Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5910/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3033/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası X4 Nazirliyi yanında Dövlət X7 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X2 ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 1970ci il tarixdən xx xxxxx 1993-cü il tarixədək Kəlbəcər rayonunda yerləşən «28 may» adına kolxozda fəhlə işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)- 3033/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası X4 Nazirliyi yanında Dövlət X7 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X3 qəbzə imza edərək qətnaməni qəbul edən şəxsin kim olması barədə məlumatının olmadığını, həmin şəxsin onların əməkdaşı olmadığını qeyd edərək apelyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X2 apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin surəti Maraqlı şəxsnə poçt vasitəsilə göndərilmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 14:40-da ”Əliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada qəbul olunmuşdur. Qətnamənin poçt vasitəsi ilə maraqlı şəxsə göndərilməsini və ona təqdim olunmasını təsdiq edən sübut iş materiallarına əlavə olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası qəbzə imza etməklə qəbul edən şəxsin maraqlı şəxsin əməkdaşı olmadığı barədə göstərilən dəlil ilə razılaşmır. Belə ki, poçt vasitəsilə Maraqlı şəxsnə göndərilən məktubun poçtun əməkdaşı tərəfindən həmin şöbənin əməkdaşına deyil, başqa bir şəxsə verməsi inandırıcı qəbul olunmur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi maraqlı şəxsin apelyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, şəxsin apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3033/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası X4 Nazirliyi yanında Dövlət X7 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apelyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5910/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5910/2020
20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver