Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5903/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-6111/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, habelə xx xxxxxx 2018-ci il təvəlüdlü X4 Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində yerləşən 52 saylı evə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində yerləşən 52 saylı yaşayış evi onun və X2 xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tanımır. Cavabdehlər onun evində heç bir zaman yaşamamış və cavabdehlərin onun evinə necə qeydiyyata düşmələri barədə məlumatı olmamışdır. O özü üçün yaşadığı ünvana dair arayış götürən zaman həmin şəxslərin onun evində qeydiyyata düşmələrini bilmişdir. Cavabdehlər hal-hazırda onun evində yaşamadığı halda cavabdehlərin həmin evdə qeydiyyatda qalmaları onun həmin ev üzərində sərəncam, istifadə və sahiblik hüquqlarını pozur. O öz mülkiyyət hüquqlarını qorumaq üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus evdən qeydiyyatdan çıxarılmasına görə Bakı şəhəri Suraxanı RPİ-yə müraciət etmiş, lakin Polis İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubu ilə vətəndaşların qeydiyyatdan çıxarılmasının DİO-nun səlahiyyətinə aid olmaması bildirilmiş, onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan əlavə ona məxsus evdə xx xxxxxx 2018-ci il təvəlüdlü X5 adlı körpə uşaq da qeydiyyatdadır ki, bu səbəbdən də həmin uşağın da istifadə hüququ olmayan hesab edilməsi zəruridir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 6111/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, habelə azyaşlı uşaq X4 daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan ümumi sahəsi 174.8 kv.metr təşkil edən Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində yerləşən 52 saylı fərdi yaşayış evindən istifadə hüququ olmayan hesab olunmaları qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, cavabdehlər Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində yerləşən 52 saylı fərdi yaşayış evinə məhkəmə qətnaməsi əsasında qeydiyyata alındıqlarına görə bu qətnamə onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları üçün əsas deyil. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, cavabdehlərin ona məxsus evə istifadə hüququ olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini və həmin qətnamənin cavabdehlərin Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus evdə istifadə hüququ olmayan və onlarla birgə yaşamayan şəxslərin qeydiyyatda olması əsassızdır. Cavabdehlərin öz yaşadığı evə Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi,ev 52 ünvanı kimi istinad etməsi özü belə əsassızdır, çünki onların yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, həmin evə qanunla nəzərdə tutulmuş qaydada ünvan verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, cavabdehlər hər biri ayrı-ayrılıqda şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-6111/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi ev 52 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi 52 saylı fərdi yaşayış evinin 1 otağı (14.9 kv.m), k/s 62.2 kv.m hissəsi X2 adına, qalan hissəsi isə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi ev 52 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun məzmunundan görünür ki, İddiaçı vətəndaşların qeydiyyatdan çıxarılmasının DİO-nun səlahiyyətlərinə aid olmadığı izah edilməklə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi 52 saylı evdə qeydiyyata alınmaları Bakı şəhəri Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi 52 saylı evdə yaşayır. Onun İddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur, evləri və təsərrüfatları ayrıdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli “Bələdiyyə MMC”-nin Daşınmaz Əmlakın Texniki Ekspert qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi 52 saylı tikilinin sahibidir. İş materiallarında olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 saylı evin 1 otağı (14,9 kv.m) və kommunal sahəsinin 62,2 kv.m hissəsi X2, qalan hissəsi isə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2005-ci ildən Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi ev 52 ünvanında qeydiyyatdadırlar. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 saylı fərdi yaşayış evi ilə cavabdehlərin hal-hazırda yaşadığı və Cavabdeh1 adına bələdiyyə sənədi verilmiş Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 saylı fərdi yaşayış evləri ayrı-ayrı evlərdir və həmin evlərin təsərrüfları da ayrıdır.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 saylı evdə qeydiyyata alınmaları Bakı şəhəri Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə həvalə edilmişdir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). İşin faktiki hallarına əsasən mübahisə bir neçə yaşayış evinə eyni ünvanın verilməsindən irəli gəlmişdir. Belə ki, iddiaçı cavabdehlərin ona məxsus evdə yaşamadıqlarını və onları tanımadıqlarını qeyd etməklə, həmin şəxslərin məhz ona məxsus olan evdə qeydiyyatda olduqlarını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus olan Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 saylı fərdi yaşayış evində qeydiyyatda olmaları həmin evdən istifadə hüquqlarının yaranması üçün əsas deyildir. Hazırda cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasalar da, onların Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi, 52 saylı evdə qeydiyyata alınmaları ilə bağlı olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan və həmin qətnamə ləğv olunmadığından hazırkı qətnamə cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 6111/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5903/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5903/2020
28.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver