Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-154/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsi cəlb edilməklə cavabdehlər X20, Cavabdeh2 və X6 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “birgə nikah dövründə əldə edilmiş əmlaka dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” ) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsi cəlb edilməklə cavabdehlər X20, Cavabdeh2 və X6 qarşı “birgə nikah dövrü əldə edilmiş əmlakın bölünməsi, daşınmaz əmlaka və avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsi cəlb edilməklə cavabdehlər X20, Cavabdeh2 və X6 qarşı “birgə nikah dövrü əldə edilmiş əmlakın bölünməsi, daşınmaz əmlaka və avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, 25 saylı küçəsi, 2 saylı binanın 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzilinin cavabdeh X10 adından cavabdeh X5 adına rəsmiləşdirilməsi barədə 02 aprel 2024 – cü il tarixli M-11591 saylı Mənzilin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi; dövlət qeydiyyat nişanı 99UA661 olan,Toyota Land-Cruiser Prado minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik-2TR1243013, ban nömrəsi- JTEBX9FJ7DK113653 olan avtomobilin cavabdeh X10 adından Cavabdeh2 adına rəsmiləşdirməsi barədə xx.xx.2024-cü il tarixli BA101983 saylı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi; ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzili, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzili və dövlət nömrə nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik – 2TR1243013, ban nömrəsi-JTEBX9FJ7DK113653 olan avtomobili ər-arvadın ümumi əmlakı kimi İddiaçı oğlunun 2/3 hissədən ibarət, cavabdeh X10 1/3 hissədən ibarət payının müəyyən olunması, ümumi əmlakı bölünərək ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzili və dövlət nömrə nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik- 2TR1243013, ban nömrəsi-JTEBX9FJ7DK113653 olan avtomobili İddiaçı oğlunun fərdi mülkiyyətinə, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzilin cavabdeh X10 fərdi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, 25 saylı küçəsi, 2 saylı binanın 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzilin cavabdeh X10 adından cavabdeh X5 adına rəsmiləşdirilməsi barədə 02 aprel 2024-cü il tarixli M-11591 saylı mənzilin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli, mühərrik-8578197, Ban tipi-Universal, Ban nömrəsi- JTEBX3FJ30K161318 olan avtomobilin cavabdeh X10 adından Cavabdeh2 adına rəsmiləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli BA101983 saylı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzil, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzil və dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser” minik,B/ili 2013, ağ mirvari rəngli, mühərrik-8578197, Ban tipi-Universal, Ban nömrəsi-JTEBX3FJ30K161318 olan olan avtomobilin ər- arvadın ümumi əmakı kimi İddiaçı oğlunun 2/3 hissədən ibarət, cavabdeh X10 1\3 hissədən ibarət payının müəyyən olunması, ümumi əmlakın bölünərək ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan 14 nömrəli mənzil və dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land- Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli, mühərrik- 8578197, Ban tipi-Universal, Ban nömrəsi-JTEBX3FJ30K161318 olan avomobilin İddiaçı oğlunun fərdi mülkiyyətinə, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzilin cavabdeh X10 fərdi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı oğlu cavabdeh X20 ilə 21 dekabr 2016–cı il tarixində Rusiya Federasiyası, Kamçatka diyarı Vətəndaşlıq vəziyyəti aktlarının qeydi və arxiv işləri Agentliyinin Yelizovo rayonu VVAQ şöbəsində nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin dekabr ayının 21də 468 sayla qeyd edilmişdir (Şəhadətnamənin notarial təsdiq edilmiş surəti əlavə olunur). Birgə nikahları Rusiya Federasiyası, Kamçatka diyarı, Yelizovo rayon məhkəməsinin 19 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən pozulmuş və Kamçatka diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydi və arxiv işləri Agentliyinin Yelizovo rayonu VVAQ şöbəsində xx.xx.2024-cü il tarixdə nikahın pozulması qeydə alınmışdır. (Şəhadətnamənin notarial təsdiq edilmiş surəti əlavə olunur). Birgə nikahdan 3 övladları doğulmuş və onların üçü də yetkinlik yaşı keçmişdir. Birgə nikahda olduqları dövr ərzində (21 dekabr 2016-cı il - 07 yanvar 2024- cü il tarixləri) ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin 21 saylı küçəsində bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan mənzil alınmışdır. Mənzilin alqı-satqısına dair №A/0007 saylı, xx.xx.2016 -cı il tarixli müqaviləyə əsasən. (Müqavilənin surəti əlavə olunur). Bundan əlavə xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, 25 saylı küçə, bina 2, 14 nömrəli, 95.2 kv.m sahəsi olan mənzil alınmışdır (Müqavilənin surəti əlavə olunur). Bundan əlavə xx.xx.2021ci il tarixdə dövlət nömrə nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik-2TR1243013, ban nömrəsi-JTEBX9FJ7DK113653 olan avtomobil alınmışdır. (Baş X36 İdarəsinin məktubu əlavə olunur). O, RF-da yaşayıb işlədiyindən, qeyd olunan əmlaklar tərəfindən keçmiş arvadı X10 adına qeydə alınmışdır. Lakin sonradan aralarında olan nikah pozulduqdan sonra cavabdeh birgə nikah dövrü əldə edilmiş ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, 25 saylı küçə, bina 2, 14 nömrəli 95.2 kv.m sahəsi olan mənzili 02 aprel 2024-cü il tarixdə qızı X5 adına müqavilə əsasında keçirmiş, nömrə nişanı 99UA661 olan, “Toyota Land- Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, Mühərrik-2TR1243013, Ban nömrəsi- JTEBX9FJ7DK113653 olan avtomobili isə xx.xx.2024-cü il tarixdə tanışı Cavabdeh2 adına onun razılığı və məlumatı olmadan keçirmişdir. Qeyd olunan hərəkətlər qanunsuzdur və birgə nikah dövrü əldə edilmiş əmlak olduğundan onun razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Cavabdeh bununlada qanunvericiliyin tələblərini və onun hüquqlarını pozmuşdur. Cavabdehlə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, 25 saylı küçə, bina 2, 14 nömrəli 95.2 kv.m sahəsi olan mənzilin 02 aprel 2024-cü il tarixdə X5 adına rəsmiləşdirilməsinə dair M-11591müqavilə və 99UA661 olan, “Toyota Land -Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, Mühərrik -2TR1243013, Ban nömrəsi- JTEBX9FJ7DK113653 olan avtomobilin xx.xx.2024-cü il tarixli Cavabdeh2 ilə bağlanmış BA101983 saylı alqı-satqı müqaviləsi onun razılığı olmadan bağlandığından etibarsızdır. Belə ki, cavabdeh qeyd olunan əqdləri görüntü yaratmaq üçün bağlamışdır. X12 cavabdehlə birgə nikahdan olan uşaqlarından biridir və bununla cavabdeh belə bir əqd bağlamaqla gələcəkdə qeyd olunan mübahisəli mənzili kənar şəxsin adına özgəninkiləşdirməklə öz nəzarətində saxlamaq istəmişdir. 99UA661 olan, “Toyota Land- Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik-2TR1243013, ban nömrəsi- JTEBX9FJ7DK113653 olan avtomobil xx.xx.2021-ci il tarixdə keçmiş həyat yoldaşı X10 adına rəsmiləşdirilir və xx.xx.2022-ci il tarixdə Cavabdeh2 nəqliyyat vasitəsindən istifadə hüququ dair etibarnamə verilir. Bundan sonra isə xx.xx.2024-cü il tarixdə qeyd olunan nəqliyyat vasitəsi Cavabdeh2 adına rəsmiləşdirilir və xx.xx.2024-cü il tarixdə X13 nəqliyyat vasitəsindən istifadə hüququ dair etibarnamə verilir. Qeyd olunanlar bir daha sübut edir ki, cavabdeh sanki izləri itirməyə çalışır və Cavabdeh2 isə onun yaxın tanışıdır. Birgə nikah dövrü əldə edilmiş əmlaklar onun gəlirləri hesabına əldə edilmiş, cavabdehin heç bir gəliri olmamış, demək olar ki, ailə təsərrüfatıda aparmamışlar. Cavabdeh birgə nikah dövrünün çox hissəsini Azərbaycanda yaşamış, ancaq qısa müddətdə gəzməyə Rusiyaya gəlmişdir. O isə 25 ildən çoxdur ki, Rusiya Federasiyası, Kamçatka diyarı, Lelizovski rayonu, Yelizovo şəhərində yaşayır və işləyir. İlin 9 ayı burada sərt qış fəsli olur, 30-40 dərəcə şaxtada, ağır şəraitdə işləyərək pul qazanmış və onu Azərbaycanda cavabdeh X13 göndərmiş, o da həmin əmlaklarını tar-mar etmişdir. Rusiya Federasiyası ərazisində şəxsin vergi orqanında uçota alınması haqqında xx.xx.2008-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı oğlu **********09 nömrəli VÖEN verilməklə 4141 Kamçatka diyarı üzrə Rusiya FVX-nin 2 saylı rayonlar arası müfəttişliyi tərəfindən qeydə alınmışdır. (Şəhadətnamənin surəti əlavə olunur). Fiziki şəxsin fərdi sahibkar qismində dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il tarixli şəhadətnamədən görünür ki, Hasilov X16 diyarı üzrə Rusiya Federasiyası Vergi Xidmətinin 2 saylı rayonlararası müfəttişliyi tərəfindən 3084 ********** əsas dövlət qeydiyyat nömrəsi verilməsi ilə fərdi sahibkar qismində dövlət qeydiyyatına alınmışdır. (Şəhadətnamənin surəti əlavə olunur). Rusiya Federasiyası Federal Vergi Xidməti tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunmuş digər sənədlərdə bu xüsusatı təsdiq edir. (Şəhadətnamənin surətləri əlavə olunur). Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatından ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2024-00682 saylı arayış alınmışdır (Arayışın surəti əlavə olunur).
Cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizəsi:
4. Cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı oğlunun iddia etdiyi ünvan 1 ünvanında AAAF park yaşyış massivinin 21 saylı küçəsində bina 8 mərtəbə 5-də yerləşən, ümumi sahəsi 49.7 kv.metr olan mənzilə dair iddia tələbinə iddia müddəti tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində göstərir ki, X20 ilə 21 dekabr 2016-cı ildən 07 yanvar 2024-cü il tarixədək birgə nikahda olmuşlar. Birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında AAAF park yaşyış massivinin 21 saylı küçəsində bina 8 mərtəbə 5-də yerləşən, ümumi sahəsi 49.7 kv.metr olan mənzil alınmışdır. Bildirir ki, həmin alqı-satqı müqaviləsi 07 yanvar 2016-cı ildə bağlanmışdır.Tərəflər isə nikaha 21 dekabr 2016-cı ildə daxil olduqlarından mənzilin alınması birgə nikah dövrünə düşmür. Əlavə edərək bildirir ki, X20 məhkəməyə bildirmişdir ki, o İddiaçı oğlu ilə 1998-ci ildən rəsmi nikahda olmuşlar və onların nikahı xx.xx.2016-cı il Ağsu rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Bu barədə Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayış məhkəmıəyə təqdim edilmişdir. İddiaçı oğlu nəyə görəsə X20 ilə nikahda olma haqqında məlumatı məhkəmədən gizlətmişdir. İddiaçının iddia etdiyi ünvan 1 ünvanında AAAF park yaşayış massivinin 21 saylı küçəsində bina 8 mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.metr olan mənzil Rusiyada bağlanmış birgə nikah dövrünə düşmür. Bildirirlər ki, tərəflər arasında Azərbaycanda bağlanmış nikah isə xx.xx.2016-cı il Ağsu rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. (xx.xx.2016 ildə 64 №-li Akt qeydi ilə Ağsu rayon qeydiyyat şəbəsində qeydiyyata alınmışdır).
İş materialları :
6. Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-c il tarixli, MŞB/13/2024-00682 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı oğlunun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etsə də, X20 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı oğlunun nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.
7. 2 saylı Sunqayıt “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışıdan görünür ki, X20 “Hasilova” soyadını qəbul edərək İddiaçı oğlu ilə xx.xx.1988-ci ildə Kürdəmir rayon qeydiyyat şöbəsində akt qeydi №13 (nikaha daxil olanadək soyadı Məmmədova) nikah bağlamışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (nikahın pozulması dövlət qeydiyyatına alınmışdır xx.xx.2016-cı ildə Ağsu rayon qeydiyyat şöbəsində, akt qeydi №64) nikah pozulmuşdur.
8. İ- МЛ seriyalı, 581162 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 ilə X22 arasında xx.xx.2016-cı il tarixdə Kamçatka diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydi və arxiv işləri Agentliyinin Yelizovo rayonu VVADQ şöbəsində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 468 nömrə ilə qeyd edilmişdir.
9. İ-ML seriyalı, 609698 nömrəli “nikahın ləğv edilməsi haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 ilə X22 arasında bağlanılmış nikah Kamçatka diyarı, Yelizovo məhkəmə rayonunun 19 saylı məhkəmə sahəsinin dünya hakiminin xx.xx.2024-cü il tarixli qərarına əsasən ləğv edilmişdir.
10. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə X20 arasında bağlanılmış, Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev pr. 167, “AAAF- Park” yaşayış massivinin, 25 saylı küçə, bina 2, 14 nömrəli mənzilə dair xx.xx.2018-ci il tarixli M-3605 nömrəli mənzilin alqı-satqı müqaviləsi xx.xx.2024-cü tarixində ləğv edilmişdir. Həmin daşınmaz əmlaka dair vətəndaş X5 adına yeni 02 aprel 2024-cü il tarixli M-11591 nömrəli müqavilə tərtib edilmişdir.
11. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə X20 arasında bağlanmış xx.xx.2016-cı il tarixli A/0007 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 21 saylı küçə bina 8 39 nömrəli mənzilin dəyərini təşkil edən 39400 manat tam şəkildə ödənilmişdir. Lakin, Abşeron rayonu, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 25 saylı küçəsində X10 adına daşınmaz əmlak aşkar edilməmişdir.
12. "xxxx" MMC ilə X3 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli “mənzilin alqı-satqısı haqqında müqavilə”nin surətindən görünür ki, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 21 saylı küçəsində inşa edilmiş bina 8, mərtəbə 5, ümumi sahəsi 49.7 kv.m ibarət, 1 otaqlı 39 №-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
13. "xxxx" MMC ilə X3 arasında bağlanılmış xx.xx.2018-cı il tarixli, M-3605 saylı “mənzilin alqı-satqısı haqqında müqavilə”nin surətindən görünür ki, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 25 saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 3, ümumi sahəsi 95.2 kv.m ibarət, 2 otaqlı 14 №-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
14. "xxxx" MMC ilə X12 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, M-11591 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 25 saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 2, ümumi sahəsi 95.2 kv.m ibarət, 2 otaqlı 14 №-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
15. X20 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onunla "xxxx" MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli, M-3605 saylı “Mənzilin alqı-satqısı haqqında” müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış massivindəki 25 saylı küçədə inşa edilmiş bina 2, mərtəbə 3, ümumi sahəsi 95.2 kv.m, 2 otaqdan ibarət olan 14 saylı mənzili qızı X5 adına rəsmiləşdirmək istədiyini bildirmişdir.
16. X12 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X20 ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli, M-3605 saylı “Mənzilin alqı-satqısı haqqında” müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış massivindəki 25 saylı küçədə inşa edilmiş bina 2, mərtəbə 3, ümumi sahəsi 95.2 kv.m, 2 otaqdan ibarət olan 14 saylı mənzili onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
17. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı oğlunun, xx.xx.2001-ci il təvəllüdlü X7 və xx.xx.1979-cu il təvəllüdlü X10 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında qeydə alınmış məlumatlar təqdim edilmişdir.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş elektron sistemdən komputer çıxarışından görünür ki, Cavabdeh2 adına xx.xx.2024-cü il tarixində “Hyundai Elantra” minik markalı 90KV091 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, xx.xx.2024-cü il tarixində “X35 Prado” minik markalı, 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır.
19. X20 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndən görünür ki, X20 tərəfindən **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 37000 manat məbləğində Cavabdeh2 satılmışdır.
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X13 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi “X35 Prado” markalı, 2013-cü il buraxılışlı avtomobillərin istehsalının dayandığını və “X35 Prado” markalı 2018-cü il modellərin uyğunluğunu nəzərə alaraq xahişinin texniki xidmət stansiyası və ya müvafiq təmir bazası olan avtonəqliyyat müəssisəsi şəraitində normativ tələblərə riayət edilməklə yerinə yetirilməsinə etiraz etmirlər və bildirilir ki, quraşdırmadan sonra nəqliyyat vasitəsi müvafiq sənədlərlə qeydiyyat yeri üzrə DİN Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə və ya Regional Qeydiyyat-İmtahan İdarəsinə və texniki baxış şöbəsinə təhvil verilməlidir.
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş elektron sistemdən komputer çıxarışından görünür ki, “X35 Prado” minik markalı, 99UA661 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013 olan nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində X14 adına qeydə alınmış, xx.xx.2021-ci il tarixində qeydiyyat şəhadətnaməsi dəyişdirilmiş və xx.xx.2024-cü il tarixində Cavabdeh2 adına qeydə alınmışdır.
22. İşəgötürən İddiaçı oğlu ilə işçi X20 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin əmək müqaviləsinə əsasən işəgötürən işçini aşpaz vəzifəsi ilə təmin etməyi, işçi bu əmək müqaviləsinə şərtlərinə uyğun olaraq bu işi şəxsən yerinə yetirməyi öhdəsinə götürmüşdür.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/64 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, dəri oturacaqlı, 152700 km yürüşlü, mühərrik tutumu 2700 kub.sm, “Toyota Land-Cruiser-Prado minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 52100 manat təşkil edir.
24. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/0693 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında “AAAF Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilmiş 2 saylı binanın 14 saylı mənzilin orta bazar dəyəri 124000 manat, ünvan 1 ünvanında “AAAF Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş 8 saylı binanın 39 saylı mənzilinin orta bazar dəyəri 40000 manat, “Toyota Land-Cruiser- Prado minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar dəyəri 38000 manat təşkil edir.
25. İ-MЛ seriyalı, 615261 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 ilə X22 arasında bağlanılmış nikah Yelizovo ş. 23 saylı məhkəmə sahəsinin sülh hakiminin xx.xx.2025-cü il tarixli qərarına əsasən pozulmuşdur.
26. “X26 Mərkəzi”-nin xx.xx.2025-ci il tarixli YQDM №099-037/2025 saylı hesabatından görünür ki, ünvan 1 ünvanında “AAAF Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilmiş 2 saylı binanın 14 saylı mənzilin orta bazar dəyəri 141000 manat, ünvan 1 ünvanında “AAAF Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş 8 saylı binanın 39 saylı mənzilinin orta bazar dəyəri 60100 manat təşkil edir.
27. xx.xx.2024-cü il tarixli **********62 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyində analoq olaraq kvadratı az olan evlər götürülmüşdür. Buna görə də onlar tərəfindən mənzillərin yenidən qiymətləndirilməsi keçirilərək məhkəməyə qiymətləndirmə rəyi təqdim etmişlər.
29. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında rəy verilmişdir. Hazırda iddiaçı tərəfindən verilmiş rəyə isə inanmırlar. Məhkəmə tərəfindən əldə olunmuş rəy realdır. Buna görə də məhkəmə tərəfindən əldə edilmiş rəyin nəzərə alınmasını xahiş edirlər. Həmçinin bildirmişdir ki, nəqliyyat vasitəsinin bölünməsinə qəti etiraz edirlər. Hazırki nəqliyyat vasitəsinin alınmasından iddiaçının xəbəri olmamışdır. 39 saylı mənzil isə nikah dövrünə aid deyildir. Tərəflər 2016-2024-cü illərdə nikahda olublar, əmlak isə 2016-cı ilin yanvar ayında alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər isə saxtadır. Belə ki, tərələrin nikahı 2025-ci il tarixində pozulmuşdur.
30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və X17, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
31. Belə olan halda, məhkəmə işə digər cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
32. İddiaçı oğlu ilə cavabdeh X18 xx.xx.1998-cü il tarixdə nikaha daxil olmuşlar və tərəflərin nikahı Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən 13 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Tərəflər arasında bağlanılmış nikah Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
33. İddiaçı oğlu ilə cavabdeh X18 xx.xx.2016-cı il tarixdə Rusiya Federasiyası, Kamçatka diyarında yenidən nikaha daxil olmuş və həmin nikah Kamçatka diyarı, Yelizovo məhkəmə rayonunun 19 saylı məhkəmə sahəsinin dünya hakiminin xx.xx.2024-cü il tarixli qərarına və Yelizovo ş. 23 saylı məhkəmə sahəsinin sülh hakiminin xx.xx.2025-cü il tarixli qərarına əsasən pozulmuşdur.
34. Tərəflərin birgə nikahda olduqları dövrdə X20 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli A/0007 nömrəli “mənzilin alqı-satqısı haqqında müqavilə”sinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 21 saylı küçəsində inşa edilmiş bina 8, mərtəbə 5, ümumi sahəsi 49.7 kv.m ibarət, 1 otaqlı 39 №-li mənzil və xx.xx.2018-cı il tarixli, M-3605 saylı “mənzilin alqısatqısı haqqında müqavilə”nə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 25 saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 3, ümumi sahəsi 95.2 kv.m ibarət, 2 otaqlı 14 №-li mənzil satın alınmışdır.
35. İddiaçı tərəfindən mübahisələndirilən “Toyota-Land-Cruiser-Prado minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı, buraxılı ili 2013 olan nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində X10 adına rəsmiləşdirilmişdir.
36. X10 müraciəti əsasında "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 2, ümumi sahəsi 95.2 kv.m ibarət, 2 otaqlı 14 №-li mənzil "xxxx" MMC ilə X12 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, M-11591 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən X8 adına rəsmiləşdirilmişdir.
37. “Toyota-Land-Cruiser-Prado minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X20 tərəfindən xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” əsasında Cavabdeh2 satılmışdır.
Məhkəmə baxışının hədləri:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 213.5. birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
42. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarı.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 Aprel 2021-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
44. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
45. Məhkəmə qeyd edir ki, İddiaçı oğlunun iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:
1. cavabdeh X20 ilə X12 arasında ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən 2 saylı binanın 14 nömrəli mənzilinə dair bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi;
2. cavabdeh X20 ilə Cavabdeh2 arasında “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanılmış xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi;
3. birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü. İddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı:
46. İddiaçı oğlu iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsini “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən 2 saylı binanın 14 nömrəli mənzilinin birgə nikah dövründə əldə edilmiş əmlak olması və həmin əmlakların cavabdeh X20 tərəfindən onun razılığı olmadan özgəninkiləşdirilməsi ilə əsaslandırmışdır.
47. Məhkəmə ilk növbədə İddiaçı oğlunun hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verməyi zəruri hesab edir.
48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
49. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
51. Belə olan halda məhkəmə tərəfindən mübahisəli müqavilələrin bağlanılması nəticəsində iddiaçının maraqlarının pozulub-pozulmaması araşdırılmalıdır. Bu zaman məhkəmə ilk növbədə həmin əmlakların birgə nikah dövründə əldə edilmiş əmlak olubolmamasına hüquqi qiymət verməlidir.
52. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
53. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ərarvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər.
54. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı oğlu ilə cavabdeh X20 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuş, nikah Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən 13 nömrə ilə qeyda alınmış, Ağsu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixində 64 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Tərəflər yenidən xx.xx.2016-cı il tarixində Rusiya Federasiyası. Kamçatka diyarında nikaha daxil olmuşlar. Qeyd edilən nikahın pozulması tarixi isə işin mübahisəli halıdır.
55. Belə ki, iddiaçı tərəfindən təqdim edilən 209698 nömrəli, xx.xx.2024-cü il tarixli “nikahın ləğv edilməsi haqqında şəhadətnamə”yə əsasən nikah Kamçatka diyarı, Yelizova məhkəmə rayonunun 19 saylı məhkəmə sahəsinin dünya hakiminin 09 yanvar 2024-cü il tarixli qərarı ilə, cavabdeh X20 tərəfindən təqdim edilmiş 615261 nömrəli, xx.xx.2025-ci il tarixli “nikahın pozulması haqqında şəhadətnamə”yə əsasən isə nikah Yelizova şəhəri, 23 saylı məhkəmə sahəsinin sülh hakiminin 16 yanvar 2025-ci il tarixli qərarına əsasən pozulmuşdur.
56. Bununla belə işin mübahisəsiz halıdır ki, tərəflər arasında olan münasibətlər 2023cü ilin sentyabr ayından sonra pozulmuşdur. Belə ki, cavabdeh X20 bildirmişdir (xx.xx.2024-cü il tarixli iclas) ki, iddiaçı ilə 2016-cı il tarixində yenidən nikaha daxil olduqdan sonra ailə kimi birlikdə yaşamışlar, 2023-cü ilin sentyabr ayında iddiaçı onu güləgülə Bakıya yola salmış, daha sonra isə məlumatı olmuşdur ki, iddiaçı onu Bakıya yola saldıqdan sonra onun məlumatı olmadan nikahı pozmuşdur.
57. Mübahisə obyekti olan “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X10 adına qeydiyyata alınmış, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən bina 2, 14 nömrəli mənzil isə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X20 tərəfindən satın alınmışdır.
58. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından göründüyü kimi mübahisə obyekti olan əmlaklar tərəflərin nikah müddətində və əvəzli əqd əsasında əldə edilmişdir. Həmin əmlakın ər-arvadın hər birinin mülkiyyəti hesab edilməsi üçün əsas olan hallar müəyyən edilməmişdir.
59. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli nəqliyyat vasitəsi və mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan həmin əmlaklara dair bağlanılmış əqd İddiaçı oğlunun maraqlarına toxunduğu üçün onun birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
60. Məhkəmə iddia tələbinin mübahisəli, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən 2 saylı binanın 14 nömrəli mənzilə dair bağlanılmış xx.xx.2024cü il tarixli və “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinin onun razılığını alınmadan bağlanıldığı üçün etibarsız hesab edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
61. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
62. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
63. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə, daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil. Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür.
64. İşin müəyyən edilmiş halıdır ki, mübahisəli nəqliyyat vasitəsi və mənzilə dair cavabdehlər arasında bağlanılmış alqı-satqı müqavilələri iddiaçının iradə ifadəsi, razılığı olmadan bağlanılmışdır.
65. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından göründüyü kimi İddiaçı oğlu ilə cavabdeh X20 arasında olan münasibətlər 2023-cü ilin sentyabr ayından sonra pozulmuş, cavabdeh X20 iddiaçının onunla bağlanılmış nikaha onun razılığı olmadan xitam verməsi barədə artıq 2024-cü ilin əvvəlində məlumatlı olmuşdur. Belə ki, X20 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında 2024-cü ilin fevral ayında oğlunun ona atasının onunla olan nikahı pozması barədə məlumat verdiyini bildirmişdir.
66. Həmçinin işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, İddiaçı oğlu 2024-cü ilin mart ayında Azərbaycan Respublikasına gəlmiş, 27 mart 2024-cü ildə vəkil-nümayəndəsinə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında iddiaçının vəkilnümayəndəsi “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi” ilə mediasiyaya müraciət etmişdir. Cavabdeh tərəfindən isə hazırda mübahisələndirilən müqavilələr həmin etibarnamə verildiyi vaxtdan sonra xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində bağlanılmışdır. Qeyd edilən hallar onu göstərir ki, cavabdeh X20 iddiaçının əmlak tələbinin olması barədə məlumatı olmuş və əmlakları bölgüdən yayındırmaq üçün həmin əmlakları başqa şəxsin adına rəsmiləşdirmişdir.
67. Ən əsası isə cavabdehin sözegedən müqavilələrin bağlanılması zamanı əsl məqsədinin həmin əmlakları əmlak bölgüsündən yayındırmaq olması onun özünün xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahat ilə öz təsdiqini tapmışdır. Belə ki, o, izahatında bildirmişdir ki, iddiaçı ona evləri öz qohumlarının adına keçirəcəyini bildirdiyindən o evi qızının adına keçirmişdir.
68. Yəni işin faktiki hallarından görünür ki, cavabdeh X20 iddiaçının ona qarşı əmlak tələbi olması barədə məlumatlı olmuş və həmin əmlakları bölgüdən yayındırmaq üçün hazırda mübahisələndirilən müqavilələri bağlamışdır.
69. İddiaçı tərəfindən vəkil-nümayəndəsinə xx.xx.2014-cü il tarixdə etibarnamə verilməsi və cavabdeh tərəfindən isə sözügedən müqavilələrin həmin etibarnamə verildikdən sonra bağlanılması iddiaçının hazırda mübahisələndirilən müqavilələrin bağlanılmasında razılığı olmadığını göstərir.
70. Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli Qərarının 7.7-ci bəndində qeyd edilir ki, reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.
71. Hazırki işin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, cavabdehlər X12 və Cavabdeh2 vicdanlı alıcı hesab edilə bilməz.
72. İlk növbədə qeyd edək ki, cavabdeh X12 iddiaçı və cavabdeh X10 qızı, Cavabdeh2 isə ailəni əvvəldən tanıyan şəxs olaraq sözügedən əmlakların İddiaçı oğlu ilə cavabdeh X10 birgə nikahı dövründə əldə etdikləri əmlaklar olması barədə məlumatlı olmuşlar. Yəni həmin əmlakların X20 tərəfindən özgəninkiləşdirilməsi üçün iddiaçının da razılığının alınmalı olması barədə məlumatlı olan şəxs olmuşlar.
73. Qeyd edək ki, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən 2 saylı binanın 14 nömrəli mənzilə dair "xxxx" MMC ilə cavabdeh X12 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin tərəflərin real iradə ifadəsinin nəticəsi olmaması, formal olaraq bağlanılması işin mübahisəsiz halıdır. Qeyd etdiyimiz kimi cavabdeh X20 öz izahatı ilə həmin müqavilənin real alqı-satqı müqaviləsi olmadığını, həmin evi qızının adına rəsmiləşdirmə səbəbinin iddiaçının həmin evi qohumlarına vermək niyyəti ilə bağlı olduğunu təsdiq etmişdir.
74. İşin tədqiq edilən halları həmçinin “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair cavabdeh X20 ilə Cavabdeh2 arasında bağlanılmış müqavilənin real iradə ifadəsinin nəticəsi olmadığı, Cavabdeh2 vicdanlı alıcı olmadığı nəticəsinə gəlməyə əsas verir.
75. İlk növbədə qeyd edək ki, hazırda İddiaçı oğlu tərəfindən mübahisələndirilən hər iki müqavilənin eyni vaxtda (01 aprel və 02 aprel 2024-cü il) bağlanılması təsadüfi hesab edilə bilməz. Yəni cavabdeh X10 mənzili iddiaçı tərəfindən qohumlarının adına rəsmiləşdirilməməsi üçün qızının adına keçirməsi ilə eyni vaxtda nəqliyyat vasitəsinə dair Cavabdeh2 ilə real alqı-satqı münasibətlərinə daxil olması ağlabatan deyildir.
76. Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması, eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
77. İşin digər faktiki halı odur ki, cavabdehlər arasında “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra Cavabdeh2 tərəfindən həmin alqı-satqı müqaviləsinin bağlanıldığı gün iddiaçıya xx.xx.2029-cu il tarixinədək nəqliyyat vasitəsini istifadə etmək hüququna dair etibarnamə verilmişdir.
78. Bu zaman sual yaranır ki, əgər həqiqətən də məqsəd real alqı-satqı münasibətlərinə daxil olmaq olubsa, nə üçün avtomobili öz mülkiyyətinə qəbul etdiyi gün ona satan şəxsə, yəni cavabdeh X13 idarə etmək üçün etibarnamə vermişdir. Cavabdehlər izahatlarında Hasilova Dilşadın nəvələrini rayona aparmaq üçün nəqliyyat vasitəsinə ehtiyacı olduğu üçün etibarnamə verildiyini bildirsələr də, qeyd edilən hadisələrin eyni günə təsadüf etməsi isə ağlabatan deyildir.
79. Həmçinin məhkəmə iclasında tərəflər nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması ilə bağlı ziddiyətli izahat vermişlər.
80. Belə ki, cavabdeh X20 izahatında (xx.xx.2024-cü il tarixli məhkəmə iclası) bildirmişdir ki, hazırki mübahisə obyekti olan nəqliyyat vasitəsini 2021-ci ildə, əvvəlki avtomobilin satışından əldə edilmiş 24000 manat pul vəsaitinin üzərinə əlavə pul vəsaiti qoymaqla, 32000-33000 manata satın almış, daha sonra həmin nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törətmiş, bu səbəbdən nəqliyyat vasitəsini Cavabdeh2 30000 manata satmış, onun öncədən Cavabdeh2 10000 manat borcu olduğu üçün, Cavabdeh2 həmin borcu çıxmaqla ona 20000 manat məbləğində pul vəsaiti vermişdir. Daha sonrakı məhkəmə iclasında isə cavabdeh izahatını dəyişərək, nəqliyyat vasitəsini 33000 ABŞ dollarına satın aldığını bildirmişdir.
81. Cavabdeh2 isə izahatında (xx.xx.2024-cü il tarixli məhkəmə iclası) bildirmişdir ki, X20 ona nəqliyyat vasitəsi almaq istədiyini, lakin 10000 manat pulu çatmadığını bildirmiş və həmin vəsaiti ondan istəmişdir. O da 10000 manat məbləğində pul vəsaitini borc olaraq X13 vermişdir. X20 nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra nəqliyyat vasitəsini 30000 manata satdığını bildirmiş, o, Hasilova Dilşadın ona öncədən 10000 manat borcu olduğundan ona 20000 manat məbləğində pul vəsaitini verməklə nəqliyyat vasitəsini satın almışdır. Həmin nəqliyyat vasitəsini 2023-cü ildə X1 getməmişdən öncə (iş materiallarına əsasən 2023-cü ilin fevral ayından gedib) satın almış, lakin adına rəsmiləşdirməmişdir. Daha sonra iddiaçı ilə Hasilova Dilşad arasında əmlak mübahisəsi olduğunu bildikdə onu öz adına rəsmiləşdirmişdir.
82. Məhkəmə tərəfindən Cavabdeh2 ilə nə üçün nəqliyyat vasitəsini satın aldığı zaman, 2023-cü ildə adına rəsmiləşdirmədiyi aydınlaşdırıldıqda cavabdeh bildirmişdir ki, o, nəqliyyat vasitəsini satın alarkən ilk öncə onun dəyərinin 12000 manat hissəsini ödəmiş, 8000 manat məbləğində hissəsini isə 2023-cü ilin sentyabr ayında X4 Federasiyasından qayıtdıqda ödəmişdir. Bu zaman sual yaranır ki, 2023-cü ilin sentyabr ayında nəqliyyat vasitəsinin satın alma qiyməti tam şəkildə ödənilmişdirsə, nə üçün 2024-cü ilin aprel ayınadək rəsmiləşdirilməmişdir.
83. Göründüyü kimi cavabdehlərin verdikləri izahatlar zidiyyətli olmaqla, ağlabatan deyildir. Belə ki, işin faktiki halıdır ki, mübahisə obyekti olan nəqliyyat vasitəsi cavabdeh X20 tərəfindən 2021-ci ilin yanvar ayının 21-də satın alınmışdır. Cavabdeh2 bildirdiyinə əsasən həmin nəqliyyat vasitəsi satın alınan zaman cavabdeh Hasilova Dilşad tərəfindən ondan 10000 manat məbləğində pul vəsaiti borc olaraq alınmışdır. Bu zaman sual yaranır ki, nə üçün həmin məbləğ 2023-cü ilədək, yəni Cavabdeh2 tərəfindən cavabdeh Hasilova Dilşaddan həmin nəqliyyat vasitəsi satın alındığı vaxtadək ödənilməmişdir. Halbuki, tərəflərin izahatına əsasən mənzillərin kirayə haqqları Cavabdeh2 tərəfindən toplanılaraq X13 ödənilmişdir. Yəni borcu tələb etməsi üçün əsası və kifayət qədər zamanı olmuşdur.
84. Digər faktiki hal odur ki, Cavabdeh2 adına qeydiyyata alınmış nəqliyyat vasitələri yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdehin adına xx.xx.2022-ci il tarixində “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Bu zaman sual yaradan məqam odur ki, nə üçün Cavabdeh2 xx.xx.2022-ci il tarixinədək nəqliyyat vasitəsi almamış, cavabdeh X13 borc verdiyi vaxtdan (xx.xx.2021) bir il yarım sonra (xx.xx.2022) özünə nəqliyyat vasitəsi satın almış, ondan 2-3 ay sonra isə (2023-cü ilin fevral ayının 23-dək) mübahisə obyekti olan nəqliyyat vasitəsini satın almışdır.
85. Həmçinin nəqliyyat vasitəsini qeyd etməsinə əsasən X20 getməmişdən öncə onun dəyərinin 12000 manat hissəsini, sentyabr ayında isə 8000 manat hissəsini ödəməklə satın almasına baxmayaraq adına rəsmiləşdirməmiş, yalnız 2024-cü ilin xx.xx.2024-cü il tarixində, yəni iddiaçı ilə cavabdeh Hasilova Dilşad arasında əmlak mübahisələri yaranan zaman adına rəsmiləşdirmişdir.
86. Həmçinin cavabdeh X20 tərəfindən 32000-33000 manat ödəməklə satın alınmış nəqliyyat vasitəsini qəzalı vəziyyətdə 30000 manat ödəməklə satın alması və əlavə 12000 manat xərc çəkməsi də məhkəmə tərəfindən ağlabatan olaraq qiymətləndirilməmişdir.
87. İşin müəyən edilmiş halları onu deməyə əsas verir ki, mübahisəli nəqliyyat vasitəsinə dair cavabdehlər X20 ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılan zaman tərəflərin iradə ifadəsi real alqı-satqı münasibətlərinə daxil olmağa yönəlməmişdir. Həmin müqavilə X20 tərəfindən mənzil kimi nəqliyyat vasitəsini də iddiaçı ilə əmlak bölgüsündən yayındırmaq məqsədi ilə bağlanılmışdır.
88. İşin qeyd edilən halları onu deməyə əsas verir ki, mübahisəli nəqliyyat vasitəsi və mənzilə dair bağlanılmış müqavilələr tərəflərin qarşılıqlı iradə ifadələrinin nəticəsi olmamışdır. Halbuki mülki qanunvericiliyə əsasən müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsidir.
89. Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.
90. Mülki qanunvericiliyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır.
91. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
92. Mülki qanunvericiliyə əsasən uydurma əqd ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.
93. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
94. Uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı).
95. Uydurma əqdin tərəfləri başqalarının gözündə bağladıqları əqdin “qanuni” olması görüntüsünü yaratmaq üçün onun bütün formal tərəflərinə əməl edirlər. Adətən uydurma əqdin məqsədi – kreditorlardan əmlakı gizlətmək və ya digər şəkildə aktivalərin itirilməsinə yol verməmək olur. Məsələn, əmlakından məhrum olmaq istəməyən borclu onu bağışlama, alqı-satqı və s. əqd üzrə qohumunun və ya başqa şəxsin adına rəsmiləşdirir.
96. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
97. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, cavabdeh X20 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh X12 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə tərəflərin həmin əqdə uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadan, görünüş üçün bağlanan əqd olduğundan bağlandığı andan etibarsız, yəni arzu olunan hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmayan əqddir.
98. Mülki qanunvericiliyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
99. Məhkəmə qeyd edir ki, cavabdeh X20 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh X12 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə etibarsız hesab edildiyi üçün əqdin etibarsızlığının nəticələri tətbiq edilməli və mübahisə obyekti olan nəqliyyat vasitəsi X10 mülkiyyətinə və mənzil isə sahibliyinə qaytarılmalıdır.
İddia tələbinin “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” hissəsi ilə bağlı:
100. İddiaçı oğlu birgə nikah dövründə əldə edilmiş ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən 2 saylı binanın 14 nömrəli mənzil, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 21 saylı küçədə yerləşən 8 saylı binanın 39 nömrəli mənzil və “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində onun 2/3 hissədə, cavabdeh X10 1/3 hissədə pay hüququnun müəyyən edilməsi tələbini həmin əmlakların birgə nikah dövründə onun vəsaiti hesabına satın alınması ilə əsaslandırmışdır.
101. Cavabdeh X10 vəkil-nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 21 saylı küçədə yerləşən 8 saylı binanın 39 nömrəli mənzilinə münasibətdə üç illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək həmin əmlaka münsibətdə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
102. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
103. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin vəkil-nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.
104. Hazırki mülki iş üzrə məhkəmə qeyd edir ki, cavabdehin vəkil-nümayəndəsi tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı vəsatət verilmiş əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halıdır.
105. Belə ki, müəyyən edilmişdir ki, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 21 saylı küçədə yerləşən 8 saylı binanın 39 nömrəli mənzili cavabdeh X20 tərəfindən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında satın alınmış və həmin əmlak alınan zaman tərəflər nikahda olmuşlar.
106. Həmin mənzil alındıqdan sonra tərələr arasında bağlanılmış nikah Ağsu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, daha sonra tərələr yenidən xx.xx.2016-cı il tarixində nikaha daxil olmuşlar. Tərəflər arasında ailə münasibətləri yenidən bərpa olunduqdan sonrakı müddətdə sözügedən mənzilin hər iki tərəfin razılığı ilə kirayəyə verilməsi də işin mübashiəsiz halıdır.
107. Məhkəmə cavabdeh X15 vəkil-nümayəndəsinin həmin mənzilə münasibətdə iddia müddətinin ötməsi ilə bağlı etirazına münasibətdə qeyd edir ki, işin qeyd edilən faktiki halları onu deməyə əsas verir ki, həmin mənzilə münasibətdə iddia müddətinin ötməsindən söhbət gedə bilməz. Ümumiyyətlə, həmin mənzilə münasibətdə iddia müddətinin axımının başlanılması işin mübahisəli halıdır.
108. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən əmlaklar birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab edildiyi və İddiaçı oğlu həmin əmlaklar üzərində pay hüququnun müəyyən edilməsini tələb etdiyi üçün həmin əmlaklar üzərində tərəflərin payları müəyyən edilməlidir.
109. İddiaçı X19 birgə nikah dövründə əldə edilmiş sözügedən əmlakların onun vəsaiti hesabına satın alınmasını bildirməklə, iddia tələbində qeyd edilən mübahisəli əmlakların üzərində 2/3 hissədə onun və 1/3 hissədə X10 payının müəyyən edilməsini xahiş etmişdir.
110. Azərbaycan Respublikası Ailə qanunvericiliyinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (37.1m). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (37.2m).
111. Göründüyü kimi bir qayda olaraq ər-arvad arasında əmlak bölgüsü zamanı əmlak üzərində paylar bərabər hesab edilir. Lakin qanunla müəyyən edilmiş istisna hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıb-çoxalda bilər. İstisna hallar isə məhdud həcmdə müəyyən edilmişdir. Yalnız yuxarıda göstərilən halların mövcudluğu halında məhkəmə qeyri-bərabər pay bölgüsü barədə qərar qəbul edə bilər.
112. Hazırki mülki iş üzrə isə tərəflərin əmlak üzərində payların həcminin qeyri-bərabər müəyyən edilməsi, tərəflər arasında qeyri-bərabər əmlak bölgüsü aparılması üçün qanunverici tərəfindən müəyyən edilmiş istisna hallar müəyyən edilməmişdir.
113. Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
114. Ali Məhkəmənin qeyd edilən Qərarda formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə X20 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə əmələ gəlmiş hüquqda və “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində ½ hissədə İddiaçı oğlunun və ½ hissədə X10 payı müəyyən edilməlidir.
115. Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir.
116. Həmin Qərarda həmçinin qeyd edilir ki, bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir.
117. Hazırki mülki iş üzrə birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin dəyərinin müəyyən edilməsi üçün Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməklə rəy alınmışdır.
118. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 52100 manat müəyyən edilmişdir.
119. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair verilmiş rəy cavabdehlər tərəfindən mübahisələndirildiyindən, həmçinin tərəflər mənzillərin hazırki bazar dəyərinin müəyyən edilməsini tələb etdiklərindən Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə birgə nikah dövründə əldə edilmiş əmlakların qiymətləndirilməsi həyata keçirilmişdir.
120. "xxxx" MMC Qiymərləndirmə şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli Qiymətləndirmə hesabatına əsasən birgə nikah dövründə əldə edilmiş əmlakların bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: • ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçə, 2 saylı bina, 14 nömrəli mənzil - 124000 manat; • ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 21 saylı küçə, 8 saylı bina, 39 nömrəli mənzil - 40000 manat; • “Toyota Land-Cruiser-Prado” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi – 38000 manat.
121. Sözügedən əmlakların "xxxx" MMC Qiymərləndirmə şirkəti tərəfindən təqdim edilmiş hesabat ilə müəyyən edilmiş dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçının vəkil-nümayəndəsi hesabatın nəqliyyat vasitəsinə dair hissəsi ilə razılaşmış, lakin mənzillərə dair hissəsi ilə razılaşmayaraq məhkəməyə özlərinin sifarişi əsasında keçirilmiş qiymətləndirməyə dair rəy təqdim etmişdir.
122. Həmin mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 21 saylı küçə, 8 saylı bina, 39 nömrəli mənzilin bazar dəyəri 60125.7 manat və ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçə, 2 saylı bina, 14 nömrəli mənzilin bazar dəyəri 141017 manat müəyyən edilmişdir.
123. Məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı ilə keçirilmiş qiymətləndirmə nəticəsində verilmiş mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirmə rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
124. Həmçinin o da qeyd edilir ki, hazırki mülki iş üzrə iddiaçının tələbi ilə birgə nikah dövründə əldə edilmiş əmlakların faktiki bölgüsü aparıldığından həmin əmlakların iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmiş dəyəri faktiki əmlak bölgüsü aparılan zaman tərəflərin əmlak vəziyyətində əhəmiyyətli fərqə səbəb olmamışdır.
125. Odur ki, birgə nikah dövründə əldə edilmiş əmlakların bazar dəyəri "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2025-ci il tarixli MB-18/0680 nömrəli Qiymətləndirmə Hesabatı ilə müəyyən edilmiş əmlakın bazar dəyəri nəzərə alınmaqla müəyyən edilməlidir.
126. Beləliklə, müəyyən edilmişdir ki, birgə nikah dövründə əldə edilmiş əmlakların ümumi dəyəri 202000 manat (nəqliyyat vasitəsi 38000 manat, 39 saylı mənzil 40000 manat və 14 saylı mənzil 124000 manat) təşkil edir.
127. Hazırda məhkəmə həmin əmlakların onların arasında hansı qaydada bölünməsi ilə bağlı araşdırma aparmağı zəruri hesab edir.
128. Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, Bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda, paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Məsələn, yuxarıda göstərilən eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30.000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30.000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür. Konkret predmetlər paylara daxil edilərkən tərəflərin diqqətəlayiq mənafeləri də (cinsi, yaşı, peşəsi, iş yeri, yanında qalan uşaqların mənafeyi və s.) mümkün qədər nəzərə alınmalıdır. Məsələn, ərə verilən mənzil onun iş yerinə yaxındırsa, arvad isə çalışdığı yerdən uzaqda yaşamaqla himayəsində qalan uşaqları dərsə aparıb-gətirirsə, eyni dəyərdə olan avtomobil arvada, torpaq sahəsi isə ərə verilə bilər.
129. Hazırki mülki iş üzrə tərəflər arasında əmlak bölgüsü ilə bağlı razılıq olmadığından bölgü məhkəmə tərəfindən əmlakların dəyəri, tərkibi nəzərə alınmaqla aparılmalıdır.
130. İşin faktiki halıdır ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakların tərkibinə iki mənzil və bir nəqliyyat vasitəsi daxildir. Mənzillərin dəyəri arasında isə əhəmiyyətli fərq (124000 manat və 40000 manat) vardır. Belə olan halda, tərəflər birgə nikah dövründə əldə edilmiş əmlaka bərabər pay hüququna malik olduqlarından, ilk növbədə əmlakların dəyəri ararsında olan balansın qorunması üçün nəqliyyat vasitəsi daha az dəyərə malik olan mənzilin verildiyi tərəfə verilməlidir.
131. Yəni birgə nikah dövündə ədlə edilmiş əmlaka daxil olan “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 40000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 21 saylı küçə, 8 saylı bina, 39 nömrəli mənzil tərəflərdən birinə, 124000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən 2 saylı binanın 14 nömrəli mənzil isə digərinə verilməlidir.
132. Belə olan halda tərəflərfən birinə ümumi dəyəri 124000 manat olan mənzil, digərinə isə birlikdə ümumi dəyəri 78000 manat olan mənzil və nəqliyyat vasitəsi verilməlidir. İddiaçı oğlu və cavabdeh X20 birgə nikah dövründə əldə edilmiş əmlaka bərabər pay hüququna malik olduqlarından qeyd edilən qaydada aparılan bölgü zamanı tərəflərdən birinə dəyəri qanunla ona çatmalı olan əmlakdan artıq dəyərdə olan əmlak, digərinə isə əksinə daha az əmlak verilir.
133. Belə olan halda qanunla ona çatmalı olan paydan daha az dəyərdə olan əmlakın verildiyi tərəfə qanunla ona çatmalı olan əmlakın tamamlanması üçün qanunla ona çatmalı olan paydan daha çox dəyərə malik əmlakın verildiyi tərəfdən həmin payın əvəzi tutulmaqla pay tamamlanmalıdır.
134. Belə ki, Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, təcrübədə bölüşdürülən predmetlərin dəyərləri hər zaman pay nisbətləri ilə üstüstə düşmür. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, ər-arvaddan birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul verilə və ya başqa şəkildə kompensasiya edilə bilər (Ailə Məcəlləsi, 36.4- cü maddə, ikinci cümlə).
135. Hazırki halda isə məhkəmə tərəfindən qiymət verilməli olan məsələ “Toyota Land- Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 40000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 21 saylı küçə, 8 saylı bina, 39 nömrəli mənzilin və 124000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən 2 saylı binanın 14 nömrəli mənzilin tərəflərdən hansına verilməsidir.
136. Məhkəmə qeyd edir ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər Rusiya Federasiyasında yaşayır və orada işləyirlər. Tərəflərdən iddiaçı Azərbaycan Respublikasına az hallarda gəlir və gəldiyi zaman uzun müddət yaşamır. Cavabdeh X20 isə iddiaçıya münasibətdə daha tez-tez gəlir və uzun müddət yaşayır.
137. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə də müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsi bir qayda olaraq cavabdeh X10 istifadəsində olmuşdur.
138. Belə olan halda məhkəmə işin qeyd edilən faktiki halını nəzərə alaraq “Toyota Land-Cruiser” minik markalı 99UA661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 40000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 21 saylı küçə, 8 saylı bina, 39 nömrəli mənzilin cavabdeh X20 və 124000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, 25 saylı küçədə yerləşən 2 saylı binanın 14 nömrəli mənzilin isə İddiaçı oğluna verilməli, əmlakların dəyəri arasında yaranmış 46 000 manat məbləğində fərqin ½ hissəsi isə İddiaçı oğlundan cavabdeh X23ənın xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri :
139. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
140. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat və qiymətləndirmə xidmətinin dəyəri olan 300 manat məbləğində vəsait İddiaçı oğlu və cavabdeh X20 arasında bərabər şəkildə bölünməli, İddiaçı oğlundan 50 (əlli) manat və cavabdeh X9 50 (əlli) manat məbləğində pul vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və qiymətləndiricinin xidmət haqqı olaraq 150 (bir yüz əlli) manat məbləğində vəsait İddiaçı oğlundan və 150 (bir yüz əlli) manat məbləğində vəsait cavabdeh X9 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə :
141. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzilin cavabdeh X10 adından cavabdeh X5 adına rəsmiləşdirilməsi barədə 02 aprel 2024-cü il tarixli M-11591 saylı “Mənzilin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməli, dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado minik” markalı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) avtomobilin cavabdeh X10 adından Cavabdeh2 adına rəsmiləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli, BA101983 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən 8 saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzilə dair bağlanmış xx.xx.2016-ci il tarixli A/0007 nömrəli və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF- Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, M-3605 nömrəli müqavilələrdən əmələ gəlmiş hüquqlarda və dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado minik” markalı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) avtomobildə ½ hissədə İddiaçı oğlunun və ½ hissədə X10 payı müəyyən edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzil İddiaçı oğluna verilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF- Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən 8 saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzil və dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado minik” markalı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) avtomobil cavabdeh X13 verilməli, əmlakların dəyəri arasında yaranmış 46 000 manat məbləğində fərqin ½ hissəsi isə iddiaçıdan cavabdeh X10 xeyrinə tutulmalıdır.
142. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC ilə X12 arasında bağlanılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzilin cavabdeh X5 adına rəsmiləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli M-11591 nömrəli “mənzilin alqı-satqı müqaviləsi” və, “Toyota Land-Cruiser Prado minik” markalı, 99UA661 dövlət qeydiyyat nişanlı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi-JTEBX3FJ30K161318) nəqliyyat vasitəsinə dair cavabdeh X20 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin. "xxxx" MMC ilə X20 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən 8 saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzilə dair bağlanmış xx.xx.2016-ci il tarixli A/0007 nömrəli və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, M-3605 nömrəli müqavilələrdən əmələ gəlmiş hüquqda və “Toyota Land-Cruiser Prado minik” markalı, 99UA661 dövlət qeydiyyat nişanlı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) nəqliyyat vasitəsi üzərində ½ hissədə İddiaçı oğlu və ½ hissədə X10 payı müəyyən edilsin. Əmlakların dəyəri və tərəflərin paylarının nisbəti nəzərə alınmaqla, göstərilən əmlaklar onların arasında aşağıdakı qaydada bölünsün: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan 14 nömrəli mənzil İddiaçı oğluna verilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən 8 saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m olan 39 saylı mənzil və dövlət qeydiyyat nişanı 99UA661 olan, “Toyota Land-Cruiser Prado minik” markalı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) avtomobil cavabdeh X13 verilsin. X2 çatmalı olan payın tamamlanması üçün əmlakların dəyəri arasında yaranmış 46 000 manat məbləğində fərqin ½ hissəsi İddiaçı oğlundan cavabdeh X10 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində vəsait İddiaçı oğlundan və 50 manat məbləğində vəsait X9 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı olaraq 150 manat məbləğində vəsait İddiaçı oğlundan və 150 manat məbləğində vəsait X9 tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Azərbaycan Respublikası Baş X36 İdarəsinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva