Məhkəmə qərarları › İş №2(103)-5908/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5908/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5908/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), x15 və x10 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi Cavabdeh Dərdayıl qızının iştirakı ilə, İddiaçı Cavabdeh Dərdayıl qızına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(004)-1361/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Dərdayıl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7400 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon x12 şöbəsinə ərizə ilə müraciət edərək, Yasamal rayonu, Parlament Prospekti, Hüseyn Cavid küçəsi, ev 4, mənzil 67 ünvanında yaşayan Cavabdeh Dərdayıl qızının işə düzəltmək adı ilə ondan, x1 və x6 5000 min manat olmaqla, cəmi 10.000 manat alaraq onları aldatdığını və pullarını mənimsədiyini bildirmişdir. Yasamal RPİ-nin İŞ-nin 09.11.2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilmişdir. Həmin pullar onun vasitəsi ilə verildiyindən və sonradan Sultanova x14 və Faiq adlı şəxslər tərəfindən aldadılaraq həmin pulları və əlavə olaraq 15.000 manat pulu mənimsədiklərindən işə düzəlmək istəyən və pulları mənimsənilən x3 və x11 məxsus 10.000 manat pulu şəxsən o, qaytarmış və cavabdehlə belə qərara gəlmişlər ki, həmin pulun ona ödənilməyən qalan hissəsini cavabdeh ödəsin, cavabdehi aldadan şəxslərin biri, yəni x13 qarşılıqlı razılıq əsasında Cavabdeh Dərdayıl qızına verməyə borclu olduğu 9900 manat puldan Cavabdeh əvəzinə ümumilikdə 2050 manatını bank və poçt vasitəsi ilə ona göndərmişdir. Cavabdeh Dərdayıl qızı isə hissəhissə olmaqla, cəmi 550 manat ödəmiş, faktiki olaraq 7400 manat borcu qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(004)- 1361/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Dərdayıl qızından 7300 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-obyektiv, qanunsuz və əsassızdır. Onun İddiaçı borcu yoxdur. İşə düzəlmək adı ilə ilk dəfə ona verilmiş 10000 manat pulu o, Faiq adlı şəxsə vermiş, lakin sonuncu onu aldadıb qaçmış və pulu mənimsəmişdir. Bu səbəbə görə öz pulunu Musa adlı şəxsə verərək İddiaçı gətirdiyi hər iki şəxsi işə düzəltmək istəmiş və Musa adlı şəxs də onu aldadaraq pulları mənimsəmişdir. Şikayət etdikdən sonra Musa pulu almasını etiraf etmiş, puldan qarşılıqlı razılıq əsasında 2050 manat İddiaçı poçt ünvanına köçürmə yolu ilə, 550 manatını isə nağd şəkildə ona ödəmiş, ödənilməyən qalan 7300 manatı isə qısa müddətdə ödəyəcəyini bildirsə də, soradan ödəməmiş, buna görə də Musaya qarşı iddia qaldırmışdır və həmin iddia ərizəsi hazırda məhkəmənin icraatındadır. İddiaçı pul tələbi ilə ona qarşı yox, borclu Musa İsrafilova qarşı iddia qaldırmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia qismən təmin olunsa da, ondan iddiaçı şikayət verməmişdir. Ona görə də qətnamə yalnız cavabdehə münasibətdə iddianın təmin olunmuş hissəsinə aid hissədə yoxlanılır. Kollegiya cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən yazılmış 30.08.2019-cu il tarixli əlyazma iltizamdan görünür ki, Sultanova x9 Zahir Dərgah oğluna borclu olduğu 10000 manat puldan ödənilməmiş 7600 manat pulu hər ay 300 manat ödəməklə qaytaracağını, ödənişləri 2019-cu il sentyabr aylarından etibarən ödəyəcəyini qeyd etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09.11.2017-ci il tarixli Qərardan görünür ki, x2 ərizə ilə Yasamal RPİ-nə müraciət edərək bildirmişdir ki, oğlu Samir Mustafayevi işə düzəltmək üçün İddiaçı tanışı Cavabdeh Dərdayıl qızına verdiyi 5000 manat pulu ona İddiaçı geri qaytarmış, sonuncuya qarşı onun heç bir şikayəti və tələbi yoxdur. x7 Yasamal RPİ-nin İŞ-nə təqdim etdiyi qəzdən müəyyən edilmişdir ki, oğlu Yusif Kamalovu işə düzəltmək üçün İddiaçı tanışı Cavabdeh Dərdayıl qızına verdiyi 5000 manat pulu ona İddiaçı geri qaytarmış, sonuncuya qarşı onun heç bir şikayəti və tələbi yoxdur. x13 izahatında göstərmişdir ki, o, Cavabdeh Dərdayıl qızından ümumilikdə müxtəlif vaxtlarda 9900 manat pul almışdır. İddiaçı hazırda cavabdehin əvəzinə vermiş olduğu pulun ödənilməmiş qalan hissəsini cavabdehdən tələb edir. Göründüyü kimi, cavabdehin iddiaçıya yuxarıda göstərilən məbləğdə borclu olması işin mübahisəsiz hallarını təşkil edir. Cavabdeh isə iddiaçının tələbini qəbul etməyərək, pulu Musa adlı şəxsə verdiyindən, hazırki iddianın Musa İsrafilova qarşı qaldırılmalı olduğunu qeyd etmişdir. Lakin, işdən göründüyü kimi, iddiaçı cavabdehə verilmiş pulları (5.000+5.000) müvafiq şəxslərə qaytarmış, hazırda isə həmin pulları cavabdehdən tələb edir. Cavabdehin qeyd etdiyi hal əsassızdır. İddiaçının ərizəsində qeyd etdiyi kimi, 9900 manatdan cəmi 2600 (9900 manat - 2050-550 manat) manat məbləğində pul qaytarılmış, 7300 manat isə ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, Cavabdeh Dərdayıl qızı özü şəxsən və Musa İsrafilovun vasitəsilə iddiaçıya cəmi 2.600 manat məbləğində pul qaytarmış, 30.08.2019-cu il tarixli iltizamla da iddiaçıya borclu olduğunu etiraf edərək, borcunu hissə-hissə – hər ay 300 manat ödəniş etməklə qaytaracağını öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Cavabdeh iddiaçıdan 10.000 manat borc almadığına əsaslanır, hansı ki, iddiaçı da həmin pulun özü tərəfindən cavabdehə borc verildiyini iddia etmir, belə ki, cavabdeh iddiaçının xahişi ilə iki nəfəri işə düzəltmək məqsədilə cəmi 10.000 manat almış və sonradan həmin məsələ baş tutmadıqda, şikayətçilərin pulunu iddiaçı qaytarmış və tərəflər razılaşmışlar ki, qaytarılmış pulu cavabdeh iddiaçıya ödəyəcəkdir. Buna uyğun olaraq, pulun bir hissəsi iddiaçıya qaytarılmış, qalan hissəsinin qaytarılacağı barədə də cavabdeh öhdəlik götürmüşdür. 30.08.2019-cu il tarixli iltizam da bu borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılmasına verilən təminatdır. Cavabdeh həmin iltizam əsasında ödəməyi öhdəsinə götürdüyü 7.600 manat vəsaitdən 200 manatını ödəməklə, onu bəyəndiyi bəyan etmiş və icrasına başlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1361/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar