Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5904/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin yeni qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsi, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-134/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı2 və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MTK-ya qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin yeni qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən sökülmüş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,8 m² (qeyri-yaşayış faktiki sahəsi 151,5 m², 15 m² dam üstü, 40 m² anbar, 13 m² iki ədəd əl damı, 2 m² tualet qovşağı) olan mənzil 2 A-nın əvəzinə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% həddində əlavə olmaqla, ümumi 251,8 m² qeyri-yaşayış sahəsinin Təbriz küçəsinə yerləşən obyektlərin sırasında Cavabdeh1 tərəfindən tikilmiş yeni yaşayış binasından onlara yeni qeyri-yaşayış sahəsinin verilməsi ilə əvəzləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-134/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı2 və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayətlər mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Nərimanov Rayon Məhkəməsindən sorğu daxil olmuş və Cavabdeh1 MTK-nın həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayətə baxılmasından ötrü mülki işin geri göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd edilən məsələ ilə əlaqədar mülki iş baxışdan çıxarılaraq Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5904/2025 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-5904/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5904/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver