verilən borcdan əlavə tələb irəli sürmək hüquqlarının olmamasına, qeyd edilməlidir ki, bu hallara dair kassasiya innstansiya məhkəməsi tərəfindən araşdırma göstərişi olmamışdır. Belə ki, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair müqavilənin 2.5.1-ci bəndinə əsasən: “ Azərbaycan Beynəlxalq Bankı ASC” –dən təhvil alınacaq aktivlər üzrə əsas borclar ( kreditlər) və faizlər, borcun təminatı olan girov ( ipoteka), zaminlik və sair müqavilələr üzrə tələb hüquqlarını əldə edir və həyata keçirir. 26.Beləliklə, məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişləri nəzərə alınmaqla apellyasiya şikayəti (baxılan hissədə) qismən təmin edilməli, xx.xx.2013-cü il tarixli, 7066, 7067, 7068, 7069 saylı kredit küqavilələri üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər hər müqavilə üzrə 313268,14 manat; xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 180533,18 manat məbləğində müəyyən edilməli,ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti aşağıdakı kimi: Cavabdeh3 məxsus, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsindəki ofislər - 8 saylı 184250 manat, 9 saylı 356750 manat, 10 saylı 468000 manat, 11 saylı 268500 manat, 13 saylı 472250 manat;Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsindəki mağazalar 292 saylı 139650 manat, 295 saylı 136150 manat, 297 saylı 140000, 271 saylı 139650 manat . "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsi- 85881600 manat müəyyən edilməli, qətnamə qalan (baxılan) hissədə dəyişdirilmədən saxlanılmalıdır. 27.İş üzrə ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə, ekspertiza üzrə məhkəmə xərcləri isə tərəflərə aid edilməlidir. 28.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X4 apellyasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-461/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən etdiyi baxılan– kredit borcu üzrə faiz borcu, vurulmuş zərərin ödənilməsi,ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi - hissədə qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/21 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi (baxılan hissədə) dəyişdirilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli, 7066, 7067, 7068, 7069 saylı kredit müqavilələri üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər hər müqavilə üzrə 313268,14( üç yüz on üç min iki yüz altmış səkkiz manat, on dörd qəpik) manat; xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 180533, 18 (yüz səksən min beş yüz otuz üç manat, on səkkiz qəpik) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti aşağıdakı kimi müəyyən edilsin: Cavabdeh3 məxsus, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsindəki ofislər- 8 saylı 184250 (yüz səksən dörd min iki yüz əlli) manat, 9 saylı 356750 (üç yüz əlli altı min yeddi yüz əlli) manat, 10 saylı 468000 (dörd yüz altmış səkkiz min) manat, 11 saylı 268500 (iki yüz altmış səkkiz min beş yüz) manat, 13 saylı 472250 (dörd yüz yetmiş iki min iki yüz əlli) manat ; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsindəki mağazalar :292 saylı 139650 (yüz otuz doqquz min altı yüz əlli) manat, 295 saylı 136150 (yüz otuz altı min yüz əlli) manat, 297 saylı 140000 (yüz qirx min ), 271 saylı 139650 (yüz otuz doqquz min altı yüz əlli) manat, "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə aid daşınmaz əmlak- 85881600 (səksən beş milyon səkkiz yüz səksən bir min altı yüz) manat müəyyən edilsin. Qətnamə qalan (baxılan) hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 ( üç yüz) manat məbləğində pul vəsaiti tərəflərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəəmə-əmtəəşünalıq ekspertizasının dəyərini təşkil edən 500 ( beş yüz) manat məbləğində pul vəsaiti Daşınmaz Əmlakın Dövlət Reysestr Xidməti MMC-nin ( H/h: AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov Filialı, kod: 20093, VÖEN: **********) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar