Məhkəmə qərarları › İş №2(103)-5904/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5904/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5904/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı (X5 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3146/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 Alahverdi oğlu və Cavabdeh3 qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin ipoteka yükündən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X9 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3146/2014 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı adı çəkilən qərardaddan şikayət verərək onun ləğv edilməsini, tərəflərin iştirakı ilə növbəti prosessual hərəkətlər edilməklə mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə üzrlü səbəbinin olmasına baxmayaraq, onun iştirak etməməsini nəzərə almadan iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3146/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardad ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması üçün müvafiq qərar qəbul edilməlidir. Şikayət Nərimanov Rayon Məhkəməsinin 2(005)-3146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməklə işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(005)- 3448/2017 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə tələbi 2 hissədən ibarət olmuşdur: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi. Adı çəkilən qətnanəyə əsasən iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 84.000 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetlərinə, o cümlədən hazırki mübahisənin predmeti olan mənzilə yönəldilməsi qət edilmişdir. Daha sonra verilən apellyasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1039/2018 saylı, 14 fevral 2018-ci il tarixli qərardadı ilə qətnamə hazırda mübahisə mövzusunun da predmeti olan və hazırki iş üzrə iddiaçının mərhum atasına məxsus olan mənzilə tutmanın yönəldilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmiş, əsas olaraq ölmüş şəxsə qarşı deyil, onun vərəsələrinə qarşı iddianın qaldırılmasının mümkünlüyü təsbit olunmuşdur. Göründüyü kimi ilk növbədə mövcud olmuş mübahisənin mahiyyəti (hazırki işlə əlaqəli olan) tutmanın ipoteka predmetinə yönəldilməsi olmuş, həmin tələbə məhz ölmüş şəxsə qarşı iddia irəli sürüldüyündən xitam verilmiş və ipoteka predmeti üzrə yüklülüyün saxlanmasına dair əsasın mövcud olub-olmamasına mahiyyəti üzrə yekun münasibət bildirilməmişdir. Mübahisəli mənzilə dair növbəti məhkəmə işi H.Şahtaxtinskinin hazırki iş üzrə İddiaçı və digər vərəsələr olan H.Mehdiyeva və A.Mehdiyevə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə (yəni hazırda mübahisə predmeti olan mənzilə) yönəldilməsi tələbininə dair olmuş, cavabdehlər də öz növbələrində ipotekanın və çıxarışın etibarsızlığına dair qarşılıqlı iddia irəli sürmüşlər. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi qərara alınmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2173/2019 saylı, 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə tələb, yəni borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizə baxılmamış saxlanılmış, qarşılıqlı iddia ərizəsinin isə başqa əsasla təmin edilməməsi qət edilmişdir. Yuxarıda göstərilən məhkəmə mübahisələrindən göründüyü kimi yenə də ipoteka predmetinə yönəltmə ilə bağlı tələb üzrə iddiaya mahiyyəti üzrə baxılmamış və yüklülüyün mövcud olmasına hüquqi əsasların mövcud olub-olmaması müzakirə mövzusu olmamış, qarşılıqlı iddia tələbi isə tamamilə başqa əsasla – ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı olmuşdur. Bu da o deməkdir ki, yenə də hazırki tələbə (mənzilin ipoteka yüklülüyündən azad edilməsi) daha öncə mahiyyəti üzrə baxılmamışdır. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən cavabdehlər X14, X10 və X1 istifadə hüquqları itirilmiş, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil boşaldılaraq iddiaçı X3 təhvil verilmiş, cavabdehlər həmin mənzildən çıxarılmışlardır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4314/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 2(102)-6314/2021 saylı, xx.xx.2021ci il tarixli Qərarı ilə cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4314/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1260/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı X2 cavabdehlər X14 və X6 qarşı cavabdehlərin ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə tələbləri təmin edilməmişdir. Yuxarıda adıçəkilən məhkəmə mübahisəsində də mənzilin ipoteka ilə yüklü olması məsələsinə deyil, həmin iş üzrə iddiaçıların mənzildən istifadə hüquqlarının itirilməsinin mümkünlüyünə hüquqi qiymət verilmiş və hətta cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair əsasların olmaması qənaətinə gəlinmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-244/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(005)-3448/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş tutma (84.000 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə müəyyən edilmiş məbləğindən qalıq borc) ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzilə yönəldilmiş, ünvan 2 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 124000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına qalıq borc ödənilməsi, satışdan artıq qalan məbləğ cavabdehlər X14 və İddiaçı qaytarılmış, mənzil satıldıqdan ən geci bir ay ərzində mənzili tərk etməzlərsə, cavabdehlər X14 və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzildən məcburi çıxarımış və mənzil boşaldılaraq alıcıya təhvil verilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3912/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-244/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3912/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3912/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi və vəkili X11 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. AR Ali Məhkəməsinin 2(102)- 790/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3912/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mübahisənin də mahiyyətindən göründüyü kimi mübahisəli mənzillə bağlı eyni tərəflər arasında məhkəmə çəkişməsi olsa da, həmin iş üzrə də tələb mənzilin ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı olmamış, həmin iş üzrə iddiaçı indiki iş üzrə cavabdeh olmuş və iddianın əsasını digər məsələyə aid mübahisə təşkil etmişdir. Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi iş üzrə icraata xitam verilməsinin əsası olaraq o zaman 261.0.2-ci maddə tətbiq edilə bilər ki, baxılan iş üzrə sadəcə eyni tərəflər arasında deyil, məhz eyni predmet və eyni əsaslar üzrə işə daha öncə mahiyyəti üzrə baxılsın və qanuni qüvvəsini almış qətnamə mövcud olsun. Hazırki işin hallarından da göründüyü kimi iddiaçının tələbi üzrə iddiaya qeyd edilən əsasla xitam verilməsi həmin normanın dispozisiya şərtləri baxımından əsassız hesab olunmalı və işə mahiyyəti üzrə baxılmalı, əgər bundan əvvəl oxşar mübahisələr üzrə qəbul edilən aktlar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyarsa, məhz həmin hallar nəzərə alınmaqla iddiaya hüquqi qiymət verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Buna əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhər Nərimanov Nərimanov Rayon Məhkəməsinin 2(005)-3146/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və işə mahiyyəti üzrə baxılması üçün mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Aundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar