Məhkəmə qərarları › İş №2(103)-5906/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5906/2025

03.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5906/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-1470/2006 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də yerləşən, 8 saylı evə dair alqı-satqı əqdinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsini və həmin evə dair M.M.Abdullayevin adma dövlət reyestrindən çıxarış verilməsini, X2 onun atası olması faktının müəyyən edilməsini, onun mərhum atası M.M.Abdullayevin yeganə vərəsəsi hesab edilərək onun adına həmin evə dair dövlət reyestrindən çıxarışın verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1470/2006 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X3 ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də yerləşən, 8 saylı evə dair alqı-satqı əqdinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi və həmin evə dair M.M.Abdullayevin adına dövlət reyestrindən çıxarış verilməsi, X2 onun atası olması faktının müəyyən edilməsini, onun mərhum atası M.M.Abdullayevin yeganə vərəsəsi hesab edilərək onun adına həmin evə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

3. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs2 nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1470/2006 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2006-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 1470/2006 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməyərək geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Maraqlı şəxs2 nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının atası mərhum X3 ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də yerləşən, 8 saylı evə dair alqısatqı əqdinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi və həmin evə dair M.M.Abdullayevin adına dövlət reyestrindən çıxarış verilməsini, X2 onun atası olması faktının müəyyən edilməsini, onun mərhum atası M.M.Abdullayevin yeganə vərəsəsi hesab edilərək onun adına həmin evə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi Daşınmaz nlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1470 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, X3 ilə X8 arasında Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də yerləşən, 8 saylı evə dair alqı-satqı əqdinin bağlanmış hesab edilməsi faktı müəyyən edilməsi və həmin evə dair M.M.Abdullayevin adına dövlət reyestrindən çıxarış verilməsi, X1 Mirsamir Mirseymur oğlunun atası olması faktı müəyyən edilməsi, Ərizəçi mərhum atası M.M.Abdullayevin yeganə varisi hesab edilməsi, Ərizəçi adına həmin evə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi Daşınmaz nakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələb təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardad iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(008)-1470/2006 saylı qətnaməsindən Maraqlı şəxs2 nümayəndəsi vəkili Vəkil1 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti mümkün hesab edilməyərək geri qaytarılmışdır. Maraqlı şəxs2 ailə üzvlər sözügedən qətnamədən məlumatları olsa da, ağlabatan müddət ərzində qanunla nəzərdə tutulmuş qaydada hər hansı tədbir görmədiyindən hazırda X10 apellyasiya şikayəti mümkün hesab edilməməli, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, mülki materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixdə X15 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, X13 hazırda apellyasiya şikayəti verən Maraqlı şəxs2 babası dediyi Mirhilal Abdullayevin həyat yoldaşı olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1470/2006 nömrəli xx.xx.2007-ci il tarixli qərardadı görünür ki, X13 tərəfindən xx.xx.2007-ci il tarxidə verilmiş apellyasiya şikayəti, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfini verildiyindən həmçinin prosessual müddət ötürüldüyündən geri qaytarılmışdır, materiallarından görünür ki, sözügedən qərardaddan şikayət verilməmiş, qərardad həmçinin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra 18 ilə yaxın vaxt keçdikdən sonra X11 ailə üzvü olan Maraqlı şəxs2 sözügedən qətnamənin onun maraqlarına toxunduğunu irəli sürərək apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi işi tam araşdırmadan və həqiqətə nail olmadan əsassız və ədalətsiz qərardad qəbul etmişdir və səbəbdən qərardad ləğv edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 o tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə bağlı məhkəmənin yeganə dəlili, ehtimal olaraq Maraqlı şəxs2 qətnamədən xəbəri olaola müddəti ötürməsidir. Çünki, məhkəmənin qənaətinə görə, ailə üzvü sayı nənəsi Səlimə Quliyeva xəbəri olduğu üçün, onun da xəbəri olmuş sayılır. İddiaçı Ərizəçi ilə Maraqlı şəxs2 uzaq qohumluq əlaqəsi olub və bu xüsusatlar məhkəmə iclasında səslənmişdir, məhkəmənin nədənsə bu fakt fikrindən yayınmışdır. Belə ki, Maraqlı şəxs2 nənəsi Səlimə Quliyeva iddiaçı Ərizəçi nənəsi Esmiralda Əliyevanın qaynı arvadı olmuşdur. İddiaçı Mirseymur Səfərov mübahisəli evə dair mülki iddiasından xəbərdar olan iddiaçının nənəsi Esmira Əliyeva qohumçuluq əlaqələri korlanmasın deyə, qaynının arvadı Səlima Quliyeva xəbər vermiş və nəticədə mübahisəni sülh yolu ilə həll etməyə müvəffəq olmuşlar. İddiaçı tərəfindən 18 il sonra evin boşaldılaraq təhvil verilməsi tələbilə məhkəməyə müraciət etməsinin əsas səbəbi də, Esmiralda Əliyeva ilə Səlimə Quliyevanın vəfat etməsi olmuşdur. Səlimə Quliyeva nəvəsi Maraqlı şəxs2la evdə, yəni mübahisəli evdə yaşamamışlar, belə ki, X14 rayonu, Ramana 37 ünvanında yaşamışdır. Maraqlı şəxs2 qətnamədən xəbəri olsa əlbəttə ki, qətnamədən apellyasiya şikayəti onun verməsi daha məqsədə uyğun sayılardı. Çünki mübahisəli evi Esmiralda Əliyevadan 22000 ABŞ dollara alan şəxs məhz o olmuşdur və apellyasiya şikayəti vermək üçün subyektiv hüquq da, o yaranmışdır. Eyni zamanda, hazırkı qətnamənin əsassız olduğuna dair apellyasiya şikayətində qeyd olunan xüsusatları da, əvvəlki apellyasiya şikayətində əks etdirə lakin o, qətnamədən xəbərsiz olmuşdur. Belə ki, o həmin işdə tərəf olmamış, ona qətnamə təqdim edilməmiş və 18 il ərzində yaşadığı evə dair hər hansı bir mübahisə yaranmamışdır. Göründüyü kimi, məhkəmənin qeyri-mümükün hesab edilməsi ilə bağlı qərardaddakı mövqeyi ehtimal üzərində qurulmuş və hər hansı sübutla təqsdiqlənməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, maraqlaı toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 avqust 2006-cı il tarixli 2(008)-1470/2006 saylı qətnamə Maraqlı şəxs2 rəsmi olaraq xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Həmin qətnamə üzrə o, tərəf olmadığı üçün qətnamə ona təqdim olunmadığı üçün xəbərsiz olmuşdur. Baxmayaraq ki, Səlimə Quliyeva sözü gedən qətnamədən xəbərdar olmuşdur, onun nəvəsi Maraqlı şəxs2 həmin qətnamədən xəbərdar olması anlamına gəlməməlidir. Çünki, nənə və nəvə bir ailə üzvü sayılsa da, onlar yerdə yaşamamışlar və ən əsası, qohumluq əlaqələri korlanmaması səbəbi ilə Maraqlı şəxs2 nənəsi Səlimə Quliyeva qayın arvadı Esmiralda Əliyeva mübahisəni öz aralarında sülh yolu ilə həll etmə Maraqlı şəxs2 qətnamənin mövcudluğundan məlumatsız olması halına gətirib çıxarmışdır. Bu səbəbdən, hesab edir ki, bir ailə üzvünün digər ailə üzvünə hansısa səbəbdən məlumat ötürməməsi digərinin hüquqlarının məhdudlaşdırmasına səbəb ola bilməz.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmış, daha sonra xx.xx.2025-ci il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

9. İddiaçı şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, mülki işin matraillarına əlavə edilmiş xx.xx.2007-ci il tarixdə X15 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, X15 hazırda apellyasiya şikayəti verən Maraqlı şəxs2 babası dediyi Mirhilal Abdullayevin həyat yoldaşı olmuşdur. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1470/2006 nömrəli, xx.xx.2007-ci il tarixli qərardadından görünür ki, X15 tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş apellyasiya şikayəti, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən həmçinin prosessual müddət ötürüldüyündən geri qaytarılmışdır. İş materiallarından görünür ki, sözügedən qərardaddan şikayət verilməmiş, qərardad, həmçinin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra, 18 ilə yaxın vaxt keçdikdən sonra X11 ailə üzvü olan Maraqlı şəxs2 sözügedən qətnamənin onun maraqlarına toxunduğunu irəli sürərək apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs2 ailə üzvülərinin sözügedən qətnamədən məlumatları olsa da, ağlabatan müddət ərizində qanunla nəzərdə tutulmuş qaydada hər hansı tədbir görmədiyindən hazırda Maraqlı şəxs2 apellyasiya şikayəti mümükün hesab edilməməli, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Bundan əlavə qeyd edir ki, Maraqlı şəxs2 qeyd olunan qətnamədən şikayət verməsi barədə həmçinin subyektiv hüququda yoxdur. Belə ki, hər hansı şəxs absurd iddialarla mülkiyyət hüququ əsasında mülkiyyətçiyə məxsus əmlaka qanunsuz olaraq daxil olması və zəbt edərək orada yaşaması onun hər hansı hüquqlarının pozulması anlamına gələ bilməz. Həmçinin qeyd edir ki, 2006-cı ilin məhkəmə qətnaməsi əsasında onun atası X3 ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də yerləşən, 8 saylı evə dair alqı-satqı əqdinin bağlanmış hesab edilməsi faktı müəyyən edilmiş və həmin evə dair M.M.Abdullayevin adına dövlət reyestrindən çıxarış verilmiş, X2 onun atası olması faktı müəyyən edilmiş, o, mərhum atası Mirseymur Abdullayevin yeganə vərəsəsi hesab edilərək, həmin evə dair dövlət reyestrindən adına çıxarış verilmişdir.

Proses iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

12. Azərbaycan Rerspublikasının Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-1470/2006 nömrəli qərardadı ləğv edilməli və mülki iş, apellyasiya şikayəti ilə bağlı aşağıda göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

14. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən tərəflər və üçüncü şəxslərlə yanaşı, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də verə bilərlər. Qətnamədən apellyasiya şikayəti vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs mütləq qaydada qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli və bunu əsaslandırmalıdır.

15. Birinci instansiya məhkəməsi isə öz növbəsində qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı və bunun nəticəsinə dair qərardad qəbul etməlidir.

16. Lakin birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin bu tələblərinə əməl etməmiş, apellyasiya şikayətinin qaytarılması barədə öz qərardadını belə əsaslandırmışdır ki, 18 ilə yaxın vaxt keçdikdən sonra X11 ailə üzvü olan Maraqlı şəxs2 sözügedən qətnamənin onun maraqlarına toxunduğunu irəli sürərək apellyasiya şikayəti vermişdir. Maraqlı şəxs2 ailə üzvlərinin sözügedən qətnamədən məlumatları olsa da, ağlabatan müddət ərizində qanunla nəzərdə tutulmuş qaydada hər hansı tədbir görmədiyindən hazırda Maraqlı şəxs2 apellyasiya şikayəti mümükün hesab edilməməli, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır.

17. Göründüyü kimi, birinci instansiya məhkəməsi ümumiyyətlə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1470/2006 nömrəli qətnaməsinin Maraqlı şəxs2 maraqlarına toxunub-toxunmamasını araşdırmamış və bunun nəticəsinə dair qərardad qəbul etməmişdir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Maraqlı şəxs2 şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-1470/2006 nömrəli qərardadı ləğv edilsin və mülki iş, Maraqlı şəxs2 apellyasiya şikayəti ilə bağlı qərardadda göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar