Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5917/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi cəlb edilməklə) cavabdehlər X8, Cavabdeh2 və X2 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, İddiaçı oğlunun (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi cəlb edilməklə) cavabdehlər X8, Cavabdeh2 və X2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, daşınmaz əmlaka və avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-154/2025 saylı qətnaməsindən İddiaçı oğlunun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh X5 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı oğlu (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi cəlb edilməklə) cavabdehlər X8, Cavabdeh2 və X2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, daşınmaz əmlaka və avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, 25 saylı küçəsi, 2 saylı binanın 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzilinin cavabdeh X5 adından cavabdeh X1 adına rəsmiləşdirilməsi barədə 02 aprel 2024-cü il tarixli M-11591 saylı mənzilin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi; dövlət qeydiyyat nişanı 99UA661 olan,Toyota Land-Cruiser Prado minik, b/ili 2012, ağ mirvari rəngli, mühərrik 2TR1243013, ban nömrəsi-JTEBX9FJ7DK113653 olan avtomobilin cavabdeh X5 adından Cavabdeh2 adına rəsmiləşdirməsi barədə xx.xx.2024-cü il tarixli BA101983 saylı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi; ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzili, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzili və dövlət nömrə nişanı 99UA661 olan, “X12 Prado” minik, b/ili 2012, ağ mirvari rəngli, mühərrik – 2TR1243013, ban nömrəsi JTEBX9FJ7DK113653 olan avtomobili ər-arvadın ümumi əmlakı kimi İddiaçı oğlunun 2/3 hissədən ibarət, cavabdeh X5 1/3 hissədən ibarət payının müəyyən olunması, ümumi əmlakı bölünərək ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzili və dövlət nömrə nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik 2TR1243013, ban nömrəsi-JTEBX9FJ7DK113653 olan avtomobili İddiaçı oğlunun fərdi mülkiyyətinə, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzilin cavabdeh X5 fərdi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, 25 saylı küçəsi, 2 saylı binanın 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzilin cavabdeh X5 adından cavabdeh X1 adına rəsmiləşdirilməsi barədə 02 aprel 2024-cü il tarixli M-11591 saylı mənzilin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli, mühərrik8578197, Ban tipi-Universal, Ban nömrəsi- JTEBX3FJ30K161318 olan avtomobilin cavabdeh X5 adından Cavabdeh2 adına rəsmiləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli BA101983 saylı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzil, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzil və dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli, mühərrik 8578197, Ban tipi-Universal, Ban nömrəsi-JTEBX3FJ30K161318 olan olan avtomobilin ərarvadın ümumi əmakı kimi İddiaçı oğlunun 2/3 hissədən ibarət, cavabdeh X5 1\3 hissədən ibarət payının müəyyən olunması, ümumi əmlakın bölünərək ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzil və dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land- Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli, mühərrik- 8578197, Ban tipi-Universal, Ban nömrəsi JTEBX3FJ30K161318 olan avomobilin İddiaçı oğlunun fərdi mülkiyyətinə, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzilin cavabdeh X5 fərdi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-154/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək "xxxx" MMC ilə X6 arasında bağlanılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzilin cavabdeh X1 adına rəsmiləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli M-11591 nömrəli “mənzilin alqı-satqı müqaviləsi” və “Toyota Land-Cruiser Prado minik” markalı, 99UA661 dövlət qeydiyyat nişanlı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi- JTEBX3FJ30K161318) nəqliyyat vasitəsinə dair cavabdeh X8 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi, "xxxx" MMC ilə X8 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən 8 saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzilə dair bağlanmış xx.xx.2016-ci il tarixli A/0007 nömrəli və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, M3605 nömrəli müqavilələrdən əmələ gəlmiş hüquqda və “Toyota Land-Cruiser Prado minik” markalı, 99UA661 dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) nəqliyyat vasitəsi üzərində ½ hissədə İddiaçı oğlu və ½ hissədə X5 payının müəyyən edilməsi, əmlakların dəyəri və tərəflərin paylarının nisbəti nəzərə alınmaqla, göstərilən əmlakların onların arasında aşağıdakı qaydada bölünməsi: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzil İddiaçı oğluna verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF- Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən 8 saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzil və dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado minik” markalı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) avtomobilin cavabdeh X7 verilməsi, qanunla X7 çatmalı olan payın tamamlanması üçün əmlakların dəyəri arasında yaranmış 46.000 manat məbləğində fərqin ½ hissəsinin İddiaçı oğlundan cavabdeh X5 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində vəsaitin İddiaçı oğlundan və 50 manat məbləğində vəsaitin X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qiymətləndiricinin xidmət haqqı olaraq 150 manat məbləğində vəsaitin İddiaçı oğlundan və 150 manat məbləğində vəsaitin X4 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, qətnamənin icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Azərbaycan Respublikası Baş X13 İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-154/2025 saylı qətnaməsindən İddiaçı oğlunun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh X5 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətləri verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-154/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı oğlunun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh X5 nümayəndəsi (vəkili) Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlərinə yerləşdirilmiş, nümayəndələr həmin qətnamədən verdikləri apellyasiya şikayətlərini xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim etməklə müddəti ötürsələr də, müddətin bərpa edilməsinə dair vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlamalı olan birinci instansiya məhkəməsi isə bu halı düzgün araşdırmamış, prosessual müddətin axınını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən sonrakı gündən hesablamalı olduğu halda qətnamənin tərəflərin elektron kabinetlərinə yerləşdirilməsi barədə çıxarışın cap edildiyi tarixi əsas götürüb apellyasiya şikayətləri üzrə prosessual müddəti ötürülməmiş hesab edərək, şikayətləri iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı oğlunun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh X5 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apellyasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-154/2025 saylı qətnaməsindən İddiaçı oğlunun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh X5 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5917/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5917/2025
17.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver