Məhkəmə qərarları › İş №2(103)-5900/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5900/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5900/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişikliklər edilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1391/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı – cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişikliklər edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin-əvvəlində göstərilən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegıyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı” sözündən sonra, “Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə memar İ.Ağayev tərəfindən tərtib olunan plan-sxemə; Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin X1 2-1inz(103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-452\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı”sözlərinin əlavə edilməklə; 1.1-ci bəndində göstərilən, “911 (doqquz yüz on bir)” sozünün “871 (səkkiz yüz yetmiş bir)” sözü ilə; 7.4-cü bəndində göstərilən- “537 (beş yüz otuz yeddi) manat 49 qəpik” sozünün “513 (beş yüz on üç) manat 89 qəpik” sözünədəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1391/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin 2(009)-1391/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1391/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1391/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar