Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-590/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, maraqlarına toxunan şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "X22” MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh "X22” MMC-yə qarşı "mənzilə olan maneələrin aradan qaldırılması və mənzilin təhvil verilməsi, və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh "X22” MMC-yə qarşı "mənzilə olan maneələrin aradan qaldırılması və mənzilin təhvil verilməsi tələbinə dair ("xxxx" ASC maraqlarına toxunan şəxs qismində cəlb edilməklə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1493/2018 saylı işi üzrə 11.07.2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs "xxxx" ASC və müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "X22” MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Y.Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m. olan, 3 otaqlı mənzilin təmirinin dərhal tamamlanaraq özünə təhvil verilməsi, maddi ziyana görə 82000 manatın və mənəvi ziyana görə 50000 manatın cavabdehdən alınıb özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 cavabdeh "X22” MMC-yə qarşı iddia ərizəsi, daha sonra, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınaraq özünə təhvil verilməsi, İddiaçı Adii oğlu ilə "Meqa-Siti Holdinq” MMC arasında bağlanmış 26.05.2009-cu il tarixli, 140 saylı müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X17 iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınaraq özünə təhvil verilməsi öhdəliyinin "X22” MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1493/2018 saylı işi üzrə 11.07.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiasının təmin edilməsi, X7 cavabdeh "X22” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 17-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınması və həmin mənzilin X11 təhvil verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının qismən təmin edilməsi, Cavabdeh "X22” MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən 3 (üç) otaqdan ibarət yaşayış sahəsinin (X11 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91,4 kv.m. təşkil edən 2 (iki) otaqdan ibarət, şərti olaraq "124” saylı adlandırılmış mənzilin sahəsinə aid olmayan) X8 təhvil verilməsi, "Meqa-Siti Holdinq” MMC ilə İddiaçı arasında bağlanmış 26.05.2009-cu il tarixli, 140 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1493/2018 saylı işi üzrə 11.07.2018-ci il tarixli qərardadı ilə “X22" MMC-nin direktoru X12 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 308-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin əlamətləri aşkar olunduğundan prokurora xəbər verilməsi, qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhər Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2(060)- 5037/2018 saylı qətnaməsini ləğv etməklə iddia tələbinin bütünlüklə təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 91,4 kv.m. olan 124 saylı, 2 otaqlı mənzilin ona təhvil verilməsi və mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12176/2018 saylı işi üzrə 11.12.2018-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(060)- 5037/2018 saylı 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlarına toxunan şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(060)-5037/2018 saylı 12 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təqdimatın verilməsinə dair ərizə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.02.2020-ci il tarixli təqdimatı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12176/2018 saylı işi üzrə 11.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2618/2020 saylı işi üzrə 01.07.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqtimatı təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12176/2018 saylı işi üzrə 11.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndəilməsi qərara alınmışdır.Qərarda Mülki Prosessual Məcəllənin 9.1, 4.1-ci və 4.2, 217.1, 416, 417.1.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 124 saylı mənzilə dair İddiaçı, X15 və X7 iddialarına baxılmaqla irəli sürülmüş tələblər həll edilmişdir.Lakin "xxxx" ASC-nin ərizəsindən, Bakı Apellyasiya Məhkəməsinin 13.08.2010-cu il tarixli, 2(103)-345/10 nömrəli qərardadından görünür ki, "xxxx" ASC-yə olan borcun ödənilməsini təmin etmək məqsədilə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokundakı bir sıra mənzillər, o cümlədən 17-ci mərtəbədə yerləşən, sahəsi 91,4 kv.m. olan mənzilin razılaşmada göstərilən şərtlər istisna olmaqla, heç bir şərt qoyulmadan "xxxx" ASC-nin istifadəsinə və sərəncamına verilməsi haqqında Cavabdeh MMC ilə "xxxx" ASC arasında 02.06.2010-cu il tarixdə bağlanmış barışıq sazişi qeyd edilən qərardadla təsdiq edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 09.04.2018-ci il tarixli aktından görünür ki, həmin qərardadın icrası çərçivəsində qeyd olunan binada 17-ci və 21-ci mərtəbələrdə yerləşən, təmirsiz vəziyyətdə olan iki ədəd mənzil yeni giriş qapıları qoyularaq açarları ilə birlikdə tələbkar "xxxx" ASC-nin nümayəndəsinə təhvil verilmişdir.Qeyd edilənlər bu qənaətə gəlməyə əsas verir ki, hazırkı işə apelyasiya instansiyası məhkəməsində baxılarkən mübahisə predmeti olan mənzilin hüquqi vəziyyəti, ona haqq iddia edən şəxslərin dairəsi tam və hərtərəfli araşdırılmamışdır. Başqa sözlə, mübahisə predmetinə yuxarıda göstərilən əsaslarla iddialı olan "xxxx" ASC işə cəlb edilməmiş, onun mənafeyinə və dəlillərinə hüquqi qiymət verilmədən qətnamə çıxarılmışdır, hazırkı işdə iştirak etməyə cəlb edilməmiş "xxxx" ASC-nin iştirakı təmin olunmalı və çəkişmə prinsipinə riayət edilməklə bütün tərəflərin dəlilləri araşdırılmalı və onlara müvafiq hüquqi qiymət verilməklə mübahisə həll edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7150/2020 saylı işi üzrə 05.10.2020-ci il tarixli qərardadı ilə, kompleks (məhkəmə-tikinti-texniki, məhkəməxətşünaslıq, məhkəmə-mühasibatlıq, sənədlərin məhkəmə-texniki) ekspertiza təyin edilməsi qərara alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 29.12.2020-ci il tarixli məktubu ilə məhkəmə tikinti texniki, 16.12.2020-ci il tarixli məktubu ilə məhkəmə texniki və məhkəmə xəttşünaslıq, 26.02.2021-ci il tarixli məktubu ilə məhkəmə mühasibat ekspertizalarının aparılmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-590/2021 saylı işi üzrə 17.05.2021-ci il tarixli qərardadı ilə,yenidən kompleks (məhkəmə-tikinti-texniki, məhkəməxətşünaslıq, məhkəmə-mühasibatlıq, sənədlərin məhkəmə-texniki) ekspertiza təyin edilməsi qərara alınmış, ekspertizanın aparılması “X10” MMC-yə həvalə edilmişdir. “X10” MMC-nin 25.06.2021-ci il tarixli məktubu ilə mülki işin qərardadı icra olunmadan əlavə sənədlər geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1 (103)-345/2010 saylı işi üzrə 13.08.2010-cu il tarixli qərardadına əsasən, "xxxx" ASC ilə «Meqa-Siti Holdinq” MMC arasında 02.06.2010-cu il tarixində bağlanılmış barışıq sazişi təsdiq edilərək, həmin iş üzrə 09.04.2018-ci il tarixli aktla Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 17 və 21 –ci mərtəbələrində yerləşən iki ədəd təmirsiz vəziyyətdə olan mənzillər yeni giriş qapıları qoyularaq açarları ilə birlikdə tələbkar "xxxx" ASC-nin nümayəndələrinə təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.07.2021-ci il tarixində maraqlarına toxunan şəxs "xxxx" ASC-nin nümayəndəsi X13 və icra məmuru X1 iştirakları ilə keçirdiyi yerli müayinə zamanı iş üzə müqavilələrlə Bakı şəhəri, Y.Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m. olan mənzilin digər iş üzrə A blokunda adı çəkilən mənzil ilə eyni olması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs "xxxx" ASC-nin nümayəndəsi X13 mənzilin 2018-ci il tarixli akta əsasən banka verildiyini, X7 sıra düzülüşü üzrə digər mənzili istədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı cavabdeh "X22” MMC, müstəqil tələb irəli sürən üçüncü şəxs X15 və X7 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını kassasıya instansiyası məhkəməsinin göstərişlərinə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 112, 139-158, 178, 324, 328, 385-388, 560, 646-654,752-776; Mülki Prosesual Məcəllənin 14, 77, 82, 88, 384-386, 420-cı maddələrinə əsasən mübahisələndirən hissədə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, aradırılmış sübutlarla Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan mənzillərin alqı-satqısına dair "xxxx" MMC ilə X17 arasında 22.07.2008-ci iİ tarixli, 98 saylı, X15 ilə 15.11.2008-ci iİ tarixli, 170 saylı müqavilələrin bağlanması, mənzillərin müqavilə ilə nəzərdə tutulmuş qiymətlərinin alıcılar tərəfindən tam olaraq ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı 124 saylı mənzilinə dair İddiaçı Adii oğlu ilə «Meqa-Siti Holdinq” MMC arasında bağlanmış 26.05.2009-cu il tarixli, 140 saylı müqavilə etibarsız hesab edilmişdir. Sonuncu bundan şikayət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(103)-345/2010 saylı işi üzrə 13.08.2010-cu il tarixli qərardadı, həmin işin icrası üzrə 09.04.2018-ci il tarixli aktla, və hazırki iş üzrə yerində müayinə ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 17 mərtəbəsində yerləşən ümumi sahəsi 91.4 kv.m təşkil edən mənzil digər iş üzrə 1-ci blokda yerləşən 124 saylı mənzil ilə eynilik təşkil etmiş və "xxxx" ASC-yə təhvil verilməsi barədə qərar icra edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, öhdəliyin icra ediiməsi məqsədi ilə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbləri mənzilin təhvil verilməsi hissəsində qismən təmin edilməli, cavabdeh "xxxx" MMC X9 və X14 »Rabitə bank»a verilmiş şərti olaraq «124» saylı adlandırılmış mənzilə aid olmayan digər sahədən 91.4 kv.m-dən ibarət yaşayış sahəsi ilə təmin etməlidir. İddiaçılarla yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla və mövcud sübutlara müvafiq nəticəyə gəlməyə maneə olmamalıdır. Müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qərardadda göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması inkar edilməyərək iş üzrə mübahisələndirilməmişdir. Qeyd edilməlidir ki, iddiaçıların müqavilə üzrə qanunla qorunan hüquqlarının təsdiq edilməsinin tələb etməsi məhz onların məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsədə, digər marağlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması istisna edilməlidir. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Qeyd edilənlərə əsasən, maraqlarına toxunan şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti təmin, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti rədd edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1493/2018 saylı işi üzrə 11.07.2018-ci il tarixli qətnaməsi qismən – müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınaraq özünə təhvil verilməsi öhdəliyinin «X22” MMC-yə həvalə edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməklə, cavabdeh «X22” MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən (şərti olaraq üç otaqdan ibarət «124» saylı mənzilin sahəsinə aid olmayan) mənzilin X11 təhvil verilməsi təmin edilməsi müəyyən edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci onu ödəyən şəxslərə aid olmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Maraqlarına toxunan şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1493/2018 saylı işi üzrə 11.07.2018-ci il tarixli qətnaməsi qismən - müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınaraq özünə təhvil verilməsi öhdəliyinin "X22” MMCyə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh «X22” MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən (şərti olaraq üç otaqdan ibarət «124» saylı mənzilin sahəsinə aid olmayan) mənzil X11 təhvil verilməsi təmin edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-590/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-590/2021
27.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver